Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə10/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

 
30 
fənlərarası  əlaqə  anlayışını  N.M.Çərkəzzadənin  göstərdiyi  kimi 
nəzərdən  keçirmək  daha  doğru  olar.  Ona  görə  də  həmin  müəlliflər 
fənlərarası əlaqəni didaktik tələb kimi qəbul edirlər. Bizim fikrimiz-
cə  isə,  gənclərin  çağırışaqədərki  hazırlığı  kursunda  fənlərarası  əla-
qənin nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilmə-
si şərti ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tət-
biq olunan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biri-
dir.  Bu  tələb  gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində 
şagirdlərin  təbiət-riyaziyyat  elmləri  üzrə  qazandıqları  biliklərdən 
istifadə  prosesinə  də  tamamilə  aiddir.  Belə  əlaqə  hərbi  faktların  və 
hərbi sahədə  istifadə  olunan bəzi  düsturların  mahiyyətini  məktəbli-
lərə  daha  asan  öyrətmək  və  mənimsətmək  üçün  vacibdir.  Başqa 
fənlərdə olduğu kimi, gənclərin çağırışaqədərki hazırlığı məşğələlə-
rində də şagirdlərin fizikaya, riyaziyyata və s. fənlərə aid biliklərin-
dən  əlverişli  istifadə  hərbi  biliklərin  mənimsənilmə  keyfiyyətini 
yüksəltmək  üçün  mühüm  şərt  kimi  qəbul  oluna  bilər.  Bu  zaman 
məktəblilər hərbi materialı daha dərindən başa düşür, onun öyrənil-
məsinə daha şüurlu yanaşır. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  ümum-
təhsil fənləri üzrə biliklərdən istifadə zamanı şagirdlərə həm də  ya-
radıcı düşünməyi, məntiqi mühakimələr yürütməyi öyrətmək lazım-
dır.  Bu  proses  şagirdlərin  təsəvvürlərinin,  diqqətinin,  yaddaşının, 
təfəkkürünün  inkişaf  etdirilməsi  ilə  yanaşı,  onlarda  fəallıq  və 
təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşmasına şərait yaradır. 
Təlim  prosesində  hərbi  rəhbər  fənlərarası  əlaqənin  göstərilən 
tələblərini yüksək səviyyədə yerinə yetirdikdə müsbət nəticələr əldə 
edir və məktəblilər hərbi biliklərə möhkəm yiyələnirlər. Hərbi anla-
yışlarla fizika, riyazi, coğrafi və s. anlayışlar arasında daxili bağlılı-
ğı  aşkara  çıxarıb  onları  əlaqəli  şəkildə  şagirdlərə  çatdırmaq  hərbi 
rəhbərin məharətindən də çox asılıdır. Bu zaman məktəblilərin diq-
qəti hərbi anlayışlar ilə fizika, riyazi və s. anlayışlar arasındakı əla-
qəyə nə qədər tez-tez cəlb olunarsa, onlar fikri əməliyyata daha tez 
alışar və onlarda, adları qeyd olunan ümumtəhsil fənn anlayışları ilə 


 
31 
hərbi  anlayışlar  arasında  qarşılıqlı  əlaqə  yarada  bilmək  bacarığı 
müvəffəqiyyətlə inkişaf edər. 
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi prosesində 
ümumtəhsil fənnləri üzrə biliklərdən istifadə zamanı nəzərə alınmalı 
pedaqoji məsələlərdən biri də təlim prosesində problemli vəziyyətin 
yaradılmasıdır.  Problemli  təlim  1970-85-ci  illərdə  şagirdlərin  fikri 
müstəqilliyini  və  fəallığını  artırmaq  üçün  təlim  prosesində  tətbiq 
edilən  metodik  sistemlər  arasında  xüsusi  yer  tutmuş,  geniş  popul-
yarlıq qazanmışdır. Başqa fənlərdə olduğu kimi, gənclərin çağırışa-
qədərki hazırlığı məşğələlərində də problemli  yanaşmadan istifadə-
nin mahiyyəti ondan ibarət olur ki, məktəblilər bir növ “tədqiqatçı”, 
“ilk  ixtiraçı”  vəziyyətinə  salınır,  yeni  biliklər  onlara  hazır  şəkildə 
verilmir.  Öyrənilməsi  nəzərdə  tutulan  yeni  hərbi  biliklərin  şərhi 
zamanı uyğun ümumtəhsil fənni üzrə (məsələn, fizika və riyaziyyat 
üzrə)  biliklərindən  istifadə  şagirdlərin  qarşısında  problem  (sual) 
şəklində qoyulur. Təfəkkür prosesi tələb edən belə bir vəziyyət isə 
M.M.Maxmutovun  (45,  s.6)  göstərdiyi  kimi  problemli  situasiya 
adlanır.  Digər  dərslərdə  olduğu  kimi  hərbi  hazırlıq  məşğələlərində 
də  problemli  situasiya  problemli  təlimin  əsasını  təşkil  etməlidir. 
Çünki,  psixoloqların  müəyyənləşdirdiyi  kimi,  təfəkkür  sualdan, 
problemli  situasiyadan  başlayır.  Bu  situasiyanın  özü  də  çox  vaxt 
böyük  və  mürəkkəb  əqli  iş  tələb  edən  təfəkkür  aktı  ola  bilər.  Ona 
görə də ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin uyğun fizi-
ka,  riyazi,  coğrafi,  rəsmxət,  tarix  və  s.  biliklərindən  problemli  şə-
kildə  istifadə  edərkən problemin  məntiqi  formasının  sual olduğunu 
nəzərə  almaq  lazımdır.  İstifadə  olunacaq  əsas  fizika,  riyazi  və  s. 
anlayışlar  sualda  öz  əksini  tapmalıdır.  Əgər  həmin  sual  şagirdləri 
çətinliyə salıb düşünməyə məcbur edirsə, həmin suala cavab vermək 
üçün  onlarda  fikri  fəallıq  əmələ  gətirirsə,  onda  problemli  situasiya 
yaranmış  olur.  Problemli  situasiya  təfəkkür  prosesini  meydana 
gətirir,  inkişafı  problemin  həllinə,  yəni  istifadə  olunacaq  ümum-
təhsil  fənləri  üzrə  bilikləri  müəyyənləşdirməyə  və  onların  tətbiqinə 
doğru aparır. 


 
32 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  digər 
ümumtəhsil fənləri üzrə biliklərin tətbiqi zamanı problemli vəziyyə-
tin  yaradılması  məktəblilərin  emosional  gərginliyini  artırmaq  qay-
dası,  onların  dünyagörüşünün  formalaşması  vasitəsi  olur.  Tədqiqat 
göstərdi ki, fizika, riyaziyyat və s. ümumtəhsil fənləri üzrə biliklər-
dən  problemli  suallar  qoymaqla  istifadə  etmək  şagirdləri  düşündü-
rür, onların idrak fəaliyyətini  qüvvətləndirir, başlıcası  isə diqqətini 
fəallaşdırır.  Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində 
problemli  situasiyaya  yer  verməyin  mahiyyəti  ondan  ibarətdir  ki, 
yeni hərbi mövzunun izahı giriş müsahibəsi ilə başlanır, şagird axta-
rış tələb edən suallarla və bu suallardan doğan yeni vəzifələrlə qar-
şılaşır, müvafiq yeni fənn biliklərindən istifadənin vacibliyini, bun-
suz  tələb  olunan  hərbi  anlayışı  mənimsəməyin  qeyri-mümkünlü-
yünü başa düşür. 
Məlumdur ki, təlim prosesində problem qəsdən, şüurlu şəkildə 
yaradılır, əvvəlcədən planlaşdırılır və məktəblilərin düşünmə qabiliy-
yətini  inkişaf  etdirmək  məqsədi  daşıyır.  Problemli  təlimin  məqsədi 
şagirdlərin  zehni  axtarışına  meydan  verməkdir.  Ona  görə  də  bu 
metodu  gənclərin  çağırışaqədərki  hazırlığı  üzrə  müvafiq  mövzuların 
tədrisi zamanı problemli təlimin köməyi ilə fizika, riyaziyyat, coğra-
fiya  və  s.  anlayışlardan  zəruri  istifadə,  hərbi  rəhbərlə  şagird  ara-
sındakı  daim  müstəqil  və  əks-əlaqə  şəraitində  keçən,  öz  aralarında 
ciddi məntiqi ardıcıllığa malik sistem kimi qəbul etmək mümkündür. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  dərslərində  əlaqəli  tədris 
məqsədilə problemli situasiya yaradılan zaman mövzu ilə bağlı konkret 
suallar  qoyulmalı,  cavablar  alınmalı,  şagirdlərin  iştirakı  ilə  müqayisə 
və ümumiləşdirmələr aparılmalı, nəticələr çıxarılmalıdır. Lakin suallar 
məktəbliləri ciddi düşündürməli, əvvəlcədən qazanılmış uyğun ümum-
təhsil fənləri üzrə biliklər öyrədilən şəkildə onların yadına salınmalı və 
bu biliklərdən istifadənin yolu qismən göstərilməlidir. 
Məlumdur  ki,  problemli  təlimin  növlərindən  biri  problemli 
şərhdir. Gənclərin çağırışaqədərki hazırlığı dərslərində, yeri gəldikcə, 
fənlərarası əlaqəyə müraciət zamanı tətbiq olunan problemli şərh bir 
tərəfdən şagirdlərə “elmi axtarış” nümunəsi göstərməli, daha inandı-


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə