Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə5/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   2   3   4   5   6   7   8   9   ...   87

 
14 
ümumtəhsil məktəblərində keçilən digər tədris fənlərinin məzmunu 
ilə  əlaqəli  tədrisi  problemləri  praktik  cəhətdən  də  həll  olunmayıb. 
Problemlərin  ayrı-ayrı  hissələrinin  həllinə  kor-təbii  şəkildə  cəhdlər 
göstərilmişdir.  Məsələn,  bir  neçə  elmi-metodiki  məqalədə  (21,  22, 
76)  gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin  tədrisi  zamanı  şa-
girdlərin fizika və riyazi biliklərindən, o cümlədən, hərbi məzmunlu 
fizika və riyazi çalışmalardan istifadəyə meyl göstərilir, lakin bura-
da elmi sistem olmadığından keyfiyyət xeyli aşağıdır. Bunların baş-
lıca səbəbi ondan ibarətdir ki
a)
 
aşağı siniflərdə müxtəlif fənlərin (məsələn, riyaziyyat, fizi-
ka,  kimya,  coğrafiya  və  s.)  tədrisi  prosesində  məktəblilər  hərbi  bi-
liklərin daha elmi  əsaslarla mənimsədilməsinə alışdırılmır, X sinif-
dən gənclərin çağırışaqədərki hazırlığı fənni keçilməyə başlandıqda 
onlar bu təlimə nəzəri cəhətdən hazır olmurlar; 
b)
 
kurs üzrə yeni mövzuların izahı zamanı ümumtəhsil fənləri 
üzrə  zəruri  biliklərdən,  o  cümlədən,  fizika,  riyazi  və  s.  biliklərdən 
istifadə  problemləri  nə  ümumpedaqoji,  nə  də  metodiki  baxımdan 
həll edilməmişdir; 
c)
 
hərbi  biliklərin  möhkəmləndirilməsi,  həmçinin  bəzi  möv-
zuların şərhi zamanı hərbi məzmunlu fizika və riyazi çalışmalardan 
istifadə məsələləri, o cümlədən sırf hərbi xarakterli çalışmaların həl-
lində fizika, riyazi və hərbi biliklərin qarşılıqlı əlaqəli şəkildə tətbi-
qinin əlverişli imkanları, üsul və vasitələri, əhəmiyyəti (hərbi, riya-
zi,  fizika  və  s.  fənlər  üzrə  biliklərin  mənimsənilməsinə  göstərdiyi 
müsbət təsirlər) tədqiq edilib araşdırılmamışdır. 
Respublikamızın ümumtəhsil məktəblərində hərbi hazırlıq üz-
rə mövzuların tədrisi zamanı şagirdlərin riyazi biliklərindən istifadə 
probleminə  yalnız  prof.  B.Q.Pobedinskinin  “Hərbi  topoqrafiyanın 
əsas  məsələlərinin  öyrənilməsinə  orta  məktəb  rəsmxət  və  matema-
tika kursunun tətbiqi” (Bakı, Azərnəşr, 1942) əsəri, fizika biliklərin-
dən  istifadə  probleminə  isə  prof.  A.Q.Abbaszadənin  “Fizika  təli-
mində  hərbi texnika elementləri” (Bakı, Azərnəşr, 1942)  əsəri həsr 
edilmişdir.  Lakin  Böyük  Vətən  müharibəsi  dövründə  yazılmış  bu 


 
15 
əsərlər  elm  və  hərbi  texnikanın  müasir  inkişafı  baxımından  tədqiq 
olunan problemin həllinə cavab verə bilmir. 
Müəlliflərdən K.E. Şvidçenko və A.F. Laxın isə hərbi hazırlıq 
məşğələlərində  fənlərarası  əlaqənin  nəzərə  alınmasına  məktəbdə 
hərbi  işin  möhkəm  və  dərin  mənimsənilməsində  vacib  şərt  kimi 
baxırlar (43, s.7). Bu fikri müəlliflərdən A.M.Kuprin, A.H.Kovalen-
ko və A.M.Morozov isə konkretləşdirib  riyaziyyat  və  fizika fənləri 
ilə  ibtidai  hərbi  hazırlıq  fənninə  aid  edirlər  (44,  s.24).  Söylənilən 
fikirlər  ədəbiyyatda  ideya  kimi  irəli  sürülmüş,  lakin  konkret  təd-
qiqat  obyektinə  çevrilməmişdir.  Bütün  bunlar  belə  bir  fikir  söylə-
məyə imkan verir ki, gənclərin çağırışaqədərki hərbi hazırlığı dərs-
lərinin keçirilməsi zamanı şagirdlərin I-V sinif riyaziyyat və təbiət-
şünaslıq,  VI-XI  sinif  cəbr,  həndəsə,  cəbr  və  analizin  başlanğıcı, 
rəsmxət,  fizika,  kimya,  coğrafiya,  əmək  təlimi  və  s.  fənlərdən  öy-
rəndikləri bilik və bacarıqlardan hərbi anlayışların izahı zamanı isti-
fadə  məsələləri,  həmçinin  bir  sıra  ümumtəhsil  fənlərinin  tədrisi 
prosesində  hərbi  texniki  biliklərin  verilməsi  problemləri,  o  cümlə-
dən,  ümumtəhsil  fənləri  üzrə  biliklərə  əsasən  tərtib  olunan  hərbi 
məzmunlu  çalışmalardan  istifadə  sahəsində  aparılan  elmi-tədqiqat 
işləri  hələlik  sistemə  salınmamışdır  və  bugünkü  məktəblərimizin 
tələblərini ödəyə bilmir. 
Beləliklə,  bu  mülahizələr  də,  yəni  gənclərin  çağırışaqədərki 
hazırlığı  məşğələlərində  yeni  mövzuların  izahı  və  həmçinin  hərbi 
məzmunlu çalışmaların həlli zamanı şagirdlərin riyaziyyat, coğrafi-
ya,  fizika  və  s.  fənlərə  aid  bilik  və  bacarıqlardan  səmərəli  istifadə 
etməyi  bacarmamaları, belə əlaqələrin forma və  metodlarının  hərbi 
rəhbərlərə  tam  aydın  olmaması,  nəzərdən  keçirdiyimiz  problemin 
metodik  ədəbiyyatda  öz  konkret  həllini  tapmaması  müasir  mərhə-
lədə onun tədqiqini zərurətə çevirir. Bu isə tədqiq olunan problemin 
aktuallıq kəsb etdiyini bir daha sübut edir. 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fənnin 
məzmununa uyğun fizika, riyazi, coğrafi və s. xarakterli hərbi çalış-
malardan daha səmərəli istifadə məsələsinin müsbət həlli məktəbdə 
tərbiyə və təhsilin ümumi məsələlərinin həllində də böyük əhəmiy-


 
16 
yətə malikdir. Çünki bu məsələnin həlli yalnız hərbi işin əsaslarının 
daha  şüurlu  və  möhkəm  mənimsənilməsinə  deyil,  eyni  zamanda 
digər  həyat  hadisələrinin  gedişində  şagirdlərə  ümumtəhsil  fənləri 
üzrə  biliklərdən  daha  şüurlu,  düzgün  və  səmərəli  formada  istifadə 
etməyə  kömək  göstərir.  Bu  da,  riyaziyyat,  fizika  və  s.  fənlərə  dair 
biliklərin tətbiqi sahələrinin genişləndirilməsi üçün, bu genişlənmə-
nin  şagirdlərə  dərk  etdirilməsi  üçün,  şagirdlərin  riyazi  və  məntiqi 
təfəkkürünün inkişafı üçün, həmçinin fizika, riyaziyyat və gənclərin 
çağırışaqədərki  hazırlığı  fənləri  ilə  bərabər  bütün  tədris  fənlərinin 
şüurlu və möhkəm mənimsənilməsi üçün vacib şərtdir. 
 
 
 


 
17 
I FƏSĠL 
 
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI 
KURSUNUN ÜMUMTƏHSĠL FƏNLƏRĠLƏ ƏLAQƏLĠ 
TƏDRĠSĠNĠN NƏZƏRĠ VƏ PRAKTĠK MƏSƏLƏLƏRĠ 
 
 
1.1. Orta ümumtəhsil fənlərinin əlaqəli tədrisinin 
elmi-pedaqoji və psixoloji əsasları 
 
Orta ümumtəhsil məktəblərində təlimin elmi-nəzəri səviyyəsi-
nin  yüksəldilməsi  vəzifəsinin  yerinə  yetirilməsi  bir  sıra  didaktik 
problemlərin,  o  cümlədən  ayrı-ayrı  fənlərin  tədrisi  prosesində  fən-
lərarası  əlaqənin  həyata  keçirilməsini  tələb  edir.  Keçmiş  SSRİ  mə-
kanında  bu  problemə  xüsusilə  çox  diqqət  verilməyə  başlanmış, 
ümumtəhsil  fənlərinin  əlaqəli  tədrisinə  həsr  olunmuş  xeyli  elmi-
nəzəri  konfranslar  keçirilmişdir  (1973-cü  ildə  Alma-Ata,  1976-cı 
ildə  Çelyabinsk,  1975,  1980-ci  illərdə  Moskva  şəhərində  və  s.). 
Ümumtəhsil  fənlərinin  tədrisində  fənlərarası  əlaqənin  reallaşdırıl-
masına həsr edilmiş bir neçə məqalələr məcmuəsi, çoxlu miqdarda 
jurnal  və  qəzet  məqalələri  nəşr  edilmiş,  namizədlik  və  doktorluq 
dissertasiyaları  müdafiə  edilmiş,  müəllimlər  konfransında  tez-tez 
söhbətlər getmişdir. İndi də bu istiqamətdə respublikamızda müəy-
yən işlər görülməkdədir. 
Lakin  əvvəlcədən  demək  istərdik  ki,  ümumtəhsil  fənlərinin 
əlaqəli tədrisi problemi tam həcmdə bu günə qədər həll edilməmiş və 
bu böyük problem təhsilin keyfiyyətini yüksəltmək üçün müəllimlər 
tərəfindən indi də,  lazımınca qiymətləndirilmir.  Səbəbi isə müxtəlif-
dir. Bəziləri problemin əhəmiyyətini yaxşı bilmir, digərləri bilsələr də 
onu  yerinə  yetirməkdə  çətinlik  çəkdiklərindən  ona  məhəl  qoymur, 
üçüncülər “onsuz da keçinərik” deyə əlavə əmək sərf etmirlər. Nəha-
yət, obyektiv səbəb kimi milli zəmində hazırlanmış fənn proqramla-
rının və dərsliklərin qüsurlu olması, milli dərsliklərin müəyyən müd-
dətdə eksperimentdən keçirilmədən istifadəyə verilməsidir. 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə