meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil
edir və əlaqələndirir
[«Azərbmeşə» İstehsalat Birliyi]
;
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və
meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası
sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların
yerinə yetirilməsini təşkil edir
[Azərbaycan Respublikasının Nazirlər Kabineti və
öz səlahiyyətləri hüdudunda «Azərbmeşə» İstehsalat Birliyi]
;
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını
müəyyən edir
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
;
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və
bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir
[«Azərbmeşə» İstehsalat Birliyi]
;
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu
torpaqlarını geri alır
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
;
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan
edir
[Azərbaycan Respublikasının Prezidenti]
;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası
sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə
edilməsi.
Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə,
onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması
və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
IV fəsil. Meşə təsərrüfatının təşkili
Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər
Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və
insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.
Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:
insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu,
sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin
saxlanılması və gücləndirilməsi;
oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və
səmərəli istifadə;
meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması,
məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;
meşə fondu torpaqlarından səmərəli istifadə;
meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl
təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
bioloji müxtəlifliyin saxlanılması;
tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.
Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid
edilməsi
Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.
İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə
ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara
bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının
meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə
sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin
sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı
meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb
edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və
s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan
başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən
olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata
keçirilir.
Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının
müəyyən edilməsi
Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir
kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi
müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti