Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə55/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

 
167 
Topoqrafik xəritələr hərbi işdə çox geniş yayılmışdır. Ona görə 
də  D.B.Şebalinin  yazdığı  kimi,  ancaq  komandir  deyil,  hər  bir  əsgər 
də xəritədən istifadə etməyi, onu oxumağı bacarmalıdır (86, s.11). 
Məşğələdə yerölçmədə mövqeyi müəyyənləşdirmək və azimut 
üzrə  hərəkətlər  dərslikdə  göstərildiyi  kimi  aydınlaşdırıldı.  Lakin 
azimut  haqqında  şagirdlərin  təsəvvürlərinin  olmadığını,  bu  anlayış 
haqqında  dərslikdə  əvvəlcədən  heç  bir  məlumat  verilmədiyini  nə-
zərə alaraq, hərbi rəhbər orta məktəbin VII sinfində keçilən rəsmxət 
fənninə aid dərsliyin ilk cümlələrini yada salır: ”Rəsmxət-çertyojun 
çəkilməsi  və  oxunması  qaydalarından  bəhs  edən  tədris  fənnidir. 
Əşyanın  çertyoj  alətlərinin  köməyi  ilə  müəyyən  qaydada  təsvir 
edilməsinə  çertyoj  deyilir”  (87,  s.3).  Hərbi  rəhbər  sinfə  müraciətlə 
deyir: ”Bütün bu təriflərdən görünür ki, hərbi topoqrafiya həndəsə, 
coğrafiya və rəsmxət fənləri ilə çox sıx bağlıdır. Ona görə də hərbi 
topoqrafiyanı  öyrənərkən  bu  fənlər  üzrə  biliklərdən  müntəzəm 
istifadə etməli olacağıq”. 
Həmin mövzuların izahı zamanı hərbi rəhbər şagirdlərin hən-
dəsə kursundan öyrəndikləri düz və açıq bucaq, onların qiyməti (də-
rəcələrlə 90
0
  və  180
0
), müstəvilərin kəsişməsi, ikiüzlü bucaq, onun 
ölçülməsi, istiqaməti (saat əqrəbinin hərəkəti istiqamətində bucaqlar 
mənfi,  saat  əqrəbinin  hərəkətinə  əks  istiqamətdə  bucaqlar  müsbət 
götürülür),  bucaqların  fərqi  və  cəmi,  uzunluq  və  uzunluğun  ölçü 
vahidləri  (m,km)  və  s.  kimi  biliklərdən  səmərəli  istifadə  etdi.  Bu 
prosesdə  o,  həmin  riyazi  anlayışları  sual-cavab  vasitəsilə  məktəb-
lilərə xatırlatdıqdan sonra bu anlayışlara müraciət edirdi. 
Tədqiq  olunan  problemlə  bağlı  məktəb  təcrübəsinin  təhlili 
zamanı  aşkara  çıxarılmışdır  ki,  topoqrafik  xəritələr  üzərində  apa-
rılan  işlərin  öyrənilməsində  şagirdlərin  riyazi  biliklərindən  tam  və 
şəmərəli  istifadə  edilmir.  İlk  növbədə  bu,  həmin  anlayışların  məz-
munundan  irəli  gəlir.  Əslində  anlayişların  məzmununda  riyazi  bi-
liklərin  düşünülmüş  şəkildə  nəzərə  alınması  məzmunu  o  qədər  də 
ağırlaşdırmır.  Bütün  bu  cəhətlər  diqqət  mərkəzində  saxlanılmış  və 
hazırlanan  metodikada  öz  əksini  tapmışdır.  Bu  metodika  əsasında 
“Topoqrafik  xəritə  anlayışı  və  xəritə  üzərində  iş”  mövzusunun 


 
168 
tədrisinə hərbi rəhbər topoqrafik xəritələrin ümumi əhəmiyyəti haq-
qında məlumatla başlayır və xəritənin miqyası anlayışının mahiyyə-
tini aydınlaşdırır. Bildirir ki, hərbi topoqrafiyada bir sıra məsələlərin 
həlli üçün müxtəlif miqyaslı xəritələrdən istifadə etmək lazım gəlir. 
Topoqrafik  xəritələr  əsasən  on  minlik  (1:10000), iyirmi  beş  minlik 
(1:25000),  əlli  minlik  (1:50000),  yüz  minlik  (1:100000),  iki  yüz 
minlik  (1:200000),  beş  yüz  minlik  (1:500000)  və  bir  milyonluq 
(1:1000000) miqyas vahidli olurlar. Bunun mahiyyətini siz VII sinif 
rəsmxət kursundan bilirsiniz. Kim deyər 1:500000 nə deməkdir? 
Şagirdlərin bir qrupu  əl  qaldırır və onlardan biri cavab verir: 
“Bu  o  deməkdir  ki,  xəritədə  1sm-lik  məsafəyə  yer  üzərində  5000 
metr  məsafə  uyğundur.  Yəni,  yer  üzərindəki  həqiqi  məsafə  xəritə 
üzərində 500000 dəfə kiçilir”. 
-Kim  deyər,  miqyas  nəyə  deyilir?  (Miqyas  xəritə  üzərindəki 
məsafənin yer üzərindəki həqiqi məsafəyə nisbətinə deyilir). 
-Nisbəti  riyaziyyat  kursunda  necə  işarə  edirik?  (Nisbəti  ya 
nöqtəli bölmə, yaxud da adi kəsr şəklində göstəririk). 
-Kim  bu  miqyaslardan  birini  həm  nöqtəli  bölmə,  həm  də  adi 
kəsr  şəklində  ifadə  edər?  (Məktəblilərdən  biri  yazı  taxtasına  yazır: 
1:25000  -  nöqtəli  bölmə  şəklində  miqyas, 
25000
1
 adi  kəsr  şəklində 
miqyas). 
Daha sonra hərbi rəhbər göstərir ki, xəritənin miqyasını dəqiq 
bilmək lazımdır. Çünki apardığımız hesablamanın dəqiqliyi istifadə 
etdiyimiz topoqrafik xəritənin miqyasından çox asılıdır. 
Topoqrafik  xəritələrlə  yerin  buna  uyğun  həqiqi  hissəsini 
müqayisə  etsək,  görərik  ki,  yer  üzərindəki  hər  bir  nöqtəyə  xəritə 
üzərində  ancaq  bir  nöqtə  uyğundur  və  tərsinə.  Deməli,  xəritə  ilə 
onun  xarakterizə  etdiyi  yer  parçası  arasında  qarşılıqlı  birqiymətli 
uyğunluq var. Fərq isə onların ölçüləri arasındadır. Hələ 7-ci sinfin 
həndəsə  kursunda  öyrənmisiniz  ki,  “biz  tez-tez  eyni  formalı,  lakin 
müxtəlif  ölçülü  əşyalara  rast  gəlirik.  1:100  miqyasda  hazırlanmış 
gəmi və onun modeli, eyni bir sahənin müxtəlif miqyaslarda çəkil-
miş  planı  və  s.  Misal  göstərdiyimiz  bütün  bu  fiqurlar  eyni  bir 


 
169 
formaya  malikdir,  yəni  oxşardır”  (84,  s.78).  Deməli,  topoqrafik 
xəritələrlə,  onlara  uyğun  yer  parçası  oxşardır.  Qeyd  edək  ki,  onlar 
həm  də  homotetikdir  və  götürülmüş  miqyas  bu  homotetik  inikasın 
əmsalıdır. Belə ki, yer üzərində olan həqiqi məsafə  D  onun xəritə 
üzərində  təsvirinə  uyğun  gələn  məsafə 
d
 və  topoqrafik  xəritənin 
miqyası 1:10000-dirsə, onda 
M
1
D
d

 olar. Yəni, 
D
M
1
d

 
Bu  isə  homotetik  inikasın  tərifidir.  Yəni,  əgər  yer  üzərindəki 
hissəyə F, buna uyğun topoqrafik xəritədəki hissəyə F
1
 desək, onda 
F
1
=H
1/10000
(F) alınar.
 
Ona  görə  də  homotetik  fiqurların  bütün  xassələri  topoqrafik 
xəritələrə və onların yer üzərindəki həqiqi hissələrinə də aiddir. 
Topoqrafik  xəritələr  miqyas  vahidlərinə  görə  iki  qrupa  bölü-
nür:  böyük  və  kiçik  miqyaslı  xəritələr.  Məsələn,  1:10000  miqyaslı 
xəritə böyük, 1:1000000 miqyaslı xəritə isə kiçik miqyaslı xəritədir. 
Hərbi  topoqrafiyada  miqyasın  aşağıdakı  formalarından  istifa-
də olunur: ədədi miqyas və xətti miqyas. Xəritənin aşağısında ədədi 
və  xətti  miqyas  göstərilməklə  bərabər,  miqyasın  vahidi  də  qeyd 
olunur.  Miqyas  kəsirlərlə  ifadə  edildikdə  ona  ədədi  miqyas, 
çertyojla ifadə edildikdə isə, ona xətti və ya qrafik miqyas deyilir. 
a) Ədədi miqyas. Dedik ki, ədədi miqyas kəsrlərlə işarə edilir: 
kəsrin  surəti  təklik  olur,  məxrəcindəki  ədəd  isə  planın  (çertyojun) 
hər  bir  xəttinin  yer  üzərindəki  uyğun  xəttə  nisbətən  neçə  dəfə 
kiçildildiyini  göstərir.  Bəzən,  miqyası  kəsrlə  ifadə  etmək  əvəzinə, 
sadəcə  məxrəci  verməklə  kifayətlənirlər.  Məsələn,  ədədi  miqyası 
belə  göstərmək  mümkündür:  1:5000,  ya 
5000
1
 və  ya  sadəcə  olaraq 
5000. Ədədi miqyasdan istifadə edilməsi çox sadədir. Aydındır ki, 
yerin hər hansı nöqtələri arasındakı məsafəni çertyoj üzrə müəyyən-
ləşdirmək üçün bu məsafəni çertyojda tapmaq və bunu miqyası gös-
tərən  kəsrin  məxrəcinə  və  ya  miqyasa  uyğun  ədədə  vurmaq 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə