Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə17/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   13   14   15   16   17   18   19   20   ...   231

38 

 

Qarabağda  meydana  gəlmiĢdir.  Sonra lar    XVII-XIX  əsrlə rdə  mə liklərə  Ġrəvanda, 



Sünikdə, ġəkidə də təsadüf olunur ki, bu da Ģübhəsiz, həmin  məliklərin miqrasiyası 

ilə bağlıd ır. 

Erməni  tarixĢünaslığında  dəfələrlə ,  həqiqətin  əksinə  olaraq,  mə liklik 

institutunu "erməni gerçəkliyi" üçün səciyyəvi hadisə kimi qələmə vermək cəhdləri 

olmuĢdur.  Azərbaycan,  habelə  erməni  feodal  nəsillərinin  tədqiqi  sübut  edir  ki, 

Kiçik Asiya və Ġrandakı erməni  müh itində  məliklər  mövcud olmamıĢdır.  Bu siyasi 

qurumlar yaln ız son orta çağlarda Xaçın vilayətində yaĢamıĢ alban feodal nəsilləri 

üçün xasdır. Özü də həmin nəsillər Həsən-Cəlal nəsli ilə, daha qədimlərdə isə alban 

Mehranilər və alban ArĢakilər sülalələri ilə bağlıd ır. 

Erməni  tarixçiləri  məliklərin  ermən i  mənĢ əli  olduqlarını  sübut  etməyə 

çalıĢaraq,  XVII-XIX  əsrlərdə  Ġrəvandan,  Sünikdən  və  Qafandan  olan  məlik 

nəsillərini  nü munə  kimi  irəli  sürürlər.  Lakin  mə lu mdur  ki,  bu  məliklərin  hamısı 

Arsaxdan - Qarabağdan çıxmıĢla r. 

Məlik  istilahına  gəldikdə  isə  qeyd  olunmalıdır  ki,  bu  istilah  Qaraqoyunlu 

hərbi-köçəri  əyanlarının  ictimai-hüquqi  normaların ın  doğurduğu  nəticələrdən 

biridir.  Erməni gerçəkliyi üçün iĢ xan, tanuter, paron istilahları səciyyəvidir. Aydın 

Ģəkildə  görünür  ki,  XV  əsrdə  alban  feodal  əyanları  məlik  istilahın ı,  məlik 

institutunu  xüsusi  məqsədlə  qəbul  etmiĢdilər  və  bu  hal  onların  özlərini 

ermənilərdən fərqləndirmək istəyinin nəticəsi olmuĢdur. 

Əlamətdardır  ki,  Həsən-Cəlal  nəsli  XV  əsrədək  Xaç ında  dünyəvi 

hakimiyyətə  malik  olmuĢ,  XV  əsrdən  (nəslin  beĢ  məlikliyə  parçalan masından) 

sonra isə bu nəslin nümayəndələri  Qan zasarda yerləĢən Alban avtokefal (müstəqil) 

apostol  kilsəsinin  patriarx-katolikosları  vəzifələrini  yerinə  yetirmiĢlər.  Yən i  onlar 

bu  zamandan  etibarən  -  1836-cı  ildə  Alban  kilsəsinin  ləğv  olunmasınadək  Arsax-

Xaçın knyazlığ ının ruhani rəhbərlərinə çevrilmiĢ dilər. 

Beləliklə, IX-XV əsrlərdə Xaçın  knyazlığ ı alban  xristian əhalisinin  mühü m 

siyasi,  mədəni-mənəvi  mərkəzi  olmuĢdur.  Bu  əhali  özünün  ərazi,  siyasi,  dini 

vəhdətini,  alban  özünüdərkin i  qoruyub  saxlaya  bilmiĢdi.  Ġ.P.PetruĢevskinin  haqlı 

qeyd  etdiyi  kimi,  "Qarabağ  (Arsa x)  heç  bir  za man  e rməni  mədəniyyəti 

mərkəzlərinə mənsub olmamıĢdır" (ku rsiv redaktorundur).  



Teymur  və  ToxtamıĢın  hücumları.  Azərbaycan  xalqının  istilaçılara 

qarĢı  mübarizəsi.  XIV  əsrin  70-80-ci  illərində  Azərbaycandakı  siyasi  sabitsizlik 

Əmir Tey murun və To xtamıĢın bu ölkəyə hücumu üçün əlveriĢli Ģərait yaratmıĢdı. 

Teymur  1385-c i ildə bir sıra qonĢu dövlət baĢçılarına  məktub göndərdi və onlardan 

tabe  olmağı  tələb  etdi.  Xorasan  hakimi  ġahvəli  ətraf  v ilayətlərin  hakimlərinə  (o 

cümlədən  Azərbaycan  hökmdarı  Cəlairi  sultanı  Əh mədə)  xəbər  göndərərək 



39 

 

Teymura  qarĢı  b irləĢməy i  təklif  etdi.  Lakin  o,  müsbət  cavab  almad ığı  üçün 



müharibə meydanında tək qald ı və məğlub o ldu. 

Teymurun  Xorasanı  tutub  Azərbaycana  tərəf  irəliləd iyini  eĢidən  Sultan 

Əh məd  ona  qarĢı  qoĢun  göndərdi,  lakin  Sultaniyyə  ətrafındakı  vuruĢmada 

məğ lubiyyətə  uğradı.  Sultaniyyə  Ģəhərini  almıĢ  Teymur  Orta  Asiyada  baĢ  vermiĢ 

hadisələrlə ə laqədar Sə mə rqəndə qayıtdı. 

Cəlairilər  dövlətin in  zəifləməsi,  Sultan  Əh məd in  Bağdadda  olması  və 

Teymurun  Səmərqəndə  qayıtması  nəticəsində  yaranmıĢ  əlveriĢli  vəziyyətdən 

istifadə edən Qızıl Orda  xanı To xtamıĢ 1385-ci ildə 90  min lik ordu ilə Dərbənddən 

ġirvana  keçərək  Azərbaycana  soxuldu.  Təbriz  mühasirəyə  alındı.  Təbrizlilər 

Ģəhərin  müdafiəsinə  qalxd ılar.  ġəhərdə  xəndəklər  qazıld ı,  səngərlər  yaradıldı. 

ToxtamıĢ  Ģəhərin  möhkəm  müdafiə  o lunduğunu  görüb  danıĢıqlar  apardı  və  xə rac 

kimi 250 tü mən qızıl pul almaq Ģərti ilə geri çəkiləcəyinə razılıq verdi. ġəhər əhalisi 

sülh  ümidi  ilə  silah ı  yerə  qoydu.  Təbriz  əyanları  To xtamıĢa  veriləcək  məbləğ in 

toplanılması  ilə  məĢğul  oldular  və  vəziyyətdən  istifadə  edən  Toxt amıĢ  qoĢunu 

Ģəhərə  buraxdı.  Əhalini  qarət  etməyə  baĢladılar.  Təbriz  əhalisi  8  gün  ərzində 

iĢğalçıların  zü lmünə  məru z  qaldı.  To xtamıĢ  Ģəhərə  yaxınlaĢ mıĢ  Sultan  Əh məd in 

qoĢununu geri çəkilməyə məcbur etdi. Marağa Ģəhəri düĢmənin əlinə keçdi və qarət 

olundu.  Qızılorda lılar  iki  qis mə  bölündülər.  ĠĢğalçıla rın  bir  q ismi  Mərəndə  və 

Naxçıvana  gedib  əhalin i  qarət  etdi  və  Ģəhərləri  dağıtdı,  digər  h issələr  isə  Əhər 

istiqamətində irəliləd i.  Hər  iki dəstə Qarabağda birləĢdi və onlar Ģimala çəkildilər. 

ToxtamıĢ Azərbaycandan geri qayıdarkən 200 minə qədər adamı əsir apardı.  

ToxtamıĢın  ardınca  Azərbaycan  1386-cı  ilin  baharında  yenidən  Ġrana  və 

Cənubi  Qafqaza  yürüĢ  etmiĢ  Tey murun  hücumuna  məru z  qald ı.  Tey murun  bu 

yürüĢü  tarixdə  üçillik  yürüĢ  kimi  tanınır.  O,  ilk  növbədə,  bir  sıra  əmirlərin i 

Sultaniyyəyə göndərdi. Onlar burada yerli hakim o lan Adillə birləĢdilər və Təbrizə 

gəldilər.  Su ltan  Əhməd in  Təbrizdəki  əmirlərinin  bir  qismi  Əlincə  qalasına,  bir 

qismi isə Bağdada çəkild i. Təbriz Adilin  ixtiyarına  keçdi.  Sultan Əh mədin Təbrizə 

göndərdiyi qoĢun yenidən məğlub olub geri qayıtdı.  

Az  sonra  Adil  Teymuru  qarĢılamaq  üçün  Həmədana  gedərkən  Sultan 

Əh məd bir daha Təbrizə tərəf  irəlilədi. O, Marağa v ilayətinə daxil o lduqda Adilin 

əmirləri  Təbrizi  tərk  edib  geri  çəkildilər.  Adillə  birləĢ miĢ  Teymur  Ucana  çatdıqda 

Sultan  Əh məd  düĢmənə  qarĢı  müqavimət  göstərmək  iqtidarında  olmad ığı  üçün 

Təbrizdən  çıxıb  Naxçıvana  getdi  və  düĢərgəsini  tərk  edərək  oradan  Bağdada 

çəkildi.  Təbrizə  daxil  olmuĢ  Teymu r  bir  müddətdən  sonra  Naxçıvana  getdi  və 

orada,  Əlincə  qalasının  ətəklərində  birgünlük  vuruĢmadan  sonra  Qarabağa 

qıĢlamağa  gəldi.  Teymur  Qarabağda  olduğu  zaman  ġirvanĢah  Ġbrahim  qiy mətli 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə