Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi
qiymətləndirilməsinin
metodikası müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
tərəfindən müəyyən edilir.
Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
müəyyən edir.
Maddə 40. Meşələrin monitorinqi
Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası, onların ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi
məqsədi ilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və
proqnozlaşdırılması sistemindən ibarətdir.
Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən edilir.
Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin,
qorunmasının və meşələrin bərpasının dövlət proqramları
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət
proqramları hazırlanır.
Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının
dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
tərəfindən hazırlanır və həyata keçirilir.
Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları
Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır.
Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Maddə 43. Meşə quruluşu işləri və onun aparılması
Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli
aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə
yönəldilmiş tədbirlər sistemindən ibarətdir.
Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:
müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət
qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sərhədlərinin və
ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin
hazırlanması;
meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət
və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin,
xüsusi qoruyucu və xüsusi
qorunan meşə sahələrinin aşkara çıxarılması;
meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya,
meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini
tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin
aparılması qaydaları və üsullarının müəyyən edilməsi;
meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir
qoruyucu kateqoriyadan
digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların
meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına
keçirilməsi;
hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən
edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin,
həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;
meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının,
meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma,
turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;
meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;
meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət;
digər meşə quruluşu işləri.
Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir.
Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatının aparılması və meşə fondundan istifadə
qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin
layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə
təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə
təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.
Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
müəyyən etdiyi qaydada vahid sistem
üzrə aparılır.
Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata
keçirilməsi qadağandır.
Maddə 44. Meşə fondu haqqında məlumat
Meşə fondu haqqında məlumat meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin
monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairdən ibarətdir.
Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
xüsusi sərəncamında olmaqla,
onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.
Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə,
qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan
istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər
qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən
ibarətdir.