Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

Fəzlüllah Nəiminin
məqbərəsi. Naxçıvan
«Nəsimi» bədii
filminin müzakirəsini
keçirin. Filmdə
hürufilər nəyə görə
təqib olunurlar?
İmadəddin
Nəsiminin abidəsi.
Bakı 
XIV əsrdə yaşayıb-yaratmış böyük şairimiz İmadəddin Nəsimi
hürufiliyin görkəmli nümayəndəsi, Fəzlüllah Nəiminin ən yaxın
məsləkdaşı idi. Hürufilər ərəb hərflərinin ilahiliyinə, Allahın iki
təzahüründən birinin məhz hərflərdə olduğuna inanırdılar. Bu hərəkat
Azərbaycanda geniş yayılmış və ədəbiyyatda xüsusi yer tutmuşdu.
Nəsimi hürufilik ideyalarını öz şeirləri ilə təbliğ edirdi.
XIII əsrdə «Azərbaycan dili» ifadəsi işlənməyə başladı. Bu dövrdə
lüğətlər yarandı. Lüğətlərdə minlərlə Azərbaycan sözləri və terminləri
izah olunurdu. Azərbaycan dilinin qrammatikasına aid əsərlər yazılmağa
başlandı. Dilçilik sahəsində Hinduşah Naxçıvani, onun oğlu Məhəmməd
Naxçıvani xüsusilə seçilirdilər.
Azərbaycan mütəfəkkiri Mahmud Şəbüstərinin fəlsəfə, məntiq,
psixologiya, hüquq və digər sahələri əhatə edən əsərləri bütün Şərqdə
yüksək qiymətləndirilirdi.
Şərq memarlığının vətəni. Hülakülərin hakimiyyəti dövründə
Azərbaycanda memarlıq daha da inkişaf etdi. Bu dövrdə yeni şəhərlərin
salınması ənənə halını almışdı. Azərbaycanın cənubunda Sultaniyyə
şəhəri salınmışdı.


Bu şəhər Hülakülərin paytaxtlarından biri oldu. Hökmdar Məhəmməd
Olcaytu Xudabəndənin türbəsi Sultaniyyədə inşa edildi.
Qazan xan Muğanda, Xəzər dənizi yaxınlığında Mahmudabad şəhərini
saldırdı. Şəhərin inşasında yerli memarlar iştirak etmişdi.
Abşeron memarlıq abidələrindən olan Nardaran, Ramana və Mərdəkan
qalaları ümumi quruluşu və ornamentləri ilə fərqlənirdi.
Hökmdarların, onların ailə üzvlərinin, din xadimlərinin və digər
görkəmli şəxslərin qəbirləri üzərində möhtəşəm türbələrin inşası ənənə
halını almışdı. Bərdə türbəsi, Naxçıvandakı Gül üstan türbəsi,
Qarabağlar memarlıq kompleksindəki Baştağ türbəsi dövrün memarlıq
xüsusiyyətlərini daşıyır.
«Ərk qalası» adını almış Təbrizdəki Əlişah məscidi ibadət ocağı
olmaqla yanaşı, əhalinin sığınacaq yeri idi. Möhtəşəm divarlarla əhatə
olunan bu məscid Təbriz əhalisini dar gündə düşmənlərdən qoruyurdu.
Dünya muzeylərini bəzəyən sənət nümunələrimiz. XIII—XIV
əsrlərdə Azərbaycanda incəsənət də inkişaf edirdi. Azərbaycan
xalçaları dünya bazarlarında şöhrət qazanmışdı.
Tapşırıq
İKT-dən istifadə
edərək memarlıq
abidələri haqqında
ətraflı məlumat topla.
Tapşırıq
Şəkli verilmiş
abidələrin memarlıq
xüsusiyyətlərini
müəyyənləşdirib
dəftərinə qeyd et.
Ramana qalası 
Məhəmməd Olcaytunun türbəsi 



Orta əsr Azərbaycan xalçası
Xalçaçılıq sənəti ilə yanaşı, bədii miniatür sənəti də tərəqqi edirdi. Xalçaların ilmələrinə bəzək
vuran miniatür rəsmlər kitablara da xüsusi gözəllik verirdi. Şərqin ən məşhur miniatür
mərkəzlərindən biri Təbriz şəhəri idi. Təbriz xəttatlarının ərsəyə gətirdikləri əlyazma kitablar bu
gün də dünya muzeylərində, o cümlədən İstanbul şəhərindəki kitabxanalarda saxlanılır.
Metalişləmə sənəti də inkişaf edirdi. Təbriz ustalarından Yusif ibn Əhmədin 1319-cu ildə
hazırladığı bədii naxışlı kasa Londonun Viktoriya və Albert Muzeyində nümayiş etdirilir. Usta
Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə düzəltdiyi irihəcmli tiyan isə Sankt-Peterburqun Ermitaj
Muzeyində saxlanılır.
1.  Yadellilərin işğalları mədəniyyətə necə
zərbə vururdu?
2.  «Elm ölkəsinin şahı» adına layiq
görülən alimin xidmətləri nədən ibarət
idi?
3.  Hürufilik haqqında Nəsiminin və digər
şairlərin əsərlərindən mənbə kimi
məlumat almaq mümkündürmü?
1.  XIII—XIV əsrlərdə Azərbaycan
mədəniyyətinin inkişaf xüsusiyyətlərini
müəyyən et.
2.  İntibah dövrünün memarlığı ilə XIII—
XIV əsrlərin memarlığı arasında
oxşarlığı izah et.
3.  Müasir dövrdə qalaların, türbələrin
inşası nəyə görə aktuallığım itirmişdir?
Fikrini əsaslandır.


VAHİD AZƏRBAYCAN UĞRUNDA
20. QARAQOYUNLU DÖVLƏTİ
 
Xaqan istirahət günlərindən birində atası ilə Tarix muzeyinə getmişdi. Muzeydəki eksponatlar onu
heyrətə salmışdı. Birdən onun gözləri qeyri-adi bir eksponata sataşdı: — Ata, bu nə maraqlı
heykəldir?! — Oğlum, bütün bunları tarix dərslərində öyrənəcəksən? İgid, döyüşkən
tayfalarımızın hər birinin öz totemi* olub. Qoç güc və igidlik simvoludur. Ulu babalarımızdan
qaraqoyunluların və ağqoyunluların totemi qara və ağ qoç olub. Qoç igid, Qoç Koroğlu ifadələri
də elə bununla bağlıdır. Yaxın keçmişə qədər indiki Ermənistan ərazisindəki qəbiristanlıqlarda
da çoxlu qoç heykəlləri var idi. Lakin həmin qoç heykəlləri düşmənlərimiz tərəfindən məhv
edilmişdir!
Düşün, Ermənistan ərazisindəki xalqımıza aid qoç heykəlləri nə üçün kütləvi surətdə məhv
edilmişdir?
Qaraqoyunlular,
Qara Yusif, ara
müharibələri, Ərəb
İraqı, təzminat
Kiçik bəylikdən güclü dövlətə doğru. Azərbaycanın tarixində mühüm
rol oynamış və xalqımızın təşəkkülündə yaxından iştirak etmiş
tayfalardan biri də qaraqoyunlular olmuşdur. Oğuz tayfaları olan
baharlıların idarə etdiyi qaraqoyunlu tayfasının adı həmin tayfanın
totemi sayılan «qara qoç»la bağlıdır. Tarixi mənbələrdə
qaraqoyunluların VI əsrin sonlarında Azərbaycanda məskunl aşması
göstərilir. İlk oğuz-türk axınları zamanı ölkəmizə gələn bu tayfanın
mərkəzi vilayəti Van gölündən şimalda Ərciş olmuşdu.
*Totem — tayfanın himayəçisi sayılıb sitayiş edilən heyvan (bəzən isə bitki)


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə