Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə41/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   37   38   39   40   41   42   43   44   ...   190

Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya 

sahibliyi ləğv etmir. 



Maddə 163. Sahibliyin verilməsi 

163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən 

əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 

163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri 

əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə 

bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu 

barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən 

imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 

163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi 

verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini 

vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir. 

Maddə 164. Sahibliyin müdafiəsi 

164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş 

özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc 

işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən 

çəkinməlidir. 

164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını 

tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində 

səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna 

edilir. 

Maddə 165. Sahibliyin pozulması 

165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan 

pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat 

olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq 

sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə 

edildikdə bu cür iddia istisna edilir. 

165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib 

qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya 

pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar 

sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il 

təşkil edir. 

Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 



166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ 

ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, 

mülkiyyətçi olmuşdur. 

166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu 

əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ 

olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində 

məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür 

hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ 

olduğunu ehtimal edə bilməz. 

166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia 

hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz 

əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik 

sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə 

bilər. 


Maddə 167. Vicdansız sahibin əşyanı qaytarmaq vəzifəsi 

Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı 

bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir. (

12



Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi qarşısında məsuliyyətinin olmaması 

Əşyanın vicdanlı sahibi öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda 

götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə 

borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən şeyin əvəzini ödəməyə 

borclu deyildir. (

12



8-ci f

ə

sil. Mülkiyy

ə

t hüququnun m

əhdudlaşdırılması

 

Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları 

169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla 

bilər. 

169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və 



başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq 

sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər 

hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam 

ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 

169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması 

hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə

o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi 

ödənilməklə ondan ayrılsın. 




169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb 

edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi 

yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. 

Maddə 170. Qonşuluq hüququ 

170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz 

əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 

170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda 

nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət 

bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə 

cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır 

qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və 

xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 

170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. 

Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə 

axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona 

təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması 

nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı 

torpaq sahəsindən nov çəksin. 

170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək 

və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya 

keyfiyyətini pisləşdirmək yolverilməzdir. 



Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 

171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən 

istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə 

pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, 

titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 

171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz 

əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat 

fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 

171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq 

sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün 

təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu 

hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 



Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə