196
çatmıĢdı. Beləliklə, Avropa yeni Osmanlı iĢğalları qarĢısında böyük təĢviĢ keçirir,
Səfəvi dövləti ilə Avropa dövlətləri arasında diplo matik miinasibətlər yeni
mərhələyə daxil olur.
Məhz bu zaman Avropa dövlətləri ilə ġah Ġsmay ıl arasında Osmanlı
imperiyasına qarĢı yönəldilmiĢ hərbi ittifaq yaratmaq təĢəbbüsləri güclənir,
Osmanlı dövlətini məhv etmək plan ları tərtib edilir. Ro ma papasının xristian dövlət
baĢçılarına göndərdiyi məktublardan bu planın bəzi təfərrüatı məlu mdur. Buna
görə Almaniya kralı V Karl Habsburq və onun müttəfıq ləri sultana qarĢıf
müharibəni 1518-ci ilin yayında Afrikada yerli hakimlərin dəstəyi ilə baĢlayaraq,
Misirdən keçməli idilər.
Eyni zamanda PolĢa kralı Sig izmundun Macarıstan və Avstriyaya qoĢunu ilə
qonĢu Osmanlı ərazisinə hücumu nəzərdə tutulmuĢdu.. 1519-cu ildə Afrikadakı
əməliyyatlan imperator Maksimilian ve Portuqaliya kralı davam etdirməli və onlara
Ġngiltərə kralı da qoĢulmalı, müttəfıqlər Nil çayını keçən zaman müharibəyə ġah
Ġsmayıl daxil olmalı id i. Həmin vaxt Fransa kralı I Fransisk Bosniyaya soxulmalı,
PolĢa kralı bildirki hücumunu davam etdirməli, bundan sonra qüvvələrini Fransa ilə
birləĢdirməli və onlar birlikdə Kiçik Asiyaya daxil olmalı, müharibənin üçüncü
ilində, yəni 1520-ci ildə Afrikada hərb i əməliyyatlar sona çatmalı, bütün ordular
birləĢməli Ġstanbul fəth olunmalıydı. Bundan sonra Kiçik Asiya müttəfıq qüvvələr
tərəfındən iĢğal edilməli idi; Anadolunun Ģərq hissəsi ġah "Ġsmayılın hakimiyyəti
altına keçməli, qərb hissəsi xristian dövlətləri arasında bölüĢdürülməli idi. Lakin
Qərbi Avropanın rəhbər siyasi dairələrində hazırlanan bu plan ancaq kağız
üzərində qaldı, çünki Avropa dövlətlərinin bir-biri ilə toqquĢan mənafeləri,
aralarında mövcud olan siyasi, iqtisadi ziddiyyətlər onların b ir ittifaqda
birləĢməsinə və vahid qüvvə kimi çıxıĢ etməsinə imkan vermird i. Bu baxımdan
Səfəvi Ģahı ilə Habsburq kralı arasındakı rəs mi yazıĢ ma da diqqəti cəlb edir. ġah bu
dövlətlə Türkiyəyə qarĢı hərbi-siyasi ittifaq yaratmağa can atırdı. 1518-ci ildə I ġah
Ġsmayıl Livanda yaĢayan xristian-maronit keĢiĢi Pyotr vasitəsilə Habs burq kralı V
Karla məktub göndərmiĢdi. Səfəvi Ģahı həmin Ģəxsə Macarıstan kralı II Lüdovikə
çatmalı məktubu da həvalə etmiĢdi (Macarıstan kralın ın səfiri bir qədər əvvəl
Təbrizdə, Ģah sarayında olmuĢdu). I Ġs mayıl V Karla yazdığ ı məktubda osmanlılara
qarĢı birgə hərbi əməliyyatlara aprel ayında baĢlamağ ı təklif etmiĢdi. V Karl bu
məktubu bir neçə ildən sonra Ġspaniyanın Toledo Ģəhərindəki iqamətgahında
almıĢdı, artıq yazılmıĢ rəsmi məktub öz əhəmiyyətini itirmiĢdi. KeĢiĢ Pyotr V
Karlın cavab məktubunu 1525-ci ilin avqustunda Səfəvi Ģahının Təbrizdəki sarayına
yetirdi. Lakin I ġah Ġsmayıl artıq dünyasını dəyiĢmiĢdi.
197
QızılbaĢ dövləti ilə mənafeləri uzlaĢmayan ilk Avropa dövləti portuqaliya
oldu. Hindistana gedən dəniz yolunda inhisar mövqeyini möhkəmləndirmə yə can
atan Portuqaliya 1515-c i ildə Ġran körfəzindəki adaların çoxusunu ələ keçirdi və
QızılbaĢ dövləti ərazilərinə xeyli dərəcədə yaxınlaĢdı. Portuqaliyalılar Osman lı
Türkiyəsinə qarĢı mübarizədə Səfəvi dövlətindən istifadə etmək istəyir, q ızılbaĢlar la
əməkdaĢlıq edird ilər. Bəzi mənbə məlu matlarından aydın olur ki, Portuqaliya I ġah
Təhmasibə hərbi yardım edirdi. Mənbələrdə iddia edilir ki, portuqaliyalılar 1549 -cu
ildə Səfəvi Ģahının ixtiyarına 10 min tüfəng və 20 top vermiĢdilər. Bununla əlaqədar
olaraq qeyd etmək maraqlıd ır ki, Sə fəvilərin saray tarixç iləri salna mə lərində I
Təhmasibin sarayına yalnız iki "Firəng" (Avropa) səfırliyin in gəldiyini
göstərmiĢlər. Hər iki d iplo matik heyət Portuqaliyadan göndərilmiĢdi. Po rtuqaliya
kralı III Juanın (1502-1557) 1551-ci ildə Qəzv inə, Ģah sarayına gəlmiĢ səfırlər
qonaqpərvərliklə qarĢılan mıĢdılar. Bu zaman Osman lı-Səfəvi müharibəsi davam
etməkdə idi. III Juanın xələfı o lan Don Sebastyan tərəfındən 1557 -1558-ci illərdə
göndərilmiĢ səfır heyətini isə I ġah Təhmasib qəbul etmədi. Həsən bəy Rumlu qeyd
edir ki, portuqaliyalıların Ġran körfəzindəki ö zbaĢına hərəkətləri, b ir ço x adaların
iĢğalı Səfəv i Ģahının qəzəbinə səbəb olmuĢdu. Həsən bəy Rumlu göstərir ki,
portutaliyalılar "müsəlman əhalisinə qarĢı hörmətsizlik" etmiĢdilər. Lakin ehtimal
etmək olar ki, bu hadisənin baĢqa bir səbəbi vardı: Ģah Osmanlı və Səfəvi dövlətləri
arasında 1555-ci ildə bağlanmıĢ sülh müqaviləsinin Ģərtlərin i pozmaq istəməmiĢ,
osmanlıların baĢlıca düĢmənlərindən biri o lan Portuqaliyanın səf ırlərini məhz buna
görə qəbul etməmiĢdi. 1572-ci ildə Ro ma papası V Piy I ġah Təh masibə məktub
göndərdi. Roma papası Ģahı inandırmağa çalıĢırd ı ki, Os manlı türklərinə qarĢı birgə
çıxıĢ etmək məqamı gəlib çatmıĢdır. V Piy ġah Təhmasib in qarĢıdakı müharibədə
qələbə qazanacağına əmin olduğunu bildirmiĢ, Dəclə və Fərat Çayları arasındakı
ərazini, Suriyanı qızılbaĢlara vəd etmiĢdi. Ro ma Papası qeyd edirdi ki, Osman lı
Türkiyəsi iki cəbhədə müharibə aparmaq iqtidarında olmayacaq və müharibə
tezliklə müttəfıq lərin zəfəri ilə baĢa çatacaq. Lakin Avropa diplo matiyasının
cəhdləri boĢa çıxdı. I ġah Təhmasib Osmanlı Türkiyəsi ilə münasibətləri daha da
kəskin ləĢdirmək istəmirdi. QızılbaĢlar baĢa düĢmüĢdülər ki, onları Osman lı
Türkiyəsinə qarĢı müharibəyə sövq edən Avropa dövlətləri müĢahidəçi mövqeyində
duracaqlar. 1578-c i ildə Os manlı Türkiyəsi Avropadakı hərb i ə mə liyyatlardan sonra
Səfəvi dövlətinə qarĢı müharibəyə baĢladı. Osman lılar Cənubi Qafqazı iĢğal etdilər.
ġah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndələr göndərərək, Avropanın
bütün dövlətlərini Osman lı təcavüzü əley-hinə çıxıĢ etməyə çağırmalı oldu. Bu dəfə
də heç bir Avropa dövləti Səfəvi hökmdarının çağırıĢına qoĢulmadı, Osman lı
Türkiyəsinə qarĢı hərbi əməliyyatlara baĢlamadı.