Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası



Yüklə 203,47 Kb.
səhifə3/4
tarix25.06.2018
ölçüsü203,47 Kb.
#51822
1   2   3   4

3

    Muxtar respublikada təhsilin in-



kişafı üçün yaradılan şərait və hə-

yata  keçirilən  ardıcıl  tədbirlərin

nəticəsidir  ki,  ali  və  orta  ixtisas

məktəblərinə həm sənədvermə, həm

də tələbə qəbulunun səviyyəsi ilbəil

artır. Ümumtəhsil məktəblərindəki

kompüterlərin  internet  şəbəkəsinə

qoşulması isə sənəd qəbulunun vax-

tında başa çatmasına imkan verir. 

    2018-ci  ildə ümumtəhsil mək-

təblərini  bitirən  2803  məzundan

2290-ı, yəni məzunların 81,7 faizi

ali məktəblərə sənəd vermişdir. Sə-

nəd verən məzunların 610-u (26,6

faizi) I ixtisas qrupunu, 617-si (26,9

faizi) II ixtisas qrupunu, 761-i (33,2

faizi) III ixtisas qrupunu, 148-i (6,4

faizi)  IV  ixtisas  qrupunu,  154-ü

(6,7  faizi)  isə  V  ixtisas  qrupunu

seçmişlər. Sənəd verən məzunların

1228-i,  yəni  53,6  faizini  oğlanlar,

1062-si,  yəni  46,4  faizini  qızlar

təşkil etmişdir. 

    2018-2019-cu tədris ili üçün ali

təhsil  müəssisələrinə  qəbul  imta-

hanlarının birinci mərhələsi – yaz

imtahanları  artıq  başa  çatmışdır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas

qrupları üzrə sənəd qəbulu və yaz

imtahanları nəticələrinin təhlili gös-

tərir ki, muxtar respublika məktəb-

liləri  imtahanlarda uğur qazanmışlar.

Ali  məktəblərə  qəbul  üçün  sənəd

vermiş 1578 məzun, yəni Naxçıvan

şəhəri üzrə 333, Şərur rayonu üzrə

283,  Babək  rayonu  üzrə  257,  Or-

dubad  rayonu  üzrə  159,  Culfa  ra-

yonu üzrə 191, Şahbuz rayonu üzrə

76, Kəngərli rayonu üzrə 98, Sədə-

rək rayonu üzrə 35, Təhsil Nazirli-

yinə  birbaşa  tabe  məktəblər  üzrə

146 məzun  uğurlu nəticə göstərmiş,

278  məzun  500-700  intervalında,

80 məzun isə 450-500 intervalında

bal toplamışdır. 

    500-700  arası  bal  toplayanlar,

əsasən,  Heydər  Əliyev  adına  tam

orta məktəbin, Naxçıvan Qarnizo-

nunun tam orta məktəbinin, Qızlar

Liseyinin, Naxçıvan şəhər 5, 8 və

9 nömrəli, Şərur şəhər 1 və 2 nöm-

rəli, İbadulla kənd tam orta, Ordubad

şəhər 1 və 3 nömrəli, internat, Culfa

şəhər  3  və Yaycı  kənd  1  nömrəli,

Şahbuz şəhər 1 nömrəli,  Kəngərli

rayon  Qıvraq  qəsəbə  və  Sədərək

kənd 1 nömrəli tam orta məktəblə-

rinin məzunları olmuşlar.  

    Muxtar respublikanın kəndlərində

yaradılmış yüksək təhsil şəraitinin

nəticəsidir ki, 500-700 intervalında

bal  toplayan  məzunlar  içərisində

kənd məktəbləri məzunlarının xüsusi

çəkisi artmışdır. Məzunları yüksək

bal toplamış 110 ümumtəhsil mək-

təbindən 79-u kənd məktəbidir. Ən

yüksək nəticə əldə edən məzunların

da böyük bir hissəsi kənd məktəb-

lərinin məzunlarıdır. Belə ki, Şərur

rayonu üzrə Ərəbyengicə, Ordubad

rayonu üzrə Gənzə, Şahbuz rayonu

üzrə Aşağı Qışlaq, Sədərək rayonu

üzrə  Sədərək  kənd  1  nömrəli  tam

orta  məktəblərin  məzunları  yaşa-

dıqları rayon üzrə ən yüksək nəti-

cəyə nail olmuşlar.

    Muxtar  respublikada  fəaliyyət

göstərən ali təhsil müəssisələrində

yaradılmış yüksək təhsil şəraiti mə-

zunların  ixtisas  seçimi  zamanı  bu

təhsil müəssisələrinə üstünlük ver-

məsinə səbəb olur. Bu işdə ümum-

təhsil məktəblərinin IX-XI sinif şa-

girdlərinin muxtar respublikada fəa-

liyyət  göstərən  ali  və  orta  ixtisas

təhsili müəssisələrində “Açıq qapı”

günlərində iştirakı da mühüm əhə-

miyyətə malikdir. Bu sahədə həyata

keçirilən  tədbirlər  növbəti  qəbul

imtahanlarınadək davam etdiriləcək. 

    Təhsil Nazirliyinin kollektivi öz

fəaliyyətini günün tələbləri səviy-

yəsində quraraq növbəti imtahana

qədər şagirdlərlə mütəmadi iş apa-

racaq, onların hazırlıq səviyyəsini

yüksəldərək yay qəbul imtahanında

daha yüksək nəticələr əldə etmələ-

rinə nail olacaq. 

       

    “Meliorasiya və su təsərrüfatı



obyektləri  bizim  sərvətimizdir

və bu sərvətdən səmərəli istifadə

etməliyik”, – deyən ümummilli

liderimiz Heydər Əliyevin ölkə-

mizə  rəhbərliyi  dövründə  me-

liorasiya və su təsərrüfatı sahəsi

böyük inkişaf yolu keçmiş, Azər-

baycanda  böyük  su  anbarları,

hidroqovşaqlar, nasos stansiyaları

tikilib istifadəyə verilmiş, suva-

rılan torpaqların sahəsi xeyli art-

mışdır. Ötən əsrin 70-80-ci illə-

rində Naxçıvan Muxtar Respub-

likasında da yeni meliorasiya və

irriqasiya sistemləri yaradılmış,

Araz və Arpaçay kimi böyük su

anbarları tikilmişdir. 1993-cü ildə

ulu öndərin ölkəmizdə yenidən

siyasi hakimiyyətə qayıdışından

sonra  isə  meliorasiya  və  su  tə-

sərrüfatı  sistemində  daha  geniş

islahatlar  həyata  keçirilmiş,  bu

sahədə zəngin qanunvericilik ba-

zası yaradılmışdır.

    Azərbaycan Respublikasının

Prezidenti  cənab  İlham  Əliyev

ölkəmizdə su təsərrüfatı və me-

liorasiya sahəsinin inkişafına xü-

susi diqqət yetirir. Ölkə başçısının

rəhbərliyi ilə bu sahədə mühüm

dövlət proqramları təsdiq olun-

muş, kənd təsərrüfatının inkişafı,

meliorativ  tədbirlərin  genişlən-

dirilməsinə  diqqət  artırılmışdır.

    Naxçıvan  Muxtar  Respubli-

kasında  da  meliorasiya  və  irri-

qasiya  sistemlərinin  təkmilləş-

dirilməsi  istiqamətində  ardıcıl

tədbirlər görülür. Naxçıvan Mux-

tar Respublikası Ali Məclisinin

Sədri cənab Vasif Talıbov demişdir:

“Hər bir ölkədə ərzaq təhlükə-

sizliyini  təmin  etmək  üçün  ilk

növbədə kənd təsərrüfatı inkişaf

etdirilməlidir.  Aydın  məsələdir

ki, kənd təsərrüfatının inkişafı

da  müasir  meliorasiya  və  irri-

qasiya sistemləri olmadan müm-

kün deyil”.

     Son  illər  meliorasiya  və  irri-

qasiya sistemlərinin normal istis-

marının təşkili, suvarma şəbəkə-

lərinin  genişləndirilməsi,  su  sis-

temlərində  təmir-bərpa  işlərinin

görülməsi,  suvarılan  torpaqların

su təminatının və onların meliorativ

vəziyyətlərinin yaxşılaşdırılması,

sel və daşqın sularına qarşı mü-

barizə işləri, həmçinin içməli su

təminatının yaxşılaşdırılması sa-

həsində  kompleks  tədbirlər  gö-

rülmüşdür.  Hazırda  muxtar  res-

publikada  ümumi  həcmi  303,5

milyon kubmetr olan 32 su anbarı

vardır.

    Naxçıvan Muxtar Respubli-



kası Dövlət Meliorasiya və Su

Təsərrüfatı Komitəsinin fəaliy-

yəti üçün lazımi şərait yaradıl-

mış, müasir texnikalar alınıb is-

tifadəyə  verilmiş,  rayon  idarə-

lərinin  maddi-texniki  bazası

möhkəmləndirilmişdir. Naxçıvan

Muxtar Respublikası Ali Məclisi

Sədrinin müvafiq fərman və sə-

rəncamları  ilə  təsdiq  edilmiş

dövlət proqramlarına əsasən su-

varma sistemlərinin yenidən qu-

rulması və torpaqların meliorativ

vəziyyətlərinin yaxşılaşdırılması,

mövcud  su  resurslarından  isti-

fadə imkanlarının genişləndiril-

məsi  və  suvarma  drenaj  şəbə-

kələrinin inkişaf etdirilməsi sa-

həsində mühüm tədbirlər həyata

keçirilmişdir.

    Muxtar  respublikada  mütə-

rəqqi suvarma sistemlərinin qu-

rulması diqqət mərkəzində sax-

lanılır. Su itkisinin qarşısını almaq,

suvarmanı yaxşılaşdırmaq, torpaq

sahələrini yeni əkin dövriyyəsinə

daxil etmək məqsədilə yeni qapalı

suvarma şəbəkələri tikilir, drenaj

xətləri çəkilir. Belə ki, son illər

Babək  və  Culfa  rayonlarında

2220,  Kəngərli  rayonunda  isə

1124  hektar  sahədə  qapalı  su-

varma  şəbəkəsi  qurulmuşdur.

Hazır da bu işlərin davamı olaraq

Kəngərli  rayonunun  Böyükdüz

kəndi ərazisində 410 hektar sa-

hədə qapalı suvarma şəbəkəsinin

tikintisi davam etdirilir. 

    Torpaq sahələrinin normalara

uyğun  suvarma  suyu  ilə  təmin

edilməsi  əkinçiliyin  inkişafına

şərait yaradan əsas amillərdəndir.

Muxtar respublikada müasir ir-

riqasiya sistemləri qurularaq is-

tifadəyə  verilir,  torpaqların  su

təminatı  yaxşılaşdırılır.  Bütün

bunlar, ümumilikdə, muxtar res-

publika iqtisadiyyatının inkişafına

xidmət  edir.  Həyata  keçirilən

meliorasiya və su təsərrüfatı təd-

birləri  yeni  torpaq  sahələrinin

əkin  dövriyyəsinə  qatılmasına

səbəb  olmuşdur.  Belə  ki,  Ali

Məclis Sədrinin tapşırığına uyğun

olaraq  Uzunoba  Su  Anbarında

yenidənqurma  işləri  aparılmış,

anbardan Kəngərli rayonuna 32,4

kilometr uzunluğunda boru xətti

çəkilmiş,  yeni  nasos  stansiyası

tikilmiş,  nəticədə,  5800  hektar

torpaq sahəsi əkin dövriyyəsinə

daxil  edilmişdir.  Böyükdüz  və

Xok kəndlərinin torpaq sahələ-

rinin suvarma suyu ilə təminatını

yaxşılaşdırmaq, su itkilərini ara-

dan qaldırmaq üçün Araz çayın-

dakı  nasos  stansiyasından  16,6

kilometr uzunluğunda yeni təz-

yiqli boru xətti çəkilmişdir. Sə-

dərək rayonunda əkinəyararlı tor-

paqların dayanıqlı suvarma suyu

ilə təmin olunması üçün tikilən

yeni  nasos  stansiyası  hesabına

uzun  müddət  əkilməyən  1500

hektar torpaq sahəsi də yenidən

əkin dövriyyəsinə qatılmışdır. 

    Suvarılan ərazilərin şoranlaş-

masına yol verməmək üçün, bi-

rinci  növbədə,  şoranlaşmanı  tö-

rədən  səbəblərə  qarşı  tədbirlər

görülmüşdür. Əkin sahələrinə su-

varma normalarına uyğun olaraq

suvarma suyu verilmiş, filtrasiyanı

azaltmaq üçün açıq və qapalı dre-

najlarda, kollektorlarda, kanal və

arxlarda mütəmadi olaraq lildən

təmizləmə və təmir işləri aparıl-

mış, yeni açıq və qapalı drenajların

tikintisi davam etdirilmişdir.

    Suvarma  və  içməli  su  təmi-

natında qədim hidrotexniki qurğu

olan kəhrizlərdən geniş istifadə

edilir, onların təmir-bərpası daim

diqqət  mərkəzində  saxlanılır.

Kəhrizlərin bərpası su təchizatının

yaxşılaşdırılması ilə yanaşı, həm

də tariximizin və mədəni irsimi-

zin  qorunub  saxlanılması  baxı-

mından  mühüm  əhəmiyyət  da-

şıyır. Bu günə qədər muxtar res-

publikada 120 kəhriz bərpa olun-

muşdur.  Muxtar  respublikada

mexaniki suvarma üsulundan da

geniş istifadə olunmaqdadır. İkin-

ci suvarma mənbəyi kimi istifadə

edilən  101  nasos  stansiyası  və

824 subartezian quyusu suvarma

mövsümündə tam gücü ilə istis-

mar olunur. 

    Əkin  sahələrini  və  yaşayış

məntəqələrini sel sularının zərərli

təsirindən  qorumaq  məqsədilə

muxtar respublikanın çay və se-

lovlarında selə qarşı istiqamət-

ləndirici bənd salınır. Bu da tor-

paqların  yuyulmasının  və  şo-

ranlaşmasının qarşısını almaqla

yanaşı,  həm  də  torpaqların

münbit liyinin qorunmasına im-

kan  verir.  Ötən  dövrdə  Araz

çayı  boyunca  54  kilometrdən

artıq məsafədə sahilbərkitmə iş-

ləri aparılmışdır.

    Su təsərrüfatı sahəsində qarşıda

duran  ən  mühüm  vəzifələrdən

biri də insanları sağlam və ekoloji

cəhətdən təmiz içməli su ilə təmin

etməkdir.  Bu  gün  muxtar  res-

publikada içməli su və kanaliza-

siya sisteminin yenidən qurulması

istiqamətində kompleks tədbirlər

görülür.  Azərbaycan  Respubli-

kasının  Prezidenti  cənab  İlham

Əliyevin  iştirakı  ilə  Naxçıvan

Şəhər Su Anbarı və Su Təmizlə-

yici Qurğular Kompleksi, eləcə

də  Naxçıvan  şəhərdaxili  su  və

kanalizasiya  şəbəkəsi,  Şahbuz   

və Culfa şəhərlərində içməli su

və kanalizasiya sistemləri istifa-

dəyə  verilmiş,  Şərur  şəhərində

isə içməli su və kanalizasiya sis-

temlərinin  birinci  mərhələsinin

açılışı olmuşdur.

     Meliorasiya işlərinin yerinə ye-

tirilməsində maşın-mexanizmlərin

mühüm  əhəmiyyəti  vardır.  Son

illər komitəyə 32 müxtəlif təyinatlı

maşın  və  mexanizm  verilmişdir. 

    Naxçıvan  Muxtar  Respubli-

kası  Dövlət  Meliorasiya  və  Su

Təsərrüfatı Komitəsinin kollektivi

bundan sonra da meliorasiya və

irriqasiya  sistemlərinin  lazımi

səviyyədə  istismarının  təşkili,

suvarılan torpaqların meliorativ

vəziyyəti və su təminatının yax-

şılaşdırılması  sahəsində  fəaliy-

yətini davam etdirəcəkdir.

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

   Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham

Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən hər il

iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri

Günü kimi qeyd edilir.

    İyunun 3-də Azərbaycan Respublikası Döv-

lət İmtahan Mərkəzi 2018-2019-cu tədris ili

üçün  Azərbaycan  Respublikasının  ali  təhsil

müəssisələrinin və AMEA-nın magistratura-

larına  qəbul  imtahanının  ikinci  mərhələsini

keçirib.

    İmtahan Bakı, Naxçıvan və Gəncə şəhər-

lərində,  ümumilikdə,  25  imtahan  binasında

aparılıb, şəffaflığın təmin olunması üçün 81

imtahan  rəhbəri  və  786  nəzarətçi-müəllim

ayrılıb.


    Bütün binalarda eyni vaxtda – saat 12

00

-da



başlayan imtahan 1 saat 30 dəqiqə davam

edib. 


    Muxtar  respublikada  imtahan  Naxçıvan

Dövlət  Universitetinin  Hüquq  fakültəsinin

binasında  keçirilib.  Bunun  üçün  binada

14  imtahan  zalı  hazırlanıb,  21  nəzarətçi-

müəllim və  2  imtahan  rəhbəri  cəlb  edilib.

Magistratura pilləsinin müvafiq ixtisaslarında

təhsil almaq arzusunda olan 218 bakalavr öz

biliklərini  sınayıb.

    İkinci mərhələdə bakalavrlara seçdikləri

proqram  üzrə  5-i  açıqtipli  olmaqla,  50  test

tapşırığı təqdim olunub. Hər düzgün cavab

1 balla qiymətləndirilir, səhv cavablar düzgün

cavabların nəticəsinə təsir göstərmir. İmta-

hanın  nəticələri  www.dim.gov.az saytında

yerləşdiriləcək.

                          - 



Güntac ŞAHMƏMMƏDLİ

    Naxçıvan Muxtar Respublika Xəstəxana-

sında    fəaliyyət  göstərən  diabet  məktəbinin

növbəti təlimi keçirilib.

    Şahbuz  Rayon  Mərkəzi  Xəstəxanasında

keçirilən tədbiri baş həkim İlvin Rzayev açıb. 

    Naxçıvan  Muxtar  Respublikası  səhiyyə

nazirinin müavini Samrat Gəncəyeva  bildirib

ki, muxtar respublikamızda səhiyyə sisteminin

inkişafına dövlət qayğısının daha da artırılması,

bu sahənin maddi-texniki bazasının, kadr po-

tensialının  gücləndirilməsi,  infra strukturun

yenidən qurulması digər sahələr kimi, endo -

krinologiya sistemində də mühüm irəliləyişlərə

şərait yaradıb. Naxçıvan Muxtar Respublika

Xəstəxanasının  Endokrinologiya  şöbəsində

müalicə-diaqnostika işinin yaxşılaşdırılması

şəkərli diabet xəstələrinin aşkarlanması üçün

də  şərait  yaradıb.  2011-ci  ildən  Naxçıvan

 Diaqnostika-Müalicə  Mərkəzinin  labora-

 toriyasında  şəkərli  diabet  xəstələri  üçün

qlükozalaşmış hemo qlobinin təyininin tətbiq

olunması  həmin  xəstələrin  qanında  şəkərin

miqdarına daha dəqiq nəzarət etməklə diabet

əleyhinə  dərman  preparatlarının  dozasının

müəyyən  edilməsini  daha  da  asanlaşdırıb.

Endokrinologiya şöbəsi artıq beş ildən çoxdur

ki,  diabet  məktəblərinin  təlim,  məşğələ  və

treninqlərini təşkil edir.

    Naxçıvan Muxtar Respublika Xəstəxanası

Endokrinologiya şöbəsinin müdiri Aysel Dün-

yamalıyeva  çıxışında  şəkərli diabetin tipləri,

diaqnostikası, müalicəsi, bu xəstəliyin erkən

və gecikmiş ağırlaşmaları, müalicədə insulinin,

düzgün qidalanmanın, fiziki aktivliyin rolundan

və digər məsələlərdən bəhs edib.  

    Təlimdə dinləyiciləri maraqlandıran suallar

cavablandırılıb.



Yüklə 203,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə