Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Onun yaradıcılığı Şərq və dünya poeziyasının inkişafına güclü
təkan verdi. Şairin ölməz «Xəmsə»si xalqımıza dünya şöhrəti
gətirdi.
Nizaminin yaradıcılığı Qərbi Avropa intibahını yüzillərlə
qabaqlamışdır.
İntibahın inciləri. İncəsənət. XI—XII əsri ərdə memarlıqda
da intibah baş verdi. Ölkəmizdə dünya memarlığının nadir
inciləri yarandı. Bir-birindən gözəl imarətlər, məscidlər,
qalalar, minarələr, bürclər ucaldıldı.
İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli
nümayəndəsi Əcəmi Əbubəkr oğlu idi. O, XII əsrdə Azərbaycan
Eldənizlər dövlətinin paytaxtı Naxçıvanda yaşamışdır. Əcəmi
Yusif ibn Küseyr və Möminə Xatun türbələrini, Qoşaminarə,
Cümə məscidi, Eldənizlər sarayı və başqa nadir memarlıq
abidələrini ucaltmışdır. O özündən əvvəlki memarlıq
ənənələrini zənginləşdirmiş, riyazi hesablamalara əsaslanan
mürəkkəb memarlıq kompleksləri yaratmışdır. Əcəmi Naxçıvan
memarlıq məktəbi adlanan xüsusi memarlıq məktəbinin əsasını
qoymuşdur. Onun memarlıq sənəti bütün Şərq memarlığına
güclü təsir etmişdir. Hələ sağlığında onu «mühəndislər şeyxi»
adlandırırdılar.
Əfzələddin 
Xaqani Şirvani. Şabran. 
Müəllif Camal Rüstəmov 
Bakıda Nizami Gəncəvinin
abidəsi. 
Müəllif Fuad
Əbdürrəhmanov 


Nizami Gəncəvinin məqbərəsi. Gəncə
Əcəmi Naxçıvaninin
abidəsi. Naxçıvan.
Heykəltəraş Kamal
Ələkbərov 
XII əsrin memarlıq incilərindən biri Bakıdakı Qız qalası idi.
Qalanın memarı Məsud Davud oğlu olmuşdur. Müdafiə
məqsədilə tikilən qalanın özünəməxsus xüsusiyyətləri var.
Digər qalalar — Abşerondakı Mərdəkan, Şirvandakı Gülüstan
və Buğurd qalaları da İntibah dövrünün memarlıq
xüsusiyyətlərini daşıyır.
Azərbaycan ustaları nadir metal məmulatları hazırlamaqda da
mahir idilər.


Möminə Xatun türbəsi. 
Naxçıvan
 
Qoşaminarə. 
Naxçıvan
Belə sənət incilərindən biri də Gəncənin məşhur qala qapılarıdır.
IX əsrin ortalarından başlayan Azərbaycan intibahı XII əsrə qədər yüksələn xətlə davam etdi. Bu
dövrdə mədəniyyətin bir çox sahələrində bu gün də əhəmiyyətini itirməyən nümunələr yaradıldı.
1.  Azərbaycan intibahının dünya
mədəniyyətinə müsbət təsiri olubmu?
2.  XI-XII əsrlərdə İntibah ədəbiyyatının
nümayəndələri kimlər idi?
3.  Nəyə görə Memar Əcəmiyə Naxçıvan
memarlıq məktəbinin banisi deyirlər?
4.  İntibah dövrünün abidələrini nəyə görə
memarlıq inciləri hesab edirik?
1.  Müsəlman intibahının Ərəb xilafətinin
tənəzzül etdiyi dövrdən başlanmasının
səbəblərini şərh et.
2.  Azərbaycanın dünya sivilizasiyasına
göstərdiyi təsirin qarşılıqlı olduğunu
əsaslandır.
3.  Qız qalasının digər qalalardan fərqli
cəhətlərini təhlil et.
4.  Əcəmi memarlıq məktəbinin ənənə ilə
elmin vəhdətindən yarandığını izah et.


SƏLTƏNƏT UĞRUNDA MÜBARİZƏ
15. MONQOLLAR AZƏRBAYCANDA
Burxan sinif yoldaşları və müəllimləri ilə birgə Şəhidlər Xiyabanını ziyarətə getmişdi. Müəllim
onlara şəhidlər haqqında danışırdı. Şəhidlərdən biri haqqında məlumat Burxanı çox
maraqlandırdı. Azərbaycanın Milli Qəhrəmanı adı verilən bu igid kəşfiyyatçı olmuşdu. Müəllim
onu da qeyd etdi ki, Azərbaycanın bu qəhrəman oğlu — Şahlar Hüseynov düşmənin dilini bilirdi.
O, kəşfiyyatçı kimi əsgərlərimizə kömək edib düşmənin bir çox planlarını pozmuşdu. Burxan
dinlədiklərindən heyrətlənib, yanındakı yoldaşlarına dedi: — Mən də kəşfiyyatçı olacağam.
Səncə, kəşfiyyatçı kimə deyilir? Keçmişdə ölkəmizə yadellilər tərəfindən xain məqsədlərlə
kəşfiyyatçılar göndərilib. Onlar torpaqlarımızın işğalını planlaşdırandan sonra yurdumuza
basqınlar edilib. Səncə, ölkəmizin ərazisinə tarixən kəşfiyyat yürüşlərini kim və nə məqsədlə
edib? Fikirlərinizi müzakirə edin.
Çingiz xan,
monqollar,
Xarəzmşah şahzadəsi
Cəlaləddin, yarlıq
Tapşırıq
Səlcuq yürüşləri ilə
monqol yürüşünü
müqayisə et.
Kəşfiyyat xarakterli ilk yürüş. 1206-cı ildə Çingiz xan tərəfindən
Mərkəzi Asiyada yaradılmış Monqol dövləti ilk vaxtdan hərbi yürüşlərə
başladı. Monqol ordusu geniş əraziləri tutaraq Azərbaycana doğru
irəlilədi. 1220-ci ildə monqol qoşunu Cəbə və Subutayın rəhbərliyi ilə
Azərbaycan torpaqlarına daxil oldu və Təbrizə çatdı. Şəhər möhkəm
qala divarları ilə əhatə olunmuşdu. Bunu görən monqollar danışığa
girməyə üst ünlük verdilər. Zəifləmiş Eldənizlər dövləti Təbrizi
müdafiə etməkdə çətinlik çəkirdi. Atabəy Özbək monqollara xərac
verməklə Təbrizi xilas etməyə çalışdı.


Muğanda qışlamağı qərara alan monqollar gürcülərin və Atabəylərin
onlara qarşı birləşdiyini eşidərək Gürcüstana hücum etdilər. Gürcü
çarını məğlub edən monqollar Təbriz üzərinə yenidən hücuma keçdilər.
Şəhər xərac verərək təhlükədən xilas edildi.
1221-ci ilin əvvəllərində Marağaya hücum edən monqollar şəhəri talan
etdilər. Ərdəbili tutandan sonra isə onlar üçüncü dəfə Təbrizə gəldilər.
Atabəy Özbək Naxçıvana doğru geri çəkildi. Şəhər hakimi Şəmsəddin
Tuğrayi Təbrizin müdafiəsini möhkəmləndirdi. Ordusunun çox zərər
görməsini istəməyən monqol sərkərdəsi yenə də xərac alaraq Təbrizi
tərk etdi. Monqolların yürüşü zamanı Şamaxı və Beyləqan şəhərləri
güclü müqavimət göstərdi. Lakin 1222-ci ildə monqollar Şamaxını tutub
dağıtdılar. Bu hadisədən sonra monqollar şimala üz tutdular. Dərbəndi
tuta bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər.
Cəlaləddin Xarəzmşah Azərbaycanda. Talan olmuş Azərbaycan
zəifləyib gücdən düşmüşdü. Yeni torpaqlarda möhkəmlənmək istəyən
Xarəzmşah şahzadəsi Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum etdi.
O, Marağam tutaraq Təbrizə yönəldi. Atabəylərin sonuncu hökmdarı
Özbək Naxçıvana, Əlincə qalasına yollandı. Başsız qalan Təbriz əhalisi
müdafiəyə qalxdı. Şəhər rəisi başda olmaqla əhali bir həftə döyüşdü.
Cəlaləddin qələbə qazandı. Təbriz, daha sonra Gəncə zəbt edildi.
Gəncəni özünə iqamətgah seçən Xarəzmşah Cəlaləddin əhali üzərinə
ağır vergi və mükəlləfiyyətlər qoydu. Xalq zülmə davam gətirməyərək
tez-tez üsyanlar edirdi. Təbrizdə qalxmış üsyan getdikcə bütün
Azərbaycanı bürüdü.
Gəncədə usta Bəndərin başçılığı ilə 1231-ci ildə üsyan qalxdı.
Xarəzmşah ordusuna hücum edən üsyançılar ölüm-dirim savaşına, qanlı
döyüşə çıxdılar.
Tatarlar (monqollar
nəzərdə tutulur)
Beyləqanı və onun
ətrafını qarət edib
dağıtdıqdan sonra
Gəncə şəhərinə tərəf
hərəkət etdilər.
Gəncə Arran
vilayətlərinin
mərkəzi idi. Ancaq
tatarlar şəhər
əhalisinin şücaətini
bildikləri üçün ora
yaxın gedə
bilmədilər. Adam
göndərib pul və
paltar istədilər.
Əhali onların
istədiklərini verdi.
Onlar da Gəncədən
çıxıb getdilər.
İbn al-Əsir 
Tapşırıq
Cəlaləddinin yürüş
etdiyi şəhərləri
xəritədə
müəyyənləşdir.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə