Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə16/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   12   13   14   15   16   17   18   19   ...   231

36 

 

Qanzasar  baĢ  kilsəsi  1216-c ı  ildən  1238-c i  ilədək  a lban  patriarx  katolikosu 



Nersesin  məsləhəti  və  Həsən-Cəlalın  göstəriĢi  ilə  tikilmiĢdir.  Hökmdar  özü  bu 

kilsəni "Albaniyanın (Ermən istanın yox. -  məsul red.) taxt-tac kilsəsi" adlandırırdı. 

Kilsədə olan daĢüstü yazıda bildirilir  ki, bu kilsə albanlar üçün inĢa edilmiĢdir.  Bu 

kilsədə  cəmi  84  daĢüstü  yazı  mövcuddur.  Hazırda  Dağlıq  Qarabağda,  Ağdərə 

rayonunun  Vəngli  kəndində  yerləĢən  Qanzasar  monastır  ko mpleksi  orta  çağların 

alban  memarlığın ın  incisidir  və  ermən i  memarlığında  həmin  abidənin  bənzəri 

yoxdur. 

Həsən-Cəlalın  yaĢadığı  dövr  Qafqaz  tarixində  zənginliyi  ilə  fərqlən ir. 

Həmin tarixi dövrü bir sıra həməsr tarixçilər ətraflı təsvir etmiĢlər. On lardan bəzisi 

(məsələn,  Gəncəli Kirakos) həmin dövrdə baĢ vermiĢ hadisələrdə yaxından  iĢtirak 

etmiĢdir. 

1227-c i  ildə  və  yaxud  bir  qədər  sonra  Cəla ləddin  Məngburnunun  vəziri 

ġərəf  əl-Mülk  tələb  olunan  vergiləri  yığaraq  Xaçın  qalasına  yaxınlaĢdı.  Həsən-

Cəlal bu qalada qərar tutmuĢdu. O,  20  min dinar ödəmək və əsirləri azad etməklə 

yaxasını qurtara bildi. 

1236-c ı ildə bir ço x  knyazların sırasında Həsən-Cəlal da  monqollara  itaətini 

bildirdi. Ġtaət edəcəklərini bildirmiĢ hakimlərin  mü lklərinə to xunulmad ı. Müəyyən 

müddət  ərzində  onlardan  vergi  alın mad ı.  Tezliklə  monqolların  Xaçın  üzərinə 

amansız  yürüĢü  baĢlandı.  Hətta  alınmaz  qalalar  belə  monqolların  güclü  təzyiqi  və 

atəĢi qarĢısında davam gətirə bilmədi. "Torpaq həlak olmuĢ adamların  meyit ləri ilə 

örtülmüĢdü,  qan  su  yerinə  axırd ı,  heç  kəsə  aman  verilmirdi,  sümü k  qalaqları  bu 

hadisədən sonra uzun müddət ərzində daĢlardan əmələ gəlmiĢ dağları xatırladırdı". 

Monqolların  yürüĢündən  xəbər  tutan  Həsən  öz  vilayətinin  sakinləri  ilə 

birlikdə  Ko xanaberd  qalasına  sığındı.  Monqollar  qalanı  mühasirəyə  aldılar  və 

qalanın  çətinliklə  ələ  keçiriləcəyin i  anlayaraq  mühasirədə  olanlarla  danıĢıqlara 

baĢladılar.  Monqollar  "əlavə  ərazilərlə  birgə  Xaçın  hökmdarına  onun  ölkəsini 

təqdim  etdilər".  Həsən-Cəlal  nəhayətsiz  vergilər  verməyin  labüdlüyünü  irəlicədən 

baĢa  düĢərək  tez-tez  onun  ölkəsinə  gələcək  monqol  çaparlarının  qəbul  olun ması 

üçün müəyyən hazırlıq tədbirləri gördü, monqolları hər bir Ģeylə bolluca təchiz etdi 

və  öz  təbəələrinin  canını  qurtardı.  Gü man  etmək  olar  ki,  Cormağunun oğlu  Bora -

Nain in Həsənin qızı Ru zukanla ev lən məsi əhvalatı həmin zaman la bağlıdır. 

Bu  dövr  ərzində  Həsən-Cəlal  monqol  Ali  baĢ  komandanlığın ın  etibarını 

qazana bilmiĢdi və ona müəyyən qədər təsir göstərmək iqtidarında idi.  Lakin bütün 

bunlar  Həsən-Cəla la  qarĢıdakı  ağır  sınaqlardan  yaxa  qurtarmaqda  yardım  et mədi. 

Sonralar Cəlalın  həyatında fəlakətli ro l oynamıĢ Arqunun və Buqayın baĢçılığı  ilə 

monqol  vergiyığanları  gəldilər.  Buqay  bütün  alban  zadəganların ın  iĢti-ra kı  ilə  




37 

 

Həsəni  bir  ço x  cəzalara  məru z  qoydu,  onun  alın maz  qalala rın ı  dağıtdırdı.  Həsən 



yalnız Buqaya xeyli qızıl və gü müĢ verdikdən sonra ondan yaxas ını qurtara bildi. 

Nəhayət,  Həsən-Cəlal  özü  üçün  qüdrətli  himayəçi  tapmağa  müvəffəq  oldu. 

Qızıl  Orda  xanı  Batının   oğlu,  xristian  Sartak  tezliklə  öz  həmdin lərinin 

müdafiəçisinə  çevrildi.  Həsən-Cəlalın  irsi  mü lkləri  olan  "Cəraberd,  Akana  və 

Qarqar  onun  özünə  qaytarıldı".  Xaçın  hökmdarı  alban  katolikosu  Nerses  üçün 

mühü m  imt iyazlar  almağa  nail  oldu.  Cəlalın  Sartakla  əlaqəsi  alban  hökmdarının 

vəfatınadək davam etdi. 

Arqunun məkrli əməlləri  Həsən-Cəlalı uzaq səyahətə çıxmağa  -Ali  monqol 

xaqanı  Munkenin  sarayına  getməyə  vadar  etdi.  1255-ci  ildə  -  Batı  xanın  vəfatı 

ilində Sartak Munkenin  sarayına getdi. Bu zaman Həsən-Cəlal ö z arvadı və oğlu ilə 

birgə  Qızıl  Ordada  id i.  Həsən  fürsətdən  istifadə  etməyi  qərara  aldı  və  Sartakla 

birlikdə  Monqolustana  yollandı.  Munke  Həsən-Cəlalın  knyazlıq  etməsi,  mü lkə 

sahib olması haqqında fərman verdi. 

Arqun  Monqolustana  çağırıldı,  ağır  ittihamnamə  ilə  məh kəməyə  verildi. 

1256-c ı  ildə  Arqunla  ya xĢı  münasibətlərdə  olan  Smbat  Orbelian  Munkenin 

sarayına səfəri zamanı Arqunu azad etdirə b ild i. 

Nəticədə  Arquna  qarĢı  düĢmən  münasibətdə  olan  iki  hakim  edam  olundu, 

keçmiĢ müttəhim  isə əvvəlki səlahiyyətləri  ilə Qafqaza qayıtdı.  Həsən-Cəlal yalnız 

beĢ ildən sonra vətəninə dönə bildi.  Lakin tezliklə o, Arqun tərəfindən ələ keçirildi 

və dözülməz iĢgəncələrə məru z qald ı. 

Həsənin  qızı  Ruzu kan  atasını  xilas  etmək  üçün  "böyük  və Ģərəfli  hökmdar, 

xristianların  ümidi  və  pənahgahı  olan"  Hülakunun  arvadı  Doquz  xatunun  yanına 

getməyə tələsdi (Hü lakunun arvadı  xristian idi).  Bundan xəbər tutan Arqun Həsəni 

gecə  ikən  öldürmək  üçün  sərəncam  verdi.  Həsən -Cə la lı  oynaqlarından  hissə-hissə 

doğradılar. Həsən-Cəlalın oğlu  Atabəy qətlə yetirilmiĢ atasının cəsədinin hissələrini 

almağa  və  Qanzasara  aparmağa  müvəffəq  oldu.  Həsən-Cəlalın  cəsədi  1261-ci  ildə 

Qanzasardakı nəsli məzarlıqda torpağa tapĢırıld ı. 

Təqribən  bütün  sonrakı  alban  katolikosları  və  Həsən-Cəlal  nəslinin 

nümayəndələri  Qanzasarda  dəfn  olunmuĢlar.  Bunu  məzar  lövhələri  üzərindəki 

yazılar təsdiqləyir. 

XV  əsrdə  alban  Həsən-Cəlalın  nəsli  (Cəlalilər)  Qaraqoyunlu  CahanĢahdan 

"məlik"  titulu  aldı.  Sonralar  Cəlalilər  nəsli  beĢ  mu xtar  alban  feodal  knyazlığ ına  - 

məlikliyinə  parçalandı  (Gülüstan,  Cəraberd,  Xaçın,  Vərəndə,  Dizaq  məliklikləri). 

"Məlik" titulu soyadlarına əlavə edilirdi (Məlik-Yeqanov, Məlik-ġahnazarov və s.). 

Ġslamı  qəbul  etmiĢ  bu soyadlar  Azərbaycan soyadları  hesab  edilirdi.  Əlamətdardır 

ki,  məlikliklər  yalnız  Qarabağ  üçün səciyyəvidir,  yəni  bu siyasi  qurumlar  əzəldən 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə