Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə59/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   55   56   57   58   59   60   61   62   ...   87

 
180 
bəşəriyyətə  cüzi  miqdardakı  maddədə  olan  heyrətamiz  və  nəhəng 
enerjinin  açarını  vermişdir.  Fizik-jurnalist  U.Lourens  bu  nəhəng 
enerji  haqqında  təsəvvür  yaratmaq  məqsədilə  yazırdı:  “Suyun  1 
qramında  o  qədər  enerji  ehtiyatı  vardır  ki,  bu  enerji  1  milyon  ton 
ağırlığında  yükü  on  kilometr  hündürlüyündə  dağın  zirvəsinə 
qaldırmaq üçün kifayət edir. Bir udum hava güclü bir təyyarəyə bir 
il ərzində enerji verə bilər. Bir stəkan su 100 min kilovatt gücündəki 
elektrik  stansiyasını  bir  il  yanacaqla  təmin  etmək  iqtidarındadır. 
2,5q  metal  pulda  50  min  ton  trotilin  partladılması  zamanı  əmələ 
qələn  enerjiyə  bərabər  enerji  vardır”.  İstilik-nüvə  sursatının  gücü 
məhdud deyil, çünki onun böhran vəziyyəti olmur. 
İstilik-nüvə döyüş sursatının hədəfə çatdırılması raketlər, tor-
pedalar,  təyyarələr  və  artilleriya  atəşi  vasitəsilə  aparılır.  Zərbə  mə-
safəsi onun hədəfə çatdırılma üsullarından da çox asılıdır. Nüvə atı-
mı  partlayıcı  maddənin  müəyyən  miqdarıdır.  Bu  maddələr  ağır 
(uran-235  və  pluton-239)  və  yüngül  (əsasən  hidrogen  izotopların-
dan)  elementlərindən  ibarət  ola  bilər.  Bu  maddələrdə  partlayışlar 
ağır  elementlərin  nüvələrinin  bölünməsi,  yüngül  elementlərin  isə 
nüvələrinin  sintezi  reaksiyaları  nəticəsində  yaranan  daxili  nüvə 
enerjisi  hesabına  baş  verir.  Nüvə  atımının  bölünən  maddəsi  hər 
birinin kütləsi böhran kütləsindən az olan bir neçə hissəyə bölünür. 
Partlayış  üçün  atımın  hissələrini  böyük  sürətlə  birləşdirmək  lazım-
dır.  Bundan  ötrü  isə  nüvə  atımının  ətrafında  adi  partlayıcı  maddə 
atımları  yerləşdirilir.  Onlar  partlayan  zaman  nüvə  atımının  bütün 
hissələri  mərkəzə  doğru  hərəkət  edir  və  böhran  kütləsindən  artıq 
kütləli atım əmələ gətirir. Nüvə atımı məhdud həcmdə götürüldükdə 
nüvə  reaksiyasının  olduqca  böyük  enerjisi  ayrılır.  Onun  zonasında 
temperatur  on  milyonlarla  dərəcəyə  çatır  və  milyard  atmosferə 
qədər nəhəng təzyiq əmələ gəlir. 
Nüvə döyüş sursatının hədəfə çatdırılması yuxarıda qeyd etdi-
yimiz kimi raketlər, aviasiya və artilleriya vasitəsilə həyata keçirilir. 
Bunlardan başqa nüvə fuqasları da tətbiq oluna bilir. 
Şərhin bu mərhələsində hərbi rəhbər fuqas anlayışından dərs-
likdə  istifadə  olunmasını,  lakin  onun  mahiyyətinin  açılmadığını 


 
181 
nəzərə alaraq göstərməlidir ki, “fuqas dedikdə düşmənə tələfat ver-
mək, onun hərəkətini dayandırmaq üçün torpaq və  ya su altında az 
dərinlikdə  yerləşdirilən  və  qəflətən  tank,  qatar,  bina,  gəmi  və  s. 
altında  partladılan,  böyük  dağıdıcı  qüvvəsi  olan  partlayıcı  maddə 
atımı”  (81,  s.319)  başa  düsülür.  Atom  fuqas  bombasının  təsirinin 
dərəcəsi dağılmanın həcmi ilə ölçülür və atımın çəkisindən, mühitin 
xüsusiyyətindən,  partlayış  zamanı  atımın  mərkəzinə  qədər  olan 
məsafənin  böyüklüyündən  asılıdır.  Sonra  hərbi  rəhbər  nüvə  partla-
yışının həyata keçirilmə növlərini (havada,  yerüstü, yeraltı, suüstü, 
sualtı) izah edir və “Nüvə partlayışının zədələmə amilləri”nin tədri-
sinə  keçir.  O  əvvəlcə,  dərslikdə  olduğu  kimi,  göstərir  ki,  nüvə 
partlayışının beş  əsas amili var:  zərbə  dalğası,  işıq  şüalanması,  nü-
fuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu. 
Qeyd edək ki, bu hərbi anlayışların hər birinin məzmunu fizi-
ka, riyaziyyat və kimya fənləri üzrə öyrədilən anlayışlarla elə əlaqə-
dardır  ki,  həmin  anlayışları  bilmədən  nüvə  partlayışının  sadala-
dığımız beş zədələmə amilinin heç birinin mahiyyətini başa düşmək 
mümkün deyil. Bunu nəzərə alaraq hərbi rəhbərin nüvə partlayışının 
zədələmə  amillərinin  izahından  əvvəl  fizika  fənnindən  öyrədilən 
bəzi anlayışları yada salmaq məqsədilə belə bir müsahibə aparması 
daha məqsədəuyğundur: 
-  Sürət  nəyə  deyilir?  (Cismin  vahid  zamanda  getdiyi  yola 
qiymətcə bərabər olan kəmiyyətə hərəkətin sürəti deyilir və V = S/t 
düsturu  ilə  hesablanır).  Səsin  havada  yayılma  sürəti  nə  qədərdir? 
(Səsin  havada  yayılma  sürəti  332  m/san-dir).  Təzyiq  nəyə  deyilir? 
(Səthin  vahid  sahəsinə  perpendikulyar  istiqamətdə  təsir  edən 
qüvvəyə  ədədi  qiymətcə  bərabər  olan  kəmiyyətə  təzyiq  deyilir). 
Təzyiq vahidi olaraq nə götürülür? (Təzyiq vahidi olaraq 1 kvadrat 
metr  (m
2
)  səthdə  1  nyuton  (N)  qüvvənin  təsiri  ilə  yaranan  təzyiq 
götürülür və 1N/m
2
  kimi  yazılır).  Bu  gün  keçəcəyimiz  “Zərbə  dal-
ğası” mövzusuna uyğun dərslikdə verilən mətnə nəzər salaq: “Zərbə 
dalğasının  zədələyici  təsirini  xarakterizə  edən  əsas  parametrlər 
dalğanın  ön  həddindəki  izafı  təzyiq  (

P
f
),  havanın  sürət  təzyiqi 
(P
sür
) və izafi təzyiqin təsir müddətidir (T
t
). İzafi təzyiq hər kvadrat 


 
182 
santimetrə  düşən  kiloqram-qüvvə  (kq∙q/sm
2
)  ilə  ifadə  edilir.  İzafi 
təzyiq  Nyuton/kvadrat-metr  (N/m
2
)  ilə  ölçülür:  1N/m

=  1Pa  (1kPa 
=  0,01  kq∙q/sm
2
)”  (61,  s.35).  Yaxşı  cəhətdir  ki,  dərsliyə  aşağıdakı 
hərbi-riyazi statistik məlumat da daxil edilib: “Mühafizə olunmayan 
adamlar  0,2-0,4  kq∙q/sm
2
  (20-40  kPa)  izafi  təzyiq  zamanı  yüngül 
zədələnməyə, 0,4-0,6 kq∙q/sm

(40-60 kPa) nəticəsində orta dərəcəli 
zədələnməyə, 0,6-1 kq∙q/sm
2
 (60-100 kPa) nəticəsində ağır dərəcəli 
zədələnməyə,  1  kq∙q/sm
2
-dən  (100  kPa)  artıq  olan  izafi  təzyiq  nə-
ticəsində  çox  ağır  dərəcəli  zədələnməyə  məruz  qalırlar.  Belə  zədə-
lənmələr ölümlə nəticələnir” (61, s.35). Bu mətnin elmi mahiyyətini 
fizika  müəlliminin  köməyi  ilə  daha  düzgün  mənimsəyən  hərbi 
rəhbər mövzunun şərhində də onun köməyindən faydalana bilər. Bu 
zaman aşağıdakı müsahibə suallarından da istifadə etmək olar:
 
Nə üçün N/m
2
 ölçü vahidi paskal adlanır? (Fransız alimi Pas-
kalın  şərəfinə  1N/m
2
  təzyiq  vahidinə  paskal  deyilir  və  ixtisarla  Pa 
yazılır:  1Pa  =  1N/m
2
).  Başqa  təzyiq  vahidindən  hansıları  tanıyır-
sınız?  (Kilopaskalı.  1  kilopaskal  1000  paskala  bərabərdir:  1kPa  = 
1000 Pa). 
Sonra hərbi rəhbər şərh edərək aşağıdakı məlumatı şagirdlərin 
nəzərinə çatdırır: - Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə 
dalğasının, 35%-i  işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın 
yaranmasına,  10%-i  ərazinin  radioaktiv  zəhərlənməsinə  və  1%-i 
elektromaqnit dalğalarının yaranmasına sərf olunur. 
Bu kiçik müsahibədən sonra hərbi rəhbər şagirdlərin fizika və 
riyazi biliklərindən istifadə edərək nüvə partlayışının əsas zədələmə 
amillərinin şərhinə keçir: 
Zərbə dalğası - nüvə partlayışının əsas zədələmə faktoru olub, 
partlayış mərkəzindən hər tərəfə səs sürətindən,  yəni saniyədə 332 
m-dən yüksək sürətlə yayılan möhkəm sıxılmış toz-torpaqlı hava sa-
həsidir.  O,  əsasən  istehkamları,  binaları  dağıtmaq,  həmçinin  adam-
ları  kütləvi  şəkildə  zədələmək  rolunu  oynayır.  Zərbə  dalğasının 
partlayışın  mərkəzində  olan  gücü  milyardlarla  atmosfer  təzyiqinə 
çata bilir. Zərbə dalğasının təsiri həddindən çox təzyiqlə və eyni za-
manda  tullama  gücü  ilə  (havanın  sürətli  hərəkət  təzyiqi  hesabına) 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə