286
ətrafına ço xlu qüvvə toplamaq və Səfəv i qoĢunlarının hücu mu zamanı yerlərdə
onlara sosial baza yaratmaqdan ibarət idi.
Kitabələr və ġah Hüseynin ġirvandakı cəmiyyətlərə, o cü mlədən Baba Samit
dərviĢləri cəmiyyətinə xəlifələr təyin o lunması və onların vəzifələri haqqında hicri
1116 (1704)-c ı il tarixli fərman ından aydın olur ki, ġirvan ərazisi Səfəvi dövlətinə
daxil o landan (1538) sonra da qeyd edilən cəmiyyət Səfəvi dövlətinin d iqqət
mərkəzində olmuĢdur. AbĢeronun Buzovna qəsəbəsindəki Xəlifə Əli və
Məhəmməd Mö min türbəsinin kitabəsində: "Bu Ģərəfli məqbərə binasının
tikilməsinə əzəmətli sultan, qələbələr atası, xilafət pənahı ġah Səfi Bahadur xanın
hökmranhğı zamanı günahları bağıĢlanmıĢ, xəlifələrin pənahı mərhəmətli A llahın
rəhmətinə çatmıĢ mərhu mlar Xəlifə Əli ibn Xəlifə Qoç Əli və Məhəmməd Mö min
ibn Xəlifə Əli üçün min əlli birinci (1051 [1641-42]) ildə qadınların seçilmiĢi Bikə
xanın səyi ilə müvəffəq olun muĢdur".
Xəlifəlik irsi id i. Bu fıkri qeyd olunan kitabə və Ramana məscidin in kitabəsi
təsdiq edir. Kitabədə Xəlifə Əlinin babası ġey x Kamal kimi qeyd olunmuĢdur: "Bu
türbənin tikilməsin i Hüseyni Səfəvi ġah Abbas Bahadur xan ın oğlu (nəvəsi)
əzəmətli xaqan, Ģah Səfiəddinin - Allah onun hökmranlığını əbədiləĢdirsin -
hakimiyyəti zamanı, Xəlifə ġey x Kamalın oğlu Qoca Əlinin - Allah onların
günahlarından keçsin - oğlu və Əli övladlarının qapısının köpəyi Xəlifə Əli min
qırx altıncı il tarixdə (1046/1636-37) əmr etmiĢdir". ġey x Kamal Səfəvilərin
Ərdəbil məqbərəsində də iĢləmiĢdir.
Türbə ətrafındakı ço x nəfıs iĢlən miĢ, XVII əsr bakıh bədii daĢyonma ustası
və mah ir xəttat, nəqqaĢ Seyid Taha məktəbinə aid əsərlər - sənduqə, baĢdaĢı formalı
XVII əsr məzarüstü abidələrin kitabələrində də "Nadi Əliyyən" (Əlini çağır) duası
yazılmıĢdır. Abidələr Xacə Məhəmməd ibn Həsənə (vəf. 1041 [1631-32), Mövlana
Xacə Əlaəddinə (vəf. 1034 [1625]), Mövlana Məhəmmədə (vəf. 1051 [1641-42],
Məhəmməd Zaman ibn Molla Söhraba (XVII əsr), Məhəmməd Mö minə (vəf. 1046
[1636-37]) aiddir. Bunla r "Mövlana", "Xacə", "Molla" kimi tanınmıĢ mötəbər
Ģəxsiyyətlər, alimlər o lmuĢ və qeyd edilən cəmiyyətdə fəaliyyət göstərmiĢlər.
ġah Təhmasibin vaxtında da Ģiəliy in təbliğinə ço x fıkir verilmiĢdir. ġah
Təhmasib Qusar rayonunun Həzrə kəndində ulu babası ġeyx Cüneydin məzarı
üzərində böyük məscid-türbə binası tikdirmiĢdir. Yedd i sətirdən ibarət, ərəb dilində
nəsx xətti ilə böyük daĢ lövhəyə həkk olunmuĢ kitabə türbənin qərb qapısı
üzərindədir: " Bu mübarək və Ģərəfli imarətin, yüksək sultan, kəramətli və ədalətli
xaqan, fars və ərəb hökmdarlarının ağası - Allah onun kölgəsini yerlərdən əskik
eləməsin - qurunun və suyun qəhrəmanı, dini, dünyanı, xilafəti və səltənəti
əzizləyən Mustafaya (Məhəmməd peyğəmbərə) mənsub olan Ģəriət qaydalarını
287
yayan, Murtəzəvi təriqətinin (Ģiəliy in) əsasını qoyan, minnət və ehsan edən , Allah
tərəfindən ĢərəfləndirilmiĢ, ehtiyacsız Allaha təvəkkü l edən, Sultan oğlu Sultan
Əbülmü zəffər ġah Təhmasib əl-Hüseyni Bahadur xanın - Allah onun hökmranlığını
və sultanlığını daimi etsin və hər iki dünyanı onun yaxĢı iĢləri və ehsanı ilə
feyzləndirsin, ö z qəlb ini, biliy ini A llaha və bəĢər aləminə həsr etmək qüdrətliyi ilə
həzrətlərindən seçsin - hökmranlığı zamanında səadət və əzizlik sahiblərinin ən
fəxrlisi, vahid Allah ın rəhmətinə qovuĢmuĢ Xacə Fəxrəddin Əh məd Fərahanin in -
yüksək Allah onun Ģükürlərin i, səylərin i və yaxĢı iĢlərin i qəbul etsin - oğlu,
qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, A llah rəh mətinə getmiĢ
Ziyaəddin Nizamü lmülk oğlu və yüksək vəzirlərin vəziri, hökmdar və valilərin
bəyənilmiĢi, xalqın bütün üzvlərin in tədbirçisi, xalq ın yaxĢı iĢlərinə zəmin olan,
əmmamə sahiblərinin xid mətkarı, kəramət sahiblərin in itaət olunmuĢu, yaxĢı iĢlər
binalarının banisi... Ağa Məhəmməd, kəramət sahiblərin in sultanı, yetkin və
bəyənilmiĢlərin rəhbəri, ariflərin rəisi, düz yolla gedənlərin y olgöstərəni, təriqət
məsləkində vahid yol seçmiĢ, həqiqət məmləkətlərinin sahibi, öz razılıqları ilə eyni
məslək istəyənlərin müridi, kainatın sahibi, ö z fazilliy i (biliy i) ilə dövlətli olan
Sultan ġeyx Cüneyd Səfəvinin - Allah onun qəbrinə nur saçsın və Ģ əhid olduğu yeri
haqq eləsin - qəbri üzərində doqquz yüz əlli birinci ilin axırında tikilməsinə
müvəffəq olmuĢdur" (hicri 951 [1544-45].
ġey x Heydərin iki otaqdan ibarət türbəsinin qalıqları, bütöv sal daĢ üzərində
3 sətirdən ibarət farsca yazılmıĢ kitabə 1981-ci ildə ġabran dağlarında (indiki
AbĢeron bölgəsinin Tıxlı kəndindən bir qədər Ģimal-Ģərq istiqamətində olan yerdə)
tapılmıĢdır. Kitabədə iki tarix vardır: hicri 1031 (1621-22) və hicri 1049 (l639-40)-
cu il Bu illər türbənin bərpa olunduğu tarixi göstərir. Türbənin binası isə I ġah
Ġsmayılın dövründə tikilmiĢdir.
Kitabələrin verd iyi məlu mata görə, XVI-XVII əsrlərdə Bakıda və AbĢeronda
xeyli tikinti iĢləri aparılmıĢdır. Bu zaman cümə məscidləri, mədrəsə-məktəblər,
karvansaralar, ovdanlar, hamamlar və mülki-ictimai təyinatlı binalar, hərbi
istehkamlar təmir o lunur, inĢa edilirdi. Bakının qala divarları I ġah Abbasın
dövründə təmir olun muĢdu. Ərəbcə kitabədə deyilir: " Bu alın maz qala və möhkəm
təsirli qala hasarının, ən böyük sultan, əzəmətli xaqan, xalq ların baĢının sahibi,
mərhəmətli Allahdan kömək almıĢ Səfəvi əl-Hüseyni, Bahadur xan ġah Abbasın -
Allah onun dövlətini əbədiləĢdirsin hakimiyyəti dövründə bina olunmasına misilsiz
dövlətin dayağı Zülfüqar xan min on yeddinci ildə (1017[1608-1609]) əmr
etmiĢdir". Kitabədə adı çəkilən Zülfüqar xanı ġah Abbas hələ ġamaxı və Bakı
qalaları alın mazdan əvvəl ġirvan əmir ü l-ü mərası təyin etmiĢdi. Zülfüqar xan da
Ģahın etimadını doğrultmaqdan ötrü qalaları almıĢ və Bakı qala hasarında əsaslı