282
dastanlarda az-ço x dərəcədə ictimai motiv lər də vardır. XVII əsrdə "ġah Ġsmayıl",
"AĢıq Qərib", "Abbas və Cülgəz", "Əsli və Kərəm" , "Novruz" kimi məĢhur
dastanlar tam Ģəkildə formalaĢdı.
"ġah Ġsmayıl" dastanında ədalətli Ģahzadə olan Ġsmayıl zalım və məkrli
atasında - ġah Zülala qarĢı qoyulmuĢdur. Dastanda qəhrəmanlıq məqamları
məhəbbət məqamlarından az deyildir. KiĢi q iyaləsində olan qadın Ərəbzəngi əsərin
özünəməxsus surətlərindən biridir. KiĢilərə qarĢı amansız o lan bu qadın Ġsmayılla
qarĢılaĢır və onun ən yaxın həmkarına çevrilir. Dastan dostluğu və məhəbbəti
tərənnüm edir.
"AĢıq Qərib" dastanı da mühü m əsərlər sırasındadır və onun bir ço x
(türkman, türk və s.) variantları mövcuddur. Əsərin mövzusu M.Y.Lermontovu
maraqlandırmıĢ və Ģair əsər əsasında eyni adlı hekayə yazmıĢdır.
"Əsli və Kərəm" dastanında baĢlıca surətlər olan Gəncə xanı Ziyadın oğlu
Kərəm və Qara keĢiĢin qızı Əsli bir-birinə məhəbbət bəsləyirlər. Lakin din ayrılığı
onların səadətinə əngəl törədir. Bu əngəllərin yaradılmasında əsas rol Qara KeĢiĢə
məxsusdur. Müxtəlif məkrli üsullardan istifadə edən keĢiĢ öz doğma qızının və
Kərəmin məhvinə nail olur.
XVI-XVII əsrlər aĢıq sənətinin yüksəliĢ dövrüdür. AĢıqların sənəti və
hafizəsi sayəsində folklor əsərləri ilkin gözəlliy ini saxlamıĢ, müasir zəmanəmizədək
gəlib çatmıĢdır. AĢıqlar epik və lirik əsərlərin yaradılması iĢində baĢlıca simalar
olmuĢlar (göstərilmiĢ bütün dastanlar aĢıq yaradıcılığın ın məhsuludur). Onlar əski
zaman lardan etibarən böyük nüfuza malik idilər, lakin yalnız XVI -XVII əsrlərdə
aĢıq poeziyası geniĢ inkiĢaf yoluna çıxmıĢdı.
Xalq poeziyasının görkəmli nümayəndəsi olan Qurbanidən sonra XVII əsrdə
Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox tanınırd ılar. Onlar ifa etdikləri
əsərləri (Ģeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz" dastanı AĢıq Abbas
Tufarqanlın ın lirik Ģeirləri əsasında formalaĢ mıĢdır. Bu aĢığın məhəbbət məzmun lu
qoĢmaları xüsusilə qiymətlid ir. Sarı AĢıq həm də gözəl bayatılar ya rad ırdı. O,
qoĢma və mənzu m tapmacalar da yazmaqda mah ir id i. Sarı AĢıq cinasın tanınmıĢ
ustası olmuĢdur. AĢıq Abbasın və Sarı AĢığın yaradıcılığ ı aĢıq sənətinə, XVI-XVII
əsrlərin klassik poeziyasına nəzərə çarpacaq təsir göstərmiĢdir.
Folklorun faydalı təsirindən bəhrələnən məĢhur Ģairlərdən biri də
Məhəmməd Əman i id i. O, XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində
yaĢamıĢdır. Ġngilis ĢərqĢünası Ç.Riyo iddia edir ki, Əman i I ġah Təh masib və I ġah
Abbas dövründə yaĢamıĢ, türk əmiri olmuĢ, Səfəvi sarayına yaxın Ģair kimi
tanınmıĢdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603)
283
üzərinə hərbi yürüĢlərin iĢtirakçısı kimi öz Ģeirlərinin bir qis min i bu yürüĢlərə həsr
etmiĢdir. ġair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmıĢd ır.
Əmani yaradıcılığ ında qəzəl əsas yer tutmuĢdur. Dövrün bir sıra sairləri
klassik ġərq poeziyası ənənələrini davam etdirirdilər. Əlican Qövsi Təbrizi öz
lirikası ilə tanınırdı.
Məsihinin (1580-1655) zəngin yaradıcılığından (100 min beytdən ibarət
məsnəvi formasında Ģeirlər, üç poema) bizə yalnız " Vərqa və GülĢa" poeması, cüzi
miqdarda Ģeir gəlib çatmıĢdır.
Məsihinin bu poeması forma, quruluĢ baxımından "Ley li və Məcnun"u
xatırladır. Lakin "Vərqa və Gü lĢa" əsəri baĢ verən hadisələrin daha dinamik
səciyyədə olması ilə fərq lənir. Bu poema Azərbaycan dilində, məsnəvi formasında
yazılmıĢ ən yaxĢı ro mantik əsərlərdən biridir.
XVII əsrin maraqlı Ģairlərindən biri Tərzi Əfşar idi. O, Urmiyada anadan
olmuĢ, gənc yaĢlarında Ġsfahana köçmüĢdür. Tərzi ƏfĢar Ġsfahanda mükəmməl
təhsil almıĢdı. O, ərəb d ilini dərindən bilmiĢ, xeyli səyahət etmiĢdir (ġimali və
Cənubi Azərbaycanın mü xtəlif yerlərində, Orta Asiyada, Ġraqda və Hindistanda
olmuĢdur). T.ƏfĢarın Avropa ölkələrində olması da ehtimal edilir. O, poeziyada
təqlidçiliyə qarĢı çıxıĢ edir, yaradıcılıq prosesində yeni yollar, vasitələr aramayan
həmkarlarını tənqid edirdi. ġair poetik əsərlərində formal yeniliklərə də cəhd
göstərmiĢdi (mü xtəlif adlardan yeni fellər yaratmıĢ, fars ifadələrinə Azərbaycan söz
sonluqları artırmıĢdı). Onun bir sıra əsərləri fars, Azərbaycan və ərəb dillərində olan
beytlərin sıralan masına əsaslanırdı. Sənətkarın "ġikayətnamə"si Füzu lin in eyni adlı
məĢhur əsərini xatırladır.
Saib Təbrizi (1601/02-1676/77) XVII əsr Azərbaycan ədəbiyyatının
görkəmli simasıdır. I ġah Abbasın hakimiyyəti dövründə Saib Təbrizi Ġsfahana
köçürülmüĢ, Əfqanıstana, Ərəb ölkələrinə, Kiçik Asiyaya səyahət etmiĢdir. Saib
Təbrizi iki dəfə Hindistanda olmuĢ və 6 il orada yaĢamıĢdır. II ġah Abbas
tərəfındən Səfəvi sarayına dəvət olunmuĢ Saib Təbrizi məlik üĢ -Ģüəra adını almıĢdı.
O, həyatının son illərində sarayı tərk etmiĢ, bütün varlığı ilə poetik yaradıcılığa
bağlanmıĢdı. Azərbaycan və fars dillərində Ģeirlər yazan Saib Təbrizinin yaradıcılıq
irsi zəngindir (120 min beytdən ibarət 7 divanı, "Qəndəharnamə", "Mahmud və
Ayaz" adlı məsnəviləri, "Səfıneyi-Saib" məcmuəsi vardır). Ġnsan və təbiət
gözəlliklərinə vurğunluq, məhəbbət, zəmanədən Ģikayət onun əsərlərinin baĢlıca
möv zularıdır. Saib Təbrizinin poeziyası Yaxın ġərq ölkələri ədəbiyyatının,
Hindistanda farsdilli poeziyanın in kiĢafına böyük təsir göstərmiĢdir.
XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr ədəbiyyatı tarixində mühü m
mərhələ o lmuĢdur. Bu ədəbiyyatın əsas xüsusiyyəti folklo r təmayüllü epik və lirik