16
Taxtaları bir-birinə
Bax beləcə vuraram.
Evləri mən bax beləcə,
Bax beləcə quraram.
( Bu da bizim balaca maşinistimizin nəğməsidir )
MaĢinist: Çoxdur mənim hörmətim,
Tapın nədir sənətim.
Qatarımı axĢam, səhər,
Bax, beləcə sürərəm;
Yol üstündə duran olsa,
Ucadan fit verərəm.
( Mahnı bitdikdən sonra uşaqlar səhnədən gedirlər )
I aparıcı: Azərbaycan uşaq ədəbiyyatında yaratdığı nümunələrlə yanaşı
şairin 13 ölkənin xalq poeziyasından etdiyi tərcümələri də
diqqətə layiqdir. Dili dilimizdən, sərhədləri sərhədlərimizdən,
adət ənənələri adət-ənənələrimizdən çox-çox uzaq olan xalqların
tərcümələri şairin qələmində sanki bizim dilə çox yatımlı, sadə,
səliqəlidir.
II aparıcı: Budur gəldi qaranquş
Dənizlərdən uçan quş.
Özünü tez yetirdi,
Bizə nəğmə gətirdi.
“Əziz mart, salam sənə!”
Soyuq fevral keçsənə.
Yağsa da, lap qar, yağış
Yaz gəldi yaza alqış!”
I aparıcı: Yunan xalq poeziyasından edilən bu tərcüməni şair dilimizdəki
sözlərlə elə dolğun ifadə etmişdir ki, sanki tərcümədən
oxumuruq. Hətta rus ədəbiyyatının görkəmli nümayəndəsi
Korney Çukovski uğurlu tərcümələrinə görə Teymur Elçinə öz
məktubunda təşəkkürünü də bildirmişdir. O “Göndərdiyiniz
kitablar mənə böyük sevinc gətirmişdir. Xəstəlik imkan
verməmişdir ki sizə vaxtında təşəkkürümü
17
bildirim. Əlinizi bərk-bərk sıxıram.” deyə öz məktubunda şairə
minnətdarlığını bildirmişdir.
II aparıcı: Teymur Elçin ilk baxışda sadə görünən uşaq ədəbiyyatına
müraciət edərkən, dövrün, zamanın tələbini unutmur. Qaldırdığı
məsələlərə müasir mənəvi problemlər səviyyəsindən baxır.
Qarğanın məktəbi şeirini gəlin yada salaq.
Bir gün yığıb quşları
Az-çox oxumuşları
Dil öyrədirdi Qarğa....
Qarğa Sərçəni, Bülbülü özü kimi danışmağa öyrətmək istəsə də
bircə Tutuquşu onun səsinə səs verir. Şeir bütövlükdə insanları
Tutuquşu olmamağa öz səsində ötməyə səsləyir, Qarğanın dəst-
xəttini pisləyir.
Daha gələn olmadı;
Məktəbdə
Qarğa qaldı,
Bir də tutuquşları;
Onların bir-birindən
Çox gəlirdi xoşları.
II aparıcı: Hər anaya –
Öz balası,
Hər balaya
Öz laylası.
I aparıcı: Şairin “Analar və Laylar” əsəri də formasına görə deyil, həm də
məna və məzmun etibarı ilə çox dəyərli və təsirlidir. Ana laylası hər
bir ananın öz övladına istəyi məhəbbəti, qayğısı deməkdir. Şeirdə də
hər bir canlının balasına laylası dinlənilir.Gəlin görək əsərdə layla
deyən kimlərdir. Turac, Qurbağa, Delfin, Kirpi, Canavar.
( Bu heyvanların geyimində səhnəyə uşaqlar gəlir. İlk əvvəl Turac laylasını
söyləyəcək ).
Turac: ( Öz - ozünə danışır) Dalımca bir ovçu gəlir, məni görsə vuracaq ( qaçır)
II aparıcı: Yuvasına çatdı turac Cücələri yığdı ana başına, başlayır laylasına
18
Turac: Tapar tülkülər sizi...
Əgər sizi güdsələr,
Bircə-bircə tutsalar,
Tükünüzü didsələr,
Onda mən neylərəm bəs?
Bizim bu meşəlikdə
Gəlməz köməyə heç kəs.
Tez yatın, salmayın səs.
aparıcı: Qurbağanın isə öz çömçəquyruğuna laylası isə belədir:
Qurbağa: Sən tez böyü mənə çat
Yuxun gəlir, tez ol yat,
Yat, mənim ağa balam,
Körpəm, qurbağa balam,
Ye, ağzın yekə olsun,
Boyun bir tikə olsun,
Səsin tutsun gölümü,
Yaxın qoyma ölümü.
aparıcı: Yuvasına qayıdan canavar isə tələsirdi.Onu balaları gözləyirdi.
Axı onlar ac idilər. Ana canavar gətirdiyi quzunu onlara yedirdib
başladı öz laylasına
( Canavar geymli oxucu asta-asta öz laylasını söyləyir )
Canavar: Yat mənim kiçik balam
Tez böyü küçük balam
Qulaqların, gözlərin,
Dişlərin iti olsun;
Kimi görsən parçala
aparıcı: Delfinlər isə balalarını belə görmək istəyirmiş
( Delfin geyimli oxucu laylasını söyləyir)
Delfin: A mənim ilkin balam,
Balaca delfin balam.
Göy sular yerin olsun,
Yat, yuxun şirin olsun.
19
Qaçma ora bura sən,
Tez düşərsən tora sən.
Ağıllı ol can balam,
Göyçək, mehriban balam.
aparıcı: Lap kirpi yaddan çıxmışdı. Axı onlarında öz balaları üçün laylaları
var
( Kirpi geyimli oxucu asta-asta laylasını söyləyir )
Kirpi: Yat, körpəciyim.
İynələrin çox,
Hərəsi bir ox;
Kim sənə dəysə,
Gözünə batsın.
Balam tez yatsın.
Yat, kirpiciyim,
Yat körpəciyim.
aparıcı: Bax beləcə: Gecələr oyaq qalıb
Layla deyər analar.
I aparıcı: Yatmaq üçün öz anasından layla gözləyən körpə də anasına:
oxucu: ( körpə ) - Bəs mənim laylam, ana?!
Ana: - Öz laylan var sənin də.
A qadan alım,
Yadımdan çıxıb.
Bir azca dayan,
Yadıma salım.
aparıcı: İşıq gəldi elə bil
Ananın gözlərinə...
Oxudu:
Ana: Ceyran körpə ahuya
Laylasını oxuya
Canavarın balası
Çoxdan gedib yuxuya
Yat, qoçaq balam,
Yat, oyaq balam,
20
Sayıram gecələri,
Təkləri, bircələri.
Sən də yat, çoxdan yatıb
Turacın cücələri.
Yat, göyçək balam,
Mənim tək balam.
Qurdlar, quşlar yatıblar,
Yuxuya bal qatıblar.
Qurbağanın gölünə
Elə bil daş atıblar.
Sən də yat, balam,
Şokalad balam.
( Səhnədən oxucular gedir)
aparıcı: Dədəm Qorqud!
Aşıq babam, ozan babam,
Mənim ölməz dastanımı
Yazan babam!
deyən sevimli şairimiz Teymur Elçin üzünü uşaqlara tutub
böyüklər üçün, böyüklərə tutub balacalar üçün fikir yürüdən,
nəsihətlər deyən şairlərimizdəndi. Onun şeirlərinin uşaqlar üçün
tərbiyəvi rolu çox böyükdür.
I aparıcı: Ədəbiyyatımızda gördüyü işlərlə yanaşı şairin tərcümə
sahəsində də xidmətləri böyükdür. Bir sıra xalqların
ədəbiyyatının görkəmli nümayəndələrindən olan Y.Raynisin,
S.Marşakın, K. Çukovskinin, A. Barto, Voronkovun və b.
yazıçıların uşaq əsərlərini balaca oxucularımıza çatdırmışdır.
II aparıcı: Teymur Elçinin şeirlərində folklor motivləri olduqca güclüdür.
Onun yaradıcılığı adətən xalq ədəbiyyatı ilə qarşılıqlı olaraq
öyrənilir. Uşaqların şairin şeirlərini sevə-sevə oxuyub
əzbərləmələri də təsadüfi deyil. Xalq dilinin incəliklərindən
məharətlə istifadə edən şairin şeirləri oxucuların yaddaşında
asanlıqla qalır. Bunu şairin incə yumorlu əsərlərindən hiss
etmək olar.
21
Qəribədir bu şəhərdə iş qanunu,
Əzbər bilir hamı onu:
“Ver, yeyim,
ört yatım,
gözlə, canım çıxmasın!”
Yer üzünün tənbəlləri,
Tanıyırlar bu şəhəri.
Kim istəsə ora getmək,
Tısbağaya minsin gərək
I aparıcı: Teymur Elçinin şeir və poemaları, nəğmə və nağılları sadədir,
aydındır.
II aparıcı: Lakin bu sadəlikdə bir müdriklik, bu aydınlıqda oxucu gözü ilə
görünməyən bir mətləb var.
I a parıcı: Teymur Elçin bu gün aramızda olmasada, onun dərsliklərdə,
kitablarda qalan şeirləri, mahnıları öz mənalı ömrünü davam
etdirməkdədir.
II aparıcı: Təskinliyimiz də elə odur ki, şairin ömrü elə onun şeirlərinin
ömrü ilə ölçülür. Hələ neçə-neçə nəsillər Teymur Elçinin
şeirlərini oxuya-oxuya boy atacaq,vətənimizin adına layiqli qızlar,
oğullar olacaqlar.
( Sonda şairin həyat və yaradıcılığına həsr olunmuş “Ziyalı ömrü” filmi nümayiş
edilir.)
Son
22
Ġstifadə edilmiĢ ədəbiyyat:
Elçin T. Mənim kiçik ulduzlarım. - B.: Gənclik, 1985. – 352 s.
Elçin T. Oğul Buğac . - B.: Gənclik, 1988. – 40 s.
Elçin T. Torağayın nəğməsi . – B.: Yazıçı, 1979. – 202 s.
Əliyev T. Bip-Bip. – B.: Azərbaycan Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı, 1959. –
32 s.
Elçin T. Din – Dan. – B.: Azərnəşr, 1964.- 15 s.
Bahar, adlar, uşaqlar. – B.: Azərnəşr,1968. – 111 s.
Balaca Aytən. - B.: Gənclik, 1983. – 13 s.
Bip-Bip. – Uşaqgəncnəşr, 1959 . – 31 s.
Laylalar. – B.: Gənclik, 1970. – 14 s.
Toğrul babanın nağıl ağacı. – B.: Gənclik, 1981. – 60 s.
Haqqında:
Abdulla A. Sadə, müdrik poeziya // Ədəbiyyat və incəsənət. – 1984. - 6 aprel
Vəfalı A. Uşaq paklğı, böyük müdrikliyi // Ədəbiyyat . – 2000. – 31 mart
Yusifoğlu R. Ustad qələmində uşaq dünyası // Ədəbiyyat. – 2004. – 26 mart
Zahid X. Söz adamı // Ədəbiyyat. – 2002. – 15 mart
Redaktor: ġəhla Qəmbərova - F. Köçərli adına Respublika
UĢaq Kitabxanasının direktoru
Tərtib edəni: Nərgiz Məcidova – F.Köçərli adına Respublika UĢaq
Kitabxanası elmi-metodika Ģöbəsinin baĢ kitabxanaçısı
Korrektor: Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika UĢaq
Kitabxanası elmi-metodika Ģöbəsinin müdiri
Dostları ilə paylaş: |