8
Sərgiyə baxış zamanı uşaqları cəlb etmək üçün onları məlumatlandırmaq yaxşı
olardı.
Gözəl bahar,
Gözəl bahar!
Darıxırıq,
Tez gəl, bahar!
Çətir-çətir
Güllər gətir,
Otaqlara
Dolsun ətir.
Əziz uşaqlar! Hamınızın sevə sevə öyrəndiyiniz bu şeirin müəllifini
tanıyırsınızmı?
Bu sevimli yazıçımız Teymur Elçinin “Şəkərim, duzum” kitabından olan “Gəl,
Bahar” şeiridir. Şeirdə uşaqların gözəl, şən, güllü, çiçəkli baharı necə səbirsizliklə
gözlədiklərindən söhbət açılır. Siz hansı fəsli daha çox sevirsiniz?
Bulaq
DonmuĢdu bulaq,
YatmıĢdı bulaq.
Elə bilirdim
BatmıĢdı bulaq, -
Çıxmırdı səsi.
Gün doğdu birdən,
Nəfəs aldı yer.
Oynadı bulaq,
Ona qulaq ver –
Gəlir nəğməsi:
“Mənə qıĢ dedi:
- Gözlərini yum!
Mən yumdum, dondum.
Mənə yaz dedi
- Gözlərini aç!
Tez ol, tez ol qaç!
Qaçıram, indi,
Əriyib yuxum –
Dum-dum, dum-dum, dum”
9
Sərçəcik:
Yuvadan çıxıb
Bala sərçəcik,
Baxdı ətrafa,
Elədi cik-cik.
Sevindiyindən
Ġçini çəkdi,
Nəyi gördüsə,
Dedi qəĢəngdi
( Davamı “Mənim kiçik ulduzlarım” kitabında verilmişdir.
Oğul BUĞAC
Ġkinci sərgini
Teymur Elçinin ulu “Dədə Qorqud”
poemasının motivləri əsasında yazdığı “Oğul Buğac”
poeması əsasında hazırlaya bilərik. Sərgini “Dünən də, bu
gün də sabaha məxsusdur ” başlığı ilə verə bilərik. Sərgidə
“Oğul buğac” kitabından götürülmüş illisturasiyalardan
istifadə etsək daha maraqlı olar.
Həmçinin burada uşaqların “Dədə Qorqud” əsəri haqqında
çəkdikləri illüsturasiyaları, rəsmləri nümayiş edə bilərik. Bu
əsərlərin nümayişi üçün əvvəlcədən kitabxanada mövzuya
uyğun “Dədəm Qorqud” adlı rəsm müsabiqəsi keçirilir.
Müsabiqə zamanı təqdim olunmuş rəsm əsərlərinə baxış
keçirilir və onların arasından mövzuya daha yaxın olanları seçilir.
XX əsrin ikinci yarısından sonra da uşaq ədəbiyyatı
yeni bir istiqamətdə öz axtarışlarını davam etdirmişdir. Bu
işdə görkəmli dövlət xadimi, uşaq ədəbiyyatı sahəsində
xüsusi istedada malik Teymur Elçinin xüsusi yaradıcılıq
fəaliyyəti olmuşdur. Şairin 1955-ci ildə çap olunan “Qar
qız” kitabından sonra bir-birinin ardınca “Bip-bip”,
“Qulaq asın, danışım”, ”Mənim kiçik ulduzlarım”,
“Torağayın nəğməsi” və b. kitabları göstərdi ki, uşaqları
sevmədən, onların maraq və psixologiyasını bilmədən
onlarla işləmək olmaz.