16
Atabəy Özbək ailəsini də Ģəhərdə qoyub Gəncəyə qaçdı, sonra isə Əlincə qalasında
gizləndi və orada vəfat etdi. Onun ölümü ilə (1225) A zərbaycanda Eldənizlər
dövləti sona çatdı.
Cəlaləddin Təbrizə yaxınlaĢdı. Təbrizlilər 7 gün ərzində mərd liklə
vuruĢdular. La kin Cə laləddin onların müqavimət ini qırdı, 1225-c i ilin iyulun 25-də
Ģəhəri ələ keçirdi. Nizaməddin Tuğray i Ģəhər rəisi təyin olundu.
Atabəylərin Gəncədəki caniĢini Cəmaləddin əl-Qu mi Ģəhəri Cəlaləddinin
sərkərdəsi Urxana təslim etdi. Urxan Arran ın bir sıra Ģəhərlərini (Beyləqan, Bərdə,
ġəmkir, ġutur) də ələ keçirdi. Tezliklə Azərbaycanın baĢqa yerləri də Cəlaləddin in
əlinə keçdi, Ağsunqurilər dövləti süqut etdi. ġirvanĢahlar isə ildə yüz min dinar
xərac vermək Ģərti ilə Cəlaləddinin hökmranlığın ı qəbul etməli oldular.
Azərbaycanın Cəlaləddin tərəfindən zəbt edilməsi qonĢu vilayətləri ciddi
təhlükə qarĢısında qoydu. Gürcüstanın bir hissəsi qarət olundu, ölkənin
təsərrüfatına ağır zərbə endirild i. Cəlaləddin Gü rcüstanda ikən Təbrizdə istilaçılara
qarĢı mübarizə geniĢləndi. Bunun əsas səbəbi Cəlaləddin in vəziri ġərəf əl-Mülkün
Ģəhər əhalisindən qeyri-qanuni vergilər y ığ ması idi. Bu barədə ġərəf əl-Mülkdən
məktub alan Cəlaləddin Təbrizə qayıtdı. ġəmsəddin Tuğrayi zindana salındı, onun
qardaĢı oğlu Nizaməddin isə edam edild i. Lakin tezliklə ġəmsəddin həbsdən azad
edildi və yenidən öz malikanəsinə sahib oldu.
Cəlaləddinin A zərbaycanda abadlıq iĢi aparacağı və əhalinin vəziyyətini
nizama salacağı barədə verd iyi vədlərinin həyata keçirilməsi üçün heç bir tədbir
görülmədi. Əksinə, XarəzmĢahlar sarayını istismar aparatını saxlamaq üçün
Azərbaycan və ümu miyyətlə, Cənubi Qafqaz əhalisi üzərinə ağır vergilər qoyuldu.
Cəlaləddin Ġraqa səfər etdiyi dövrdə yerli feodallardan bir qrupu Təbrizdə
hakimiyyəti ələ almağa və Eldənizlər dövlətini bərpa et məyə cəhd göstərdi. On lar
Özbəkin həbsdə saxlan ılan nəvəsini azad etdilər və onu səltənətə çıxarma q
istədilər. Lakin Təbriz ətrafında baĢ vermiĢ qanlı döyüĢdə üsyançı dəstələr məğlub
oldular.
Vaxtını daim hərb i yürüĢlərdə keçirən Cəlaləddinin vəziri ġə rəf əl-Mü lk
Azərbaycanı aĢkar Ģəkildə qarət edirdi. Zülm və qəsbkarlığa məru z qalmıĢ xalq
kütlələri Təbrizdə Ģəhər rəisi Bəhaəddin Məhəmməd ibn BəĢir Yarbəyin baĢçılığı
ilə üsyana qalxd ılar. Lakin Təbriz əyanları (xüsusilə ġəmsəddin Tuğrayi)
xarəzmlilərə qarĢı açıq mübarizədən çəkindilər. Xalq hərəkatı bütün Azərbaycanı
bürüdü. Nəsəvinin məlu matına görə, Azərbaycanın digər Ģəhərlərində də insan qanı
axıd ılır, XarəzmĢahların xəzinəsi torbalarla, çantalarla daĢınırd ı.
Cəlaləddinə qarĢı baĢ vermiĢ 1231-ci il Gəncə üsyanı xalq hərəkatın ın ən
yüksək zirvəsi oldu. Hadisələrin Ģahidi olan Nəsəvi yazırdı ki, Cəlaləddinin
17
iqamətgahı olan Gəncədə xarəzmlilərin ağalığına qarĢı üsyan əhvali-ruhiyyəsi
çoxdan mövcud idi. Bu hərəkatda Ģəhər əhalisinin b ir q ismi (baĢda sənətkar Bəndər
olmaqla) fəa l iĢtira k edirdi. Gəncədə Ģəhər hakiminin sarayı dağıdıldı, mə murlar və
qulluqçular öldürü ldü. ġəhərdə olan Xarəzm hərb i hissəsi məhv edild i. Cəlaləddin
üsyançılarla danıĢıqlara baĢladı, lakin bu, müsbət nəticə vermədi. Tarixçi
Nəsəvinin də iĢtirak etdiyi səfirlər heyəti üsyançıların nümayəndələri ilə görüĢüb
onları itaətə çağırdı. Sonra Cəlaləddinin özü də qoĢunla Gəncəyə yaxınlaĢdı, Ģəhər
ətrafındakı bağlardan birində məskən saldı. O, gəncəlilərlə danıĢıqlar üçün
dəfələrlə elçi göndərdi, onlara əmin-amanlıq vəd etdi. Nəsəvi yazırdı ki, "bu cür
vədləri eĢitdikdə qayalar da yumĢalardı". Gəncəlilər isə mübarizədən əl
çəkmədilər. Üsyançılar Ģəhərdən çıxd ılar və sultan ordusuna hücum etdilər. Lakin
qanlı döyüĢdən sonra onlar Ģəhərə doğru geri çəkilməli old ular. Cəlaləddin onların
ardınca qala darvazasından özünü Ģəhərə saldı və üsyanı yatıra bildi. Üsyan
baĢçılarından 30 nəfəri edam edildi, Bəndər isə tikə-tikə doğrandı. A zərbaycanın
Xoy, Mərənd, Naxçıvan və digər Ģəhərlərində də XarəzmĢah Cəlaləddinə qarĢı
üsyanlar qalxd ı və hərəkat geniĢ vüsət aldı. Monqolların barıĢmaz düĢmən i kimi
Ģöhrət tapmıĢ Cəlaləddin siyasi vəziyyətdən səmərəli istifadə edə bilmədi. O, daim
qonĢu ölkələrin hakimləri ilə müharibə apardı, monqollara qarĢı onların qüvvələrini
birləĢdirmək əvəzinə daha da zəiflətdi. Beləliklə, monqolla rın A zərbaycanı və
qonĢu ölkələri zəbt etməsi üçün daha əlveriĢli Ģərait yarandı.
Monqolların ikinci yürüĢü və Azərbaycanın istila olunması. Monqol
qoĢunları Cormağunun baĢçılığı ilə Rey və Həmədan Ģəhərlərini zəbt edib, 1231-ci
ildə ikinci dəfə Azərbaycana soxuldular. A zərbaycanda mövcud olan vəziyyət
düĢmənə güclü müqavimət göstərməyə imkan verməd i, lakin bir sıra Ģəhərlərdə
istilaçılara qarĢı gərgin mübarizə getdi. Marağa Ģəhəri düĢmənə ciddi müqavimət
göstərdi. Monqollar Ģəhəri çətinliklə tuta bildilər və əhali üzərinə ağır vergi
qoyuldu. Sonra Təbriz Ģəhəri mühasirəyə alındı. Lakin Ģəhər əy anları yenidən
istilaçılarla danıĢıq lar apardılar. On ları qiy mətli hədiyyələrlə razı saldılar və Ģəhəri
növbəti qırğından xilas etdilər. Bu danıĢıqlar nəticəsində Təbrizin bir ço x tanın mıĢ
sənətkarları da monqolların tələb i ilə onların vətəni olan Qaraqoru ma göndərild ilər.
Monqollar buradan Gəncəyə yönəldilər və Ģəhəri tutmağa cəhd etdilər.
Əhalinin müqaviməti elə güclü idi ki, iĢğalçılar qala divarlarını dağıtdıqdan sonra
da bir həftə ərzində Ģəhərə girməyə cürət etmirdilər. Bəzi gəncəlilər ö z
əmlakların ın düĢmən əlinə keçməməsi üçün evlərini yandırdılar, var-dövlətlərini
məhv etdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncəni zəbt edən düĢmənlər
əhaliyə qanlı divan tutdular. Monqol əsgərləri qənimət əldə etmək məqsədilə
binaların xarabalıq larını da qazd ırdılar, Ģəhər əhalisi tərəfindən gizlədilmiĢ qızılı,