Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Dinc əhaliyə divan tutdular. Qadınlar və uşaqlar əsir götürüldü.
Talançılar geri çəkilərkən Xəzərin şimal sahillərində türk-müsəlman
qoşunları ilə qarşılaşdılar. Döyüşdə darmadağın edilən slavyanlar
ölkədən qovuldular. Bu məğlubiyyət slavyanların ayağını bir müddət
Xəzərsahili torpaqlardan kəssə də, qarətçilərin nəfsinə üstün gələ
bilmədi.
«Arranın anası» Bərdənin faciəsi. Otuz illik fasilədən sonra
slavyanlar 944-cü ildə yenidən Xəzər sahillərinə hücum etdilər. Bu dəfə
ələ keçirmək istədikləri «yağlı tikə» Bərdə şəhəri idi. O zaman Bərdə
Yaxın və Orta Şərqdə ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən
biri idi. Slavyanlar Qafqazın baş şəhəri, «Arranın anası» kimi tanınan
Bərdəni böyük qənimət mənbəyi hesab edirdilər. Böyük Nizami Bərdəni
belə vəsf etmişdir:
Bərdə nə gözəldir, necə qəşəngdir, 
Yazı da, qışı da güldür, çiçəkdir. 
Yazında dağlara lalələr səpər, 
Qışını baharın nəsimi öpər. 
O yaşıl meşəsi cənnətə bənzər, 
Şən ətəklərinə bağlamış kövsər. 
Söyüdlük çöllərə vermişdir zinət, 
Ağ bağı elə bil həqiqi cənnət. 
Qırqovul yuvası hər sərv ağacı, 
Oxuyur kəkliyi, ötür turacı. 
Səssizlik içində dincəlir gülşən, 
Torpağı silinmiş qayğı, kədərdən. 
Reyhanı yaşıldır illər uzunu, 
Hər çeşid naz-nemət bürümüş onu. 
Yem üçün gələr quş bu gözəl yurda, 
İstəsən «quş südü» taparsan burda. 
Azərbaycan torpaqlarına hücum edən slavyanlar gəmilərlə əvvəlcə
Kürün mənsəbinə doğru, oradan isə Bərdəyə tərəf irəlilədilər. Ərəb
tarixçilərinin verdiyi məlumata görə, onlar Bərdə yaxınlığında, Kür
sahilində düşərgə saldılar. Gəmiləri sahildə qoyaraq Bərdəyə hücum
etdilər.
Tapşırıq
Müasir Azərbaycan
donanması haqqında
məlumat topla.
Tapşırıq
Venn diaqramına
əsasən Bərdə faciəsi
ilə Xocalı faciəsini
müqayisə et.
Tapşırıq
Müasir Bərdə
haqqında məlumat
toplayıb böyük
Nizaminin əsərindəki
Bərdə ilə müqayisə
et.


Bərdə hakiminin hərbi dəstəsi çox az idi. O, düşmənlə üz-üzə gəlsə də,
hücumun qarşısını ala bilmədi. Bərdə slavyanların əlinə keçdi. Şəhər
qarət olundu.


Slavyanlar 
Xəzərin sahilində 
Tapşırıq
Bərdədəki
hadisələrin kütləvi
qırğın faciəsi
olduğunu əsaslandır.
Slavyanlar tələb etdilər ki, bərdəlilər üç gün ərzində şəhərdən çıxıb
getsinlər. Doğma şəhəri tərk etmək istəməyən dinc əhali kütləvi surətdə
qılıncdan keçirildi. Mənbələrin məlumatına görə, bu dəhşətli faciə
zamanı Bərdə əhalisinin təqribən 20 min nəfəri qətlə yetirilmişdir.
Vəziyyətin ağır olduğunu görən Salari hökmdarı Mərzban ibn
Məhəmməd Bərdənin köməyinə gəldi. O, qoşunu ilə şəhəri mühasirəyə
alsa da, xilas edə bilmədi. Mosul hakiminin Azərbaycanın cənub
sərhədlərini pozması xəbəri Salari Məhəmmədin geri qayıtmasına səbəb
oldu, lakin Bərdənin kiçik hərbi dəstə tərəfindən mühasirəsi davam
edirdi. Hərbi dəstədə yoluxucu xəstəlik yayılmağa başladı. Qarətçilər
gecə şəhəri yandırıb, əldə etdikləri qənimətləri də götürüb qaçdılar.
Bu faciədən sonra uzun müddət Bərdə dirçələ bilmədi. Sənətkarlıq və
ticarət tənəzzül etdi. Şəhərdə pul kəsilməsi dayandı. Məşhur Bərdə
bazarı əvvəlki əhəmiyyətini itirdi. Arranın baş şəhəri olan Bərdənin
mövqeyi zəiflədi. Nizami Gəncəvi «İsgəndərnamə» poemasında
Bərdənin bu vəziyyətini belə təsvir edir:


İndi o dərgahın taxtı alçalmış, 
İpəyi, qumaşı küləklər çalmış. 
Təzə nar gülləri tökülüb solmuş; 
O narlar, nərgizlər dönüb toz olmuş. 
İndisə yerində bu gözəl yurdun, 
Var sel yumuş dərə, qurumuş odun. 
Düşməndən kömək istəyən yerli hakimlər. Slavyanların Azərbaycana
basqını sonuncu olmadı. Azərbaycan hakimlərinin bəziləri öz
hakimiyyətlərini, var-dövlətlərini qorumaq üçün slavyanları köməyə
çağırdılar. Slavyanlar kömək üçün uzanmış əli geri qaytarmayıb bu
fürsəti anında dəyərləndirdilər. 987-ci ildə Dərbənd hakimi yerli
əyanlara qarşı «ruslar»dan kömək istədi. Hətta o öz yanında
slavyanlardan ibarət dəstə saxlayırdı.
Sən bu vəziyyətdə
necə davranardın?



Müasir Azərbaycanın
dəniz dövləti
olmasının nə kimi
əhəmiyyəti vardır?
1032—1033-cü illərdə slavyanların Şirvana yenidən hücumu zamanı
paytaxt Şamaxı ələ keçirildi. Vətənin müdafiəsinə qalxan əhali mübarizə
aparıb onları qovdu.
Bəhs olunan dövrdə Azərbaycan hökmdarlarının heç biri ölkəni Xəzər
dənizi tərəfdən qorumaq barədə düşünmürdü. Hərbi donanmanın
olmaması Azərbaycan torpaqlarının yadelli hücumlarından qorunmasına
mane olurdu. Azərbaycanda qüdrətli dəniz dövlətinin olmaması qarətçi
yürüşlərə imkanlar açırdı.
1.  Slavyanların sonrakı yürüşlərinə səbəb
nə oldu?
2.  Slavyanların 944-cü ildəki hücumu nə
məqsədlə təşkil edilmişdi?
3.  Slavyanların Bərdəyə yürüşü niyə
«Bərdə faciasi» adını aldı?
4.  Bərdənin faciədən sonrakı vəziyyəti
necə idi?
1.  Slavyanların Xəzəryanı arazilərə
yürüşünün xarakterini müəyyən et.
2.  Salari hökmdarının Bərdəni müdafiə edə
bilməməsinin səbəblərini müəyyən et.
3.  Hakimiyyətlərini qorumaq üçün
slavyanlara müraciət edən hakimlərin
siyasətini təhlil et.
4
 
Kür sahilində də... düşərgə saldılar. Slavyanlar... Bərdəyə hücum etdilər... Bərdə hakimi... hərbi
qüvvəsi sayca onlardan qat-qat artıq olan yadellilərə müqavimət göstərə bilmədi. Bərdə
slavyanların əlinə keçdi. Əhali qılıncdan keçirildi və şəhər amansızcasına qarət olundu...
Bərdəliləri itaətdə saxlamağın mümkün olmayacağını yəqin edən slavyanlar... tələb etdilər ki, üç
gün ərzində şəhərdən çıxıb getsinlər... Doğma şəhəri tərk edib gedə bilməyən Bərdə əhalisini
yenidən qılıncdan keçirirdilər. Sağ qalanları ... məscidə toplayıb... adambaşına 20 dirhəm pul
tələb etdilər,.. pulu olmayanlara isə divan tutdular. Mənbələrin məlumatına görə, bu zaman
Bərdədə, ümumiyyətlə, 20000 nəfərə qədər adam öldürülmüşdü.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə