Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə60/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   56   57   58   59   60   61   62   63   ...   87

 
183 
yaranır.  Bir  neçə  min  ton  troril  ekvivalentli  nüvə  döyüş  sursatının 
partlayışında zərbə dalğası ilk 2 san-də 1km, 5san-də 2km, 8san-də 
3  km-ə  qədər  məsafə  qət  edir.  20  min  ton  trotil  ekvivalentli  nüvə 
silahının  havada  partlayışı  zamanı  kərpiçdən  salınmış  şəhərin  zə-
dələnmə radiusu aşağıdakılardır: 2km-ə qədər tikililərin çox, 4 km-ə 
qədər isə orta və az dağılmasına, 8-20km-ə qədər lap az dağılmasına 
və pəncərə şüşələrinin kütləvi qırılmasına, 1,5km-ə qədər daldalana-
caqda  olmayan  insanların  məhv  edilməsinə  səbəb  olur.  Zədələmə 
dalğasının parametrlərinə yerin relyefi və meşə massivləri zəiflədici 
təsir göstərir. 
Zərbə  dalğasının  zədələmə  təsiri  “izafi  təzyiq  kəmiyyəti”  ilə 
xarakterizə  olunur.  İzafi  təzyiq  kəmiyyəti  olaraq  zərbə  dalğasının 
önündə  olan  maksimum  təzyiqlə  dalğanın  qarşısındakı  normal  at-
mosfer təzyiqinin fərqi götürülür. Bu kəmiyyət Nyuton bölək kvad-
rat  metrlə  (N/m
2
)  ölçülür:  1  N/m

=  1Pa.  Hərbi  hazırlıq  dərsli-
yimizdə göstərilir ki, 1kPa ≈ 0,01 kqq/sm
2

-  Kim  bu  təqribi  barabərliyin  doğruluğunu  fizika  çevirmələ-
rindən istifadə edərək isbat edə bilər? - deyə hərbi rəhbər şagirdlərə 
müraciət edir. Fizika müəllimi ilə əvvəlcədən əlaqə saxlamış hərbi 
rəhbər  aşağıdakı  isbat  formasının  şagirdlər  tərəfindən  icrasına  nail 
olur: 
1kPa = 1000Pa = 10
3
N/m


 = 10
3
∙10
-1
/10

= 10
-2
 kqq/sm

= 0,01 kqq/sm


Daha  sonra  hərbi  rəhbər  şərhinə  davam  edərək  göstərir  ki, 
izafi  təzyiq  kəmiyyətinin  20-40  kPa  qiymətlərində  müdafiə  olun-
mayan  adamlar  yüngül  zədələr  (yüngül  kontuziya  və  s.)  alır.  İzafi 
təzyiq  kəmiyyətinin  40-60  kPa  qiymətlərində  zərbə  dalğası  orta 
zədələr (huşun itirilməsi, eşitmə orqanlarının korlanması, ətraflarda 
çıxıqlıq,  burun  və  qulaqlardan  qanaxma)  əmələ  gətirir.  Ağır  zədə-
almalar izafi təzyiq kəmiyyətinin 60-100 kPa qiymətlərində yaranır 
ki,  bu  da,  insanın  bütün  orqanlarında  güclü  kontuziyaya,  ətraflarda 
güclü sınıqlara, daxili orqanların sıradan çıxmasına səbəb olur. Ən 
dəhşətli zədəalmalar 
f
ΔP -in 10 kPa-dan böyük qiymətlərində yara-
nır və ölümlə nəticələnir. 


 
184 
Zərbə dalğasının hərəkət sürəti və qət etdiyi məsafə nüvə part-
layışının  gücündən  də  asılıdır.  Partlayış  mərkəzindən  uzaqlaşdıqca 
zərbə dalğasının sürəti kəskin şəkildə aşağı düşür. 
İşıq şüalanması. Hərbi rəhbər qeyd edir ki, nüvə partlayışının 
ikinci zədələmə  amili işıq şüalanmasıdır. Sonra o,  şagirdlərə fizika 
fənnindən  öyrəndikləri  ultraqırmızı  və  ultrabənövşəyi  şüaların  xa-
rakterini müsahibə yolu ilə xatırladır və nüvə partlayışı zamanı işıq 
şualanmasının  mahiyyətini  fizika  və  riyazi  biliklər  əsasında  belə 
izah  edir:  nüvə  partlayışı  zamanı  odlu  kürənin  (işıqlanan  sahənin) 
buraxdığı  gözə  görünməyən  ultrabənövşəyi  və  ultraqırmızı  şüalan-
manın  güclü  axını  (seli)  əmələ  gəlir.  30  min  ton  trotil  ekvivalentli 
nüvə  sursatının  hava  partlayışı  zamanı  yaratdığı  işıqlanan  kürənin 
diametri  600-700m-ə,  istilik-nüvə  partlayışı  zamanı  isə  bir  neçə 
kilometrə çatır. İşıq şüalanması  yaranmasına nüvə partlayışı enerji-
sinin  30-40%-i  sərf  olunur.  İşıq  şüalanmasının  təsir  müddəti  nüvə 
partlayışında 3 san., istilik-nüvə partlayışında isə 20 saniyəyə qədər 
davam  edir.  İşıq  şüalanmasının  zədələyici  təsiri  işıq  impulsundan, 
yəni  işıq  şüalarına  nisbətən  şaquli  yerləşmiş  səthin  hər  bir  kvadrat 
santimetrinə  bütün  şüalanma  ərzində  düşən  işıq  enerjisinin  miqda-
rından  asılı  olur.  İşıq  impulsunun  ölçü  vahidi  olaraq  kal/m
2
  qəbul 
edilmişdir. İşıq şüalanmasının təsir dərəcəsi, əsasən işıq impulsunun 
miqdarı  ilə  müəyyən  olunur.  Təsir  müddətinin  qısa  olmasına  bax-
mayaraq, işıq şüalanması insan bədəninin açıq hissələrində yanıqlar 
əmələ  gətirir,  gözlərin daimi  korluğuna səbəb olur, müxtəlif mate-
rialları  yandırır,  əridir,  yaşayış  məntəqələrində  kütləvi  yanğınlar 
törədir. 1 milyon ton  trotil ekvivalentli  nüvə sursatı havada partla-
yırsa,  insan  bədəninin  açıq  hissələrində  19  km  məsafədə  birinci 
dərəcəli  orta  ağrılı  yanıq  (4  kal/sm
2
)  əmələ  gətirir,  istinin  təsiri  isə 
120  km-dən  hiss  olunur.  Həmin  partlayış  15  km  məsafədə  10 
kal/sm
2
,  10  km  məsafədə  isə  16  kal/sm

işıq  impulsu  yaradır  ki, 
nəticədə  insan bədənində  müvafik  olaraq ikinci  və  üçüncü dərəcəli 
yanıqlar  əmələ  gətirir.Yerüstü  nüvə  patrlayışında  isə  işıq  şüalan-
masının təsiri eyni məsafədə havada partlayışdan 1,5-2 dəfə az olur. 
Yeraltı və sualtı partlayışlarda işıq şüalanması zədələyici amil kimi 


 
185 
heç bir əhəmiyyət kəsb etmir. İşıq şüalanması qeyri-şəffaf material-
lardan  və  sədlərdən  keçə  bilmir.  İşıq  şüalanmasına  meteoroloji  şə-
rait  güclü  təsir  edir,  qatı  duman,  yağış  və  qar  onun  təsirini  10-20 
dəfə azaldır. 
Nüfuzedici radiasiya. Bu zədələyici amilin izahına keçməzdən 
əvvəl  hərbi  rəhbər  şagirdlərin  fizika  və  kimya  fənlərindən  öyrən-
dikləri  qamma-şüalanma,  neytron  və  proton,  nüvənin  bölünməsi, 
konversiya  elektronları,  rentgen  şüalanması, 

-  zərrəciklər,  radio-
aktiv parçalanma, istilik-nüvə hadisəsi, istilik-nüvə əmsalı, hidrogen 
izotopları (deyterium və tritium), bioloji toxumalarda ionlaşma ha-
disəsi və s.  anlayışları təkrar etdirdikdən və bu anlayışlar haqqında 
təsəvvürləri  yeniyetmələrin  yaddaşında  bir  daha  canlandırdıqdan 
sonra, bilavasitə  bu biliklərdən istifadə  edərək nüfuzedici radiasiya 
anlayışının izahına keçir: Nüvə silahının zədələmə amillərindən biri 
nüfuzedici  radiasiyadır.  Nüfuzedici  radiasiya  gözə  görünməyən 
qamma  şüaları  və  neytronlar  axınından  (selindən)  ibarətdir.  Qam-
ma-şüalanma və neytron parçalanmaları 10-15 san ərzində bölünür. 
Bu, nüvə partlayışı zonasında yaranır və sürətlə ətraf mühitə yayılır. 
Neytronların  mənbəyi  bölünən  nüvə  və  bölünmənin  bəzi  qəlpələ-
ridir.  Qamma-şüalanma  nüvənin  bölünməsi  nəticəsində  yaranan 
qəlpələrin radioaktiv  parçalanmasından  əmələ  gəlir. Neytron  axını-
nın təsir müddəti saniyənin bir neçə anda biri qədər, qamma-şüalan-
manın  isə  effektli  təsiri  10-25  san  davam  edir.  Nüvə  sursatlarının 
bütün  tipləri  üçün  nüfuzedici  radiasiya  partlayış  gücünün  azalması 
və  istilik  nüvə  əmsalının  artması  nəticəsində  artır.  Nüvə  partlayışı 
zamanı  nüfuzedici  radiasiya  çox  olduqda  onun  enerjisinin  əsas 
hissəsi  hidrogen  izotopları-deyterium  və  tritiumun  (neytron-döyüş 
sursatı) iştirakı ilə gedən istilik-nüvə reaksiyası hesabına və  ya az-
güclü nüvə partlayışı baş verdikdə yaranır. 
Böyük keçicilik qabiliyyəti olan nüfuzedici radiasiya canlı qüv-
vəni  partlayış  mərkəzindən  çox  uzaqlarda,  hətta  sığınacaqlarda  belə 
zədələyə bilir. Onun təsiri ilə bioloji toxumalarda ionlaşma baş verir. 
Bu  da  orqanizmin  həyat  fəaliyyətini  pozur  və  nəhayət,  şüa  xəs-
təliyinin yaranmasına səbəb olur. Nüfuzedici radiasiyanın orqanizmə 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə