Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə61/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   57   58   59   60   61   62   63   64   ...   87

 
186 
göstərdiyi  təsir  qəbul  edilən  şüalanmanın  dozası  (D)  ilə  müəyyən 
edilir.  Şüalanma  Qrey  (Qr),  Zivert  (Zv),  Rentgen  (R)  və  rad  ölçü 
vahidləri ilə ölçülür: 1Qr = 100rad; 1R = 0,95rad; 1Zv = 100R. 
Daha sonra fizika və kimya üzrə şagirdlərin uyğun biliklərini 
müsahibə yolu ilə diqqət mərkəzinə gətirən hərbi rəhbər şərhinə da-
vam  edir:  -  Uşaqlar,  1  Rentgen  qamma-şüalanmanın  elə  dozasıdır 
ki, bunun nəticəsində 0
0
C temperaturda və 760 mm civə sütunu təz-
yiqi  şəraitində  quru  havanın  1sm
3
-də  təxminən  2  milyard  cüt  ion 
əmələ gəlir. 
Şüa alan adamın özü əvvəlcə bunu hiss etmir, lakin sonradan, 
nəsildən-nəslə  keçə  bilən  ağır  fəsadlar  verir.  Şüalanma  dozasının 
miqdarı (D) 
D = 100  –  200rad (1 –  2Qr) intervalda olduqda  yüngül  dərə-
cəli; 
D = 200 – 400rad (2 – 4Qr) intervalda olduqda orta dərəcəli
D = 400 – 600rad (4 – 6Qr) intervalda olduqda ağır dərəcəli
D > 600rad (> 6Qr) olduqda isə çox ağır dərəcəli 
şüa  xəstəliyinə  tutulmuş  olurlar.  Nüfuzedici  radiasiyada  qamma 
şüaları  və  neytronlar  aparatların  konstruktiv  elementlərinə  də  təsir 
göstərir,  onun  müəyyən  həddində  yönəldici  radioaktivlik  yaranır, 
hərbi radioelektron cihazların fəaliyyəti pozulur. Nüfuzedici radiasi-
yadan  mühafizə  müxtəlif  qazma,  tikililər,  zirehli  texnika  və  ya 
xüsusi qurğular ola bilər. 2,8sm qalınlıqlı poladdan, 10sm-lik beton-
dan,  14sm-lik  torpaq  yığımından,  30sm-lik  ağacdan  hazırlanmış 
sığınacaqlar  qamma-şüalanmanın  intensivliyini  iki  dəfə  azaldır. 
Yüngül  sığınacaqlar  nüfuzedici  radiasiyanı  2000  dəfə,  blindaj  300 
dəfə,  örtülü  qazmalar  30  dəfə,  tanklar  bir  neçə  min  dəfə  azaldır. 
Neytronlar  seli  tərkibində  hidrogen  molekulları  olan  maddələrdən 
(sudan, parofindən, betondan və s.) keçərkən xeyli zəifləyir. Radia-
siya əleyhinə sığınacaqlar isə şüalanmanın tam qarşısını alır. 
Nüvə  partlayışının  dördüncü  zədələyici  amili  radioaktiv  zə-
hərlənmədir.  Bu  zaman  yer  üzərindəki  bütün  obyektlər,  adamlar, 
bütün canlı qüvvə, su və hava nüvə partlayışı buludundan radioaktiv 
maddələrin  düşməsi  nəticəsində  zəhərlənir.  Neytronlar  torpağın 


 
187 
kimyəvi elementlərinin nüvəsinə düşərək nüvə partlayışı rayonunda 
torpağın radioaktiv zəhərlənməsini yaradır. Nüvə partlayışı enerjisi-
nin  5-10%-i  onun  hesabına  düşür.  Yerüstü,  yeraltı  və  alçaq  hava 
partlayışı  zamanı  radioaktiv  zəhərlənmə  daha  çox  ola  bilir.  Bu 
zaman sürətlə yuxarı qalxan və işıqlanan sahədə əmələ gələn radio-
aktiv  bulud  yaranır.  Bu  bulud  torpaqdan  qalxan  külli  miqdarda  iri 
radioaktiv  toz  hissəciklərindən  və  kondensasiya  edən  su  buxarla-
rından ibarət olur. Radioaktiv bulud bir neçə kilometrlik hündürlüyə 
qalxa  və  küləyin  istiqamətində  25-100  km/saat  sürətlə  hərəkət  edə 
bilir.  Küləyin  sürətindən  asılı  olaraq  zəhərlənmənin  uzunluğu  bir 
neçə yüz kilometrə çata bilir. 
Radioaktiv  zəhərlənməyə  məruz  qalmış  ərazinin  formaca  el-
lipsə (həndəsi fiqura) bənzədiyini nəzərə alaraq, şərhdən əvvəl ellips 
və onun elementlərini (ellipsin mərkəzi, en kəsiyi, uzununa və eninə 
diametri, ellipsin hüdudu və s.) şagirdlərə izah etmək daha məqsə-
dəuyğundur.  Çünki  bu  zaman  radioaktiv  zəhərlənmə  zonası  haq-
qında şagirdlərdə daha obyektiv təsəvvürlər yaranır. Hərbi rəhbərin 
şərhinin davamında göstərilir ki, radioaktiv maddələrin rəngi, iyi və 
s. olmadığından, zəhərlənmə dərəcəsini xüsusi dozimetrik cihazlarla 
müəyyən  etmək  olur.  Bu  dərəcə,  Rentgen/saatla  (R/saat),  Zivert  / 
saniyə (Zv/san) ilə ölçülür. 
Yüksək  hava  partlayışında  yerin  zəhərlənmə  dərəcəsi  çox  da 
böyük olmur və qoşunların döyüş əməliyyatına o qədər də təsir edə 
bilmir.  Zəhərlənmiş  yerdə  radioaktiv  şüalanmanın  zədələmə  təsiri 
canlı  toxumaları  ionlaşdırmaq  və  şüa  xəstəliyi  əmələ  gətirməkdən 
ibarətdir. Orqanizm daxilinə, dəri örtüyünə, gözün, burunun və ağı-
zın selikli gişasına radioaktiv maddələrin düşməsi çətin sağalan ilti-
hab və yaraya səbəb ola bilir. Zəhərləyici maddələrdən fərqli olaraq, 
radioaktiv  məhsullar  təkcə  kontaktla  deyil,  müəyyən  məsafədən  və 
xarici şüalanma yolu ilə də zədələyici təsir göstərə bilir. Radioaktiv 
maddələr  bədəndən  sanitar  təmizlənmə,  paltardan,  silahdan,  hərbi 
texnikadan  isə  dezaktivizasiya  yolu  ilə  kənar  edilir.  Radioaktiv 
zəhərlənmədən  fərdi  mühafizə  vasitələrinin  –  əleyhqaz,  respirator, 


 
188 
tozdan qoruyan parça maska, pambıqlı tənzif sarğı və s. vasitələrin 
köməyi ilə qorunmaq olar. 
Nüvə  partlayışının  beşinci  zədələyici  amili  elektromaqnit 
dalğalarıdır.  Bu  anlayışın  izahından  əvvəl  hərbi  rəhbər  müsahibə 
yolu ilə elektrik və maqnit sahələri, onların yaranması və yayılması, 
qamma şüalanmalar, qamma-kvantlar, neytronlar, radioelektrik apa-
ratları və digər radioelektrik vasitələrinə dair şagirdlərin fizika fən-
nindən  mənimsəmiş  olduqları  bilikləri  müsahibə  yolu  ilə  təkrar 
etdirir, onların bu sahədəki biliklərini dəqiqləşdirib və ümumiləşdir-
dikdən  sonra  “Elektromaqnit  dalğaları”nın  şərhinə  belə  başlayır:  - 
Elektromaqnit dalğaları nüvə partlayışı zamanı qamma-şüalanması-
nın nəticəsində yaranan çox güclü elektromaqnit və maqnit sahələ-
ridir.  Bu  sahələrdə  ətrafa  yayılan  elektron  və  müsbət  ionlar  seli 
əmələ gəlir ki, onlar da, ərazidə yerləşən radioelektrik aparatlarının, 
radio  və  digər  radioelektrik  vasitələrinin  qəbuledici  sistemlərində, 
yeraltı  rabitə  və  kabel  xətlərində,  radiostansiyaların  antenalarında 
çox güclü cərəyan və gərginlik yaradır, onları sıradan çıxarır, yarar-
sız vəziyyətə salır. 
Daha sonra hərbi rəhbər şərhini dərslikdə verilən mətnə uyğun 
şəkildə qurur. 
“Neytron  döyüş  sursatının  zədələyici  təsirinin  xüsusiyyətləri” 
mövzusuna uyğun əvvəlki dərslikdə verilən mətn belə bir  cümlə ilə 
başlayır:  “Oснову  нейтронных  боеприпасов  составляет  термо-
ядерные заряды, в которых исполъзуются ядерные реакции деле-
ния  и  синтеза”  (58,  s.199).  Elə  ilk  cümlədən  görünür  ki,  şagirdlər 
fizika və kimya fənlərindən öyrəndikləri molekul və atom anlayışları, 
onların  əlaqəsi,  atomun  bölünməsi,  proton,  neytron  anlayışları,  ato-
mun  zəncirvari  bölünmə  reaksiyaları,  uran  –  235  və  pluton  –  239 
izotopları, atomun bölünməsi zamanı enerjinin ayrılması, reaksiyanın 
getmə müddəti, reaksiya zamanı baş verə biləcək təhlükələr və s. aid 
mükəmməl  biliklərə malik olmasalar, bu mövzunun mənimsənilmə-
sində yüksək nəticələr əldə etmək mümkün deyil. 
Bunu  nəzərə  alan  hərbi  rəhbər  məktəbin  fizika  və  kimya 
müəllimi ilə sıx əlaqə saxlamış, ən əvvəl istinad ediləcək fizika və 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə