9
nöqteyi nəzərdən qiraət 30-40 dəqiqə çəkməlidir. Bu vaxt
ərzində seçilmiş əsərin oxunuşu başa çatmırsa, onda onlar
hissələrə bölünüb ardıcıllıqla oxunmalıdır. Həmçinin oxunuşu
lazım gəlməyən hissələr şifahi nağıl edilməlidir ki, əsərin və ya
mətnin məzmununu uşaqlar başa düşsünlər.
Ucadan oxu aşağı sinif şagirdləri üçün oxu texnikasına
yiyələnməkdə olduqca böyük əhəmiyyət kəsb edir. Həmçinin
onların oxuduğu mətni yadda saxlamaq imkanlarını inkişaf
etdirməyə kömək edir. Odur ki, sinifdənxaric qiraətlə kiçik
yaşlı oxucuların oxu texnikasını (məntiqi vurğu, fasilə, səs
tonunun alçalması və yüksəlməsi və s.) inkişaf etdirmək və
təkmilləşdirmək lazımdır. Burada məqsəd uşaqlara zəruri qiraət
vərdişlərini − söz və cümlələri düzgün, aydın və ifadəli
oxumaq, səsi düzgün ifadə etmək, sual, nida və s.
intonasiyalara, məntiqi vurğulara riayət etmək və s.
mənimsətməkdir.
Qiraətçinin mətni nümunəvi formada oxuması əsərin
şagirdlər tərəfindən dərk edilməsini asanlaşdırır. Uşağın
özünün ifadəli ucadan oxuya cəlb olunması isə əsərin dərk və
tədqiq etmə prosesini tamamlayır. Beləlilkə, əsərin anlaşılması
və şərhi qarşılıqlı təcrübə əsasında həyata keçirilir. Həmçinin
qarşılıqlı nümunəvi oxu məktəblilərdə kitaba maraq oyadır. Bu
haqda V.A. Suxomlinski deyirdi: “Uşaqlara kitabdakı fikrin
gözəlliyini, müdrikliyini, dərinliyini göstərin. Ancaq elə
göstərin ki, hər bir uşaq oxumağı daim sevsin, kitab dənizində
müstəqil üzməyə hazır olsun. Bunun üçün isə qabaqcadan
hazırlaşmaq lazımdır”. Böyük Ukrayna yazıçısı N.V.Qoqol bu
münasibətlə yazırdı: “Lirik əsəri elə oxumaq lazımdır ki, orada
dəyərsiz heç nə olmasın, bunun üçün isə onu uzun müddət
öyrənmək lazımdır.”
10
Bu dünyanı qazanmaq istəyirsənsə kitab oxu!
Axirəti qazanmaq istəyirsənsə kitab oxu! Həm bu
dünyanı, həm axirəti qazanmaq istəyirsənsə kitab oxu!
(Məhəmməd (ə.s) Peyğəmbər)
Kiçik yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik
İbtidai siniflərdə sinifdənxaric oxunun əsas istiqaməti
şagirdlərdə müstəqil mütaliəyə maraq oyatmaq, mütaliə
mədəniyyəti yaratmaq və bu yolla onların ətraf aləm haqqında
bilklərini, dünyagörüşlərini genişləndirməkdən ibarətdir.
Kiçik yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik ilk
növbədə mütaliə mədəniyyətinin formalaşdırılmasından baş-
lanılır. İlk olaraq ibtidai sinif şagirdlərinə kitabla davranmaq
üzrə ən zəruri qaydalar haqqında məlumat verilməlidir.
Məktəblilərin kitabla rəftar mədəniyyətinin formalaşması üçün
onlara aşağıdakı tövsiyələri vermək olar:
1) kitabı hara gəldi atma, cırma, ona ləkə salma;
2) kitabı qatlama;
3) kitabın içinə qələm, dəftər və başqa əşyalar qoyma;
4) kitabın səhifələrini qatlama; əlfəcindən istifadə et;
5) kitabın səhifələrində qeydlər aparma;
6) kitab oxumazdan əvvəl əllərini yu;
7) yemək stolunun üstündə kitab oxuma;
8) oxuyub qurtardıqdan sonra kitabı yerinə qoy;
9) kitabın cildinə kağız çək və s.
Kiçik yaşlı məktəblilərə mütaliə zamanı bəzi gigiyena
qaydaları da tövsiyə olunmalıdır:
1. Uzanıb oxumaq zərərlidir.
11
2. Kitabı vərəqləyəndə barmağını dilinə vurma.
3. Oxuyarkən düz otur, kitabın üzərinə əyilmə.
4.Oxuyanda elə otur ki, işıq sol tərəfdən düşsün.
5.Gözlərin yorulanda oxuma.
6. Yaxşı işıqlandırılmış otaqda oxu.
7. Yorğunluq hiss etdikdə oxumağı saxla.
8. Yeyə-yeyə oxuma.
9. Yeyəndən yarım saat sonra oxu.
10. Minikdə, gəzə-gəzə oxuma və s.
Bu qaydaların gözlənilməsi kiçik yaşlı şagirdlərin
sağlamlığını mühafizə etməklə yanaşı, onların əqli fəaliyyəti-
nin inkişafına da kömək göstərir.
Kiçik məktəbyaşlı uşaqların mütaliəsində ilk mərhələ
3 hissəyə bölünür:
1. Hazırlıq (I sinfin birinci yarım ili, hələ uşaqlara savad
təlim edilir);
2. Başlanğıc (I sinfin ikinci yarım illiyi);
3. Əsas (II-IVsiniflər).
Hazırlıq mərhələsində çətinliklər çox olur. İş kitabxana
və kitabla tanışlıqdan başlanır. Şagirdlər zəif oxu texnikasına
malik olduqları üçün kitabxanadan aldıqları sevimli kitabları -
hekayələri, nağılları, şeirləri, tapmacaları hər zaman həvəslə
oxumurlar, ya birinci səhifəni oxuyur, ya da şəkillərə baxırlar.
Bu dövrdə əsas vəzifə şagirddə kitaba maraq tərbiyə etməkdən
ibarətdir.
Hazırlıq və başlanğıc mərhələsində aparılan iş ibtidai
siniflərdə inkişaf etdirilir, ucadan ifadəli oxu iş üsulu kimi əsas
yer tutur.
Bu baxımdan I-II sinif şagirdlərinin mütaliəsində
12
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri böyük rol
oynayır. Nağıl qəhrəmanlarının parlaq obrazları ilə biz
uşaqlarda dostluq və məhəbbət, namuslu olmaq və doğruluq,
şərə və ədalətsizliyə nifrət kimi böyük insani hisslər oyada
bilərik. Nağıllar qədim mədəniyyətimizin mənəvi sərvəti,
yaddaş salnaməsidir. Dünyada elə bir xalq yoxdur ki, o nağıl
yaratmamış olsun. İnsan öz həyatını, arzu və düşüncələrini,
xeyrin şər üzərində qələbəsinə inamını nağıla çevirməkdən
xüsusi zövq almışdır. Uşaqlar qədim mədəniyyətimizin mənəvi
sərvəti olan nağılı, sevir, dərk edir və özünə lazımi nəticələr
çıxarır. Nağılın kiçik yaşlı oxucular üçün əhəmiyyəti çox
böyükdür. Kitab oxuyan, nağılların təsiri ilə böyüyən uşağın
söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. Buna görə, uşaq
ikən müxtəlif nağıllara qulaq asmaq, hərfləri tanıdıqdan sonra
mütaliə ilə məşğul olmaq gələcəkdə daha geniş söz ehtiyatına
malik olmaq üçün faydalı təsirə malikdir. Nağıl dili canlılığı ilə
fərqlənir, onda bənzətmələr və obrazlı ifadələr boldur.
“Nağıllar” və "Azərbaycan xalq nağılları" kitabındakı “Cırt-
dan”, “Tıq-tıq xanım”, “Tülkü və hacıleylək” nağılları,
“Sevimli nağıllar” kitabındakı “Süleyman və qarışqa”, “Zirək
oğru”, “Əliyarla dovşan”, “Ağ quş”, “Şəngülüm, Şüngülüm,
Məngülüm” nağılları balaca oxucuların zövqünü oxşayır,
qəhrəmanları onlara sevdirir, yaxşı ilə pisi, xeyir ilə şəri başa
salır. Nağılı oxuduqdan sonra uşaqlar buradakı hadisələr və
qəhrəmanlarla bağlı testləri yerinə yetirməli, hadisələrin
ardıcıllığını düzgün müəyyən etməli, ilk dəfə rastlaşdıqları
sözləri qeyd edərək onların mənasını araşdırmalıdırlar.
Müasir
uşaq
ədəbiyyatı
yazıçılarından
Sevinc
Nuruqızının “İpəkcənin macəraları”, Gülzar İbrahimovanın
Dostları ilə paylaş: |