Azərbaycan Respublikasının Seçki Məcəlləsi


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



Yüklə 1,79 Mb.
səhifə29/33
tarix23.02.2018
ölçüsü1,79 Mb.
#27501
1   ...   25   26   27   28   29   30   31   32   33

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

27 may 2003-cü il tarixli 461-IIQ nömrəli “Azərbaycan Respublikasinin Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqinda” Azərbaycan Respublikasinin Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2003-ci il, № 6, maddə 274)


Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

  1. 11 noyabr 2003-cü il tarixli 516-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 680)

  2. 8 iyun 2004-cü il tarixli 685-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 416)

  3. 12 oktyabr 2004-cü il tarixli 771-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 891)

  4. 30 dekabr 2004-cü il 819-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 62)

  5. 4 mart 2004-cü il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında“ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278)

  6. 14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 576)

  7. 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584)

  8. 23 dekabr 2005-ci il tarixli 35-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 29 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1091)

  9. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712)

  10. 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457)

  11. 16 dekabr 2008-ci il tarixli 739-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 44)

  12. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

  13. 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592)

  14. 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163)

  15. 20 aprel 2012-ci il tarixli 327-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 409)


Konstitusiya Məhkəməsinin Qərarları

KM1 Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «... Bu hal növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil edilir.

Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar prezident seçkilərinin keçirilməsi müəyyən edilir və bu seçkilər növbəti prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlayırlar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 avqust 2003-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)



1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 27 may 2003-cü il tarixli 461-IIQ nömrəli “Azərbaycan Respublikasinin Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqinda” Azərbaycan Respublikasinin Qanunu ilə təsdiq edilmişdir. (azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2003-ci il, № 6, əlavə)


2 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə Məcəllənin mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.


3 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə Məcəlləyə 1.1.29-1.1.32-ci maddələr əlavə edilmişdir.


4 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 2.4-cü maddəyə aşağıdakı cümlələr əlavə edilmişdir:

"Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz."



5


 4 mart 2004-cü il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında“ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə Məcəlləyə 7-1-ci maddə əlavə edilmişdir.


6 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 8.1-ci maddədə "120" rəqəmi "75" rəqəmi ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 8.1-ci maddədə “75” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir.




7 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 8.2-ci maddə yeni redaksiyada ifadə edilmişdir.

Əvvəlki redaksiayda deyilirdi:



8.2. Səsvermə günü iş günü hesab olunmur.


8 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 11-1-ci maddə əlavə edilmişdir.

16 dekabr 2008-ci il tarixli 739-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 44) ilə 11-1.2-ci maddədə “salınması” sözündən sonra “, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” sözləri əlavə edilmişdir.




9 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 13.3.4-cü maddəyə cümlə əlavə edilmişdir.

10


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.8-ci maddədə "iclası haqqında" sözlərindən sonra "və həmin iclasda baxılan məsələlər haqqında" sözləri, "iclasının vaxtı haqqında məlumat" sözlərindən sonra "və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər" sözləri və "İclasın vaxtı haqqında məlumat" sözlərindən sonra "və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər" sözləri əlavə edilmişdir.

11


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.17-ci maddədə "aparatının" sözü "katibliyinin" sözü ilə əvəz edilmişdir.


12 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 22.1-ci maddəyə cümlələr əlavə edilmişdir.

13


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 22.1-ci maddəyə aşağıdakı cümlə əlavə edilmişdir:

"(Bu maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olmaqla) qadağalar bu Məcəllənin 36.7-ci maddəsində göstərilən qaydada seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir)".



14


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 22.10.1-ci maddədə "iclasları" sözündən sonra ", həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər" sözləri əlavə edilmişdir.

15


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 22.11-ci maddədə "ümumi nəticələrinin" sözləri "yekunlarının (ümumi yekunlarının)" sözləri ilə əvəz edilmişdir.


16 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 23.2-ci maddənin ikinci cümləsində "Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə" sözləri "apellyasiya instansiyası məhkəməsinə" sözləri ilə, dördüncü cümlədə "Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin" sözləri "apellyasiya instansiyası məhkəməsinin" sözləri ilə əvəz edilmişdir.


17 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 25.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.


18 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 25.2.23-cü maddə 25.2.24-cü maddə hesab edilmişdir və 25.2.23-cü maddə əlavə edilmişdir.

19


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 27.1-ci maddədə "Mərkəzi Seçki Komissiyasının" və "Mərkəzi Seçki Komissiyası" sözlərindən sonra "sədri, sədrinin müavini, katibi və" sözləri əlavə edilmişdir.

20


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 28.6-cı maddədə "orqanı" sözündən sonra "və internet saytı" sözləri əlavə edilmişdir.

21


 12 oktyabr 2004-cü il tarixli 771-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 891 ) ilə Məcəllənin 29.4-cü maddəsinə aşağıdakı redaksiyada mətn əlavə edilmişdir:

“Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu məcəllənin 29.1-ci maddəsinə riayət etmək mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən çox seçki dairəsinin yaradılması və ya müvafiq seçki dairəsinin tərkibinə birdən çox bələdiyyənin daxil edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan qalıq bu məcəllənin 29.3.1-ci maddəsində göstərilən faizlərdən çox olduqda, Mərkəzi Seçki Komissiyası seçki dairəsini yaradarkən, bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyə bilər. Bu halda Mərkəzi Seçki Komissiyası seçki dairəsinin yaradılması haqqında qərarda bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyin mümkün olmadığının səbəblərini göstərməklə, öz qərarını əsaslandırmalıdır.”




22 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 29.6-cı maddədə "115" və "110" rəqəmləri müvafiq olaraq "70" və "65" rəqəmləri ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 29.6-cı maddənin altıncı cümləsində “70” rəqəmi “55” rəqəmi ilə, “65” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir.




23 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 30.1-ci maddədə "90" rəqəmi "60" rəqəmi ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 30.1-ci maddədə “60” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir.



24


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə Məcəlləyə 34.5-ci maddə əlavə edilmişdir.


25 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 35.5-ci maddədə "xüsusi rejim" sözlərindən əvvəl "Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda" sözləri əlavə edilsin, 5-ci cümlədən sonra aşağıdakı məzmunda cümlə əlavə edilmişdir.


26 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 36.6-cı maddəyə "tələb olunmur" sözlərindən sonra "və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir" sözləri əlavə edilmişdir.

27


 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 40.6-cı maddənin altıncı cümləsində "Apellyasiya Məhkəməsinə" sözləri "apellyasiya instansiyası məhkəməsinə" sözləri ilə əvəz edilmişdir.

28


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 40.12-ci maddədə "yekunları" sözündən sonra "(ümumi yekunları)" sözləri əlavə edilmişdir.

29


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə Məcəlləyə 41.3.-cü maddə əlavə edilmişdir.


30 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 42.2.3-cü maddədən "seçki bülletenlərinin qoyulması üçün zərflərin və" sözləri çıxarılmışdır.

31


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 42.2.7.-ci maddədə "yekunları" sözündən sonra "(ümumi yekunları)" sözləri əlavə edilmişdir.

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 42.2.7-ci maddədən "seçki bülleteninin qoyulması üçün zərfə," sözləri çıxarılmışdır.




32 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 42.3.1-ci maddədən "seçki bülletenlərinin qoyulması üçün zərflər və" sözləri çıxarılmışdır.

33


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 44.5-ci maddədə "ümumi nəticələrinin" sözləri "(referendumun) yekunlarının (ümumi yekunlarının)" sözləri ilə əvəz edilmişdir.


34 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 45.3-cü maddədə "46.9" rəqəmi "46.10" rəqəmi ilə əvəz edilmişdir.

35


 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 46.1-ci maddəyə aşağıdakı cümlə əlavə edilmişdir:

"Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir."




36 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 46.1-ci maddənin ikinci cümləsində "yalnız məhkəmənin qərarı əsasında" sözləri "Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən" sözləri ilə əvəz edilsin və həmin cümlədən mötərizədə verilmiş "(bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir)" sözləri və yeddinci cümlə çıxarılmışdır; "35" rəqəmi "25" rəqəmi ilə əvəz edilmişdir.


37 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 46.6-cı maddə aşağıdakı redaksiyada ifadə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



46.6. Hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissədə yerləşən hərbi qulluqçuların, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

18 iyun 2010-cu il tarixli


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə