Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə54/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   50   51   52   53   54   55   56   57   ...   87

 
164 
TR – trayektoriya 
 
 
 
 
-Lülənin istiqamətində uzanan düz xətt yüksəlmə xətti adlanır. 
Gullənin  uçuş  nöqtəsindən  onun  trayektoriyasına  çəkilən  toxunan 
düz xəttə isə atım xətti deyilir. Uşaqlar, toxunan düz xətt sizə 7-ci 
sinif  həndəsə  (84,  s.32)  və  9-cu  sinif  cəbr  və  analizin  başlanğıcı 
kurslarından  məlumdur  (tərif  olduğu  kimi  şagirdlərin  yadına 
salınır):  “Tutaq  ki,  bir  f(x)  funksiyası  və  onun  qrafiki  verilmişdir. 
Əgər  x
o
  nöqtəsində  f(x)  funksiyasının  törəməsi  varsa  və  f
1
(x
0
)  –a 
bərabərdirsə, onda 
 y=f(x
0
)+f
1
(x
0
) (x-x
0
)   
(1) 
düsturu  ilə  verilmş  düz  xəttə  f(x)  funksiyasının  qrafikinə  x

nöqtəsində  çəkilmiş  toxunan  deyilir.  Həm  qrafikin,  həm  də 
toxunanın  keçdiyi  M
0
=M(x
0
;y
0
)  nöqtəsinə  toxunma  nöqtəsi  deyilir 
(85,  s.136).  Deməli,  güllənin  hərəkət  trayektoriyası  funksiyanın 
qrafiki  kimi  götürülür,  bu  qrafik  düz  xətlərlə  ancaq  bir  nöqtədə 
görüşür və həmin düz xətlərin bir tərəfində qalır. Güllənin hərəkəti 
zamanı  uçuş  nöqtəsindən  trayektoriyaya  çəkilən  toxunan  ilə 
yüksəlmə  xətti  arasında  əmələ  gələn  bucaq  uçuş  bucağı  adlanır. 
Uçuş bucağı da bütün bucaqlar kimi dərəcələrlə ölçülür. 
Yüksəlmə  düz  xəttini  kəsən  perpendikulyar  müstəviyə  atəş 
müstəvisi deyilir. Yəni atəş müstəvisi elə müstəvidir ki, o, yüksəlmə 
düz  xətti  ilə  kəsişir  və  90
0
-li  bucaq  yaradır.  Yüksəlmə  xətti  ilə 
silahın üfüqünün əmələ gətirdiyi bucaq yüksəlmə bucağı, atım xətti 
Şəkil 14



 
165 
ilə  silahın  üfüqünün  əmələ  gətirdiyi  bucaq  isə  atım  bucağı  adlanır. 
Trayektoriyanın  silahın  üfüqünə  nisbətən  ən  hündür  nöqtəsinə 
trayektoriyanın  təpəsi  deyilir.  Trayektoriyanın  təpəsi  onu  iki  qola 
ayırır.  Uçuş  nöqtəsindən  trayektoriyanın  təpəsinə  qədər  olan  hissə 
(qövs)  daha  uzundur.  Çünki  bu  hissədə  güllənin  sürəti  nisbətən 
böyükdür. Trayektoriyanın təpəsindən silahın üfüqünü kəsənə qədər 
olan  hissə  isə  kiçik  olur.  Çünki  güllə  artıq  öz  sürətini  itirməyə 
başlayır  və  getdikcə  sürət  sıfra  yaxınlaşır.  Güllənin  uçuş  nöqtəsin-
dən  onun  düşmə  nöqtəsinə  qədər  olan  məsafəyə  silahın  tam  üfüqi 
uzaqlığı deyilir. Düşmə nöqtəsində güllənin sürəti son sürət adlanır 
və sıfra bərabər olur. 
Hərbi  rəhbər  bu  qayda  ilə  güllənin  uçuş  trayektoriyasının 
digər elementlərinin izahını davam etdirə bilər. 
Növbəti  hərbi  məşğələlərin  keçirilməsi  zamanı  şagirdlərin 
fizika və riyazi biliklərindən istifadə analoji qaydada aparılır. 
Ümumiyyətlə,” Atəş hazırlığı”na dair məsələlərin öyrənilməsi 
və bu zaman fənlərarası  əlaqənin  əsas  götürülməsi,  fizikadan, riya-
ziyyat  və  rəsmxətdən  vaxtilə  qazanılan  biliklərə  istinad  olunması 
ibtidai  hərbi  hazırlıq  kursunun  ümumi  məqsədinin  həyata  keçmə-
sinə böyük kömək göstərir. Məktəblilər döyüş silahları (Kalaşnikov 
avtomatı və Kalaşnikov  pulemyotu,  əl  qumbarası və s.) ilə onların 
hissələri  və  işəsalma,  istifadə  prinsipləri  ilə  yaxından  tanış  olmaq 
imkanı  qazanırlar.  Atəşin  təsir  uzaqlığı,  nişangah  məsafəsi,  atəşin 
tempi, güllənin öldürücü gücünü saxladığı uzaqlıq və s. barədə alı-
nan biliklər döyüş silahlarından necə düzgün istifadə etməklə bağlı 
şagirdlərin təsəvvürlərinə aydınlıq  gətirir. Bu da gələcəkdə – hərbi 
xidmət illərində döyüş silahları ilə davranmaq, onlara qulluq göstər-
mək, tələb olunan səviyyədə onları işlətmək işini asanlaşdırır. 
 
3.4. Hərbi topoqrafiyanın şagirdlərin riyazi, rəsmxət  
və coğrafi biliklərilə əlaqəli tədrisi 
 
“Hərbi topoqrafiya” bölməsi həm əvvəlki ibtidai hərbi hazırlıq 
kursunun,  həm  də  mövcud  gənclərin  çağırışaqədərki  hazırlığı 
dərsliyinin  əsas  bölmələrindən  biridir.  Bu  bölməyə  əvvəlki  proqram 


 
166 
üzrə 6 saat, indiki proqram üzrə 4 saat vaxt ayrılir. Həmin vaxt ərzin-
də  hərbi  rəhbər  şagirdlərə  hərbi  topoqrafiyanın  zəruri  anlayışlarını 
öyrətməlidir. Respublikanın bir sıra ümumtəhsil məktəblərində hərbi 
rəhbərlər  tədqiqatçı  tərəfindən  hazırlanmış  metodika  əsasında  öz 
işlərini  qurub  hərbi  topoqrafiyanı  məktəblilərin  riyaziyyat  və 
coğrafiya  fənlərindən  mənimsədikləri  anlayışlarla  səmərəli  şəkildə 
əlaqələndirirlər.  Bakı  şəhəri  9  saylı,  Gəncə  şəhəri  18  saylı,  Göyçay 
rayonu 6 saylı orta məktəblərin hərbi rəhbərləri “Hərbi topoqrafiya” 
mövzusunu  keçərkən  şagirdlərin  riyazi  və  coğrafi  biliklərindən 
istifadə  sahəsində  müvəffəqiyyətli  nəticələr  əldə  edə  bilmişlər.  Belə 
ki,  hərbi  rəhbər  “Hərbi  topoqrafiya”  mövzusunun  tədrisinə  şifahi 
izahetmə yolu ilə başlayır. O, ilk növbədə “topoqrafiya” sözünün mə-
nasını  aydınlaşdırır.  Göstərir  ki,anlayış  iki  yunan  sözündən:  topos-
yer, qrafo-yazıram, (yəni, qeyd edirəm) sözlərindən əmələ gəlmişdir. 
Yerin quruluşunu, səthini öyrənən elm coğrafiyadır və bu fənlə 
siz  aşağı  siniflərdə  tanış  olmusunuz.  Topoqrafiya  isə  yer  səthini 
həndəsi  münasibətlərdə  nəzərdən  keçirən  bir  elmdir.  Hərbi  topoq-
rafiyaya  gəldikdə  isə,  ona  yer  səthini  hərbi  məqsədlər  üçün  həndəsi 
münasibətlərdə öyrənən bir elm kimi tərif vermək mümkündür. Hərbi 
topoqrafiyada  yer  səthinin  kiçik  hissələrini  təsvir  etmək  qaydaları 
öyrədilir.  Bu  halda  yer  səthinin  hissələri  müstəvi  olaraq  götürülür 
(əslində  isə  bilirik  ki,  yer  kürə  şəklindədir).  Topoqrafiq  xəritələrdə 
döyüş  taktikası  üçün  bu  yerə  aid  hər  bir  məlumat  hazırlanır, 
topoqrafik  xəritələr  döyüş  taktikası  ilə  sıx  əlaqədə  olur.  Topoqrafik 
xəritə  (yerin  planı)  komandirə  yeri  tez  və  xüsusən  qabaqcadan 
öyrənmək  imkanı  verir,  bunun  da  xüsusən  döyüş  şəraitində  çox 
əhəmiyyəti  vardır.  Çünki  bu  şəraitdə  komandirin  qəti  qərar  qəbul 
etməsi  üçün  vaxtı  dəqiqələrlə  hesablanır.  Topoqrafik  xəritədə  döyüş 
məsələləri  müəyyənləşir  və  döyüşə  xəritənin  yardımı  ilə  rəhbərlik 
edilir.  Bundan  başqa,  qoşunların  əməliyyatının  obyektlərini  xəritədə 
göstərmək  və  topoqrafik  xəritə  vasitəsi  ilə  düşmənin,  həm  də  öz 
qoşunlarının yerləşməsi haqqında təsəvvür yaratmaq mümkündür.   


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə