Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurası



Yüklə 165,82 Kb.

tarix19.07.2018
ölçüsü165,82 Kb.


Ermяni вandallарынын

йох етдиyи

Иряван

МяСЪИДЛярИ



Azәrbaycan Respublikasının Prezidenti 

yanında Qeyri-Hökumәt Tәşkilatlarına 

Dövlәt Dәstәyi Şurası


Azərbaycan Milli Elmlər Akademiyası 

Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur

İdeya müəllifi, 

layihənin rəhbəri,

ön sözün müəllifi və

elmi redaktor:



Yaqub Mahmudov

Əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü,

Dövlət Mükafatı Laureatı

Rəyçi:


Güntəkin Nəcəfli

tarix üzrə fəlsəfə doktoru

Texniki redaktor:



Mehri Xanbabayeva

riyaziyyat üzrə fəlsəfə doktoru

Nazim Mustafa. 

İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri.

ISBN 978-9952-8268-4-5

Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 201 . - 4  s.

© AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 

6

2016


4



Bilirsiniz ki, 

alimlərimiz mənim təşəbbüsümlə 

İrəvan xanlığı haqqında böyük 

elmi əsər yaratmışlar. Bunun çox böyük 

əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox 

faktoloji və elmi məsələləri əks etdirir. 

Hesab edirəm ki, daha geniş 

auditoriyaya çatdırmaq üçün 

kiçik həcmli broşürlər də buraxılmalıdır.

İLHAM  ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Azәrbaycanın diplomatik xidmәt 

orqanları rәhbәrlәrinin beşinci 

müşavirәsindәki nitqindәn. 

7 iyul 2014-cü il



Oxuculara

İrəvan  şəhəri,  onun  şanlı  qəhrəmanlıq  səhifələri  ilə

zəngin olan tarixi keçmişi hər bir azərbaycanlı üçün doğma

və əziz  dir. Tarixin bütün dövrlərində Azərbaycanın ayrıl-

maz  tərkib  hissəsi  olan  İrəvan  ölkənin  tarixi  keçmi şin də

dərin iz qoymuşdur. 

XIX əsrin əvvəllərində Şimali Azərbaycan çar Rusiyası

tərəfindən  işğal  olunana  qədər  İrəvan Azərbaycanın  çox

mühüm dövlətçilik mərkəzlərindən biri idi. Avtoxton əha li -

si  Azərbaycan türklərindən ibarət olan bu şəhər bütün orta

əsrlər boyunca Azərbaycanın əmirlikbəylərbəyilik və xanlıq

mərkəzlərindən biri olmuşdur. Müstəqil Azərbaycan döv -

lət lərindən biri olan İrəvan xanlığının (1747–1827) paytaxtı

olduğu dövrdə İrəvan Cənubi Qafqazın, həmçinin bütün

Yaxın və Or ta Şərqin ən mühüm ticarət, sənətkarlıq, mədə -

niyyət və siyasi mərkəzlərindən birinə çevrilmişdi. 

Beynəlxalq ticarət yollarının qovşağında yerləşən İrə-

van  şəhərində  Azərbaycan  xalqı  tarixin  ən  qədim  dövr-

lərindən başlayaraq zəngin mədəniyyət, o cümlədən nadir

memarlıq inciləri yaratmışdır.

Qədim İrəvan şəhərinin tarixi yerlərindən biri məşhur

İrəvan qalası idi. İrəvan qalası  Azərbaycan Səfəvi dövlə-

tinin  banisi  Şah  İsmayıl  Xətainin  göstərişi  ilə  səfəvi

sərkərdəsi Rə van qulu xan tərəfindən XVI əsrin əvvəllərində

(1509–1517) tik di rilmişdir. 

5

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ


İrəvan qalası qədim ta rixi abidələrlə, nadir memarlıq

kompleksləri ilə olduqca zəngin idi. İrəvan qala sındakı Xan



sarayı, yaxud Sərdar sarayı, məşhur İrəvan məscidləri, mi-

narə lər Azərbaycan memar lığının şah əsərləri idi. 

Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən

sonra çar Rusiyası erməniləri qacarlar İranı və Osmanlı im-

periyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra

Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı depor-

ta si yalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci

il ma  yın 28-də Şimali Azərbaycanda – keçmiş İrəvan xanlı -

ğının ərazisində erməni dövləti yaradıldı. 

Erməni vandalları ötən 180-200 il ərzində tarixi Azər-

bay can torpaqları olan İrəvan xanlığı və Zəngəzur ərazi -

sində etnik təmizləmə aparıb ancaq ermənilərin yaşadığı

monoetnoslu dövlət yaratdılar. Çar Rusiyasından və Sovet-

bolşevik rejimindən hər cür kömək alan ermənilər bununla

kifayətlənməyib yüzlərlə yaşayış məskənlərini, ta ri xi abidə -

ləri, o cümlədən qalaları, memarlıq kom pleks lə ri ni,  məs-

cidləri, minarələri, qəbiristanları məhv etdilər. Azərbaycan

xalqına məxsus olan bütün ta ri xi adları dəyişdirdilər.

İrəvan şəhərinin tarixi simasını dəyişdirib “erməni

şəhərinə”  çevirmək  siyasəti  yeridən  vandallar  bu  qədim

Azərbaycan şəhərinin bütün tarixi abidələrini məhv etdilər.

Erməni vandalizminin soyqırımına ilk növbədə Azər-

baycan  xalqının  dövlətçilik  mədəniyyətinin  simvolu  və

nadir memarlıq incisi olan Xan sarayı, yaxud Sərdar sarayı

məruz qaldı. Xan sarayı ilə yanaşı, məşhur İrəvan məscidləri

də vandallar tərəfindən dağıdılıb yerlə yeksan edildi.



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

6

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU


Özgə torpağında özünə “Vətən” yaradan, bütün dün -

yaya özlərini “mədəni”, “sivilizasiya keçmiş xalq”, türkləri

isə “yırtıcı”, “vəhşi” kimi təqdim edən erməni van dalları

kö çürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli

türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini

ibadət yerlərini – yüz illərlə öz varlığını qoruyub saxlamış

nadir  memarlıq  inciləri  olan  300-dən  çox  məscidi,  çoxlu

sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanları

yerlə  yeksan  etdilər.  Vandallar,  ilk  növbədə,  İrəvandakı

qədim məscidləri məhv etdilər.

Erməni vandallarının dağıdıb məhv etdiyi qədim İrə-

van,  onun  bütün  tarixi  türk-müsəlman  abidələri,  o  cüm-

lədən  Xan  sarayı (Sərdar  sarayı), qədim  İrəvan  məscidləri

Azərbaycan xalqının tarixi yaddaşında yaşayır. 

Oxuculara təqdim olunan bu kitabçada Azərbaycan

xalqına məxsus olan və erməni vandalları tərəfindən dağı -

dılan  nadir  memarlıq  abidələrinin  –  qə dim  İrəvan  məs-

cidlərinin acı taleyindən bəhs olunur. 



İrəvan xanlığı: erməni vandallarının

yox etdikləri İrəvan məscidləri” kitabçası

ça pa hazırlanarkən yaxından köməklik göstər -

diyinə görə Azərbaycan Respublikası Prezi-

denti İşlər İdarəsi nin Prezident Kitab xa  na-

  sı nın əməkdaşlarına təşəkkur edirik.

Yaqub Mahmudov

Əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü,

Dövlət Mükafatı Laureatı

7

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ


QƏDİM

İRƏvAN MƏSCİDLƏRİ

Hər bir xalqın öz vətənində, tarixi yurd yerlərində var-

lığını təsdiqləyən maddi mədəniyyət abidələrindən biri də

onlara məxsus dini ibadətgahların mövcud olmasıdır. Keç -

miş Azərbaycan torpağı olan indiki Ermənistan əra zisində

islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə

yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuş-

dur. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhə r i nin əra -

zi sində  mövcud  olmuş  məscidlərin  hər  biri  bir  nadir

me marlıq nümunəsi idi. Azərbaycan kərpic memarlığının

nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində, o

cümlədən İrəvan qalasının içərisində yaradılmışdır.

İslam dəyərlərinin həyat normasına çevrildiyi, yüz -

lərlə din xadimlərinin yetişdiyi qədim İrəvan şəhərində on-

larla məscid mövcud olsa da, bu tarixi abidələr XIX əsrdə

İrəvan xanlığının ərazisinə köçürülüb gətirilmiş erməni van-

dalları tərəfindən dağıdılmışdır. 

İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında

həm müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların, həm

də Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan

ayrı-ayrı müəlliflərin əsərlərində zəngin məlumat vardır. 

Tarixi mənbələrin verdiyi məlumata görə, Şah İsma -

yılın əmri ilə 1509–1517-ci illərdə onun sərkərdəsi Rəvan-

qulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid

inşa etdirmişdi. 

1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın ko-

mandanlığında  Osmanlı  ordusu  İrəvanı  ələ  keçirdikdən

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

8

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU


sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə

yanaşı, yeni məscid də tikdirmişdi. Həmin məscid onu inşa

etdirən türk sərkərdəsinin şərəfinə Rəcəb paşa məscidi ad-

landırılmşdı. 

Məşhur fransız səyyahı Jan Şardən 1673-cü ildə İrə-

vanda olmuş və şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və

hə min vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haq -

qın da məlumat vermişdir. O, bu məscidin onun əsasını qo -

yan  şəxsin  şərəfinə  Div  Sultan

*

məscidi  adlandırıldığını



ya zır.

J.Şardəni İrəvan səfərində müşayiət edən rəssamın



9

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

 

*



1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə

tutulur.


1

Şardən J. Səyahətnamə. Fransız dilindən tərcümə edən V.Asla -

nov. Bakı, 1994, s.22.

Qədim İrəvanda  məqbərə.

Erməni vandalları tərəfindən

dağıdılmışdır. Arxa planda

iki möhtəşəm məscid və on-

ların minarələri görünür.

Rəssam Jak İppolit Vander-

byur, qravüraçı  Devilye.

(Bax: L'Univers. Histoire et De-

scription de tous les Peuples.

Crimée, Circassie et Géorgie...

Paris, 1838, p. 21).



çəkdiyi  qədim  qüllənin  (türbənin)  şəklində  arxa  plan da

daha iki möhtəşəm məscid və onların minarələri təsvir edil -

mişdir ki, indi onların heç birindən əsər-əlamət qalmayıb.



yer almışdır. Qravüraçı Erkül Nikole, Dübua de Monperenin

çəkdiyi rəsmlərin qravüralarını hazırla mışdır.

3

İrəvan şəhərində mövcud olan azərbaycanlılara məx-



sus tarixi-memarlıq abidələrinin, o cümlədən də məscidlərin

məşhur rus fotoqrafı Dmitri Yermakov tərəfindən XIX əsrin

80-90-cı illərində çəkilmiş fotoları fotoqrafın 1896 və 1901-ci

illərdə çap etdirdiyi albomlara daxil edilmişdir. Dmitri Yer-

makovun İrəvan məscidləri ilə bağlı çoxsaylı fotolarının bir

11

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

3

Frederic Dubois de Montpereux. Voyage autour du Caucase,



chez  les  tcherkesses  et  les  abkhases,  en  Georgie,  en  Armenie  et  en

Crimee. Volume III, Paris, 1839, p. 346-347.



Sərdar məscidi. Rəssam Dübua de Monpere, qravüraçı 

Nikole Erkül. 

(Bax: Frédéric Dubois de Montpéreux. Voyage autour du Caucase, chez

les Tcherkesses et les Abkhases, en Colchide, en Géorgie, en Arménie et

en Crimée - Volume III, Paris, 1839, Voyes atlas, III serie, pl. 24).


qismi hazırda Simon Canaşia adına Gürcüstan Dövlət Mu -

ze yinin Yermakov fondunda və Şalva Amiranişvili adına İn-

cəsənət Muzeyində saxlanılır. 

1897-ci  ildə  alman  incəsənət  tarixçisi  və  arxeoloqu

Friedrix Sarre İrəvanda olmuş, Sərdar məscidinin və Göy

məscidin müxtəlif yönlərdən onlarla fotoşəkillərini çəkmiş

və sonradan həmin məscidləri müsəlman tarixi abi dələri

kimi elmi tədqiqat dövriyyəsinə cəlb etmişdir. F. Sarrenin

çəkdiyi  fotoların  bir  qismi  hazırda  Berlindəki  Dövlət

Muzeyinin islam incəsənəti bölməsində saxlanılır. 



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

12

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Göy məscid. Rəssam Dübua de Monpere, 

qravüraçı Nikole Erkül. 

(Bax: Frédéric Dubois de Montpéreux. Voyage autour du Caucase, chez

les Tcherkesses et les Abkhases, en Colchide, en Géorgie, en Arménie et

en Crimée - Volume III, Paris, 1839, Voyes atlas, III serie, pl. 23). 


Erməni tədqiqatçısı M.Qasparyan qeyd edir ki, XIX

əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində mövcud

olmuş  məscidlərdən  Göy  məscid,  Hacı  Hüseyn  və  Şəhər

(Zal  xan)  məscidləri  Könhə  şəhər  (Şəhri)  massivində,

Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy,

Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq

massivində yerləşirdi.

4

1902-ci ildə İrəvan quberniyasının statistika komitəsi



“İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitab çası”

çap etdirmişdir. Həmin kitabçada göstərilir ki, İrəvan qu-

13

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

4

Гаспарян М.А. Планировочная структура Еревана 19 – на-



чала 20 вв. // Национальное своеобразие зодчества народов СССР.

Сб. науч. тр.– Москва, 1979, с. 64–72.



Göy məscidin başqa bir görünüşü.  


berniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrə-

van şəhərindədir.

5

1906–1911-ci illərdə İrəvan şəhərinin texniki olmuş



B.Meh ra bov  şəhərin  planını  və  orada  olan  memarlıq

abidələrinin si ya hısını tərtib etmişdir. Mehrabov şəhərdə 8

məscid  qeydə  al mışdır.  Həmin  məscidlər  belə  adlanırdı:

Təpəbaşı məscidiŞə hər məscidi (Zal xan məscidi)Sərtib

xan məscidiGöy məs cid (Hüseynəli xan məscidi)Hacı

Novruzəli  bəy  məscidi,  Qala  məscidi  (Sərdar  məscidi,

yaxud Abbas Mir zə məscidi)Dəmirbulaq məscidi və Hacı



Cəfər bəy məscidi.

6

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

14

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Göy məscidin həyəti. Oktyabr, 1897. Foto Friedrix Sarre.

(Bax: Sarre Friedrich. Transkaukasien, Persien, Mesopotamien, 

Transkaspien. Berlin, 1899, p. 29). 

5

Памятная книжка Эриванской губернии на 1902 год. Эри-



вань, Типография Эдельсонь, 1902, Отд. III, c. 119–121.

6

http://www.iatp.am/old_yerevan.




1909-cu ildə Hacı Müzəffər ağanın Dəmirbulaqda tik -

dir diyi məscidi və İrəvan qadınlar klubunun yaxınlığında

yer ləşən Əsəd ağanın tikdirdiyi məscidi də nəzərə alsaq, de -

məli, 1918-ci ildə İrəvan quberniyası ərazisində erməni döv -

ləti yaradılanadək İrəvan şəhərində azı 10 məscid möv cud

olmuşdur. 

1918–1920-ci illərdə tarixi Azərbaycan ərazisində qu-

rulan erməni daşnak hökuməti zamanı və sovet hakimiyyə-

tinin ilk illərində Sərdar məscidiTəpəbaşı məscidiSərtib

xan məscidi və Hacı Novruzəli bəy məscidində Türki yədən

qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmış dılar. 

1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edilər kən,

ilk növbədə, Azərbaycan xalqına məxsus olan qədim tarixi

abidələr “plana salınmış” və şəhərin mərkəzində yer   lə  şən

azərbaycan lı lara məxsus tarixi-memarlıq abidələri, o cüm-

15

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

İrəvan bazarı və Göy məscid. 1875. 

Rəssam Paul von Franken, qravüraçı R. İllner.




17

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



şən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya

bənzətdiyini yazır. P.Uvarovaya istinad edən Y.Şahəziz daha

sonra yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici di-

varları,  sütunları,  iç  divarları,  çoxsaylı  digər  günbəzləri

rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova

Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma

ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd

mavi lövhə üzərində ərəb əlifbası ilə ağ rənglə mətn həkk

olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin

kvadratşəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildi -

yini qeyd etmişdir.

19

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Abbas Mirzə məscidi.


Daha sonra P.Uva -

rovanın dili ilə Y.Şahəziz

yazır ki, Sərdar məscidi -

nin önündə Şərq ənənə-

sinə uyğun, hər iki tə rə-

 fində hücrələrinin izləri

hələ  də  qalan  geniş  hə -

yətdə daha bir kiçik yay

məscidi  yerləşir.  Hansı

ki,  adətən,  bu  tip  yay

məs    cidləri  Şərqdə  əsas

tikilinin qarşısında, üzü

şi mala  doğru  tikilir.

Bun  dan əlavə, P.Uvaro -

va  hə min  həyətin  or-

tasında  müsəlmanların

yuyunması  (dəstəmaz

al ması  –  red.)  üçün  ti-

kilən  hovuzdan  1870-ci

ilədək istifadə edildiyini

qeyd etmişdir.

9

İmperator Arxeolo -



ji Komissiyasının qəra rı -

na  əsasən,  1911-ci  ildə

akademik Nikolay Marr İrəvan Xan sarayına baxış keçirmiş

və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

20

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Abbas Mirzə məscidinin ibadət 

zalının günbəzi. 1897. 

Foto Friedrix Sarre.

(Bax: Friedrich Sarre. Denkmäler persischer

Baukunst: geschichtliche Untersuchung

und Aufnahme muhammedanischer Back-

steinbauten in Vorderasien und Persien.

Berlin, 1910, p.53).

9



də vəziyyətini təsvir etmişdir. Nikolay Marr İmperator Ar-

xeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında et-

diyi  məruzəsində  yazırdı:  “Məscid  indi  də  yaxşı  və ziy-

 yətdədir,  lakin  onun  qorunması  üçün  heç  bir  tədbir

görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşmə-

sinə (yəni dağıdılmasına – red.) xidmət edir. Bununla belə,

o, yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: gün-

bəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə

mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir

və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və

onu çoxdan təmir etmək lazım idi.”

10

21



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Abbas Mirzə məscidi. XIX əsrin sonlarında. 

Foto. Şervinski. Berlin Dövlət Muzeyi.

10

Известия Императорской Археологической Комиссии. Вы-



пуск 46. Санкт–

П

етербург, 1912, с. 79.




Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov

1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedi si ya -

nın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflis, İrəvan

və Naxçıvanın  müsəlman kitabələri” adlı məqaləsində gös -

tə rilir ki, İrəvan qalasının içərisində, Sərdar sarayının yaxın-

lığında yerləşən şah Abbasın adına inşa edilən məscid ya-

 rıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaç -

qın ailəsi məskunlaşdırılmışdır. O, həmin məscidin bö yük

həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edil diyini

yazır. İ.Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir.

İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki,

həmin  vaxt  Məşədi  Cabbar  adlı  şəxs  ona  yaxınlıqda  Şah



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

22

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

İrəvan qalasında olmuş və XX əsrin əvvəllərində erməni 

vandalları tərəfindən yer üzündən silinmiş məscid.


Abbas məscidindən daha qədim bir məscidin olduğunu və

onun şah Xu da bəndə

*

tərəfindən inşa edildiyini söyləmiş dir.



Müəllif evlərin arasında gördüyü həmin köh nə, bərbad və -

ziy yətdə olan  məscidin divarlarının uzunluğunun 9 m, eni -

nin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa

edil  diyini qeyd edir. İ.Əzimbəyov çıxış qapısının üzə rindəki

ki tabədə məscidin 1098-ci il hicri tarixində, yəni miladi ta-

rixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır.

11

23

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Abbas Mirzə məscidinin fasadından bir görünüş. 1897. 

Foto. Frierdrix Sarre. Berlin Dövlət Muzeyi. 

*

Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1578–1587) nəzərdə



tutulur.

11

Азимбеков Иса. Мусульманские надписи Тифлиса, Эривани и



На  хичевани. Известия Азкомистариса, Баку, 1929, выпуск 4, с. 299-300.


1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-

istehkam  məqsədilə  istifadəsinə  son  qoyulduqdan  sonra

qaladakı  tarixi-memarlıq  abidələri,  o  cümlədən  Sərdar,

yaxud  Abbas  Mirzə  məscidi  ciddi  dağıntılara  məruz

qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Tür  ki -

yə dən köçüb gələn ermənilər məskunlaşdırılmış dı. Sovet

Er mənistanı dövründə isə Sərdar məscidi his sə-hissə dağı -

dılaraq onun yerində yaşayış evləri tikilmişdir. 



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

24

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Erməni vandalları tərəfindən dağıdılmış Sərdar məscidinin

xarabalıqları. XX əsrin sonları.


RƏCƏB pAŞA MƏSCİDİ

1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən

sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin abadlaşdırılması

üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə

1725-ci ildə Qalanın içərisində yeni bir məscid də inşa edil -

miş di ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb pa -



şa məscidi adlandırılmışdı. Bu məscid düzgün paralelepiped

forma sın da və sferik günbəzli olub, Şərq üslubunda hən dəsi

ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-ci il ok-

tyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra

Rəcəb  Paşa  məscidinin  günbə zin də ki  ay-ulduzu  çı xarıb,

yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə

çevirmişdilər. Daha sonra onun xarici qurulu şun da da də-

yişiklik  edilmiş,  fasa dına  silindrik  sütunlar  əlavə  edilmiş,

damına örtük vurulmuş, xristian məbədi formasına salın-

mışdı. Rəssam Frans Ru  bonun İrəvan qala sı nın alınmasına

həsr et diyi rəsmdə ön -

də Rə  cəb paşa məscidi

və onun minarəsi, ar xa

plan da isə Xan sa ra  yı -

nın  yaxınlığında  Sər-

 dar məscidinin təs viri

ve ril miş dir. 1930-cu il-

lərdə aparı lan “Al lah-

sızlar”  kampa ni yası

çər çi və sin də Rus pra-

vos lav  kil səsi  də  yer

üzündən silinmişdir.

25

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Rusiya işğalından sonra rus pravoslav

kilsəsinə çevrilmiş Rəcəb paşa məscidi.

Hazırda yer üzündən silinmişdir.



GöY MƏSCİD, yaxud

HüSEYNƏLİ XAN MƏSCİDİ

İrəvan şəhərini təsvir edən bütün səyyahların və təd -

qiqatçıların əsərlərində həm böyüklüyünə, həm də gö zəl -

liyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy

məscidin adı birinci çəkilir. İrəvandakı Göy məscid öl çü -

lərinə görə Qafqazda ən böyük məscid olmuşdur.

Şərq  memarlığının  nadir  nümunələrindən  hesab

edilən  Göy  məscidin  inşasına  1760-cı  ildə  başlanılmış,

Hüseynəli xan Qacarın hakimiyyəti dövründə – 1766-cı ildə

başa çatdırılmışdı. 

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

26

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Göy məscid. 

(Bax: August von Haxthausen. Transcaucasia: Sketches of the Nations and

Races Between the Black Sea and the Caspian. London, 1854, p. 268).


İrəvandakı  Mərkəzi  örtülü  bazarla  üzbəüz  yerləşən

Göy məscid öz kompozisiyası və əsas ibadətxanasının for-

masına görə 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa

edilən Cümə məscidinə bənzəyirdi. Göy məscidin ölçüləri

97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli

kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fəvvarəli

daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi.

12

Təkcə  Göy  məsciddə  deyil,  İrəvandakı  bütün  məs-



cidlərdə ibadət üçün qadın və kişi zalları ayrıca olmuşdur

ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı.

İbadət zallarının tavanı və divarları adətən gül rəsmləri ilə

bəzədilirdi.  Məscidlərin  divarlarından  və  sütunlarından

kişmir parçadan güllər düzəldilib asılırdı. 

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi



(1500–1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hov-

hanes Şahxatunyansa istinad edərək yazır: “Məscidin mi-



narəsinin  və  günbəzinin  bir  hissəsi  mavi  saxsılarla

üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və

şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər

və  hücrələr  yerləşirdi.  Məscidin  həyətində  ətrafına  sal

daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa

edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı

şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba

baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina

bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi

digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində

27

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

12

Арутюнян  В.,  Асратян  М.,  Меликян  А.  Ереван.  Москва,



1968, с. 31.


idi.  Sadə  görkəmli

zalların yalnız hə yə -

tə  baxan  pəncə rə ləri

şə bəkə üslu bunda iş -

lə nil miş və rəngli şü -

şələrlə bə zə dilmişdi.

Həyətin şi mal hissə -

sində  kiçik  bir  iba -

dət xana  da  var  idi.

Məs cidin  mina rəsi

çox  gözəl  idi  və  İrə-

vanın  tikililəri  ara -

sın da  ən  hündür  ol   -

du ğundan şəhərin hər yerindən görünürdü. Azançı onun

minarəsinə çıxaraq hər gün müsəlmanları ibadətə çağı -

rırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hü -

seynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.

13

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə



olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri

Linç öz səyahətləri haqqında 1901-ci ildə Londonda çap et-

dirdiyi kitabında şəhərin azərbaycanlı məhəlləsindəki Göy

cami nin, Hacı Nəsrullah

*

bəy məscidinin və Şəhər camisinin



adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

28

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

13

 "



!

!

(1500-1800 



.).

 "

 



 

 

!



!

,  1971, 

274-275.

(Hakopyan T. Yerevanın tarixi (1500–1800). İrəvan, 1971, s. 274-275)

Bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi



kimi qeyd olunur.

Göy məscidin portalı. Foro Henri Linç. 

(Bax: Linch, H. F. B. Armenia. Travels

and Studies. London, 1901, p. 215).


Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının

fotoşəkillərini kitaba daxil etmişdir.

14

İsa Əzimbəyov yu   xarıda adıçəkilən mə qaləsində Göy



məs   ciddə gördüklə rini ət raflı təsvir etmişdir. O, məscidin

iki ayrı-ayrı korpuslardan – qış və yay korpuslarından ibarət

ol  du ğunu,  qış  korpu su nun  kompleksin  cə nu bunda,  yay

kor pu sunun isə şimalda in şa edildiyini, onların isə mədrəsə

ilə əhatə olunduğunu yazır. İ.Əzim bəyov məsci din çox bö -

yük həyətinin oldu ğu nu, orada çinar və qovaq ağaclarının

ucal dığını yazır.

Erməni müəlliflərinin verdikləri məlumata görə, XX

əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökül -

29

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

14

Linch H. F. B. Armenia, Travels and Studies. London, 1901, p.



213–215.

Göy məscidin həyəti. Foto Henri  Linç.

(Bax:Linch, H. F. B. Armenia. Travels and Studies. London, 1901, p. 214).


məsi qərara alınsa da, tanınmış erməni şairi Ye  ğişe Çarensin

ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı

Göy məscid muzeyə çevril mək lə yer üzündən si   lin məkdən

xilas olunmuşdu. 

1936-cı  ildən  Göy  məscidin  bina sın da  İrəvan  səhər

Tarix  Muzeyi  yerləşdirilmişdi.  İkinci  Dünya  müha ribəsi

başladıqdan  sonra  Göy  məsciddən  bir  müddət,  eyni  za-

manda  hərbi  sursat  anbarı  kimi  istifadə  edilmişdi.  Mü -

haribədən sonra Göy məsciddə, həmçinin Təbiət Muzeyi və

1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında as-

tronomiya  həvəskarları  üçün  Pla netari  fəaliyyət  göstər-

mişdir. 


Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

30

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Göy məscidin həyətində aparılan təmir işləri. 

Foto Friedrix Sarre.  

(Bax: Transkaukasien, Persien, Mesopotamien, Transkaspien. 

Berlin, 1899, p. 27).


31

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Göy məscid. 1910-cu il.

Poçt markası.

Göy məscidin bir hissəsi bərpadan sonra. 2006.


1991-ci ildə Er mənistan müstəqillik əldə etdikdən və

müsəlman ölkələri ilə diplomatik münasibət lər yaradıldıq-

dan  son ra Göy məscidin yenidən məs cid kimi fəaliyyət gös -

tərməsi zərurəti meydana çıxdı. Əvvəlcə, 1991-ci ildə Tə biət

Muzeyi, 1994-cü ildə isə Tarix Muzeyi məscid komplek sin   -

dən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında im  za-

lanan  müqaviləyə  əsasən,  İran  hökuməti  Göy  məscidin

ye  nidən  qurulması  xərclərini  öz  üzərinə  götürdü.  Rekon-

struk  siya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan”

(“Müha ribə veteranları və

şə hidlər”)  xeyriyyə  fon  -

 du na həvalə edildi. Məs  -

ciddə son  tamamla ma iş -

lə ri 2006-cı ildə ba şa çat-

dırılmışdır. Re  kon   struk      si -

ya  işləri  məscid  kom  -

plek  sinin  yalnız  cə nub-

qərb və şimal his sə sində

apa rıl mış dır. Göy məs   ci -

din  24  metrlik  minarəsi,

28  köşkü  (hüc rə),  kitab-

xanası,  bö yük  zalı,  gün-

bəzi və həyəti re konstruk-

 siya  edilmiş dir.  Ha zırda

Ermə nistan rəs miləri Göy

məs cidi  xaricdən  gələn

qo naq lara “Fars məscidi”

kimi təqdim edir lər.



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

32

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Müasir tikililər arasında görünməz

hala salınan Göy məscidin minarəsi.


33

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

İrəvan rəsmlərdə. 1921.

Setrak Arakelyan.

Qədim İrəvan. 

İrəvan Tarix Muzeyi.

Göy məscid erməni rəssamlarının əsərlərində

İrəvan rəsmlərdə. 1926.

Anuş Sahinyan. 

Qədim İrəvan. 

İrəvan Tarix Muzeyi.

İrəvan rəsmlərdə. 1930.

Qabriel Gürcyan . 

Qədim İrəvan. 

İrəvan  Tarix Muzeyi.


Erməni  rəssamlarından  Martiros  Saryanın,  Setrak

Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920–30-

cu  illərdə  çəkdikləri  rəsm  əsərlərində  Göy  məscid  İrəvan

şəhərinin simvolu kimi əks etdirilmişdir.



ZAL XAN, yaxud ŞƏHƏR MƏSCİDİ

İrəvanın  Qala  ilə  Təpəbaşı  massivləri  arasında  yer-

ləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri

Şəhər məscidi və yaxud Zal xan məscidi adlanırdı. Şəhər

məscidi Göy məsciddən kiçik olsa da, çox gözəl olmuşdur.

H.Linçin verdiyi məlumata görə, Şəhər camesinin üzərində

ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci

ildə tikildiyi, yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edil -

diyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il

zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan

bəylərbəyiliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin

bərpası üçün xeyli işlər görmüşdür. Onun dövründə inşa

edilən  məscidlərdən  birini  əhali  Zal  xan  məscidi,  yaxud



Şəhər məscidi adlandırmışdı. Xarici görünüşünə görə Göy

məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün

həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri

məlumata görə, Zal xan məscidi, yaxud Şəhər məscidi İrə-

van şəhərinin mərkəzində – hazırda Respublika meydanı

adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin

böyük zalı dağıdılaraq onun yerində “Yerevan” oteli inşa

edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

34

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU


həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. 

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan

1949-cu  ilə  aid  bir  arxiv  sənədində  Zal  xan  məscidindən

sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.

İkimərtəbəli  binası  və  çoxlu  hücrələri  olan  Zal  xan

məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibə -

sin dən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəs-

samlar evinin sərgi salonu yerləşir.

15

35

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Hazırda “Yerevan” hotelinin yerləşdiyi ərazidə mövcud olmuş

məscid. XX əsrin 20–30-cu illərində dağıdılmışdır.

15

Арутюнян В.,  Асратян  М.,  Меликян  А.  Ереван.  Москва,



1968, с.32.


TƏpƏBAŞI MƏSCİDİ


xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə

olmuşdur. Hazırda dağıdılmış vəziyyətdə olan Abbasqulu

xanın evini ermənilər hələ də “Xanın evi” adlandırırlar. 

DƏMİRBULAQ MƏSCİDİ

Vaxtilə  ancaq  azərbaycanlıların  yaşadığı  Dəmirbulaq

massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır.

Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy məscidi,



Hacı Cəfər bəy məscidi və Dəmirbulaq məscidi. Dəmirbu-

laq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlı ğın -

da yerləşdiyi üçün ona Körpüqulağı məscidi də deyirdilər.

Hacı Novruzəli bəy və Hacı Cəfər bəy məs cidləri 1930-

40-cı illərdə “İrəvan şəhərinin baş planı”nın qurbanı olmuşlar.

37

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Təpəbaşı məscidində yaşayan erməni köçkünlərindən biri.


İrəvan şə hərində 1988-ci

ilədək fəa liyyət göstərən

ye ga nə  məscid  Çətirli

məs cid və yaxud yerləş -

diyi  əra zinin  adına  uy -

ğun ola raq adlandırılan



Dəmir bulaq məscidi ol-

muşdur. Üzərindəki ki -

ta bədə  məs cidin  hicri

təq vimi  ilə  1327-ci  ildə,

yəni  miladi  təqvimi  ilə

1909-cu ildə inşa edil diyi

göstə rilmişdi.  Məscidin

mina rəsi yox  idi.  Əvə -

zin də,  məs cid  binasının

da mın da  açıq  havada

1,5-2 metr hündürlü yün -

də  kvad  ratşəkilli  mey  -

dan ça 

inşa 


edilmiş,

onun üzə rin də dəmir barmaqlıqlarla əha tələnmiş məhəc-

cər qu   raş dırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü

dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid



də adlanırdı. Memarlıq baxımından belə məs cidlər, adə -

tən, “Güldəstə” məscidləri tipinə aid edilir. Sonralar yerləş -

diyi  məkanın  adına  uyğun  olaraq,  həmin  məscid  rəsmi

sənəd lərdə Dəmirbulaq məscidi adlan dı rıl mışdır. Ermə nis -

tan SSR Nazirlər Soveti yanında Erməni Kilsələri Şu rasının

17 avqust 1981-ci ildə verdiyi arayışda Baba yev Əkbər Cə fər



Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

38

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Dəmirbulaq məscidinin çətirli 

mina rəsi. 1987-ci il. 

Hazırda yoxdur. Erməni vandalları 

tərəfindən dağıdılmışdır.


oğlunun Də mirbulaq məscidinin icraiyyə orqanı nın sədri

olduğu göstəril mişdir. Həmin or qanın 2 iyun 1985-ci ildə

ver di yi  digər  ara yış da  Myasnikyan  rayonu,  Nəri ma nov

küçəsi–145 (ha zırda Vardanans küçəsi) ünvanında yerləşən

Dəmirbulaq  məscidi  üçün  siqnalizasiya  quraşdırılması

məsələsi qaldırılmışdır. 

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni sepa-

ratizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mi-

tinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan

şəhərindəki  Dəmirbulaq məscidini və M.F.Axundov adına

9 №-li azərbaycanlı orta məktəbin binasını yandırdılar. 

ABŞ  tədqiqatçısı  Robert  Kullen  İrəvana  etdiyi  səfər

haqqında “The New Yorker” qəzetində dərc etdirdiyi 15 ap -

rel  1991-ci  il  ta rixli  yazısında  şəhərdəki  azərbaycanlılara

məx  sus  olmuş  yeganə  fəaliyyət  göstərən  məsciddən  –

39

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Dəmirbulaq məscidinin axunduna verilən arayış. 1984. 


Də mir bulaq  məs cidindən

bəhs  etmişdir.  R.  Kullen

yazır ki, bir gecə İrəvan da

erməni  dos tu  onu  apara -

raq Qnuni küçə sin dəki 22

№-li evin arxasında bir qa -

laq  zibilliyi  göstərmiş dir.

Dostu qorxa-qorxa R. Kul-

lenə söyləmişdi ki, Erməni-

standa azər bay  can lılar ya -

şa dığı za man həmin yerdə

onlara  məxsus  məscid  bi-

nası  olmuşdur.  R.  Kul len

ya zır ki, İrəvan da qırğınlar



və  azər bay can lıların  şə -

hər  dən qo  vul  ma sı zamanı

qon  şuluq da  ya şa yan  er-

mə  nilər məscidi linglə uçurmuş, son ra isə buldozerlə yerlə

bir ermişlər.

16

Britaniyalı tədqiqatçı To mas de Vaal 2000-ci ildə İrə-



vanda səfərdə olarkən Ro bert Kullenin təsvir etdiyi ye rə get-

mişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir.



Mənə  elə  gəlirdi  ki,  onlardan  biri  mərkəzi  meydanın

yaxınlığında vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli

yaşayış evinin arxasinda yerləşir. Dar daş pilləkənlər məni

ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

40

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

16

Robert Cullen, A Reporter at Large, “ROOTS,” The New Yorker,



April 15, 1991.

Erməni vandalları tərəfindən

dağıdılan Dəmirbulaq məsci-

dinin içəridən görünüşü. 1987.  


ibarət boş bir məkana gətirib çıxardi. Mən, demək olar ki,

əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azər-

baycanlılarının  istifadə  etdiyi  məscid  ucalırmış.  Lakin

həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab

etməyərək uçurmuşdular.”

Ətrafda yaşayan er   mənilər Tomas de Vaa la mə lumat

vermiş dilər ki, 1990-cı ildə Bakıda azərbaycanlı la rın erməni

kilsəsini uçur duq ları barədə şa yiə yayıldıqdan son ra er-

mənilər üç gün ər zində Dəmirbulaq məs cidini yer lə yek-

san et mişlər.

17

Bakıdakı erməni kil səsinin sökülməsi xə bəri məqsədli



şəkildə ya yıl mış dı ki, Ermənistan ərazisin də qalan azərbay -

canlılara məxsus mə dəni irsin yer üzündən silinməsinə er-

mənisa ya ğı bəraət qazan dı rılsın. Ermənistanın Azər baycana

hərbi təcavü zün dən keçən 20 ildən ar tıq müddətdə Bakıda

mövcud olan yeganə erməni kilsəsi nəinki dağı dılma mış,

əksinə,tarixi-memarlıq abidəsi kimi dövlət tərə fin dən mü -

ha fizə edilir.

İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-me -

marlıq abi dələrindən biri də əvvəllər Əzizbəyov mey  danı,

hazırda  Sa xa rov  meydanı adlan dırılan  meydanın  ar   xa -

 sındakı Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür,

vaxtilə  həmin  yerdə  mövcud  olmuş  məscid  sökülsə  də,

onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə

edilir. Lakin, nədənsə, həmin mədrəsə İrəvan şəhərinin ta-

rixi-memarlıq abidələrinin siyahısına daxil edilməmişdir.

41

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

17

Томас де Ваал. Черный сад. Армения и Азербайджан меж -



ду миром и войной». Москва, «Текст», 2005, c.118-119.


Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini

və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tə -

rəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını

Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop

Maştos  küçəsi–12  ünvanında  yerləşən  Göy  məscidin  və

Xorhrda rani küçəsi–40 ünvanında yerləşən məscidin adları

daxil edil miş dir. Qeyd edilən siyahıda Göy məs cid İran məs-

cidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qə -

fəsinin (skeleti nin) “qorunduğu” qeyd edil miş dir. Təqdim

etdiyimiz şə  kildən də gö ründüyü kimi, son vaxtlaradək Sər-

dar  məs cid-komp lek sin dən  yalnız  onun  bir  di varının  2-3

metr enin də, 3-4 metr hündürlü yün də kiçik bir par çası qal -

mışdı. Hə min əra zidə “Qlendale Hills” ti kinti şir kəti 14 mər -

təbəli 18 blok lu yaşayış kompleksi inşa etmişdir.

18

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

42

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ

TARİX  İNSTİTUTU

İrəvanın mərkəzində içərisində erməni ailələrinin 

yaşadığı mədrəsə binasının görünüşü. 

18

http://www.gov.am/u_files/file/kron/Armeniapr2_en.pdf.




XIX  əsr Avropa  və  rus  səy yahlarının  və  tədqiqat çı -

larının möh  təşəm və nadir memarlıq nümunəsi adlandır -

dıqları İrəvan qalasındakı Sərdar məscid-kompleksindən

qalan kiçik bir divar qalığının da yox edilməsi “mədəni” er-

mənilərin hə min əra zi nin əzəli sakinləri olan azərbaycan-

lıların  mədəni  irsinə  olan  düşmən  münasibətinin  əyani

təzahürü, erməni vanda liz minin bariz nümunəsidir. 

Təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan

adlanan və özünü dünyanın “sivil ölkəsi” kimi beynəlxalq

aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azər-

baycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların

maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni soy qı -

rımı həyata keçirilmişdir. 

43

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASİ



TARİX  İNSTİTUTU

Ermənİ  vandallarının  yox  Etdİyİ  İrəvan  məscİdlərİ

Bakının mərkəzində 

Azərbaycan 

hökuməti tərəfindən

mühafizə edilən 

erməni kilsəsi. 

Ermənistan hökuməti tərəfindən

“mühafizə edilən” Abbas Mirzə

məscidinin son günləri. 2014-cü

ilin noyabrında erməni vandalları

tərəfindən yox edilmişdir.


Az rbaycan Tarixil

ri 


ctimai Birliyi 

AZ1065, Bak

ı ., B.Ba

ırova k., 7, m.29.  

E-mail: mxanbabayeva@mail.ru. Mob. (055) 353-02-33 

Az rbaycan Milli Elmlr Akademiyas

ı   

Tarix 


nstitutunun m

tbsind ap edilmi

dir. 

Bak


ı   h., H.Cavid pros., 125. 

Az

rbaycan Respublikas



ı n ı n Prezidenti yan

ı nda Qeyri-Hkum

t  

T

kilatlar



ı na Dvl

t D st


yi  uras

ı n ı n maliyy

l dirdiyi  

r van xanl

ı ı n ı n 

tarixin


 dair 4 adda bro

r

r olunmas



ı  layih

si 


riv

sind


 Az

rbaycan Tarixil

ri  ctimai Birliyi t

r find


n n

r edilmi


dir. 

  n n



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə