65
məĢğul olur, onların ev tapĢırıqlarının yerinə yetirilməsinə nəzarət
və köməklik edir, asudə vaxtlarını səmərəli və mənalı təĢkil edir-
dilər. UĢaqlar yaxĢı əməllərinə görə rəğbətləndirilirdi. “Quran”ın
müəyyən hissəsini öyrəndikdən sonra bir günlük tətil verilməsi,
tərifləmək, “Afərin” demək, təbəssümlə qarĢılamaq, müəllimin əvə-
zinə “Quran” oxumağa icazə vermək, müəllimin köməkçisi təyin
etmək-kimi rəğbətləndirmə üsulları var idi. UĢaqlar səhərdən
axĢama kimi məktəbdə olurdular.
Beləliklə, deyə bilərik ki, məktəblər ilk vaxtlarda insanlarda
yazıb oxumaq missiyasını, yerinə yetirirdisə və ya dini yaymaq,
təbliğat vasitəsi kimi fəaliyyət göstərirdisə, daha sonralar cəmiyyə-
tin inkiĢafı, insanların dünyagörüĢünün geniĢlənməsi artıq məktəbin
belə bir vəzifə və funksiyasını qane etmirdi. Ona görə də daha yük-
sək təlim və tərbiyə müəssisələrinə ehtiyac duyulur, islam aləminin
hər yerində müsəlmanların təhsillənməsi, elmə yiyələnib, tərəqqi
etməsi islamın baĢlıca Ģərti hesab olunur və elmə, biliyə yiyələnmə
müsəlmanın baĢlıca vəzifəsi hesab olunurdu.
4.1.5. Xanegah, Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda təhsil
IX əsrin sonları, X əsrin əvvəllərində Yaxın və Orta Asiyada,
daha sonralar Azərbaycanda sufizm hərəkatı baĢlandı. Xanegahlar,
Təkyələr (buna təkkə də deyilir), Zaviyələr, Dərgahlar sufizmin
həm ibadət yerləri, həm də təlim, tədris yerləri, təhsil ocaqları hesab
olunurdu. Bura insanlar toplaĢır, söhbət edir, ġeyxin ibrətamiz,
nəsihətverici, təhsilləndirici söhbət və moizələrini dinləyirdilər.
XII əsrin sonlarında, xüsusilə XIII -XIV əsrlərdə Azərbayca-
nın bir çox qədim Ģəhərlərində Xanegahlar geniĢ yayılmıĢdı “Xane-
gah” kəlməsinin mənası “Ġbadət yeri”, “Ġbadət evi” deməkdir.
Naxçıvan ərazisində Xanegahlar, Təkyə və Zaviyələr daha
çox idi. Bu Xanegahlarda müəyyən din, əqidə və ya təriqət təbliğ
olunurdusa da, həm də burada insanlar təhsil alır, müəyyən bilik və
dünyagörüĢə yiyələnirdilər. Naxçıvan MR-run Culfa rayonunda,
Əlincə çayının sahilindəki Xanağa kəndi orta əsrlərin Xanegahından
qalmıĢdır. Bu Xanegah iki mərtəbədən ibarətdir. Alt mərtəbə sər-
dabə adlanır ki, Nəiminin qəbri buradadır. Ġkinci mərtəbədə kitab-
xana, təlim-məĢğələ otağı, yığıncaq otağı və baĢqa otaqlar vardır.
66
Abidə 8 guĢədən ibarət olub qırmızı və ağ biĢmiĢ kərpiclə tikilmiĢ
və yaĢıl kaĢilərlə bəzədilmiĢdir. Abidənin üzərində çox əzəmətli bir
künbəz vardır. Məqbərənin qarĢısında müxtəlif fiqurlarla nəqĢ
edilmiĢ 10 metr yüksəkliyində 4 sütun ucalır. Bu Xanegahın qapı
yerinin üstündən düĢmüĢ yazılı bir daĢ kitabə bu gün Xanegah
məqbərəsində saxlanılmaqdadır. Vaxtilə buradakı Xanegaha dövrün
bilikli adamları, Ģair və ziyalıları toplaĢır, burada Ģeir məclisləri,
dini, elmi söhbət və müzakirələr keçirirdilər. Hürufilik təriqətinin
banisi Nəiminin məzarı da Xanegahdadır.
Naxçıvan Ģəhərindəki Zaviyə məhəlləsində BektaĢilərə məx-
sus Zaviyə (“Künc”, “GuĢə” mənasını verir) məscidi erkən orta əsr-
lərin qiymətli memarlıq abidəsidir. Zaviyə BektaĢilərin həm ibadət
yeri, həm də təlim-tədris mərkəzi olmuĢdur. Bura toplaĢanlar müx-
təlif elm, bilik sahələrinə dair təriqət baĢçılarından, dövrün böyük
alimlərindən dərs almıĢlar. Zaviyədə təlim, təhsil məsələlərinə geniĢ
yer verildiyindən buraya mədrəsə də deyilmiĢdir.
“Xəlvətilik” təriqətinin banisi, XV əsrdə Bakıda yaĢayıb-
yaratmıĢ, xeyli məktəb və mədrəsələr açmıĢ ġeyx Seyid Yəhya
Bakuvi Təkyələr kompleksi olan ġirvanĢahlar sarayı məkanında da
böyük Xanegah yaratmıĢdır. Onun burada yaĢadığı dövrdə 20 minə
yaxın müridi olmuĢdur. Özü, farsca, ərəbcə, türkcə əsərlər yaratmıĢ,
dini-didaktik Ģeirlər yazmıĢdır.
1000-ci ildə NiĢabur Ģəhərinə gəlmiĢ məĢhur azərbaycanlı
ədib və Ģair, məĢhur mühəddis Baba Kuhi (vəf.təxm.1019) burada
sufizmin fəal iĢtirakçısı olmuĢdur. Xorasanın ən görkəmli sufi
Ģeyxlərindən olan Sulaminin xanegahına rəhbərlik etmiĢdir. Xane-
gaha rəhbərlik edən Ģəxs dərin elmə, biliyə və ən əsası isə mü-
dərrislik bacarığına malik olurdular. Təsəvvüf ədəbiyyatı adlanan
ilk sufi ədəbiyyatının nümunələrinə də Baba Kuhinin əsərlərində
rast gəlmək olur.
Bu gün Azərbaycanın bir çox yerlərində o cümlədən Lerikdə,
Cəlilabadda, Biləsuvarda və baĢqa yerlərdə Xanegah adı ilə kəndlər
vardır ki, həmin kəndlərdə də mövcud olmuĢ Xanegahların izi bu
gün də görünməkdədir.
Bir çox Xanegahların nəzdində və ya ayrılıqda Təkyələr fəa-
liyyət göstərirdi. Təkyə farsca “söykənmə”, “istinad etmə”, “sığına-
caq” deməkdir.
67
Təkyələrdəki nəzəri təlim alanlar praktik olaraq Təkyənin zikr
ayinlərinə qoĢulur, təsəvvüf adətlərini icra edirdi. Zikr ayinlərində
bəstəli ilahilər oxunur, səma rəqsləri ifa olunur, Ģeir və musiqi
dinlənilirdi. BaĢqa sözlə təkyə həm də bir ədəbiyyat, incəsənət, mə-
dəniyyət ocağı kimi fəaliyyət göstərirdi. Praktik fəaliyyəti uğursuz
olan tələbələrin nəzəri biliklərinə etibar edilmir və onlar yenidən
çiləyə çəkilirdilər. Təlimdə uğur qazanan tələbələr öncə zahidlik
mərtəbəsinə yüksəlir, sonra təhsilini davam etdirərək ġeyx rütbəsinə
qədər yüksələ bilir və mürĢidliklə, yəni müəllimliklə məĢğul ola
bilirdilər. ġeyx yol göstərən, öyrədən, istiqamət verəndir. Mürid
ġeyxə bağlı, ondan öyrənən tələbədir. Məktəbdə müəllim kimdirsə
təriqət ocağında da ġeyx odur. Məktəbdə müəllim insanın ağlına
təsir göstərirsə, ocaqda ġeyx insanın ruhuna, mənəvi aləminə təsir
göstərir. Bəzən mədrəsəni bitirmiĢ Ģəxslər də təkyələrə gəlirdilər.
Təkyələrin bütün xərclərini vəqflər və Xanegah təriqət üzvləri
ödəyirdilər. Təkyələrdə təsəvvüf həyatına məcazi mənada “Mey-
xana”, “Xərabat” da deyilirdi. Bir çox klassik ədəbiyyat nümunələ-
rimizdə də təsəvvüf ideyalarından irəli gələn bu ifadələr iĢlənmiĢdir.
Dahi Füzulinin – “Meyxanələri fəth edək fatihələrlə” misrası,
yaxud, “Gah məmur qılar badə məni, gah xarab; Görünüz gah qu-
ran, gah yıxan memarı” beyti buna misal oal bilər.
Beləliklə deyə bilərik ki, pedaqoji, psixoloji, didaktik, mənəvi
və tibbi məsələlərə varıncaya qədər geniĢ bir xidmət sahəsi olan
təkyələr o dövrün özünəməxsus, səciyyəvi məktəbidir, klubudur,
istirahət yeridir, gözəl sənətlər akademiyasıdır, ədəbiyyat və fikir
ocağıdır, mənəviyyat qaynağıdır. Təkyə Quranın tövsiyə etdiyi bir
metod ilə hikmət və gözəl öyüdlə insanları dinə, həqiqətə, mərifətə,
elmə və biliyə çağırırdı. Təkyələrdə insanlar özlərinə sığınacaq tap-
mıĢ, yolçular, yoxsullar, evsizlər təkyələrdə öz rahatlığını və əm-
niyyətini təmin edə bilmiĢlər. Təkyələr həm də insanların bir-birilə
ünsiyyət, xəbərləĢmə mərkəzi idi. Təkyələr bəzi zamanlar xəstələr
üçün də bir Ģəfa mərkəzi olmuĢdur. Burada daha çox təlqin yolu ilə,
ġeyxin məsləhət və tövsiyələri ilə insanlar Ģəfa tapmıĢlar.
Ġbadət və idrak ocaqlarından biri də müəyyən bir ġeyxin adı
ilə adlandırılan Dərgahlardır. Dərgah “Qapı önü” mənasını verir ki,
burada insanlar öz tərəfdarlarını tapmıĢ, ünsiyyət qurmuĢ, öyrənmiĢ,
bilik qazanmıĢlar. Deyə bilərik ki, erkən orta əsrlərin ibadət və təlim
Dostları ilə paylaş: |