Minimum əmək haqqının artımı sahibkarlara və vətəndaşlara nə verir ?
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə sentyabr ayının
1-dən etibarən minimum əmək haqqının məbləği 25 faiz artırılaraq 75 manat müəyyən edilib. Bu
yazımızda minimum əmək haqqının artırılmasının sahibkarlara və sıravı vətəndaşlara təsiri
haqqında məlumat verməyə çalışacağiq.
Minimum əmək haqqının dəyişməsi Vergi Məcəlləsininn 102.1.6-cı maddəsinə təsir göstərib.
Məcəllənin həmin maddəsinə əsasən fiziki şəxsin aylıq gəliri 200 manatadək olduqda, gəlirin
minimum əmək haqqının 1 misli həddində, illik gəliri 2400 manatadək olduqda isə minimum
əmək haqqının 12 misli məbləğində vergiyə cəlb olunan hissəsi azaldılır. Minimum əmək
haqqının artımından sonra bu hesablamada yaranan dəyişikliyi misalla izah edək:
“A” firmasında çalışan işçinin aylıq əmək haqqı avqust və sentyabr aylarında 180,00 manat
təşkil edib. Avqust ayında işcinin əmək haqqından hesablanan gəlir vergisi 16,80 ((180-
60)X14%) manat təşkil edir. Əmək haqqından tutulan sosial ayırmanın 5,40 manat (180x3%)
təşkil etdiyini nəzərə alsaq, avqust ayı üzrə işciyə ödənilən məbləğ 157,80 (180,00- 16,80-5,40)
manat təşkil edir. Minimum əmək haqqının artırılması nəticəsində sentyabr ayı üzrə işcinin
əmək haqqından ödəniləcək gəlir vergisi 14,70 ((180-75)x14%) təşkil edəcək. Artıq sentyabr ayı
üzrə işçiyə ödəniləcək məbləğ 159,90 (180,00-14,70-5,40) təşkil edir. Misaldan göründüyü kimi,
minimum əmək haqqının artırılmasının nəticəsi kimi aylıq gəliri 200 manatadək olan fiziki
şəxslərə hesablanan gəlir vergisi 2,10 ((75,00-60,00)x14%) azalıb. İllik gəliri 2400 manatadək
olan fiziki şəxslərin illik gəlirindən hesablanan vergidə isə azalan məbləğ 25,20 (2,10x12) manat
təşkil edəcək.
Vergi Məcəlləsində minimum əmək haqqı məfhumundan 102.1.6-cı maddədən başqa heç
bir maddədə istifadə olunmayıb.
Əmək Məcəlləsinin 154 və 155-ci maddələrinə əsasən işəgötürən tərəfindən işciyə
minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Yəni avqust
ayınadək işçiyə 60 manatdan aşağı əmək haqqının verilməsi qadağan edilirdirsə, sentyabr
ayından etibarən bu məbləğ 75 manat təşkil edir. Sentyabr ayından etibarən işçiyə 75 manatdan
az əmək haqqi hesablayan şəxsləri İnzibatı Xətalar Məcəlləsinin 53.3-cü maddəsinə əsasən
1000 manatdan 1500 manatadək cərimə gözləyir. Bundan əlavə, minimum əmək haqqının
artması nəticəsində dövlət müəssisələrində çalışan işçilərin əmək haqqı Nazirlər Kabinetinin
müəyyən edəcəyi artıma uyğun olaraq artırılacaq. Bu məbləğ hər dərəcəyə müvafiq olaraq sabit
rəqəm kimi 25 faiz və ya fərqli artımlarla ola bilər.
Minimum əmək haqqının dəyişməsi daha çox “Sosial siğorta haqqında” qanun
əsasında fiziki şəxslərin ödədiyi sosial sığorta ayırmalarında öz əksini tapıb. İlk olaraq
mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs
yaradanlardan və ailə-kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər
biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə ödənməli olan sosial ayırmalar aşağıdakı
şəkildə dəyişib:
Torpaqların keyfiyyət
qrupu üzrə
2008-ci il sentyabrın 1-
nə qədər hesablanan sosial
ayırma
2008-ci il sentyabrın 1-
dən sonra hesablanan sosial
ayırma
1-ci keyfiyyət qrupu
7,20 manat
9,00 manat
2-ci keyfiyyət qrupu
4,80 manat
6,00 manat
3-cü keyfiyyət qrupu
2,40 manat
3,00 manat
4-cü keyfiyyət qrupu
1,2 manat
1,5 manat
Ailə-kəndli təsərrüfatının üzvləri isə hər bir ailə üzvü üçün artıq 3,60 yox, 4, 50 manat
sosial ayırma ödəyəcəklər.
Digər dəyişikliyə əsasən xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti və ya fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı
ödəməyən Azərbaycan Respublikasının vətəndaşları artıq 48 manat yox, 60 manat sosial ayırma
ödəyəcəklər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial ayırmalar fəaliyyət
göstərdiyi regiona və fəaliyyət sferasına uyğun olaraq dəyişəcək.
01 sentyabr tarixinə kimi (manatla)
01 sentyabr tarixindən sonra (manatla)
Fəaliyyət sferası
Bakı Sumqayıt
və Gəncə
şəhərlərində
Sumqayıt
və Gəncə
şəhərlərində
rayon
mərkəzlərində,
digər
şəhərlərdə və
qəsəbələrdə
kənd
yerlərində
Bakı Sumqayıt
və Gəncə
şəhərlərində
Sumqayıt
və Gəncə
şəhərlərində
rayon
mərkəzlərində,
digər
şəhərlərdə və
qəsəbələrdə
kənd
yerlərində
Ticarət və tikinti
sahələrində
sahibkarlıq
fəaliyyəti ilə
məşgul olan fiziki
şəxslər
30,00 27,00
24,00
18,00
15,00 37,50 33,75
30,00
22,50
18,75
Digər sahələrdə
sahibkarlıq
fəaliyyəti ilə
məşgul olan fiziki
şəxslər
12,00 10,80
9,60
7,20
6,00
15,00 13,50
12,00
9,00
7,50
Cədvəldən göründüyü kimi, fiziki şəxslərin ödəməli olduğu sosial ayırmalar da minimum əmək
haqqının yüksəlməsi nəticəsində 25% artıb.