Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə22/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   18   19   20   21   22   23   24   25   ...   231

48 

 

Azərbaycanda da süni suvarma ölkənin  kənd təsərrüfatı üçün həlledici əhəmiyyətə 



ma lik id i. 

Buna görə də su bəndlərinin və d igər suvarma qurğuların ın dağıdılması, bu 

qurğuları  bərpa  edə  biləcək  can lı  qüvvələrin  kəskin  surətdə  azalması  kənd 

təsərrüfatının  tənəzzülünə,  əkinçilik  məhsulları  istehsalının  bir  neçə  dəfə 

azalmasına  səbəb  olmuĢdu.  XIII  əsrin  sonlarında  Azərbaycanda  əkin  üçün yararlı 

olan torpaqlann yalnız 10 faizi becərilirdi.  

XIII-XIV  əsrlə rdə  Azərbaycanda  köçəri  ma ldarlıqla  məĢğul  olan  əhalinin 

sayı  gəlmə  türk-monqol  tayfaları  hesabına  kəskin  Ģəkildə  artmıĢdı.  Köçəri 

maldarlığ ın  artması  ö lkən in  mü xtəlif  vilayətlərində  əkinçiliyin  tərəqqisinə 

maneçilik  törədird i.  Köçəri  maldarlar  ço x  zaman  Azərbaycanın  oturaq  əkinçi 

əhalisinə  qarĢı  talançı  yürüĢlər  təĢ kil  edirdilər.  Ġlk  dövrdə  iĢğalçıların  tətbiq 

etdikləri qeyri-müəyyən vergi və  mükəlləfiyyətlər sistemi, hökm sürən özbaĢınalıq 

Ģəhərlərin  iqtisadi  in kiĢafı  prosesində,  əkinçiliyin  tərəqqisində  ciddi  əngələ 

çevrilmiĢdi.  Fəzlu llah  RəĢidəddin qeyd edirdi ki, "bu sui-istifadə hallarının artması 

nəticəsində  vilayətlərdəki  rəiyyətin  bir  hissəsi  ölkəni  tərk  etmiĢ,  baĢqa  ölkələrdə 

məskunlaĢ mıĢ, Ģəhər və kəndlər boĢalmıĢdı".  

Göstərilən əlveriĢsiz  ictimai-iqtisadi və siyasi amillərin  məcmusu vaxtilə  iri 

ticarət-sənətkarlıq  mərkəzləri  kimi tanın mıĢ Ģəhərlərin aqrarlaĢmasına, tənəzzülünə 

səbəb olmuĢdu. Beyləqan, Kağəzkonan, ġiz, Bəcirəvan, Xalxal və Miyanə Ģəhərləri 

kəndlərə çevrilmiĢdi. 

Ölkənin  ictimai  həyatında  quldarlığ ın  müvəqqəti  dirçəliĢi  monqol  iĢğalın ın 

mürtəce  nəticələrindən  biri  idi.  Əsir  alın mıĢ  sənətkarlar  və  kəndlilər  quldarlığın  

əsas  mənbəyi  olmuĢdu.  Fərdi  feodal  karxanalarında  və  xəzinəyə  məxsus 

ema lat xanala rda,  kənd  təsərrüfatında  qul  ə məyindən  geniĢ  istifadə  edilird i. 

Məsələn, yalnız Fəzlullah RəĢidəddinin Təbriz yaxınlığındakı iki bağında 1200 qul 

iĢləyird i.  Fəzlullah  RəĢidəddinə  məxsus  olan  Rəbi-RəĢididə  5  kəndin  əsası 

qoyulmuĢdu və bu kəndlərdə 80 qu l istismar ed ilirdi.  

Azərbaycanda monqol iĢğalının ağırlığ ını müəyyən qədər azaldan amillər də 

mövcud  idi.  Bəzi  Ģəhərlər  (Təbriz,  Bakı  və  s.),  dağlıq  və  dağətəyi  ərazilərin  bir 

hissəsi  monqol  yürüĢlərinə,  iĢğalına,  talanına  məru z  qalma mıĢdı.  Təbr iz  Ģəhəri 

monqol  mənĢəli  Elxanilər dövlətinin paytaxtına çevrilmiĢ,  ictimai-iqtisadi,  mədəni 

inkiĢafın  yüksək  mərhələsinə  çatmıĢdı.  Təbrizdə  monqol  feodalları  yerli  dövlət 

ənənələrinin təsiri altına düĢmüĢdülər. 

XIII  əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  Qazan  xan  islahat  keçird i, 

müəyyən  olunmuĢ  vergi sistemi  tətbiq  edildi.  Hülakular  dövləti  kimi  iri  bir  siyasi 

vahidin  yaranması  xey li  dərəcədə  mütərəqqi  prosesin  güclənməsinə  səbəb  oldu, 




49 

 

vahid  dövlət  hüdudundakı  ölkələrin  mədəni  baxımdan  qarĢılıqlı  təsirinə,  tranzit 



ticarətin inkiĢafına əlveriĢli Ģərait yaratdı. 

Kənd  təsərrüfatı  və  aqrar  münasibətlər.  Monqol  yürüĢlərinədək  o lan 

dövrdə Azərbaycan Ön Asiyanın inkiĢaf etmiĢ əkinçilik ölkələrindən biri olmuĢdur. 

Kəndlilər  ö lkə  əhalisinin  əksəriyyətin i  təĢkil  edirdilər.  Əkinçilik  və  maldarlıq  

kəndlilərin  baĢlıca  məĢğuliyyəti  id i.  Qoyunçuluq  və  atçılıq  maldarlığın  əsas 

sahələrini  təĢkil  ed irdi.  Muğan,  ġirvan,  Urmiya,  UĢnu,  Kür  və  Araz  çayları 

arasındakı ərazilərdə maldarlıq üçün əlveriĢli otlaqlar var id i. 

Monqol  iĢğallarına  qədərki  dövrdə  əkinçiliy in  inkiĢafı  sıx  suvarma 

Ģəbəkəsinə  əsaslanırdı.  Suvarmanın  çay ların,  kəhrizlərin  və  quyuların  su 

ehtiyatlarına əsaslanan üç növü mövcud idi. Araz və Kür çayları arasındakı ərazidə 

çay suvarma növündən geniĢ surətdə istifadə edilirdi.  Vergilərin  məb ləğinin dəqiq  

müəyyən  olunması,  vergi  sahəsində  bəzi  gü zəĢtlər  əkinçiliy in  d irçəlməsi  üçün 

müəyyən  Ģərait  yaratdı.  Əkinçiliyin  yüksəliĢi  prosesi  ilk  növbədə  suvarma 

Ģəbəkəsinin geniĢləndirilməsindən sonra baĢlandı. Suvarma Ģəbəkəsinin bərpası və 

inkiĢafı  isə  külli  miqdarda  xərc  tələb  edirdi.  Təbriz  və  onun  ətrafında  suvarma 

Ģəbəkəsi  xey li  geniĢləndirild i.  XIV  əsrin  əvvəllərində  bu  bölgədə  Acıçaydan 

çəkilmiĢ  kanallardan  baĢqa  900  kəhriz  vardı.  Suyun  əsas  hissəsi  əkinçiliyin  

ehtiyacların ın  ödənilməsinə  yönəldilmiĢdi.  Lakin  mövcud  olan  su  ehtiyatı  zəruri 

tələbatı  ödəmird i.  Kür-Araz  ovalığ ı  suvarma  Ģəbəkəsinin  bir  hissəsi  bərpa 

olunmuĢdu.  Qədim  əkinçilik  mədəniyyəti  bölgəsi  olan  GuĢtəsfidə  mənbəyini  Kür 

və  Araz  çaylarından  alan  kanallar  inĢa  edilmiĢdi.  Bu  kanalla rın  ətrafında  bir  sıra 

kəndlər  yaran mıĢdı.  Azərbaycanın  Urmiya,  UĢnu,  Mərənd,  Marağa,  Bəcirəvan, 

Xoy  və  s.  vilayətlərində  də  çay,  quyu  və  bulaq  sularına  əsaslanan  suvarma 

sistemləri bərpa o lundu. 

Taxılçılıq əkinçiliy in əsas sahəsi idi.  Buğda və darı əkilmiĢ  sahələr ölkənin  

bütün  vilayətlərin i  əhatə  edirdi.  Təbriz,  Marağa,  Ərdəbil,  Kür  və  Araz  çayları 

arasındakı  ərazi,  xüsusilə  Beyləqan  bölgəsi,  GuĢtəsfi,  TalıĢ  vilayətlərində  çəltik 

əkilmiĢ sahələr vardı. 

Texniki  bitkilər  arasında  daha  mühümü  və  geniĢ  yayılmıĢı  pamb ıq  id i. 

Pambıqçılıq  Naxçıvan,  Azad,  Beyləqan,  Marağa,  Kəhran,  Mərənd,  Dizmar, 

Deh xarkan,  Neylan  vilayətlərində,  Kür  çayının  aĢağı  axarında  yerləĢən  bölgələrdə 

inkiĢaf etmiĢdi. 

Bağçılıq  əkinçiliyin  əsas  sahələrindən  biri  idi.  Bağlarda  mü xtə lif  növ 

meyvələr  -  alma,  armud,  ü zü m,  ərik,  Ģaftalı,  heyva,  tut,  albalı,  gilənar,  badam, 

limon, zeytun və s. becərilirdi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə