Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 3,89 Mb.
səhifə44/47
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#6274
1   ...   39   40   41   42   43   44   45   46   47

Maddə 339. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması


339.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulmasına, yəni:

339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına;

339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına;

339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, yaxud bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə;

339.1.4. qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;

339.1.5. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

339.2. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət göstərilməsini və işə qəbul olunmasını təmin edən, onların Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.



772 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 340-ci maddənin dispozisiyada “Şəxsi işlərə görə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara” sözləri “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri ilə əvəz edilmişdir.


773 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 340-cı maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək” sözləri “on manatdan on beş manatadək” sözləri ilə əvəz edilmişdir.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 340-ci maddənin sanksiya aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.


774 10 iyun 2011-ci il tarixli 155-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 487) ilə 340-1-ci maddə əlavə edilmişdir.


775 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 341-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin səkkiz mislindən on mislinədək” sözləri “səkkiz manatdan on manatadək” sözləri ilə əvəz edilmişdir.

02 noyabr 2012-ci il tarixli 457-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 01 dekabr 2012-ci il, № 268) ilə 341-ci maddədə “səkkiz manatdan on manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilmişdir.




776 14 dekabr 2004-cü il tarixli 814-IIQD nömrəli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnaməyə əlavə edilməsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 23 avqust tarixli, 1777-X nömrəli fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 1, maddə 6) ilə Məcəlləyə 341-1-ci maddə əlavə edilmişdir.


777 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 341-1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək” və “şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək” sözləri müvafiq olaraq “otuz manatdan qırx manatadək” və “yetmiş manatdan doxsan manatadək” sözləri ilə əvəz edilmişdir.


778 16 aprel 2002-ci il tarixli 302-IIQD nömrəli "Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 326 ) ilə 342-ci maddənin adı və dispozisiyası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə