Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə18/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   14   15   16   17   18   19   20   21   ...   87

 
54 
pulemyotunun  maddi  hissələri  isə  formaca  tamamilə  həndəsi 
fiqurlardır. Ona görə də həmin hissələrin izahında fəza həndəsəsinə 
dair  biliklərə,  fəza  fiqurlarına  dair  məsələlərə  və  onların  hərbi 
biliklərlə bağlı həllinə istinad etmək mümkündür. 
Proqram  və  dərsliklərdə  öyrədilməsi  nəzərdə  tutulan  və  fən-
lərarası əlaqələrin reallaşdırılmasına imkan verən əsas hərbi anlayış-
lardan biri də patronlardır. Proqramın tələbinə görə, şagirdlər patro-
nun quruluşunu, atəş açarkən onda gedən fizika proseslərini mənim-
səməlidirlər. Patron həm müxtəlif həndəsi formalı hissələrdən ibarət 
olduğundan,  həm  də  atəş  zamanı  patron  daxilində  gedən  yanma 
prosesinin fizika və kimya qanunlarına (o cümlədən, təzyiq, barıtın 
fiziki xassələri, qurğuşun və poladın fiziki və kimyəvi xassələri, itə-
ləyici qüvvə, qüvvənin paylanması və s.) tabe olduğundan istər hən-
dəsə,  istər  kimya,  istərsə  də  fizika  anlayışlarından  səmərəli  şəkildə 
istifadə etmək imkanı yaranır. 
Qumbaralarla  tanışlıq  zamanı  şagirdlər  öyrənirlər  ki,  patron-
larda  olduğu  kimi,  əl  qumbaralarının  hissələri  də  müxtəlif  həndəsi 
fiqurlar  formasındadır.  Qumbaranın  atılması  nəticəsində  partlayış 
yaranır, partlayışın baş verməsi üçün  əsas olan fizika prosesi onun 
daxilində yerləşən silindrin içərisində gedir. Silindrin daxilində por-
şen və yuxarı hissədə spiralvari yayla əlaqələndirilmiş zərbə mexa-
nizmi var (zərbə nəticəsində yay açılır). Qumbaranın partlamasında, 
bu  mexanizm  əsas  rol  oynayır.  Belə  ki,  atılan  qumbara  müəyyən 
zərbə  ilə  yerə  düşür.  Zərbə  nəticəsində  yay  açılır.  Zərbə  vuran  ox-
vari hissə kapsula toxunur, partlayıcı maddə alışır və ani bir vaxtda 
partlayış əmələ gəlir. Bu əməliyyatlar isə fizikadan öyrədilən yayın 
gərilmə qüvvəsi, onun riyazi yolla hesablanmasına əsaslanır. Yayın 
gərilmə  qüvvəsi  (itələyici  qüvvə)  riyazi  şəkildə  ifadə  olunmuş 
düsturlarla hesablanır. 
Əl  qumbaralarının  quruluşu  və  işləmə  prinsipinin  şagirdlərə 
izahı  zamanı  fizika  və  riyaziyyat  fənlərindən  verilən  məlumatlara 
əsaslanmaq, bu məzmuna uyğun riyaziyyat və fizika məzmunlu hər-
bi  çalışmalar  hazırlamaq,  onlardan  əlaqəli  şəkildə  istifadə  etmək 


 
55 
faydalıdır.  Deyilənlər  RQ-42  və  F-1  əl  qumbaraları  ilə  şagirdlərin 
tanış edilməsi prosesinə də aiddir. 
Fizika  və  riyazi  biliklərdən  istifadəyə  daha  çox  imkan  verən 
bölmələrdən biri də “Hərbi topoqrafiya”dır. Bu imkanlar “topoqrafi-
ya”  anlayışına,  ibtidai  hərbi  hazırlıq  üzrə  dərs  vəsaitində  verilən 
tərifdən də aydın görünür: “Topoqrafiya yer səthini həndəsi münasi-
bətdə və onu kağız üzərində təsvir etməklə plan və xəritə formasın-
da öyrənən elmdir” (59, s.277). Mövcud tədris proqramı və dərsli-
yin tələbinə  görə  “hərbi topoqrafiya  ərazinin (yerin), relyefin öyrə-
nilməsi  üsullarını,  onun  səmtinin  təyin  edilməsi  və  onunla  yanaşı 
qarşıya çıxan başqa sualların araşdırılmasını, ordunun, döyüşün ni-
zamlı  təşkilində  yerin  səmtinin  qiymətləndirilməsini,  topoqrafik 
xəritələrdən  istifadə  qaydalarını  və  müxtəlif  hərbi  tapşırıqların 
yerinə yetirilməsində təyyarə çəkilişlərindən istifadə qayda və üsul-
larını  öyrədir”  (60,  s.162).  Məlumdur  ki,  hərbi  topoqrafiya  elmi 
həndəsə,  coğrafiya  və  astronomiya  fənləri  ilə  çox  sıx  əlaqədardır. 
Bu fənlərin verdiyi biliklərdən istifadə etmədən hərbi topoqrafiyanı 
şagirdlərə  düzgün  və  keyfiyyətli  öyrətmək  mümkün  deyil.  “Hərbi 
topoqrafiya”  bölməsində  məktəblilər  kompası  və  ondan  istifadə 
qaydasını  da  öyrənirlər.  Onlar  kompas  vasitəsilə,  cəhətləri  təyin 
etməli  və  düşmənin  yerləşmə  məntəqəsini  və  yaxud,  öz  hərəkət 
istiqamətlərini cəhətlərə əsasən müəyyənləşdirməlidirlər. Kompasın 
quruluşu,  onun  işləmə  prinsipi  (yerin  maqnit  qüvvəsinə  əsasən), 
kompasdan istifadə qaydası və kompasın köməyilə müxtəlif obyekt-
lərin yerləşmə koordinatlarının müəyyən edilməsi və s. kimi biliklər 
şagirdlərə həm fizika, həm də astronomiya kurslarında verilir. Kom-
pasın  əsas  hissələri  isə  müxtəlif  həndəsi  fiqurlar  formasındadır.  O, 
əks istiqamətli maqnit əqrəblərindən və üzərində dərəcələrlə bölgü-
ləri  olan  müstəvi  şəkilli  dairədən  ibarətdir.  Məktəblilərə  riyaziyyat 
kursundan  məlumdur  ki,  hər  bir  bölgünün  neçə  dərəcə  qəbul  edil-
məsinə  (bucaq  miqyas  vahidinin  seçilməsinə)  əsasən  bölgülər  üzə-
rində  rəqəmlər  qoyulur.  Bölgü  vahidlərinin  seçilməsindən  asılı  ol-
mayaraq isə tam çevrə 360
0
 olduğundan kompas üzərindəki bir tam 
dövrə  də  360
o
-lik  bölgü  olmalıdır.  Coğrafiya  dərsliyinə  də  topoq-


 
56 
rafik xəritələr, onların tərtibi, riyazi yolla obyektlərin topoqrafik xə-
ritələrə  köçürülməsi  haqqında  geniş  məlumatlar  salınmışdır.  Hərbi 
topoqrafiya isə coğrafiyada verilən bu biliklər üzərində qurulur. Ona 
görə  də,  həm  topoqrafik  xəritələr  və  onların  qurulması  haqqında 
coğrafiya  və  riyaziyyat  fənlərindən  öyrədilən,  həm  də  kompasın 
quruluşu və ondan istifadə qaydaları haqqında fizika, həndəsə, coğ-
rafiya və astranomiya fənlərindən alınan biliklərdən və bu biliklərlə 
bağlı  çalışmalardan  hərbi  topoqrafiya  üzrə  materialların  tədrisində 
daha əlverişli şəkildə istifadə etmək mümkündür. 
Proqrama  uyğun  olaraq,  cəhətləri  təyin  etmək  üçün  günəş  və 
saatdan  da  istifadə  qaydaları  haqqında  şagirdlərə  zəruri  məlumatlar 
çatdırılır.  Bu  qaydaların  özü isə bucaq, bucağın  gözəyarı  ölçülməsi, 
bucağın  tənböləni  kimi  riyazi  anlayışlarla  sıx  əlaqədardır.  Ona  görə 
həmin  hərbi  anlayışları  həndəsə  kursundan  mənimsənilmiş  biliklərlə 
daha  sıx  və  keyfiyyətli  şəkildə  əlaqələndirmək;  bu  əlaqələri  özündə 
saxlayan həndəsə məsələlərinə də müraciət etmək; məsələlərin səmə-
rəli  həll  üsullarına  əsaslanmaq  yerinə  düşər.  Hərbi  topoqrafiya  böl-
məsinin  digər  mövzuları  da  (azimut  üzrə  hərəkət,  topoqrafik  xəritə 
anlayışı,  xəritədən  istifadə)  tamamilə  həndəsə,  cəbr,  astronomiya, 
fizika  və  coğrafiya  fənləri  ilə  sıx  əlaqədə  qurulduğundan  həmin 
mövzulara uyğun olan məşğələlərin keçirilməsi zamanı şagirdlərin bu 
fənlərdən öyrəndikləri uyğun biliklərə və məzmunu bu bilikləri əhatə 
edən çalışmalara sistematik əsaslanmaq, onlardan səmərəli istifadəni 
təşkil  etmək  mümkündür:  Məsələn,  V  sinif  riyaziyyat  dərsliyində 
verilən  “İki  müşahidəçi  A  və  C  nöqtələrində  durmuşlar.  Onların 
arasındakı məsafə 1200 m-dir. Onlar düşmən batareyası yerləşən ye-
rin istiqamətini müəyyən etdilər: BAC=45

və BCA=65
o
 (Şəkil 144). 
1:20000 miqyasla plan düzəldərək A-dan B-yə qədər məsafəni tapın” 
(63, s.160) çalışması buna nümunə ola bilər. 
Beləliklə, şagirdlərin cəbr, fizika, riyaziyyat, coğrafiya, astro-
nomiya və s. ümumtəhsil fənnləri üzrə biliklərindən istifadəyə və bu 
biliklərlə  bağlı  hərbi  məzmunlu  çalışmaların  tərtibinə  və  ondan 
istifadə  edilməsinə  mövcud  proqram  və  dərsliklərdə  imkan  verən 
əsas bölmələr “Sıra təlimi”, “Əsgərin döyüşdə davranış qaydaları”, 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə