orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq edilir. Xüsusi
qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 33. Meşənin qırma yaşının təyini
Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi
funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq
müəyyən edilir.
Meşənin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi
ilə əsaslandırılır.
Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən
müəyyən edilir.
Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi
qaydası
Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin
zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.
Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti
orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq edilir.
Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə
fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən
edilmiş qaydada yenidən təsdiq edilir.
Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan
istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-
meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri
alınması
Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya)
meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən həyata
keçirilir.
Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların
kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə
ödənilir.
Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin
tikinti yerlərinin razılaşdırılması
Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji
ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat
Birliyi]
ilə razılaşdırılır.
Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən
istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası
Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan
tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin
yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi
və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən verilir.
İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi
barədə tələblər göstərilir.
Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi
meşəqırma bileti yazır.
Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə
və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.
Maddə 38. Meşə fondunun dövlət uçotu
Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini,
qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət
dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki
və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədi ilə aparılır.
Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında
istifadə edilir.
Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin
formalarını müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
müəyyən edir.
Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 39. Dövlət meşə kadastrı
Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və
keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə
fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə
torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə
fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə
istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra
hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
həyata keçirir.