Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə160/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   176

 

493 


Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər. 

Xalq oyunları, mahnıları, dram məktəblərdə geniĢ yayılmıĢdır. 

Bu  dərnəklər  Ģagirdlərdə  bədii  yaradıcılıq  qabiliyyətini  inkiĢaf 

etdirir.  Onlar  müxtəlif  musiqi  alətlərində  çalmağı,oxumağı,  rəqs 

etməyi  öyrənirlər.  Dərnəyin  üzvləri  məktəb  tədbirlərində,  müxtəlif 

musiqi olimpiadalarda, bayramlarda fəal iĢtirak edirlər. 

Bədii özfəaliyyət dərnəklərinin təĢkili aĢağıdakı formalar üzrə 

həyata keçirilə bilər: 

1.

 

Ədəbi dərnəklər. 



2.

 

Dram dərnəkləri. 



3.

 

Təsviri-incəsənət dərnəkləri. 



4.

 

Vokal dərnəkləri. 



5.

 

Musiqi dərnəkləri. 



6.

 

Xoreoqrafiya dərnəkləri. 



7.

 

Kino və fotoqrafiya dərnəkləri. 



8.

 

Tətbiqi sənət dərnəkləri. 



9.

 

Digər dərnəklər. 



ġagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dər-

nəklərinin  xüsusi  əhəmiyyəti  vardır.  Dram  dərnəklərinin  təĢkilində 

aĢağıdakı tələblər nəzərə alınmalıdır: 

1.

 



Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uĢaqların 

yaĢ, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır. 

2.

 

Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha 



çox  maraq  göstərən,  nitqində,  ifadə  tərzində  qüsurlar  olmayan, 

dərslərindən yüksək qiymətlər alan Ģagirdlərə üstünlük verilməlidir. 

3.

 

SeçilmiĢ  əsər  üzərində  dərnək  üzvlərilə  birlikdə  iĢləmək 



lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapĢırılması daha düz-

gün müəyyənləĢdirilər. 

4.

 

MəĢğələlərdə  “səhnə  danıĢığı”  ilə  bağlı  əvvəlcədən  hazır-



lanmıĢ tədrislər əsasında spesifik xarakterli iĢ aparılmalıdır. 

5.

 



Dram  əsərlərində  cərəyan  edən  hadisələri  daha  dolğun 

təqdim  etmək  üçün  texniki  vasitələrlə  yanaĢı,  musiqi  alətlərində 

daha  yaxĢı  çalmaq  səriĢtəsi  olan  Ģagirdlərin  gücündən  lazımi 

qaydada istifadə edilməlidir. 

6.

 

Məktəb  səhnəsində  tamaĢaya  qoyulacaq  dram  əsərlərinin, 



yaxud  müvafiq  parçaların  mövzusuna  uyğun  dekorasiya  və  paltar-

ların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır. 




 

494 


7.

 

Hər  bir  obrazın  daxili  aləminin  açılmasında  mühüm  əhə-



miyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır. 

8.

 



MəĢqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq Ģəraitində 

keçirilməlidir. 

9.

 

HazırlanmıĢ  nümunələrin  premyerasına  mütəxəssislərin, 



ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması va-

cibdir. 


TamaĢa  və  parçaların  nümayiĢindən  sonra  dərnək  üzvlərinin 

iĢtirakı  ilə  təhlillər  aparılmalı,  deyilmiĢ  müsbət  və  mənfi  cəhətlər 

obyektiv qiymətləndirilməlidir. 

Xor  dərnəyi  də  Ģagirdlərin  estetik  tərbiyəsi  baxımından  əhə-

miyyətlidir. ġagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkiĢafın-

da mühüm rol oynayan xor dərnəkləri Ģagirdlərin estetik hisslərinin, 

bədii zövqlərinin inkiĢafına qüvvətli təsir göstərir. 

Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xor-

la oxu tarix boyu ayrı-ayrı xalqların məiĢətinə daxil olmuĢ və əmək 

cəbhəsində,  mübarizə  meydanında,  mərasim  məclislərində  insan-

ların yaxın dostu olmuĢdur. 

Bədən tərbiyəsi və idman dərnəkləri 

Bu  dərnəklərdə  Ģagirdlər  müxtəlif  idman  növləri  ilə  məĢğul 

olur, öz sağlamlıqlarını möhkəmləndirirlər. Belə dərnəklərdə iĢtirаk 

edən  məktəblilərin  əksəriyyəti  idman  sahəsində  nailiyyətlər  də  qa-

zanırlar. 

 

Suallar və tapĢırıqlar 

 

1.  Sinifdənxaric  tərbiyə  iĢlərinin  mahiyyəti  və  məqsədi  haqda  nə 

deyə bilərsiniz? 

2. Sinifdənxaric tərbiyə iĢlərinin təĢkili formaları barədə danıĢın.  

3.  Sinifdənxaric  tərbiyə  iĢlərinin  təĢkilinə  verilən  tələblər  han-

sılardır? 

4.  Sinifdənxaric  tərbiyə  iĢləri  ilə  məktəbdənkənar  tərbiyə  iĢlərinin 

ümumi və frəqli cəhətləri hansılardır? 

5.  Sinifdənxaric  tərbiyə  iĢlərinin  təĢkilində  dərnəklərin  yeri  barədə 

danıĢın.  

6.  Sinifdənxaric  tərbiyə  iĢlərinin  təĢkilində  disputların  rolu  barədə 

fikirlərinizi açıqlayın. 




 

495 


7. Məktəbdənkənar tərbiyə iĢlərinin mahiyyəti və məqsədi haqda nə 

deyə bilərsiniz? 

8.  Məktəbdənkənar  təhsil  müəssisələrinin  təsnifatı  və  iĢinin 

məzmunu barədə danıĢın. 

9. Disputların və müzakirələrin təĢkili və keçirilməsi metodikasına 

Ģərh verin. 

10. Ekskursiyaların təĢkili və keçirilməsi metodikasının xüsusiyyət-

lərini göstərin. 

11.Sinifdənxaric  tərbiyəvi  tədbirlər  və  Ģagirdlərin  hərtərəfli  inki-

Ģafında onların rolu barədə danıĢın. 

 

Ədəbiyyat 

 

1.

 



Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 

2.

 



Əliyev  Həmzə.  Pedaqoji  ustalığın  əsasları.  Dərs  vəsaiti.  Bakı, 

1999. 


3.

 

Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991. 



4.

 

Həmzəyev  M.Ə.  YaĢ  və  pedaqoji  psixologiyanın  əsasları.  Bakı: 



2003. 

5.

 



Hüsеynzаdə  R.L.  Qədim  və  orta  əsrlərdə  Аzərbаycаndа  tərbiyə, 

təhsil və pedaqoji fikir. Bаkı: Nurlar, 2007. 

6.

 

Hüseynzadə R.L. Ġsmayılova M.C.Tərbiyə iĢi və onun metodikası. 



Bakı: Nurlar, 2012. 

7.

 



Ağayev  M.H.  Təlim  tərbiyə  prosesində  Heydər  Əliyev  irsindən 

istifadə. (Metodik vəsait) Bakı: ADPU, 2009. 

8.

 

Ağayev  M.H.  Pedaqoji  fikir  tarixində  tərbiyə  və  təhsil.  Bakı: 



ADPU, 2011. 

9.

 



 Əliyev Ġ.Ġ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2009. 

 

 



 

 

 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə