Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə7/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   2   3   4   5   6   7   8   9   10   ...   87

 
21 
larına  daxil  etməyi  tələb  edir”  (21,  s.7-8).  Başqa  təriflər  haqqında 
danışmağa  dəyməz,  çünki,  onlarla  V.N.Fyodorova  özü  də  razı 
deyildir, ona görə ki, o təriflərdə mahiyyət etibarilə problemin özü 
haqqında deyil, onun nəticələri və ya başqa fənlərlə olan münasibəti 
haqqında söhbət gedir. 
N.M.Çərkəszadənin təklifinə bir çox başqa alimlər də, o cüm-
lədən A.V.Usova da şərik olur. Fənlərarası əlaqənin tətbiqinin, təlim 
prosesində  müxtəlif  fənlər  arasında  olan  obyektiv  əlaqələrin,  həm-
çinin elmlər arasında mövcud olan əlaqənin inikası olduğunu qeyd 
edərək A.V.Usova yazır: “Hazırda fənlərarası əlaqə təlimin elmi-nə-
zəri səviyyəsini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini in-
kişaf etdirmək, biliyin mənimsənilməsini optimallaşdırmaq və nəti-
cədə bütün prosesi təkmilləşdirmək şəraiti hesab edilir” (27, s.24). 
İlk  dəfə  İ.D.Zveryev və  V.N.Maksimova (11, 12, 15) fənlər-
arası əlaqəni prinsip hesab etmişdir. İ.D.Zveryev yazır: “Fənlərarası 
əlaqə prinsipi şagirdlər üçün müxtəlif fənlərdən bilik və bacarıqların 
tətbiqi  və  sintezinə  istiqamətlənmiş  problemin,  sualların,  vəzifə-
lərin, tapşırıqların formalaşmasına yönəlir” (11, s.31). 
Akademik M.M.Mehdizadə yazırdı: “Biz nə N.M.Çərkəszadə, 
nə  də  onun  tərifini  məqbul  hesab  edən  V.N.Fyodorova  ilə  razılaşa 
bilərik, çünki fənlərarası əlaqəni didaktika ilə bağlamaqda haqlı hə-
rəkət  etmiş  olsalar  da,  bunu  “didaktik  şərait”  hesab  etməyə,  fikri-
mizcə,  heç  bir  əsas  yoxdur.  Bizə  didaktikanın  prinsip  və  qaydaları 
məlumdur, lakin “didaktik şərait” kateqoriyası təlim nəzəriyyəsində 
məlum deyildir” (6, s.141). 
 “İbtidai  hərbi  hazırlıq  kursunun  ümumtəhsil  fənlərilə  əlaqəli 
tədrisi  problemi”  adlı  monoqrafiyamızda  fənlərarası  əlaqəni  belə 
qəbul  etmişik:  “İbtidai  hərbi  hazırlıq  kursunda  fənlərarası  əlaqənin 
nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilməsi şərti 
ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tətbiq olu-
nan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biridir. Bu 
tələb ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin təbiət-riyaziy-
yat elmləri üzrə qazandıqları biliklərdən istifadə prosesinə də tama-
milə aiddir” (8, s.14). 


 
22 
Bu  barədə  V.N.Fyodorovanın  da  məqaləsində  danışılır  (20, 
s.8).  Bütün  bunlar  fənlərarası  əlaqənin  əhəmiyyətinə  aiddir.  Lakin 
bu keyfiyyətlər heç də onun spesifik tərəflərini açmır, onu müstəqil 
bir pedaqoji hadisə kimi şərh etmir. Pedaqoji ədəbiyyatda fənlərara-
sı əlaqəyə verilən başqa tərif bilmirik. Hətta “Pedaqoji ensiklopedi-
ya”da  belə  bu  anlayış  nəzərdən  qaçırılmışdır.  Amma  “Pedaqoji 
lüğət”də  (1960)  buna  diqqət  yetirilmişdir.  Lakin  təəssüf  ki,  bunda 
da  fənlərarası  əlaqə  tam  səciyyələndirilmir,  “təlim  proqramlarının, 
elmlər sistemi və didaktik məqsədlərlə şərtləşən qarşılıqlı uzlaşma-
sı” adlandırılır (25, s.681). Burada problemin bir qədər işıqlandırıl-
dığını inkar etmirik, lakin o çox məhduddur, primitivdir və  yarım-
çıqdır. Əgər məsələyə tədqiq etdiyimiz problem baxımından yanaş-
saq, onda işi ancaq “gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi 
hazırlıq)  və  digər  ümumtəhsil  fənləri  üzrə  proqramların  qarşılıqlı 
uzlaşması” ilə bağlamaq, bu mühüm didaktik hadisənin əhəmiyyəti-
ni yarıtmaz qiymətləndirmək olardı. 
Son zamanlarda həm pedaqogika nəzəriyyəsinə, həm də fənlə-
rin  tədrisi  metodikasına  dair  nəşr  olunan  çox  məzmunlu  məqalə-
lərdə  də  bu  problemin  düzgün  tərifinə  rast  gəlmirik  (halbu  ki,  bu 
məqalələrdə  problemin  bir  sıra  mühüm  cəhətləri  çox  dərin  şərh 
edilmişdir). Burada, hər şeydən əvvəl, Q.V.Vorobyovun məqaləsini 
nəzərdə tuturuq. Orada fənlərarası əlaqə: “Hadisələr qrupları arasın-
da qanunauyğun əlaqələr yaradan maddi aləmin vəhdətinə aid elmi 
mənzərəni açan elmlər tərkibidir” və ya “müxtəlif fənlər üzrə bilik-
lər məzmununun və təlim-əmək fəaliyyətinin əlaqəsidir” deyə səciy-
yələndirilir  (19,  s.5-6).  Bu  cür  tərifə  etiraz  etmək  çətindir,  çünki 
burada problemin müəyyən cəhətləri işıqlandırılır. Lakin problemin 
hansı  didaktik  kateqoriyaya  mənsub  olmasına  dair  müəllif  söz  de-
mir. Bu problemə dair V.M.Korotovun da çox məzmunlu məqaləsi 
dərc  edilmişdir.  Fənlərarası  əlaqənin  bir  çox  prinsipial  cəhətləri  bu 
məqalədə  elmin  tələblərinə  müvafiq  işıqlandırılmışdır:  O  yazır: 
“Yeni tədris proqramları və dərsliklərin tətbiqinə başlanılan ümumi 
orta  təhsilin  məzmununun  sabitləşdiyi  indiki  vaxtda  təlim-tərbiyə 
prosesində fənlərarası əlaqənin tətbiq edilməsinin düzgün istiqamət-


 
23 
lərini axtarmaq, təlim və tərbiyənin keyfiyyətini yüksəltmək, şagird-
lərdə  dialektik-materialist  dünyagörüşünün  formalaşdırılması  uğ-
runda  mübarizənin  ən  aktual  yollarından  biri  hesab  edilir”  (23, 
s.119).  Təəssüf  ki,  bu  samballı  məqaləsində  o  da  problemə  tərif 
verməmişdir.  Ancaq  onu  qeyd  edir  ki,  “fənlərarası  əlaqə  problemi 
ümumtəhsil orta məktəblərinin elə ümumi məqsədləri ilə əlaqədar-
dır ki, onlar tədris etdiyi fəndən asılı olmayaraq hər müəllimin işin-
də mühüm cəhətdir, hər şeydən əvvəl, bu – şagirdlərin elmi dünya-
görüşünün  formalaşdırılması,  təlimin  həyatla  əlaqələndirilməsi 
vəzifələrinin həyata keçirilməsi yoludur” (23, s.120). 
Fənlərarası  əlaqəni  V.M.Korotov  da  didaktikanın  əsas  prob-
lemlərindən biri hesab edir (23, s.121). Buna da etiraz edən yoxdur. 
Lakin  problemin  hansı  didaktik  koteqoriyaya  aid  olduğunu  dəqiq-
ləşdirmək lazımdır. 
Akademik  M.M.Mehdizadə  fənlərin  əlaqəsinin  mahiyyətinə 
dair öz mövqeyini bildirərək yazır: “Biz belə bir fikrə gəlirik ki, tət-
biqi indi son dərəcədə zəruri olan, didaktik əhəmiyyəti ümumən qə-
bul  edilmiş  olan  fənlərarası  əlaqəni  didaktik  prinsiplər  kateqoriya-
sına  aid  etmək  elmi  baxımdan  məqsədə  daha  müvafiq  olar”  (6, 
s.143).  Ənənəvi  təlim  prinsipləri  sırasında  bunun  olmaması 
M.M.Mehdizadənin təklifinə etiraz etməyə əsas vermir. Əvvəla ona 
görə ki, təlim nəzəriyyəsində alimlərin didaktik prinsiplərin siyahısı 
haqqında  yekdil  rəyləri  yoxdur.  Məsələn,  “Məktəb  pedaqogikası” 
adlı dərsliyində prof. N.Kazımov 13 qanunauyğunluqdan törəyən 13 
prinsipin adlarını (47, s.146) göstərir, öz fikirlərini dərin elmi əsas-
larla sübut edir. Prof. A.Abbasov təlimin prinsiplərini iki qrupa bö-
lərək altı prinsipin olduğunu göstərir və onların mahiyyətinə aydın-
lıq gətirir (5, s.121-134). Məlumdur ki, təkcə pedaqogika dərsliklə-
rində deyil, həm də didaktika üzrə nəşr edilmiş monoqrafiyalarda da 
didaktika  prinsipləri  müxtəlif  siyahı  ilə  verilir.  Bunların  arasında 
fənlərarası  əlaqənin  bir  prinsip  kimi  göstərilməməsi  heç  də  bunu 
prinsip saymamağa  əsas vermir Ona görə ki, təlim prosesində fən-
lərarası əlaqə də başqa ənənəvi prinsiplər kimi, məsələn, təlimdə el-
milik,  sistematiklik,  şüurluluq  kimi  müəyyən  didaktik  vəzifə  daşı-


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə