Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması



Yüklə 3,17 Mb.
səhifə20/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması

Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması

Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə —



vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 250. Azərbaycan Respublikasının 8 iyun 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır — «Azərbaycan» q., 12 avqust 2004-cü il.

Maddə 251. Azərbaycan Respublikasının 8 iyun 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır — «Azərbaycan» q., 12 avqust 2004-cü il.

Maddə 252. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması

252.0. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni:

252.0.1. nəzarət-kassa aparatları tətbiq edilmədən və ya vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına;

252.0.2. nasaz nəzarət-kassa aparatlarından istifadə edilməklə əhali ilə pul hesablaşmalarının aparılmasına və ya bu səbəbdən nəzarət-kassa aparatından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına;

252.0.3. alıcıya çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə çek verilməsinə;

252.0.4. maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan sənədlərdən istifadə etməklə pul hesablaşmalarının aparılmasına, habelə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilən sənədin alıcıya təqdim edilməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir. (Azərbaycan Respublikasının 1 may 2007-ci il tarixli Qanunu ilə çıxarılmışdır — «Azərbaycan» qəzeti, 10 may 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 253. Sığorta müqaviləsi bağlamaq üçün fiziki və hüquqi şəxslərə onların hüquq və vəzifələri haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsi

Sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquqları və vəzifələri haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsinə görə —

şərti maliyyə vahidi məbləğinin otuz mislindən altmış mislinədək miqdarında cərimə edilir.

Maddə 253. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi (1)

Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə yeni redaksiyada — «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 253-1. Yanğından icbari sığorta müqaviləsinin bağlanmaması

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən sığortaçı ilə yanğından icbari sığorta müqaviləsinin bağlanmamasına görə –

vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 10 sentyabr 2004-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 22 oktyabr 2004-cü il).

Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması (1)



İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on misli on manat miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə yeni redaksiyada — «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması (1)



Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə

vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək səksən manatdan yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 1 fevral 2008-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir – Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 254. Qanunsuz sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olma

Xüsusi razılıq (lisenziya) olmadan sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmağa görə —

şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

Maddə 254. Sığorta növünün qanunsuz aparılması (1)

Sığortaçılar tərəfindən hər hansı sığorta növünün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə almadan aparılmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz altmış mislinədək yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə yeni redaksiyada verilmiş, 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 255. Aktuarı və sığorta ekspertinin fəaliyyət göstərməsi qaydalarının pozulması

Aktuarı və sığorta ekspertinin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq fəaliyyət göstərməməsinə görə —

şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maddə 255. Sığorta qanunvericiliyinin aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması (1)

Aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyində onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən beş mislinədək qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə yeni redaksiyada — «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 255-1. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi (1)

Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən beş mislinədək əlli manatdan səksən beş manatadək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarında cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 255-2. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların aparılmaması (1)

Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən beş mislinədək qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 255-3. Müvafiq məlumatların verilməməsi (1)

Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən mislinədək qırx manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 256. Azərbycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına vəsait köçürməmə

Vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətin bir faizi həcmində vəsaitin sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına ödənilməməsinə görə—

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarında cərimə edilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır – «Azərbaycan» q., 3 sentyabr 2005-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 257. Uçotun və hesabatın təqdim edilməməsi və ya onların təqdim edilməsi qaydalarının pozulması

Rüblük və illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşmiş mühasibat balansı barədə hesabat təqdim edilməməsinə və ya sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatların tərtib edilməsi qaydalarının pozulmasına görə —

şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə çıxarılmışdır – «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 257-1. Azərbaycan Respublikasında olan sığorta obyektini xarici ölkədə sığorta etdirmə

Azərbaycan Respublikasında olan sığorta obyektini, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkədə sığorta etdirməyə görə —

vətəndaşlar şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli Qanunu ilə əlavə edilmişdir — AR QT, 2001, № 11, m. 680; Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlə — AR QT, 2002, № 1, m. 9).

Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi (1)

Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin qanunvericilikdə müəyyən edilməmiş qaydada sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək iyirmi manatdan otuz beş manatadək miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək əlli manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək miqdarında cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə yeni redaksiyada — «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması

Məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi misli miqdarında iyirmi manat, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il və 21 oktyabr 2005-ci il tarixli Qanunları ilə edilmiş düzəlişlərlə— AR QT, 2001, № 12, m. 731; «Azərbaycan» q.,14 dekabr 2005-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün «fiziki və hüquqi şəxslər» dedikdə sığorta etdirən (daşıyıcı) başa düşülür (Azərbaycan Respublikasının 20 aprel 2004-cü il tarixli Qanunu ilə əlavə edilmiş, 25 dekabr 2007-ci il tarixli Qanunu ilə çıxarılmışdır — «Azərbaycan» q., 14 may 2004-cü il; «Azərbaycan» q., 16 mart 2008-ci il).

Maddə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-

fiziki şəxslər şərti maliyyə vahidinin otuz misli otuz manat miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən misli səksən manat miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli misli iki yüz əlli manat miqdarında cərimə edilir (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 15 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 257-5. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması (1)

Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on beş min mislinədək on min manatdan on beş min manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 16 mart 2008-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

XXI fəsil

Gömrük qaydaları əleyhinə

olan inzibati xətalar

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 258—260-cı maddələrində və 261.1-ci maddəsində «az miqdarda olduqda» dedikdə şərti maliyyə vahidi məbləğinin dörd min mislinədək olan miqdarı dörd min manatadək olan məbləğ, 262-ci maddəsində «az miqdarda olduqda» dedikdə şərti maliyyə vahidi məbləğinin iyirmi min mislinədək olan miqdarı iyirmi min manatadək olan məbləğ, 290-cı maddəsində «az miqdarda olduqda» dedikdə isə şərti maliyyə vahidi məbləğinin iki min mislinədək olan miqdarı iki min manatadək olan məbləğ başa düşülür (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə