290
boyakarlığ ı ənənələrinin və yerli təsviri sənət dəyərlərin in sintezi kimi meydana
çıxmıĢdı. Artıq XV əsrdə Təbriz rəssamlıq mərkəzi Yaxın və Orta ġərq
hökmdarların ın diqqətini cəlb etmiĢdi. A zərbaycanın bir ço x mahir rəssamları, kitab
sənəti ustaları Tey murilər dövlətinin (1370-1507) paytaxtına çevrilmiĢ Herata dəvət
olunmuĢdular. Heratda miniatür məktəbi 1410-cu ildə saray kitab xanasının təĢkili
ilə əlaqədar olaraq yaranmıĢdı. Saray kitab xanasında məsul vəzifə daĢıyan Cəfər
Təbrizinin, Pir Sey id Əh mədin, Xacə Əli Musəvvirin, Qəvaməddin in, Qiyasəddinin
Herat miniatür məktəbinin inkiĢafında mühüm rolu olmuĢdur. ġeybani xan Heratı
ələ keçirənədək (1507-ci ildə) bu miniatür mərkəzi Təbriz, Bağdad və ġiraz
rəssamlıq məktəblərinin güclü təsiri altında inkiĢaf etmiĢdir. XVI əsrin əvvəlindən
etibarən bölgədə miniatür sənətinin əsas mərkəzi Təbriz Ģəhəri oldu. Ġlk Səfəvi
hökmdarı I Ġs mayıl mahir Bağdad, Herat, ġiraz, Ġsfahan miniatürçülərinin Təbrizə
cəlb olun masının, onlar üçün əlveriĢli həyat, yaradıcılıq Ģəraiti yaradılmasının əsas
təĢəbbüskarı idi. Mü xtəlif miniatür məktəblərinə mənsub olan ustaların birgə
çalıĢ ması qarĢılıq lı təsir prosesinin güclənməsinə, Təbriz miniatür məktəbin in
zənginləĢ məsinə xid mət edirdi.
Təbriz miniatür məktəbin in ən yüksək in kiĢaf mərhələsi 1530-1550-ci illərə
təsadüf etmiĢdir. Bu rəssamlıq mərkəzinin böyük uğurlar qazan masında
Kəmaləddin Behzadın (1450-1536) mühüm ro lu olmuĢdur. I Ġsmayılın 1522-ci il 26
aprel tarixli fərmanı ilə Herat min iatür məktəbinin görkəmli nümayəndəsi olan
Behzad Təbriz rəssamlıq mərkəzinin güclü təsiri altında formalaĢmıĢ Təbriz saray
kitab xanasma rə is təyin edilmiĢdi. XVI əsrdə Təbriz min iatür mə ktəbində və digər
təsviri sənət mərkəzlərində çalıĢan Azərbaycan rəssamları arasında Sadiq bəy
ƏfĢar, Sey id Əli Təbrizi, Müzəffər Əli, Mir Müsəvvir, Sultan Məhəmməd (1470-
1555), Vəhya ġirvani, Ağa Mirək, NəqqaĢ Mani, Heydər Əli, Məhəmməd Qasım
ġadiyahi, Nəbati Təbrizi xüsusilə məĢhur olmuĢlar. Ümu miyyətlə, Yaxın və Orta
ġərq min iatür sənəti tarixində XVI əsr çiçəklən mə dövrü kimi diqqəti cəlb edir.
Təsviri sənətin əski regional məktəbləri inkiĢaf edir, yeniləri yaranırdı. Ġranda,
Azərbaycanda, Türkiyədə, Orta Asiya və Hindistanda rəssamlığın daha çox öz
soyköklərinə istinadlanan mərkəzləri təĢəkkü l tapırdı. QarĢılıqlı təsir prosesi isə
Yaxın və Orta ġərqdə rəssamlığ ın təkamü lündə vahidliyə xid mət edirdi. Bu
prosesdə Təbriz min iatür məktəbinin aparıcı mövqeyi və rolu vard ı.
Azərbaycan miniatürlərinin tarixi dövrlərinin əhatə dairəsi ço x geniĢdir (e.ə.
IV əsrdən eramızın XVI əsrin in sonunadək). Bu min iatürlər regionda yaĢayan
xalq ların (xüsusilə Azərbaycan və Ġran) qədim tarixini "dirçəltmək" baxımından
diqqəti cəlb cdir. Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti Heydəri tacın ın
təsvirid ir (E.Aslanov). Heydəri tacının miniatür sənətində əks olunması Azərbaycan
291
miniatür ocağın ı ġərqin digər min iatür məktəblərindən ayırmaq iĢin i xey li
asanlaĢdırmıĢdır. Qətiyyətlə demək o lar ki, XVI əsrə aid elə bir Azərbaycan
miniatürü yo xdur ki, orada q ızılbaĢ papağı təsvirlənməsin.
XVI əsr Azərbaycan (xüsusilə Təbriz) min iatür məktəbin in incəsənəti yeni
bədii ifadə vasitələrin in axtarıĢları ilə əlamətdar o lmuĢdur. Təbriz rəssamları doğ ma
bədii ənənələri davam etdirir, digər məktəblərin mühüm uğurların ın sintezinə nail
olur və nəticədə böyük məharətləri sayəsində özünəməxsus ifadə üslublarını kəĢf
edirdilər. XVI əsrin əvvəllərində qərarlaĢmıĢ yeni üslubun fərqləndirici cəhətləri
Arifin 1524-1525-c i illə rdə tərtib etdiyi " Quy və çövkan" əsəri (Sankt -Peterburqda
mühafizə olunur), 1524-cü ildə hazırlan mıĢ Firdövsi "ġahnamə"si (Sankt-Peterburq
ġərqĢünaslıq Ġnstitutundadır), XV əsrin əvvəllərində tərtib edilmiĢ Nizami "Xəmsə"
si (Ġstanbulda, Topqapı mu zeyindədir), 1528-1529-cu illərdə hazırlan mıĢ "Cami ət-
təvarix" (Sankt-Peterburqdadır) əlyazma nüsxələrində parlaq ifadə olun muĢdur.
Ustalığın təkmilləĢdirilməsi, intensiv inkiĢafı nəticəsində min iatür rəssamlığ m
Təbriz məktəbi XVI əsrin ortalarına doğru öz inkiĢafinın ali mərhələsinə, ən yüksək
çiçəklən mə dövrünə yetiĢmiĢdi. Azərbaycan miniatürlərinin baĢlıca mövzu və ilham
mənbəyi klassik ġərq poeziyası id i. ġərq xalq larının min iatür s ənəti klassik ġərq
poeziyası ilə əlaqədə olmuĢ, onun təsiri nəticəsində inkiĢaf etmiĢdir. Mübahisəsiz
demək mü mkündür ki, antik mifo logiya qədim yunan sənəti üçün olduğu kimi,
klassik ġərq poeziyası da müsəlman ġərq i miniatür sənəti üçün tükənməz mənbə
olmuĢdur. Miniatür rəssamlığ ı heç za man XVI əsrdəki kimi poe ziya ilə bağlı
olmamıĢdır. Demək o lar ki, ġərq poeziyasının bütün klassiklərinin (Firdövsi,
Nizami, Sədi ġirazi, Hafiz, Cami, Nəvai, Xosrov Dəhləvi və baĢqaları) əsərlərinə
miniatürlər çəkilird i. Lakin Firdövsinin "ġahnamə"si və Nizaminin "Xəmsə"si XVI
əsrdə rəssamların ilham mənbəyi olmuĢdur. Mü xtəlif məktəblərin məĢhur
miniatürçüləri bu iki əsərə gözəl rəsmlər çəkməklə sanki yarıĢırdılar. Bu min iatürlər
arasında ən nadiri Firdovsinin 1527-1537-ci illərdə tərtib edilmiĢ "ġahnamə"
əlyazmasındadır (London nüsxəsi). Hər iki incəsənət əsəri Sultan Məhəmmədin və
onun məktəbinə mənsub olan rəssamların, xəttatların yaradıcılığ ının parlaq
nəticəsidir.
XVI əsrin 30-40-cı illərinin min iatürlərində təbiət təsvirlərinə böyük diqqət
yetirilmiĢdir. Min iatürçü rəssamlar bu dövrədək təbiətə belə yaxm olmamıĢ, təbiət
təsvirinə bu qədər yer ay ırmamıĢlar.
XVI əsr Təbriz miniatürünün səciyyəvi cəhətlərindən biri onun gerçəkliklə
əlaqəsinin güclənməsi, məzmun və möv zunun g eniĢlənməsi olmuĢdur. Ənənəvi
ədəbi mövzularla, saray həyatından epizodlarla yanaĢı, rəssamlar müasiri o lduqları
dövrün gerçəkliklərinə də (məiĢət səhnələri, əmək prosesləri, Ģəhər həyatı,