Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   27

münasibətlərin yaranmasına mane olurdu.


Azərbaycanda və Avropada feodal münasibətləri
Azərbaycan
Avropa
Mövcud
olduğu
dövr
III əsrdən — XIX əsrin II yarısına qədər
V əsrdən XVII əsrin
ortalarına qədər
Kəndlilərin
vəziyyəti
Kəndlilər təhkimli deyildilər
Kəndlilər təhkimli idi,
yəni feodallardan
şəxsən asılı idilər
Feodalların
təsərrüfatı
Feodalların şəxsi təsərrüfatı, demək olar ki, yox idi.
Çünki Azərbaycanda olan suvarma sistemini yaratmaq
böyük zəhmət tələb edirdi.
Feodalların xüsusi
təsərrüfatları var idi
V—VII əsrlərdə Albaniya və Atropatenada feodal münasibətləri eyni cür inkişaf edirdi. Sasani
hökmdarları Azərbaycanın şimal torpaqlarına farsdilli tayfalar köçürüb məskunlaşdırmışdılar.
Onların məqsədi farsdilli tayfaların köməyi ilə Azərbaycanda güclənmək və özlərinə dayaq
yaratmaq idi. Lakin farsdilli tayfalar türk dilinin və mədəniyyətinin təsiri ilə çoxsaylı yerli türk
tayfaları ilə qaynayıb-qarışır, vahid xalqın formalaşmasında iştirak edirdilər.
1.  Kəndlilər hansı formada istismar
edilirdilər?
2.  Səncə, nəyə görə natural təsərrüfat
bölgələr arasında iqtisadi
münasibətlərə mane olurdu?
3.  Şərti torpaq mülkiyyəti necə yarandı?
1.  Azərbaycanda feodal münasibətlərinin
inkişafının səbəblərini müəyyən et.
2.  «Azərbaycanda və Avropada feodal
münasibətləri» sxeminə əsasən müəyyən
et: a. Feodal münasibətləri hansı
ərazilərdə daha sürətlə inkişaf etmişdir?
b. Səncə, Azərbaycanda hansı səbəbdən
feodalların xüsusi təsərrüfatı olmurdu?
Fikrini faktlarla əsaslandır.
3.  Yaşadığın ərazidə (şəhərdə, rayonda,
qəsəbədə, kənddə) olan tarixi abidələr
haqqında məlumat topla.


2. AZƏRBAYCAN-ALBANİYA HÖKMDARI CAVANŞİR
Mehranilər,
Cavanşir, Hun
keçidi,
xəzərlər,
Bizans
Orta əsr Bərdə
şəhərində
kanalizasiya xətti
Murad hər gün məktəbə anası ilə gedir. Onun anası tarix müəllimidir. Onların yolu Cavanşir
körpüsündən keçir. Bir gün Murad bu körpünün adı barədə anasına sual verdi. Cavanşirin kim
olduğu ilə maraqlandı. Anasının bu suala cavabı hazır idi. Yəqin, ananın cavabı sənə də
maraqlıdır.
Səncə, Muradın anası Cavanşirin kim olduğunu necə izah etdi? Onun deyə biləcəyi fikirləri
müzakirədən sonra dəftərinə qeyd et.
Ananın cavabını bilmək üçün çox mürəkkəb siyasi dövr olan VII əsr haqqında məlumatları
araşdırmaq vacibdir.
Bərdə paytaxt oldu. VII əsrin əvvəllərində Azərbaycanın şimalında —
Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə
hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar
Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, mərkəzi isə
Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur. Sülalənin banisi Mehran idi.
O, mənsub olduğu sabirlər adlı türk tayfaları ilə birgə Girdiman vilayətində
məskunlaşdı. Burada Mehrəvan şəhəri salındı.
Cavanşirin daxili və xarici siyasəti. Mehranilərin ən böyük nümayəndəsi Azərbaycanın görkəmli


dövlət xadimi, sərkərdə Cavanşir olmuşdur. Cavanşir ölkənin daxili sabitliyini təmin etməklə
yanaşı, uğurlu xarici siyasət yeridirdi. Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya
salmaq, dinc quruculuq işlərini həyata keçirmək Cavanşirin xarici və daxili siyasətinin əsas
istiqamətləri idi.
VII əsrin 30-cu illərində Albaniya hələ Sasani imperatorluğundan yarımasılı vəziyyətdə idi.


Azərbaycan-Albaniya 
hökmdarı Cavanşir. 
Heykəltəraş Fuad Əbdürrəhmanov 
Bu səbəbdən də Albaniya hökmdarı və onun oğlu Cavanşir ərəblərə qarşı Sa sanilərin tərəfində
vuruşurdu. Gənc sərkərdə Cavanşir döyüşlərdə igidliyi ilə fərqlənirdi. Lakin apardığı
mübarizənin öz ölkəsi üçün mənasız olduğunu görən Cavanşir vətəninə qayıtdı.
Doğma Vətənin təhlükəsizliyini təmin etmək üçün atası Cavanşiri 642-ci ildə hökmdar taxtına
oturtdu. Albaniya tarixçi-salnaməçisi Musa Kalankatlmm yaz dığına görə, Cavanşir İberiya*
sərhədlə rindən Hun keçidinə* və Araz çayına qə dər ərazilərdə hökmranlıq etmişdir.


Müdrik siyasətin nəticəsi. 651-ci ildə Sasani imperiyası süqut etdi. Bu zaman Cavanşir ərəb
təhlükəsi qarşısında olduğunu nəzərə alaraq Bizans imperatoru ilə ittifaqa girdi. Bizans
imperatoru II Konstantinlə Cavanşir görüşdə ərəb 1 ərə qarşı birgə mübarizə yollarım müzakirə
etdilər.
Nəyə görə bu
siyasətə «nikah
diplomatiyası* adı
veriblər? Fikrini
bildir.
Cənubda Azərbaycan Atropatena dövlətinin əraziləri ərəblər tərəfindən işğala məruz qaldığı bir
vaxtda şimaldan xəzərlərin Albaniyaya hücumları baş verdi. Yürüşlərin birində Cavanşirin
qoşunları xəzərləri məğlub edib ölkədən çıxara bildi. Lakin onların sonrakı yürüşləri daha güclü
olduğundan Cavanşir Xəzər xaqanı ilə sülh bağladı və xaqanın qızı ilə evləndi. Bu «nikah
diplomatiyası* ilə Albaniya hökmdarı ölkəsinin mə 1 nafeyini qorudu. Sülhün şərtlərinə görə,
Albaniya dövləti hər il xəzərlərə xərac verməli, bunun əvəzində isə bütün əsirlər və ələ
keçirilmiş mal-qara geri qaytarılmalı idi.
VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldi.
*İberiya — Cənub-qərbi Gürcüstanda tarixi vilayət 
*Hun keçidi — Dərbənd keçidinin adlarından biri


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə