Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə75/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   70   71   72   73   74   75   76   77   78

Ali  Məhkəməsinin  müvafiq  kollegiyasında  baxıldıqdan  sonra  bilavasitə  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin Plenumu qarşısında qaldırıla bilər. 
M a d d  ə  3 5 3 .  Normativ hüquqi aktın yoxlanılması haqqında vəsatətə dair tələblər 
353.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yazılı 
formada verilir. 
353.2. Vəsatətdə aşağıdakılar göstərilməlidir: 
353.2.1. vəsatətin verildiyi məhkəmənin adı; 
353.2.2. vəsatət verən şəxsin poçt və ya hüquqi ünvanı; 
353.2.3. mübahisə edilən aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs; 
353.2.4. işin faktiki hallarının izahı; 
353.2.5. vəsatətin məqsədi və hüquqi əsaslandırılması; 
353.2.6.  sorğunun  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  göndərilməsi  barədə 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş. 
353.3.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  haqqında  vəsatətə 
aşağıdakılar əlavə olunmalıdır: 
353.3.1. mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni; 
353.3.2.  ərizəçinin  fikrincə onun  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  nəzərdə  tutulmuş 
əsas hüquq və azadlıqlarını pozan məhkəmə aktları (əgər qəbul edilibsə); 
353.3.3. işin hallarının araşdırılması üçün zəruri olan iddia ərizəsinin surəti və digər sənədlər. 
353.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət ərizəçi 
və  ya  buna  səlahiyyəti  olduqda  onun  nümayəndəsi  tərəfindən  imzalanır.  Vəsatəti  hüquqi  şəxs 
qaldırdıqda, onun rəhbəri tərəfindən imzalanır. 
M a d d  ə  3 5 4 .  Birinci, apellyasiya  kassasiya instansiya məhkəmələrinin normativ hüquqi 
aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə dair hərəkətləri 
354.1. Bu Məcəllənin 352.2.1‐ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya 
uyğunluğunun  yoxlanılması  haqqında  vəsatət  almış  birinci,  apellyasiya  və  ya  kassasiya  instansiya 
məhkəməsi (hakimi): 
354.1.1. vəsatətin bu Məcəllənin 353‐cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayır; 
354.1.2. mübahisə edilən normativ  hüquqi aktın həqiqətən bu işin icraatı zamanı tətbiq  edildiyini 
və ya tətbiq edilə biləcəyini araşdırır; 
354.1.3.  işdə  iştirak  edən  şəxsin  vəsatətə  dair  tələblərə  riayət  etmədiyi  və  ya  mübahisə  edilən 
normativ  hüquqi  aktın  bu  işdə  tətbiq  edilmədiyi  və  ya  tətbiq  edilə  bilməyəcəyi  müəyyən  olunduqda, 
vəsatətin rədd edilməsi haqqında qərardad çıxarır və işə yekuna qədər baxmağı davam etdirir; 
354.1.4.  işdə  iştirak  edən  şəxsin  vəsatətə  dair  tələblərə  riayət  etdiyi  və  mübahisə  edilən  normativ 
hüquqi  aktın  bu  iş  üzrə  tətbiq  edildiyi  və  ya  tətbiq  edilə  biləcəyi  müəyyən  edildikdə, vəsatətin 
2007‐ci_il,_№_6,_maddə_560'>Azərbaycan_Respublikası_Konstitusiya_Məhkəməsinin_normativ_hüquqi_aktın_əsas_hüquq_və_azadlıqları_pozduğunu'>Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və iş üzrə icraatın dayandırılması 
haqqında qərardad çıxarır. 
354.2.  Məhkəmənin  (hakimin)  qərardadı  bu  Məcəllənin  21‐ci  fəslində  göstərilən tələblərə  uyğun 
olmalıdır. Məhkəmənin (hakimin) qərardadının surətləri işdə iştirak edən şəxslərə verilir. 
354.3. Məhkəmənin (hakimin) normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması 
haqqında  vəsatətin  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumuna  göndərilməsi  və  ya  belə 
vəsatətin rədd edilməsi haqqında qərardadından şikayət verilə bilməz. 
354.4.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  haqqında  vəsatətdə 
göstərilən dəlillər işin yekunlaşdığı məhkəmə aktından yuxarı məhkəməyə ünvanlanmış şikayətdə şərh 
edilə bilər. 
354.5. Vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən rədd edildikdə, iş 
üzrə icraat təzələnir. 
354.6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sorğunu Azərbaycan Respublikasının 
Konstitusiya  Məhkəməsinə  göndərdikdə, iş  üzrə  icraat  sorğuya  dair  Azərbaycan  Respublikasının 
Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra təzələnir. 
M a d d  ə 
3 5 5 .   Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması 
haqqında vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərəkətləri 


355.1.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  haqqında  bilavasitə 
ərizəçidən və ya birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin qərardadı üzrə vəsatət almış 
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq 
kollegiyasının hakimlərindən birinə: 
355.1.1. vəsatətin bu Məcəllənin 353‐cü maddəsində göstərilən tələblərə uyğunluğunu yoxlamağı; 
355.1.2.  əslində  də  mübahisə  edilən  normativ  hüquqi  aktın  həmin  iş  üzrə  icraat  zamanı  tətbiq 
edildiyini və ya tətbiq edilə biləcəyini araşdırmağı; 
355.1.3.  rəy  hazırlamağı və  həmin  vəsatət  üzrə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 
Plenumunun iclasında çıxış etməyi tapşırır. 
355.2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu: 
355.2.1. normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin bu 
Məcəllənin 353‐cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu; 
355.2.2.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  göndərmək  üçün  əsasın 
olub‐olmamasını müəyyənləşdirir. 
355.3.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  haqqında  vəsatət  üzrə 
qərarı  vəsatət  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə  daxil  olduğu  gündən  sonra  1  aydan  gec 
olmayaraq,  bu  Məcəllənin  44‐cü  fəslində  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin Plenumu qəbul edir. 
355.4.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu  «Konstitusiya  Məhkəməsi 
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir. 
355.5.  Normativ  hüquqi  aktın  Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  haqqında  vəsatətin 
baxılmasının  nəticələri  barədə ərizəçiyə  və  ya  vəsatətin  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 
Plenumuna  göndərilməsi  barədə  qərardad  çıxarmış  məhkəməyə  (hakimə) dərhal  yazılı  surətdə  xəbər 
verilir. 
355.6. Normativ hüquqi akt hər hansı şəxsin hüquqlarını pozduqda, Azərbaycan Respublikası Ali 
Məhkəməsinin  Plenumu  öz  təşəbbüsü  ilə  sorğunu  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsinə göndərir. 
M a d d  ə  3 5 6 .   Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  normativ  hüquqi 
aktın əsas hüquq  azadlıqları pozduğunu hesab etməsinin nəticələri 
Qüvvədə olan normativ hüquqi aktla hər hansı şəxsin əsas hüquq və azadlıqların pozulduğunun 
hesab edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı bu Məcəllənin 44‐
cü fəslində nəzərdə tutulmuş qaydada həmin normativ hüquqi akt əsasında çıxarılmış məhkəmə aktının 
və ya onun bir hissəsinin ləğv edilməsi üçün əsasdır. 
17  aprel  2007‐ci  il  tarixli  313‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  6,  maddə  560)  ilə  Məcəlləyə  40‐cı  fəsil  əlavə 
edilmişdir. 
181 
16  iyun  2007‐ci  il  tarixli  385‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  7,  maddə  712)  ilə  358‐ci  maddə  yeni 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  3 5 8 .  Apellyasiya qaydasında işə baxan məhkəmələr 
358.0.  Birinci  instansiya  məhkəməsinin  qətnaməsindən  apellyasiya  qaydasında  aşağıdakı 
məhkəmələrə şikayət verilə bilər: 
358.0.1.  rayon  məhkəmələrinin  qətnamələrindən—Azərbaycan  Respublikasının  Apellyasiya 
Məhkəməsinə; 
358.0.2. yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn iqtisadi mübahisələr 
üzrə məhkəmələrin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya İqtisad Məhkəməsinə; 
358.0.3.  Naxçıvan  Muxtar  Respublikası  rayon  məhkəmələrinin  qətnamələrindən—Naxçıvan 
Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasına. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə