Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması



Yüklə 3,89 Mb.
səhifə31/47
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#6274
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması


151.1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsinə və ya piyada keçidlərinin keçilməsinə, habelə ötmə, manevr etmə, yol ayrıcını keçmə, araməsafəsi, dayanma və durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə, sürmə təlimi keçmə qaydalarının pozulmasına, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə -

şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda cərimə edilir.

151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə və yaxud 3.1. "Giriş qadağandır", 3.2. "Hərəkət qadağandır" yol nişanları tələblərinin və ya sərnişin daşıma qaydalarının pozulmasına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə -

şərti maliyyə vahidi məbləğinin beş mislindən on iki mislinədək miqdarda cərimə edilir.

151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə -

şərti maliyyə vahidi məbləğinin səkkiz mislindən on beş mislinədək miqdarda cərimə edilir.

151.4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

151.5. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.4-cü, 155.3-cü və 156-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə balı toplamasına görə -

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.6. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

151.7. Bu Məcəllənin 151.1-151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

Qeyd: Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla, 151.4-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi isə 5 balla qiymətləndirilir.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi


152.1. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə, yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.

152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunmasından sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.

152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.

152.5. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.


317 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.1-ci maddədə “Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol” sözləri “Yol” sözü ilə əvəz edilmişdir və “dayanma və ya durma,”, “işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə,”, “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına,” sözləri çıxarılmışdır.


318 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 151.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək” sözləri “on beş manatdan iyirmi manatadək” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151.1-ci maddədə “sürmə təlimi keçmə” sözlərindən sonra “, avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə” sözləri, “pozulmasına,” sözündən sonra “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına, səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə,” sözləri əlavə edilmişdir.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.1-ci maddədə “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri ilə əvəz edilmişdir.
02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151.1-ci maddədə “avtomagistralda və ya” və “piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə,” sözləri çıxarılmışdır və “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilmişdir.



319 15 noyabr 2011-ci il tarixli 251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1106) ilə 151.2-ci maddədən “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri çıxarılmışdır.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.2-ci maddədə “Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, svetoforun” sözləri “Svetoforun” sözü ilə, “, 3.2 “Hərəkət qadağandır” yol nişanları” sözləri “yol nişanısözləri ilə, “əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə” sözləri “sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə” sözləri ilə əvəz edilmişdir.




320 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 151.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək” sözləri “iyirmi manatdan qırx manatadək” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151.2-ci maddədə “ötmə, manevr etmə” sözləri “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151.2-ci maddədə “daxil olmasına,” sözlərindən sonra “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri əlavə edilmişdir.

22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151.2-ci maddədə “yol verilməməsinə” sözlərindən sonra “və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə” sözləri əlavə edilmişdir.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.2-ci maddədə “iyirmi manatdan qırx manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilmişdir.
02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151.2-ci maddədə “qırx” sözü “altmış” sözü ilə əvəz edilmişdir.


321 15 noyabr 2011-ci il tarixli 251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1106) ilə 151.3-cü maddədə “törədilməsinə,” sözündən sonra “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri əlavə edilmişdir.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.3-cü maddədə “Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol” sözləri “Dəmiryol” sözü ilə əvəz edilmişdir və “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri çıxarılmışdır.




322 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 151.3-cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək” sözləri “qırx manatdan altmış manatadək” sözləri ilə əvəz edilmişdir.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.3-cü maddədə “qırx manatdan altmış manatadək miqdarda” sözləri “altmış manat miqdarında” sözləri ilə əvəz edilmişdir.


02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151.2-ci 151.3-cü maddədə “altmış” sözü “səksən” sözü ilə əvəz edilmişdir.


323 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.3-1-ci maddə əlavə edilmişdir.


324 02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə yeni məzmunda 151.3-2-ci maddə əlavə edilmişdir.


325 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.4-cü maddədə “151.3-cü,” sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,” sözləri əlavə edilmişdir, “və 156-cı” sözləri “, 156-cı, 158-1.2-ci və 158-1.3-cü” sözləri ilə, “10” rəqəmi “12” rəqəmi ilə əvəz edilmişdir.
02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151.4-cü maddədə “, 158-1.2-ci” sözü çıxarılmışdır, “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci,” sözü, “151-1.3-cü,” sözündən sonra “151-1.4-cü,” sözü əlavə edilmişdir.


326 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151.4-cü maddədə “151.3-cü,” sözündən sonra “152-1.1-ci” sözü əlavə olunmuşdur


327 6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151.5-ci maddədə “151.1-151.3-cü” sözləri “151.1-151.3-1-ci və 151-1-ci” sözləri ilə, “yüz manatdan yüz qırx manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilmişdir.
02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151.5-ci maddədə “151.1-151.3-1-ci və 151-1-ci” sözləri “151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü” sözləri ilə əvəz edilmişdir, “və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına” sözləri çıxarılmışdır.


328 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 151.5-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz qırx mislinədək” sözləri “yüz manatdan yüz qırx manatadək” sözləri ilə əvəz edilmişdir.


329 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151-ci maddənin “Qeyd”inin mətni 1-ci hissə hesab edilmişdir;

11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2011-ci il, № 052, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 167) ilə 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir.

6 aprel 2012-ci il tarixli 322-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 404) ilə 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “Bu Məcəllənin” sözlərindən sonra “151-1.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla,” sözləri əlavə edilmişdir, “151.2-ci maddəsində” sözləri “151.2-ci və 151-1.3-cü maddələrində” sözləri ilə, “155.3-cü” sözü ”151.3-1-ci, 155.3-cü və 158-1.3-cü” sözləri ilə, “5 balla” sözləri “6 balla” sözləri ilə əvəz edilmişdir.

02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “151.3-1-ci,” sözündən sonra “151.3-2-ci, 151-1.4-cü,” sözləri əlavə edilsin, “, 152-1.1-ci, 152-1.2-ci, 156-cı maddələrində nəzərdə tutulmuş xətalar 6 balla” sözləri çıxarılmışdır.


330 22 iyun 2010-cu il tarixli 1045-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 598) ilə 151-ci maddənin “Qeyd”inə yeni məzmunda 2-ci hissə əlavə edilmişdir;


331 11 fevral 2011-ci il tarixli 66-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2011-ci il, № 052, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 167) ilə 151-ci maddənin “Qeyd” hissəsinə yeni məzmunda 3-cü və 4-cü bəndlər əlavə edilmişdir.


332 02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151-1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə–

iyirmi manat miqdarında cərimə edilir.

151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə–

yüz manat miqdarında cərimə edilir.

151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə–

yüz əlli manat miqdarında cərimə edilir.


333 02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151-2.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilmişdir.


334 02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 151-3-cü maddə əlavə edilmişdir.


335 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 152.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin qırx misli” sözləri “qırx manat” sözləri ilə əvəz edilmişdir.


336 16 may 2008-ci il tarixli
Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə