Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə13/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   9   10   11   12   13   14   15   16   ...   87

 
39 
həm  ibtidai  siniflərdə  (məsələn,  sinifdənxaric  tədbir  kimi  mülki 
müdafiə məşğələlərində), həm də V-IX siniflərin riyaziyyat, fizika, 
coğrafiya və s. kurslarında hərbi məzmunlu çalışmaların həllində bu 
bilikləri  müəyyən  dərəcədə  əlaqəli  şəkildə  öyrənirlər.  Hətta  fizika 
dərsliklərində  bəzi  nümunələr  hərbi  işlərdən  gətirilən  anlayışlar 
əsasında  aydınlaşdırılır.  Lakin  bu  prosesdə  bir  çox  şagirdlər  hərbi 
materialları  fizika,  riyaziyyat  və  s.  biliklərlə  əlaqələndirməyə  dair 
ilk  zəruri  biliklərə  kifayət  qədər  malik  ola  bilmirlər.  Ona  görə  də 
şagirdlər hərbi materialları lazım olan digər ümumtəhsil fənn bilik-
ləri ilə düzgün və səmərəli əlaqələndirməkdə xeyli çətinlik çəkirlər. 
Bu da yalnız hərbi biliklərin deyil, həmçinin fizika, riyaziyyat və s. 
fənlərin  mənimsənilmə  keyfiyyətinə  mənfi  təsir  göstərir.  Həmin 
cəhəti nəzərə alaraq, hərbi rəhbər şagirdləri digər fənlərdən aldıqları 
biliklərdən hərbi hazırlıq məşğələlərində istifadə etməyə hazırlama-
ğa xüsusi diqqət yetirməlidir. Bu zaman uyğun fənn müəllimlərinin 
köməyindən istifadə etmək daha məqsədə uyğun olar. Hazırlıq işin-
də  aşağı  siniflərdə  qazanılmış  bilikləri  yalnız  sadəcə  təkrar  etdir-
məklə kifayətlənmək olmaz. Şagirdlər fizika, riyazi və s. biliklərdən 
hərbi məşğələlərdə müntəzəm şəkildə istifadə etməyə hərtərəfli ha-
zır olmalıdırlar. Bu baxımdan onlar ilk növbədə hərbi hazırlıq məş-
ğələləri  zamanı  digər  fənlərə  dair  biliklərdən  istifadə  prosesi  ilə 
rastlaşmalı,  həmin  prosesə  qoşulmağın  vacibliyini  görməlidirlər. 
Ona görə də bu mərhələdə fizika, riyazi və s. bilikləri tətbiq etməyin 
hərbi biliklərin möhkəm və şüurlu mənimsənilməsindəki rolu aydın-
laşdırılmalıdır.  Başqa  sözlə  hərbi  materialların  yüksək  səviyyədə 
mənimsənilməsi  üçün  şagirdlərdə  ümumtəhsil  fənləri  üzrə  biliklər-
dən istifadəyə tələbat tərbiyə olunmalıdır. Belə bir tələbat tərbiyəsi 
gənclərin çağırışaqədərki hazırlığı kursunda, məsələn, “Dövləti mü-
dafiənin  əsasları”,  “Əsgərin  döyüşdə  davranış  qaydaları”,  “Silahlar 
və atıcılıq hazırlığı” üzrə mövzuların tədrisi zamanı həyata keçirilə 
bilər.  Bunun  üçün  əvvəlcə  hərbi  materialların  tədrisində  bilavasitə 
istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü qruplaş-
dırmalı, bu anlayışların necə təkrar etdiriləcəyini müəyyənləşdirmə-
li, sonra həmin anlayışların müsahibə  yolu ilə təkrarına keçməlidir. 


 
40 
Təkrar  prosesində  bu  anlayışların  fizika  və  riyaziyyat  kurslarından 
öyrənilən biliklər olduğu şagirdlərə xatırladılmalı və təkrarın yekun-
laşdırılması  yeni  hərbi  hazırlıq  materiallarının  şərhinə  başlanğıc 
olmalıdır. 
Yeni hərbi materialın fizika və riyazi biliklər ilə əlaqəli tədri-
sindən sonra məktəblilərdən fizika və riyaziyyata dair hansı biliklə-
rin  tətbiq  olunduğu  soruşulur.  Onlar  da  fizika  və  riyazi  biliklərdən 
necə istifadə edildiyini aydınlaşdırırlar. Bu mərhələ X sinifdən baş-
layaraq  bilavasitə  fizika  və  riyazi  biliklərlə  əlaqəli  öyrədilən  hərbi 
mövzuların tədrisində xüsusən qabarıq şəkildə öz əksini tapmalıdır. 
X  sinifdə  tədris  ilinin  birinci  yarısında  “hansı  riyazi  biliklər-
dən (və yaxud fizikaya dair hansı biliklərdən) istifadə edildi?” sualı 
yeni  hərbi  dərsin  izahı  prosesində  də  verilə  bilər.  Sual  məzmunca 
şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq didaktikanın asandan 
çətinə, sadədən mürəkkəbə prinsipinə əsaslanaraq verilir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fizikaya, 
riyaziyyata,  kimyaya,  tarixə  və  s.  dair  biliklərdən  elə  istifadə  edil-
məlidir ki,  məzmunca  yaxın  (fizika və  riyazi, tarix və coğrafiya  və 
s. anlayışlar hərbi anlayışlarla məntiqi surətdə əlaqələndirilə bilsin, 
məktəblilərin əqli və praktik fəaliyyətində həmin biliklərin tətbiqinə 
geniş  imkan  yaransın,  qazanılmış  hərbi  biliklər  şagirdlərin  ümum-
təhsil fənləri üzrə bilikləri ilə əlaqəli şəkildə hərbi məzmunlu çalış-
maların həllinə tətbiq oluna bilsin. Tətbiq prosesində fizika, riyaziy-
yat,  coğrafiya  və  s.  kurslardan  mənimsənilmiş  biliklər  bir  daha 
ümumiləşdirilir. Ümumiləşdirmə hərbi dərslərdə böyük mövzuların 
əlaqəli tədrisindən sonra, əsasən, riyazi və hərbi, fizika və hərbi və 
s.  anlayışların  müqayisəsi  yolu  ilə  aparılır.  Məktəblilər  həm  məz-
munca  yaxın, həm də eyni bir elmi əsasda tədris edilən hərbi anla-
yışla fizika və riyazi və s. anlayışların (məsələn, hərbi topoqrafiya-
nın və konusvari proyeksiyanın) oxşar və fərqli cəhətlərini, onların 
bir-biri ilə əlaqəsini müəyyənləşdirməyi müqayisə  yolu ilə öyrənir-
lər.  Təcrübə  göstərdi  ki,  bu  zaman  yiyələndikləri  hərbi  biliklər  şa-
girdlərin yadında möhkəm qalır. Onlar konkret hərbi faktları (məsə-
lən,  güllənin  atılma  prinsipini,  güllənin  başlanma  sürəti  və  enerjisi 


 
41 
və s.)  fizika və  riyazi  biliklərə  əsaslanaraq öyrəndikdən sonra, mə-
nimsədikləri  hərbi  anlayışlarla  həmin  fizika  və  riyazi  anlayışları 
qarşılaşdırır  və  müqayisə  aparırlar.  Bu  zaman  hərbi  rəhbər  yeni 
hərbi materialın mənimsənilməsini keçmiş fizika və riyazi biliklərin 
təkrarı əsasında həyata keçirir. Həmin biliklərin təkrarında isə onun 
hərbi  materiallarla  bilavasitə  əlaqələndirilən  xassə  və  əlamətləri 
konkret şəkildə ya sual-cavab formasında, ya da hərbi rəhbərin şərhi 
vasitəsilə şagirdlərə xatırladılır. 
Hərbi  biliklər  verilərkən  məktəblilərin  ümumtəhsil  fənləri 
üzrə biliklərindən istifadə bacarıqları hərbi məzmunlu praktik tapşı-
rıqların icrası prosesində formalaşdırılmalıdır. Bu praktik tapşırıqlar 
X-XI  siniflərdə  yeni  hərbi  materialların  şagirdlərin  digər  fənlərdən 
qazandıqları biliklərlə əlaqəli tədrisindən bilavasitə sonra, yəni yeni 
biliyin möhkəmləndirilməsi zamanı verilir. 
Yuxarıda  deyilənləri  yekunlaşdırmalı  olsaq,  deyə  bilərik  ki, 
ibtidai hərbi hazırlıq kursunun digər fənlərlə əlaqəli şəkildə öyrənil-
məsi məktəblilərin təkcə hərbi biliklərini artırmaqla məhdudlaşmır, 
onları  həm  də  praktik  bacarıq  və  vərdişlərə  yiyələndirir,  hələ 
məktəb illərindən Vətənimizin müdafiəsinə hazırlayır. 
 
1.3. Ümumtəhsil fənlərilə əlaqəli tədris olunma baxımından 
gənclərin çağırışaqədərki hazırlığı üzrə proqram və dərsliyin 
imkanlarının müəyyənləşdirilməsi 
 
Hal-hazırda orta ümumtəhsil məktəblərində “Gənclərin çağırı-
şaqədərki hazırlığı” adı ilə tədris olunan fənnin son 30 il ərzindəki 
məzmununa və onun təkmilləşdirilməsi istiqamətlərinə nəzər salma-
ğı məqsədəuyğun sayırıq. Fənn 1970-75-ci illərdə “Orta ümumtəhsil 
məktəbi şagirdlərinin ibtidai hərbi hazırlığı”, 1975-81-ci illərdə “İb-
tidai hərbi hazırlıq”, 1981-95-ci illərdə “Gənclərin ibtidai hərbi ha-
zırlığı” adı ilə tədris olunmuş, proqram və dərsliklər Moskvada ha-
zırlanmışdır. 1993-cü ildən fənn Azərbaycan dilində tədris olunma-
ğa başlamış, hazırda “Gənclərin çağırışaqədərki hazırlığı” adı ilə ha-
zırlanmış milli dərslik əsasında (60, 61, 62) tədris olunur. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə