198
Azərbaycan Səfəvi dövlətinin Ġngiltərə ilə əlaqələri XVI əsrin ikinci
yarısında təĢəkkül tapmağa baĢlamıĢdı. Məhz bu dövrdən baĢlayaraq ingilis ticarət
burjuaziyası Vo lqa-Xəzər yolundan istifadə edərək Azərbaycana, Ġrana və
Hindistana iqtisadi müdaxiləyə çalıĢırd ı. 1562-ci ildə Londonda "Moskva Ģirkəti"
yaradıldı. ġirkət ticarət nü mayəndəliklərin i təĢkil edir, onları Moskva dövlətinin
ərazisindən keçirərək ġərq ölkələrinə göndərirdi. 1562-ci ildə ingilis taciri Antoni
Cenkinson Azərbaycana gəldi. 1563-cü ildə Olkok, Renn və Çini, 1565-1567-ci
illərdə Conson, Kitçin və Edvards, 1568-1569-cu illərdə isə Edvards, Spark və digər
ingilis tacirləri A zərbaycanda olmuĢlar. Ben isterin və Deketin baĢçılığ ı ilə 1569-
1574-cü illərdə Azərbaycanda olmuĢ ingilis tacir heyətinin Səfəvilər dövlətindən
ticarət imtiya zları qoparmaq istiqamətindəki cəhdləri uğursuzluqla nəticə ləndi.
"Moskva Ģirkəti" nü mayəndələrin i A zərbaycana altıncı (sonuncu) səfəri 1580-ci ildə
oldu. Ġngilisləri Moskva dövləti bazarlarında möhkəmlən mək, Azərbaycanda
ticarətdə inhisar mövqeyi qazan maq üçün həyata keçird ikləri tədbirlə nəticəsiz
qaldı. Rus dövləti ingilis burjuaziyasının bu cəhdlərin in qarĢısını qətiyyətlə aldı.
Çünki o, Cənubi Qafqazda (eləcə də Azərbaycanda) özü möhkəmlən mək istəyirdi.
Rus tacirləri A zərbaycana ucuz xammal mənbəyi və əlveriĢli satıĢ bazarı kimi
yanaĢır, rus hökumətindən xarici siyasətdə ardıcıl və qəti mövqe tutmağı tələb
edirdilər.
Siyasi quruluĢ, idarə sistemi, hərbi qüvvələr. Səfəv i dövləti quruluĢ
etibarilə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ənənələr ini davam etdirirdi.
Dövlətin tarixin in ilk mərhələsində ( I Ġsmayılın dövründə) sadəliyi ilə seçilən
mərkəzi bürokratik idarə aparatı sonralar xeyli mü rəkkəbləĢdi.
Dövlətin baĢında özündə ali dünyəvi və eləcə də Ərdəbil "Səfəviyyə" Ģiə
ordeninin irsi baĢçısı kimi dini hakimiyyəti təcəssüm etdirən Ģah dururdu. Müstəbid
hakimiyyətinin bu teokratik çaları onun mövqeyini
xeyli dərəcədə
möhkəmləndirirdi.
ġahın yanında məĢvərətçi səslə dövlət aparatında yüksək mövqe tutan
Ģəxslərdən və Azərbaycan tayfalarının ən nüfuzlu əmirlərindən ibarət olan Dövlət
ġurası - Ali məclis fəaliyyət göstərirdi. Venesiyalı Allessandrinin məlu matına görə,
bu Ģura 12 nəfərdən ibarət idi. O, I Təh masib dövründə Ģuranın iĢini belə təsvir
edirdi: "ġah yerdən çox da yüksək olmayan taxtda əyləĢirdi və arxasında oğlanları,
xüsusilə Ģahın diqqət dairəsindən çıxmayan müavin i Heydər Mirzə otururdu. 4
nəfərdən ibarət Ģah müavin ləri heyəti qarĢıda otururdu. ġah suallar verir, oturanların
rəyini soruĢurdu. Onlardan hər biri ö z fıkrini ifadə edərkən ayağa qalxır və ucadan
danıĢaraq Ģaha yaxınlaĢırd ı ki, həmkarları onu eĢidə bilsin. Əgər mü zakirə zamanı
Ģah maraq lı bir Ģey eĢidirdisə, bu (onun iĢarəsi ilə), yüksək məĢvərətçilər tərəfındən
199
qeydə alınırd ı və ço x vaxt hökmdar ö zü onu dəsti-xətti ilə yazırd ı. Beləliklə, hər kəs
növbə ilə Ģahın xahiĢinə əməl edir, öz fıkrini söyləyirdi. Məsələnin mahiyyətinə
dair Ģahda Ģübhə qalmırd ısa, o, birinci toplantıda həll olu nurdu. ġahın Ģübhəsi
olurdusa, bütün Ģuranın rəyinə qulaq asır, sonra isə onu Ģəxsən nəzərdən keçirir və
həll ed irdi".
Səfəvi dövlətinin ərazisi iki hissəyə (divan vilayətlərinə və xassə
vilayətlərinə), yəni dövlət torpaqlarına və Ģah ailəsin in mülklərinə bölünürdü. Bu
bölgüyə uyğun olaraq onlar ü zərində idarəçilik üçün iki xüsusi qurum mövcud idi:
divani-məmalik və divani-xassə. Bu idarə lər Səfəvi dövlətinin əsas ma liyyə
müəssisələri sayılırdı. Divani-xassəyə aid olan vilayətlər Ģəxsən Ģaha və Ģah
ailəsin in digər nü mayəndələrinə məxsus idi. On lar Ģah müvəkkilləri - vəzirlər
tərəfındən idarə olunurdu. Xassə torpaqları sırasına Ərdəbil mahalından baĢqa
Ġsfahan, Fars və Heratdakı ərazilər də daxil idi.
ġahın istər dünyəvi, istərsə də dini iĢlərdə tamhüquqlu mü avin i olan vəkil
Ģahdan sonra ikinci Ģəxs sayılırdı. Vəzifənin əhəmiyyəti onda görünür ki, bu
mövqedə olmuĢ ilk Ģəxs I Ġsmayılın tərbiyəçisi (lələ) Hüseyn bəy ġamlı id i. AzyaĢlı
I ġah Təhmasibin dövründə, yuxarıda göstərildiyi kimi, vəkalət vəzifəsi qızılbaĢ
əmirləri arasında amansız mübarizə obyektinə çevrilmiĢdi. Bu vəzifədə qızılbaĢ
tayfaları baĢçılarından Div Sultan Ru mlu, Çu xa Sultan Təkəli və Hüseyn xan ġamlı
ardıcıl surətdə bir-biri ilə əvəz olun muĢdular.
Səfəvi y ığ ma qoĢunlarının baĢçısı əmir-ül-üməra (xanlar xanı) id i. Hərb i iĢ
bütövlüklə azərbaycanlıların əlində olduğu üçün bu vəzifə A zərbaycan əyanlarının
inhisarında idi. Bu vəzifən i tutanlar arasında Məhəmməd bəy Ustaclı (Çayan
Sultan), onun oğlu Bayazid Sultan, Hüseyn xan ġamlı, Abdulla xan Ustaclı və b.
vardı.
ġahın Azərbaycan tayfalarının döyüĢçülərindən ibarət olan xüsusi hərbi
dəstəsinə
qorçibaşı rəhbərlik edirdi. Bu vəzifənin əhəmiyyəti I ġah Təh masibin
dövründə xüsusilə artdı, halbuki onun sələfın in vaxtında qorçibaĢı siyasi həyatda
gözəçarp mayan sima id i. Sonralar bu vəzifəni Ģaha son dərəcə yaxın olan qorçibaĢı
Sevindik bəy ƏfĢar, Allahqulu bəy ƏfĢar, Qulu bəy ƏfĢar kimi Ģəxslər tutdular.
Qulu bəy ƏfĢarın Məhəmməd Xudabəndənin sarayında böyük nüfuzu vardı.
QorçibaĢıların təqribən hamısı ƏfĢar tayfasından idi.
Mülki idarəçiliy in ənənəvi baĢçısı vəzir idi. I ġah Ġs mayılın dövründə vəzir
nüfuza malik deyild i. Çünki vəkil və əmir əl-ü məra dövlət idarəçiliyi iĢlərində
hakim mövqe tuturdular. I ġah Abbasın hakimiyyətinə qədər vəzirin vəzifəs i
maliyyə əməliyyatları ilə məhdudlaĢırdı. Vəzir əsasən dövlət xəzinəsi və saray
müəssisələrinin mədaxil və məxaricinə nəzarət edird i. Vəzirlər arasında Zəkəriyyə