12
Ġncəsənət və memarlıq - Əbdülvahab Salamzadə, Kərim Kərimov, Rasim
Əfəndiyev.
Fəlsəfi fıkir - Zümrüd Quluzadə.
Müəlliflər və redaksiya heyəti cildin çapa hazırlan masında, nəĢrində iĢtirak
edən EA Tarix Ġnstitutu Orta əsrlər tarixi Ģöbəsinin əməkdaĢlarına, nəĢriyyat və
mətbəə iĢçilərinə ö z minnətdarlığ ını bildirir.
I FƏSĠL
AZƏRBAYCANDA MONQOL ƏSARƏTĠ.
AZƏRBAYCAN XALQININ MONQOLLARA
QARġI MÜBARĠZƏS Ġ
Azərbaycan monqol yürüĢləri ərəfəsində. XIII əsrin əvvəllərində Mərkəzi
Asiyada güclü hərbi qüdrətə malik olmuĢ Monqol dövlətinin qonĢu ölkələrə yürüĢü
bu ölkələri təhlükə qarĢısında qoydu. Monqollar arasında tatarlar, nayman lar,
keraitlər, merkitlər, tayciutlar, onkutlar adlanan tayfa birləĢmələri vardı. Çingiz
xanın (1206-1227) baĢçılığ ı ilə təĢkil edilmiĢ monqol feodal dövləti qonĢu
vilayətləri zəbt et məyə baĢladı. TəĢkilati və hərbi cəhətdən möhkə m olan ordu
hissələri monqol feodalların qarĢısında geniĢ imkanlar açdı. QonĢu ölkələrdə hökm
sürən feodal pərakəndəliyi isə Çingiz xanın iĢğalçı planlarının həyata keçməsi üçün
əlveriĢli Ģərait yaratdı.
Monqol yürüĢləri ərəfəsində Azərbaycanın vəziyyəti acınacaqlı idi. Ölkən in
Ģərq sərhədlərində mövcud olan XarəzmĢahlar dövləti daxilən möhkəm əsaslar
üzərində qurulmadığ ı üçün iqtisadi və güclü hərb i qüdrətə malik deyildi. Xalq
kütlələrin in vəziyyətinə laqeyd olan, feodal qrupların ın əksəriyyəti tərəfindən
müdafiə edilməyən XarəzmĢahlar dövləti monqollara qarĢı mübarizə apara bilməd i.
Monqol qoĢunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görmədən
irəliləyə bildilər.
Ġranın, Orta Asiyanın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları
daxili çəkiĢmələrə və ziddiyyətlərə son qoymadılar, düĢmənə qarĢı birgə mübarizə
aparmaq ə zmi ilə vahid cəbhədə birləĢə bilməd ilə r. Monqol hücumlarına məru z
qalmıĢ hər bir Ģəhər ayrılıqda öz daxili qüvvələri hesabına istilaçılara qarĢı döyüĢür
və məğlub olurdu. Monqol qoĢunları tutduqları Ģəhərlərdə görünməmiĢ dağıntılar
törətdilər, əhalini qırd ılar, qul etdilər, var-dövlətini talad ılar və yerli əhalin in yeni
etira z ç ıxıĢları üçün zə min sa xla mad ıla r.
Monqol yürüĢləri ərəfəsində Azərbaycan ərazisində vahid, mərkəzləĢ miĢ
dövlət yox idi və burada feodal pərakəndəliy i hökm sürürdü. Azərbaycanda
13
Eldənizlər (yaxud Atabəylər) dövləti və ġirvanĢahlar dövləti mövcud idi, Marağada
isə Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq
edirdi.
XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmiĢdi. Atabəylər
ailəsin in ayrı-ay rı ü zvləri arasında səltənətə varis olmaq uğrunda Ģiddətli mübarizə
gedirdi. Qızıl Arslanın xələfi o lan Atabəy Əbubəkr (1191-1210) yalnız
Azərbaycanda (ġirvan və Marağa istisna olunmaqla) hakimiyyət sürürd ü. Ġraq-
Səlcuq sultanlığın ın qalan ərazisi hakimiyyət uğrunda mübarizə aparan feodalların
və atabəylərin nü mayəndələri arasında bölüĢdürülmüĢdü. Daxili feodal çəkiĢmələri
o dərəcəyə çatdı ki, bəzi feodal qruplar Əbubəkri hakimiyyətdən salmağa və
Azərbaycanı ələ keçirməyə cəhd göstərdilər. Marağa hakimi Əlaəddin ilə Ġrbil
hakimi Müzəffərəddin ittifaq bağlayaraq Əbubəkrin üzərinə yürüĢ etdilər. Əbubəkr
daxili vəziyyəti nizama salmaq, feodalların cəhdlərin in qarĢısnı almaq üçün öz
keçmiĢ vassalı, Həmədan hakimi AydoğmuĢa müraciət etməyə və ondan kömək
istəməyə məcbur oldu. Hakim sülalən in nümayəndələri arasındakı mübarizə də
Ģiddətləndi. Əbubəkrin qardaĢı Qut luq Ġnanc bir ay müddətində 4 dəfə onun üzərinə
yürüĢ etdi.
Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qrupların
əlində oyuncağa çevrildi. Bütün dövlət iĢləri onun iĢtirakı olmadan həll edilirdi.
Özbəyin dövlət ərazisini geniĢləndirmək məqsədilə Ġraqi Əcəmə etdiyi yürüĢlər
uğursuzluqla nəticələndi və buna görə də daxili feodal çəkiĢmələri daha da artdı.
QonĢu ölkələrdə mövcud olan Ģəraitdən istifadə edən Çingiz xan
hakimiyyətinin ilk illərindən etibarən iĢğalçı müharibələr aparmağa baĢladı. 1211-
ci ildə ġima li Çin, 1215-c i ildə Pekin və ġərqi Türküstan ələ keçirildi. 1219-cu ildə
monqollar Xarəzm dövləti əra zisinə basqın etdilər. Orta Asiyanın Otrar, Bu xara,
Səmərqənd Ģəhərləri xarabalığa çevrildi. Monqol hücumlarına ciddi müqavimət
göstərə bilməyən XarəzmĢah Məhəmməd və onun oğlu Cəlaləddin Ġrana qaçdılar.
Çingiz xanın əmri ilə XarəzmĢahlar dövlətinə göndərilmiĢ monqol sərkərdələri
(Cəbə və Subutay) Xorasanı və Ġraq-i Əcəmi qarət etdilər, A zərbaycan üzərinə
yürüĢə hazırlaĢdılar.
Monqolların ilk yürüĢü. Ġstilaçılara qarĢı xalq müqaviməti. Monqollar
Azərbaycana ilk dəfə 1220-ci ildə yürüĢ etdilər. Monqol sərkərdələri Cəbə və
Subutay Zəncanı, Ərdəbili, Sərabı və baĢqa Ģəhərləri talan etdilər, dağıtdılar,
Təbrizə yaxınlaĢdılar. ġəhər möhkəm qala divarları ilə əhatə edilmiĢdi və onu silah
gücünə zəbt etməyin çətin olacağını anlayan monqollar danıĢıqlar aparmağı lazım
bildilər. Eldəniz hökmdarı Özbək Ģəhərin müdafiəsinə arxayın deyildi və
monqollarla saziĢə girməy i üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərdi,