Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq



Yüklə 3,17 Mb.
səhifə22/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

Maddə 281. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi, binaların, tikililərin və qurğuların tikilməsi qaydasının pozulması

Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi qaydasının pozulmasına, yaxud sərbəst gömrük zonalarında qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla binaların, tikililərin və qurğuların tikilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən iyirmi mislinədək beş manatdan iyirmi manatadək əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli mislinədək iyirmi manatdan əlli manatadək yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir (140) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması

282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısıalınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması

Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək on manatdan iyirmi manatadək əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli beş mislinədək iyirmi manatdan əlli beş manatadək yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir (140) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi

Barəsində qanunvericiklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 286. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi

İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 287. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük nəzarətindən kənar və ya həmin nəzarətdən gizlədilərək və ya sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə və ya bəyan edilmədən və ya düzgün bəyan edilmədən, yaxud gömrük qaydalarının digər şəkildə pozulması yolu ilə gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan barəsində gömrük ödənişləri üzrə güzəştlər verilmiş və güzəştlər verilməsi ilə bağlı olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 288. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması

Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə —

gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 289. Gömrük ödənişlərindən qanunsuz azad edilməsi, onların azaldılması və ya ödənilməsi müddətlərinin pozulması

289.1. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə gömrük ödənişlərindən azad etməyə və ya onların məbləğinin azaldılmasına əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük rejimi, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə —

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

289.2. Gömrük ödənişlərinin ödənilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini pozmağa görə —

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda —

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər

Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə —

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi

Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə —

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalı

İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalına görə —

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 6 avqust 2003-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə —

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək otuz beş manatdan qırx manatadək yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək iki yüz manatdan üç yüz manatadək min manatdan üç min manatadək miqdarda cərimə edilir. (140)

Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, şərti maliyyə vahidinin beş yüz mislinədək olan miqdarı beş yüz manatadək olan məbləğ başa düşülür (Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 6 avqust 2003-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması

294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin yüz mislindən iki yüz mislinədək yüz manatdan iki yüz manatadək üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (140)

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən altmış mislinədək iyirmi manatdan altmış manatadək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yüz mislinədək əlli manatdan yüz manatadək iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir (140) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətin şərtlərinin pozulması

295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin əlli mislindən iki yüz mislinədək əlli manatdan iki yüz manatadək üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (140)

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən altmış mislinədək iyirmi manatdan altmış manatadək yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək yüz manatdan yüz əlli manatadək üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir (140) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

XXII fəsil

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai

mənəviyyat əleyhinə olan inzibati xətalar

Maddə 296. Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə —



şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 296-1. Avtoxuliqanlıq

296-1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə bir il müddətinə (205) məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə bir il müddətinə (205) məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla beş gündən (205) on günədək inzibati həbs tətbiq olunur.

296-1.2. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə iki il müddətinə (205) məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə iki il müddətinə (205) məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən (205) on beş günədək inzibati həbs tətbiq olunur (Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 297. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti

On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə —

valideynlər və ya onları əvəz edən şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 5 iyun 2008-ci il).

Maddə 298. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması

Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin yeddi mislindən on üç mislinədək yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması

298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə

fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə

üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. (206)

Maddə 299. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması

299.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni:

299.0.1. dini qurumların müvafiq dövlət orqanlarında qeyd etdirməkdən onun rəhbərlərinin boyun qaçırmasına;

299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına;



299.0.3. ruhanilər və dini birliklərin üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə təşkilinə; (138)

299.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə; (138)

299.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə (138)

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək qırx manatdan yetmiş manatadək iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. (138)

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir. (170)

Maddə 300. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə —

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması

300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə;

300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına;

300.0.3. dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;

300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə

inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. (138)

300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

300.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə;

300.0.2. islam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə;

300.0.3. qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;

300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə (187)

inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. (170)

Qeyd: Bu Məcəllənin 300.0.4-cü maddəsində nəzərdə tutulmuş əməl qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. (187)

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə