Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə12/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   8   9   10   11   12   13   14   15   ...   231

28 

 

ilə  fəal  məĢğul  olmadı.  Azərbaycanda  yaranmıĢ  vəziyyətdən  istifadə  edən  Qızıl 



Orda  xanı  Can ı  bəy  1357-ci  ildə  buraya  gələrək  yerli  feodalların  müĢayiəti  ilə 

Təbrizə  daxil  oldu  və  Məlik  ƏĢrəfi  edam  etdirdi.  Çobani  feodalları  1338-1357-ci 

illərdəki  fəaliyyətləri  dövründə  Azərbaycanda  və  onların   nüfuz  dairələrində  olan 

ərazidə  Hülaku ların  təsirindən  azad,  müstəqil  dövlət  təsis  etməd ilər.  Onlar  bütün 

fəaliyyətləri  dövründə  Hülakular  dövlətinin  müdafiəsi  bayrağı  altında  mübarizə 

apardılar  və  dövləti  Hü laku  Ģahzadələrin in  (Satıbəy  xatunun,  Süley man  xanın, 

ƏnuĢirəvani Adilin və Həsən xanın) adından idarə etdilər.  Çobanilər dövründə orta 

əsrlərdə  ġərq  dövlətlərində  səltənət  rəmzi  hesab  olunan  sikkə  zərbi  və  xütbə 

oxunuĢu  mərasimi  onların  adından  deyil,  Hülaku  Ģahzadələrinin  adından  həyata 

keçirilird i,  fərmanlar  da  Hülakularin  adından  verilirdi.  Çobanilər  əməli  olaraq 

hakimiyyəti ələ aldılar, lakin onlar qonĢu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu 

dövlətin hökmdarları  kimi tanın madılar. Məlik  ƏĢrəfin öldürülməsi  ilə  Çobanilərin 

Azərbaycanda Hülakular dövlətinin  mühafizəsi uğrundakı  mübarizəsi də baĢa çatdı 

və Hülakular dövləti 1357-ci ildə süqut etdi. 

Azərbaycanda  hakimiyyəti  ələ  almıĢ  Can ı  bəy  oğlu  Bərdi  bəyi  Təbrizdə 

taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının 

xəstələndiyini eĢidib  Qızıl Orda dövlətinə qayıtdı. Təbrizin sahibsiz qaldığ ını görən 

Çobani  əmiri  Əxicuq  buraya  gəldi,  Ģəhərə sahib  oldu  və  bir  ilə  qədər  hökmranlıq 

etdi.  Əxicuq  Azərbaycan  ərazisini  Çobani  əmirləri  arasında  bölüĢdürdü.  Daxili  və 

xarici  vəziyyətin  gərginləĢdiyindən  istifadə  edən  Cəlairi  sultanı  ġeyx  Üveys 

Azərbaycana  yürüĢ  etdi.  Əxicuq  ona  qarĢı  çıxdı  və  rəqib  dəstələr  Sina  dağı 

ətrafında  üzləĢdilər.  Tərəflər  arasında  gedən  sülh  danıĢıqları  müsbət  nəticə 

verməd i.  1358-ci  ilin  oktyabr  ayında  Ģiddətli  vuruĢma  baĢ  verdi.  ġey x  Üveys 

qələbə çaldı və Təbrizə tərəf irəlilədi.  Çobani əmirləri Ģəhəri qarət edib Naxçıvana 

tərəf çəkildilər. ġey x Üveys Azərbaycanda hakimiyyəti ələ keçird i. 

Azərbaycan  Cəlairilərin  hakimiyyəti  altında.  Cəlairilər  hələ  XIII  əsrin  

ortalarında  Hülaku  xanın  Yaxın  ġərq  ölkələrinə  yürüĢündə  iĢtirak  etmiĢ,  Cənubi 

Qafqaza gəlmiĢdilər. Onların nümayəndələri  Hülakular dövlətin in hərbi və inzibati 

idarələrində  xid mət etmiĢlər. ġey x  Həsən Cəlairi XIV əsrin birinci rübündə Rumda 

hakim  idi. O,  1336-c ı ildə Oyrat qəbiləsindən olan Əmir  Əli PadĢahı və onun taxta 

çıxardığı  Musa  xana  qalib  gələrək,  Hü laku  Məhəmməd  xanı  Ru mda  padĢah  elan 

etdi  və  bir  müddətdən  sonra  Təbrizə  daxil  oldu.  O,  Azərbaycanı  və  Ġraqı  ö z 

hakimiyyəti altında birləĢdird i. 

1338-c i  ildə  ġey x  Həsən Cəla iri daha qorxu lu rəqib lə  - ġey x  Həsən Çobani 

ilə qarĢılaĢ malı oldu.  Həmin  ilin  iyul ay ının  17-də  Çobanilərlə vuruĢmada  məğlub 

olmuĢ  ġeyx  Həsən  Cəlairi  Sultaniyyənin  hakimi  kimi  tanındı.  O,  bir  müddətdən 



29 

 

sonra  Xorasan  əmirləri  ilə  ittifaq  bağladı,  Toqa  Teymur  xanı  padĢah  elan  etdi  və 



Çobanilərə qarĢı mübarizəni gücləndirdi. ġey x Həsən Cəlairi 1339 -cu ildə  Bağdada 

çəkilərək Toqa Teymuru hakimiyyətdən məhru m etdi, onun əvəzinə Key xatu xan ın 

nəslindən  olan  Cahan  Teymu ru  hakimiyyətə  gətirdi.  1340-cı  ildə  ġey x  Həsən 

Cahan  Teymuru  ta xtdan  saldı,  ö zünü  padĢah  elan  etdi  və  beləliklə,  Bağdadda 

Cəlairilər dövlətinin əsası qoyuldu. 

ġey x  Həsən  Cəlairi  Azərbaycana  olan  iddialarından  əl  çəkmə miĢdi.  Onun 

1340,  1341  və  1344-cü  illərdə  Azərbaycanı  ələ  keçirmək  cəhdləri  boĢa  çıxdı. 

Azərbaycan  ərazisi  ġey x  Həsən  Cəlairin in  ölü mündən  sonra,  1359 -cu  ildə  onun 

oğlu  ġey x  Üveys  tərəfindən  Cəlairilər  dövlətin in  tərkib inə  daxil  edildi.  Çobani 

əmirlərin in  bir  hissəsi  Naxçıvana  toplaĢdı  və sonradan  Əxicuğun  baĢçılığ ı  altında 

birləĢib Arrana gəldi, burada  məskən saldı.  Onlara qarĢı göndərilən  Cəlairi qoĢunu 

Əmir  Piltənin  xəyanəti nəticəsində məğ lubiyyətə  düçar oldu. ġeyx  Üveys Bağdada 

doğru  geri  çəkildi.  Təbriz  yenidən  Əxicuğun  ixtiyarına  keçdi.  1359-cu  ilin 

payızında  Fars  hakimi  Məhəmməd  Müzəffər  A zərbaycana  hücum  etdi  və  Təbrizə 

daxil  oldu.  Lakin  bir  həftədən  sonra  ġeyx  Üveys  yenidən  Azərbaycana  gəldi  və 

Təbrizi  tutdu.  Beləliklə,  A zərbaycan  Cəlairilər  dövlətinin  tərkibinə  daxil  oldu. 

Cəlairilər  dövlətinin  ərazisi  Azərbaycan,  Ġraq-i  Ərəb,  Ġraq-i  Əcəm,  Gü rcüstan  və 

Ermənistanı əhatə edirdi. 

ġey x  Üveys  dövründə  Azərbaycanın  təsərrüfat  və  mədəni  həyatında 

nəzərəçarpacaq canlan ma baĢ  verdi. Suvarma kanalları çəkild i,  memarlıq abidələri 

inĢa  olundu,  kənd  təsərrüfatını  in kiĢaf  etdirmək  üçün  müəyyən  Ģərait  yaradıldı. 

Lakin   ölkədə  vaxtaĢırı  olaraq  üsyanlar  baĢ  verir,  q iyamlar  qalxırd ı.  1364-cü  ildə 

ġirvanĢah  Kavus  Cəlairilər  dövlətinə  qarĢı  çıxd ı  və  müstəqillik  uğrunda 

mübarizəyə baĢladı. Bu dövrdə Cəlairilər dövlətinin digər hissəsində - Bağdadda da 

qiyam baĢ verdi və buna görə ġeyx Üveys ġirvana səfərini təxirə saldı. O,  Bağdada 

getdi və qiyamı yatırdı. 

ġey x Üveysin Bağdadda olmasından istifadə edən ġirvanĢah Kavus iki dəfə 

Qarabağa  gəldi  və  əhalinin  bir  hissəsini  (ġirvanın  iĢçi  qüvvəsinə  olan  ehtiyacını 

ödəmək  məqsədilə  ġirvana  köçürdü.  Cəlairi  qoĢunu  Bayram  bəyin  baĢçılığı  ilə 

1367-c i  ildə  ġirvana  da xil  o ldu  və  3  ay  ərzində  ġirvanda  qaldı.  Kavus  ölkənin 

vəziyyətini  nəzərə  alıb  Cəlairilərlə  danıĢıqlara  baĢladı.  Bayram  bəy  ġirvanı  ələ 

keçirdi  və  Kavusu  sultanın  hüzuruna  apardı.  Lakin  3  aylıq  həbsdən  sonra  ġeyx 

Üveys onu yenidən ġirvana hakim təyin etdi.  

ġey x  Üveysin  ölümündən  sonra  hakimiyyət  onun  oğlu  Sultan  Hüseynə 

(1374-1382)  qismət  oldu.  Cəla irilər  dövlətinin  da xilində  feodal  özbaĢınalığı 

gücləndi.  ġirazda  ġah  ġüca,  Diyarbəkirdə  Qaraqoyunlu  Qara  Məhəmməd  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə