200
Keçəçi, Qazi Cahan Qəzvin i, M ir Cəfər Savəci, Əh məd bəy Nur Kamal Ġsfahani,
Xacə Sədəddin Ġnayətulla Xu zani və Məsum bəy Səfəvini göstərmək olar. Məsum
bəy Səfəvi "divan əmiri ikən yüksək vəzarət vəzifəsinə ucaldılmıĢdı və Ģahın daimi
rəğbətini qazan mıĢdı".
Vəqfləri idarə edən dini təsisatın baĢında sədr dururdu. Sədr həmçinin
mü xalifətçi, bidətçi təlimlərin qarĢısını almalı, Ģiəliy in yayılmasına çalıĢ malı idi.
Birinci sədr Mövlana ġəmsəddin Lahici hələ Lah icanda yeniyetməlik dövrünü
keçirən Ġs mayıhn tərbiyəçisi olmuĢdu. Mövlana ġəmsəddin ona Quranı, fars və ərəb
dillərini öyrətmiĢdi. Qazi Məhəmməd KaĢani, Sey id ġərifəddin Əli ġirazi,
Nizamədd in Əbdülbaqi Yəzd i, Cəmaləddin Məhəmməd Astrabadi də sədr
vəzifəsini tutmuĢdular.
Bəzən vəzir və sədr vəzifəsini eyni zamanda iki Ģəxs icra cdirdi. Bunlar
arasındakı vəzifə bölgüsü ərazi prinsipi üzrə həyata keçirilirdi. Onlardan biri divan
ərazisinə, o biri xassə (sülalə) mülklərinə nəzarət ed ird i.
Maliyyə idarəsinin baĢında duran müstovfı əl-məmalik idi. O, verg i aparatına,
büdcənin təĢkilinə nəzarət edir, vergi siyahılarını, hərbi və mü lki vəzifəli Ģəxslər
üçün məvacibi, pulları və mü kafatların növlərini təsdiq edirdi. Vergi borcları ü zrə
xəzinədar da mövcud idi (müstovfiyi-bəkaya).
Saray təsərrüfatı rəhbəri (naziri-buyutat) Ģah və hakim sülalə ü zvlərinin,
eləcə də saray əyanlarının mən zil, paltar, əy ləncə və zinətə olan tələbat və
ehtiyacların ın ödənilməsinə nəzarət edird i. Onun idarəçiliyində kitab xanalar,
mü xtəlif anbarlar, tövlələr, sikkəxana, cəbbəxana, eləcə də sarayda yerləĢən tikiĢ,
zərgərlik, dəmirçilik, bədii və digər emalatxanalar var idi. O, saray mətbəxini də
idarə edirdi.
Ərdəbil ordeni mü rid lərinin geniĢ yayılmıĢ Ģəbəkəsinin baĢçısı xəlifət əl-
xüləfa idi. Səfəv ilər öz müridlərin in yaxĢı təĢkil edilmiĢ Ģəbəkəsi sayəsində lazım
olan vaxtda geniĢ ərazidə yayılmıĢ qızılbaĢ tayfalarının ö z bayraqları altına cəlb edə
bilird ilər. Ġsmay ılın ən yaxın silahdaĢlarından biri ordenin iĢlərinə nəzarət edən və
özünü bacarıqlı sərkərdə kimi göstərmiĢ Ru mlu tayfasından olan Xadim bəy Xü ləfa
idi. Bu vəzifəni yalnız qızılbaĢ tayfalarının imtiyazlı təbəqəsinin nümayəndələri
tuturdular. Xəlifət əl-xüləfa Ģahın orden iĢləri üzrə müavin i hesab olunurdu.
Mərkəzi saray aparatında digər vəzifələr də vardı. Sarayda baĢ təĢrifat
məmu ru eĢikağası və yaxud eşikağasıbaşı idi. O, əsasən, tabeliyində böyük
xid mətçilər Ģtatı - yavərlər, yasavullar, qapıçılar, carçılar və b. olmaqla saray
yığıncaqlarında və təntənələrində təĢrifatı idarə edirdi.
Mirşikarbaşı Ģahın ov tədbirlərin in baĢçısı idi. Ovçubəyilər, Ģahin
saxlayanlar (quĢçular) və b. ona tabe idilər. Ov yaln ız əyləncə xarakteri daĢımayan
201
mühü m tədbir sayılırd ı. ġahdan və onun məiyyətindən əlavə, on minlərlə
döyüĢçünün, heyvanları qovan kəndlilərin iĢtirak etdiyi, geniĢ əraziləri əhatə edən
böyük ov mərasimləri əslində hərbi manevrləri xatırladırd ı.
Mühtəsib əlməmalik (dövlət mühtəsibi) - Ģəhər bazarlarını nəzarətdə
saxlayan, əmtəələrə qiy məti təsdiq edən mərkəzi aparat memuruna deyilirdi. Onun
vəzifəsi ticarətin düzgün aparılmasına, ölçü və çəkilərə əməl olun masına,
fırıldaqçılığa yol verilməməsinə nəzarət etmək id i. Mühtəsib əl-məmalikin bütün
vilayətlərdə ö z nü mayəndələri vardı.
Mərkəzi aparatda münşi əl-məmalik - dövlət katibi, müəyyər əl-məmalik -
pul iĢinə rəhbərlik edən, möhrdar - Ģahın möhürünü saxlayan, miraxurbaşı –
mehtərlərin rəisi, mehmandarbaşı - xarici, səfırlərin və qonaqların qəbuluna baxan
rəis, süfrəçibaşı, halvaçı- başı, münəccimbaşı və b. vəzifə sahibləri çalıĢırdı.
Səfəvilər dövründə Azərbaycan ərazisi Ģah caniĢinləri - bəylərbəyilər
tərəfindən idarə o lunan vilayətlərə bölünmüĢdü. Bəylər bəyilər (mənbələrdə daha
çox ərəbcə sinoniminə - əmir əlüməraya rast gəlmək o lur) yaln ız Azərbaycan hərbi
əyanları tərəfındən təyin edilirdilər. Onlar öz məmu rları tərəfindən əhalidən yığılan
vergiləri xəzinəyə göndərir, müəyyən miqdarda hərbi qüvvə saxlayırdılar.
Bəylərbəyilər Ģahın əmri ilə hərb i yürüĢlərdə iĢtirak etməyə borclu idilər. On ların
daxili iĢlərdə böyük müstəqilliyi vard ı.
Əyalət idareçiliyi sistemi bir ço x cəhətdən mərkəzi idarəçiliyə oxĢar idi.
Bəzi bəylərbəyilər o qədər güclü idilər ki, ö z saraylarının zənginliyi baxımından
Ģahı təqlid edirdilər. Misal üçün, Abdulla xan Ustaclı 1549 -cu ildə ġirvan
bəylərbəyi vəzifəsinə təyin olundu və ölənədək (17 il ərzində) bu vəzifədə qaldı. O,
ġirvan əyanlarının separatçı qiyamlarını yatırmağa və burada hakimiyyətini möh -
kəmləndirməyə nail olmuĢdu. Bundan sonra Abdulla xanın nüfuzu o qədər artmıĢdı
ki, hətta dayısı I ġah Təhmasib də onunla hesablaĢırdı. Cen kinson öz qeydlərində
Abdulla xanın əzəmətli, təmtəraq lı sarayın ın təsvirinə xeyli yer ayırmıĢ, onu
"ġirvan kralı" adlandırmıĢdı.
Qüdrətli qızılbaĢ əyanları bəylərbəyi, əmir əl-ü məra və hakim kimi
vilayətləri ço x vaxt irsi olaraq idarə edird ilər. Qarabağ və Astrabad Qacar
tayfasının, ġirvan və Çu xu rsəd Ustaclı tayfasının, Təbriz Təkəli və Türkman
tayfaların ın, Fars vilayəti Zü lqədər tayfasının, Girman ƏfĢar tayfasının, Həmədan
Təkəli tayfasının, Herat ġamlı tayfasının nü mayəndələri tərəfındən idarə olunurdu.
Bəylərbəyiliklərin irsiliy inə ən bariz misal mərkəzi Gəncə olan Qarabağ
bəylərbəyiliyidir. XVI əsrin 40-cı illərində buranın bəylərbəyi vəzifəsinə ġah
Təhmasib ġahverdi Ziyadoğlu Qacarı təyin etdi. Ziyadoğlu nəsli Qarabağı k içik
fasilələrlə XIX əsrin əvvəlinədək idarə etmiĢdir. Qacarlar Qarabağın sakinləri kimi