13
“Nağıllar”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “İlanlı
dərənin sirri”, “Təmraz və Gün”, “Su pərisi”, Qəşəm İsabəy-
linin “Elnur, Əkil və onların başına gələnlər” və s. nağıllar
kiçik yaşlı məktəblilərin sevə-sevə oxuduğu nağıllar sırasına
daxildir.
Uşaqların estetik tərbiyəsində və nitqinin inkişafında
uşaq şeiri mühüm tərbiyə vasitələrindən hesab olunur. Şeir tək-
tək uşaqlarla yanaşı, kollektiv şəkildə də oxunur. Xarici aləmi,
əşya və hadisələrin başlıca əlamət və xüsusiyyətlərini uşağa
yalnız obrazlı söz vasitəsilə çatdırmaq mümkündür. Məsələn,
M.Ə. Sabirin “Ağacların bəhsi” və M. Füzulinin “Meyvələrin
söhbəti” nəzm əsərlərini mütaliə edən hər bir şagirddə orada
bəhs olunan bitkilər haqqında müəyyən təsəvvür yaranmış olur.
Bu cür nəzm əsərlərində müxtəlif əşya və hadisələr haqqında
məlumat vermək məqsədilə şairlər maraqlı üsullardan istifadə
edirlər. Abdulla Şaiq, Teymur Elçin, Mikayıl Rzaquluzadə,
İlyas Tapdıq, Məmməd Aslan, Əli Kərim, Zahid Xəlil və
başqalarının yazdıqları şeirlərin kiçik yaşlı məktəblilərin
dünyagörüşünün inkişaf etməsində böyük əhəmiyyəti vardır.
Əsas mərhələdə şagirdlər
müstəqil oxu üçün ədəbiyyatın
növləri ilə tanış olur, arzu və marağına müvafiq ədəbiyyat
seçməyi öyrənirlər. Bu zaman məktəbli Azərbaycan dili
kitablarında təqdim edilən sinif oxusunda olan bölmələr
əsasında müstəqil surətdə kitab seçmək təşəbbüsündə olur.
Belə demək mümkünsə sinifdənxaric oxu sinif oxusunun
davamı, onun inkişaf mənbəyi rolunu oynayır. Sinif oxusu
prosesində şagirdlərin əldə etdikləri məlumatlar sinifdənxaric
oxunun köməyi ilə dolğunlaşır, tamamlanır. Şagirdlərin
sinifdənxaric oxu prosesində əldə etdikləri informasiyalar hər
14
hansı mətnin inteqrasiya şəraitində tədrisinə imkan yaradır. Bu
mərhələdə şagirdlərə müəyyən siyahılar çatdırmaq lazım gəlir.
Sinifdənxaric oxu üçün bədii əsərlər seçilərkən şagirdlər
nağıllar əsasında yazılmış əsərləri aludəliklə qarşılayırlar. Bu
məqsədlə onlara A.Şaiq, M.Seyidzadə, M.Rzaquluzadə,
M.Müşfiq, xarici ölkə yazıçılarından Ş.Perro, V.Qrimm,
X.Andersen, C.Badari, L.Tolstoy, A.Qaydar, U.Permyak,
K.Çukovski,
S.Marşak D.Bisset, C.Rodari, L.Malerba,
A.Lindqrin, E.B. Potter, A.Valomberq, K.Paterson və başqala-
rının qələmə aldıqları nağılları təqdim etmək məsləhətdir.
Müxtəlif həyat hadisələrinə, ətraf aləmə böyük maraq
göstərən, hər şeyin mahiyyətinə varmağa çalışan, bugünkü
uşaqlar əqli intellektual qabiliyyəti ilə 30-40 il bundan əvvəlki
yaşıdlarından xeyli fərqlənir. Bu baxımdan müasir dövrün
nəbzini tutan, uşaqlara həyatı öyrədən, dünyagörüşlərini
genişləndirən əsərlərin mütaliəsinə də xüsusi diqqət yetiril-
məlidir. Kiçik yaşlı məktəblilər üçün ensiklopediyalar, “Mən
dünyanı öyrənirəm”, “Ağıllı oğlan və qızların ensiklopediyası”
seriyası ilə çap olunmuş “Həşəratlar”, “İnsan bədəni”, “Nəq-
liyyat və maşınlar”, “Planetin qəribə quşları”, “Boxça” bilgi
almanaxı” eləcə də Sona Xəyalın Zoologiya, Botanika,
Ədəbiyyat və s. fənnlərə aid “fənni” hekayələri balacaların
dünyagörüşünün və biliklərinin artmasında faydalı ola bilər.
Qeyd etmək lazımdır ki, sinifdənxaric oxunun təşkilində
məqsəd həm də kiçikyaşlı məktəblilərə tərbiyəvi təsir göstər-
məkdən ibarətdir. Bədii əsərlərdəki obrazlar, psixoloji hallar,
hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir,
uşaqlarda yüksək insani hisslərin, əxlaqi keyfiyyətlərin tərbiyə
olunmasını təmin edir. Bir çox hallarda müəllimin rəhbərliyi,
15
istiqaməti olmadan da, mütaliənin təsiri ilə şagirdlərdə özünü
tərbiyələndirmə üzrə iş təmin edilir.
Sinifdənxaric oxu üçün materialın seçilməsi
Sinifdənxaric oxu üçün material seçərkən və onlarla işi
təşkil edərkən aşağıdakı şərtlərə əməl olunmalıdır:
1. Sinifdənxaric oxu üçün əsasən, bədii əsərlərə üstünlük
verilməlidir.
2. Kiçik yaşlı məktəblilərə təqdim olunan hər bir əsər
onların əqlinə və hisslərinə təsir göstərməlidir. Əsl vətəndaş
tərbiyə etmək üçün həm ciddi, həm komik, həm şən, həm də
qəmgin mətnlər seçilməlidir.
3. Əsər seçərkən müxtəlif janrlar − həm nağıl, həm
hekayə, həm təmsil, həm də şerlərin təqdim olunması nəzərdə
tutulmalıdır.
4. Həm Azərbaycan, həm də xarici ölkə xalqları
ədəbiyyatının nümunələri əhatə edilməlidir.
5. Sinifdənxaric oxu üçün seçilmiş mətnin həcmi çox
böyük olmamalıdır. I sinifdə 120-150 sözdən ibarət mətnlə
başlanan bu iş IV sinifdə 150 səhifəyədək mətnin oxusu ilə
başa çatır.
6. Ədəbi parçalar şagirdlərin marağına, bilik səviyyəsinə
ətraf aləmlə tanışlığa uyğun olmalıdır
7. Seçilmiş əsər dilinə, quruluşuna və bədii tərtibatına
görə şagirdlərin hazırlığına uyğun olmalıdır.