202
burada "qıĢlaq və yaylaqlara, mülklərə əmlak və bağlara" sahib olmuĢlar (Ġskəndər
bəy MünĢi).
ġərh edilənlərdən görünür ki, mərkəzdə və yerlərdə hakimiyyət Azərbaycan
hərbi feodallarının əlində idi. Farslar və digər etnik qruplar isə əsasən maliyyə
iĢlərində, məhkəmədə və dəftərxanada təmsil o lun muĢdular.
Qulluq adamlarına məvacib daha çox tiyul, bəzi hallarda isə soyurqal
verilməsi ilə həyata keçirilirdi. Bəzi vəzifəli Ģəxslərə rəiyyətdən (kəndli və
sənətkarlardan) vergi Ģəklində alınan daimi rüsum hüququ verilmiĢdi.
Mükafatlandırmanın geniĢ təcrübədən keçirilən formalarından biri
"düĢüllük" idi və bu, dövlət idarəsi tərəfındən həyata keçirilən ödənclərin məlu m
faizi Ģəklində tutulan məbləği bildirirdi.
Azərbaycan Səfəvi dövləti n izami orduya malik deyild i. Bu cəhətdən ilk
Səfəvilər ö z sələfləri olan Ağqoyunlu dövlətindən irəli getməmiĢdilər.
QızılbaĢ ordusu müharibələr zamanı əyalət hakimlərinin - bəylərbəyilərin
yığma qoĢunlarından təĢkil edilirdi. Bunlar feodalların Ģəxsi hesablarına saxlanılan
və təchiz edilən atlı dəstələr idi. Müharibə zamanı əməliyyatlarda 60-70 minə yaxın
qızılbaĢ qoĢunu iĢtirak edird i. Venesiyalı M inadoi hesab edirdi ki, əgər bütün
əyalətlərin hakimləri öz qoĢunların ı mərkəzi höku mətin çağırıĢı ilə toplasaydılar,
Səfəvilər o rdusunun sayı 130-140 minə çata bilərdi.
ġahın hüzurunda sayı 4 mindən 6 minə qədər o lan qorçilərin xüsusi dəstəsi
mövcud idi. Bunlar qorçibaĢının rəhbərliyi altında fəaliyyət göstərən, Azərbaycan
tayfalarından olan, öz qorxmazlığı və döyüĢkənliyi ilə tamnan seçmə döyüĢçülər
idi. Həmçinin baĢda yasavulbaşı olmaqla 700 nəfərdən ibarət yasavul dəstəsi də
vardı.
QızılbaĢ qoĢunu texniki təchizat cəhətdən öz müasiri və rəqib i olan Os manlı
ordusundan geri qalırd ı. Orduda soyuq silahlar - yay, n izə, q ılınc, qalxan, dəbilqə,
döyüĢ baltaları və s. üstünlük təĢkil edirdi. Odlu silah iĢlədilsə də, geniĢ
yayılmamıĢdı.
VII FƏSĠL
XVI ƏSRDƏ
AZƏRBAYCANIN ĠCTĠMAĠ-ĠQTĠS ADĠ HƏYATI
Kənd təsərrüfatı və aqrar münasibətlər. Səfəvi hakimiyyətinin bərqərar
olması ərəfəsində Azərbaycan (ġirvan istisna edilməklə) u zun müddətli iqtisadi
203
durğunluq mərhələsində id i. Ġlk Səfəvi hökmdarları iqtisadi həyatın normal məcraya
salın ması və dövlət xəzinəsinə daxil olan vəsaitin artırılması məqsədilə kəndlilərin
vəziyyətini b ir qədər yüngülləĢdirən tədbirlər həyata keçirməyə məcbur o ldular.
ġah Ġsmayılın dövründə mərkəzi hakimiyyətin güclən məsi, qızılbaĢ feodalların ın
separatizmin in aradan qaldırılması, XVI əsrin ilk rübündə daxili feodal
müharibələrin in, çəkiĢ mələrin in azalması və d igər amillər kənd təsərrüfatının,
iqtisadiyyatın baĢqa sahələrinin dirçəliĢ prosesinə təkan verdi. Əkinçilik əhalin in
baĢlıca məĢğuliyyət sahəsi idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən
Azərbaycanın bütün bölgələrində (ġirvan, Muğan və Aranda, eləcə də cənub
vilayətləri olan Ərdəbildə, Xalxalda) əkilib-becərilird i. Səfəv i dövləti ərazisində
buğdanın bolluğu da təsdiq edilmiĢdir. Anonim Venesiya tacirin in məlu matına
əsasən Təbriz bölgəsində " xeyli arpa, bol buğda və çovdar əkilirdi".
Kənd sakinlərin in əsas və ənənəvi məĢğuliyyət sahələri bağçılıq, bostançılıq
olmuĢdur. Əmin Əh məd Razi Təbriz bölgəsində becərilən almanın, armudun,
gavalının, g ilənarın, ü zü mün əla dad keyfıyyətinə malik olduğunu göstərir,
Ərdəbil, Xalxal, Ordubad, Marağa, ġamaxı bölgələrində barlı meyvə bağlarının
mövcudluğunu təsdiq edirdi. Anonim tacir Sufıyan, Mərənd və Xoy bölgələrində
də gözəl meyvə bağlarının olduğunu yazırd ı. A lessandri qeyd edir ki, "meyvələr
keyfiyyətinə və dadına görə dünyanın baĢqa bölgələrində becərilən meyvələrdən
üstün idi". Meyvə bağları və bostanlar Azərbaycan Ģəhərlərinin həyatında da
mühü m yer tutur Ģəhər sakinlərin in ehtiyacını ödəyird i. XVI əsrin əvvəllərində
Təbrizdə olmuĢ Venesiya taciri göstərir ki, "Ģəhər çoxsaylı bostanlarla bəzən miĢdi
və orada tərəvəz, mü xtəlif bitkilər becərilirdi".
Azərbaycanda tut ağaclarının becərilməsi ənənəvi olaraq barama qurdunun
bəslənilməsi və ipəkçiliklə əlaqədar olmuĢdur. Ġpəkçilik ġirvanda və ġəkidə
yayılmıĢdı. Bu istehsal yerli xammal bazasına əsaslanırdı. 1562-1563-cü illərdə
Azərbaycanda olmuĢ ingilis taciri və səyyahı Cenkinson qeyd edirdi ki, "bu ölkədə
mü xtəlif yüksək keyfiyyətli zəruri mallar - qo z və fındıq, çiy idli pambıq, zəy, xam
ipək, demək olar ki, ədviyyat və boyaqçılıq mallarının bütün növlərin i əldə etmək
mü mkündür. Lakin buranın əsas malı olduqca bol ipəyin hər cür növüdür".
Ġpək istehsalının baĢlıca bölgələrindən biri ƏrəĢ idi. ƏrəĢ ingilis tacirlərinin
qeydlərində tez-tez xatırlanır, əcnəbilər tərəfındən ipəyin alın ma obyekti kimi
təqdim o lunur. Avropada Azərbaycandan ixrac olun muĢ xam ipəyin mü xtəlif
növləri tanınırdı (məsələn, 'Mah mudabad ipəyi", "ġəki ipəyi", " Gəncə ipəyi",
"Qəbələ ipəyi" və s.). Ölkədən ixrac o lunan xam ipəyin miqdarı haqqında ingilis
ticarət nümayəndəsi Artur Edvardsın ġamaxıdan 1566-cı ildə yazdığı məktuba
əsasən mülahizə yürütmək mü mkündür. Artur Fdvards London Ģirkətin in