Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Belə bir vaxtda hakimiyyətə gələn Sultan Əhməd (1382—1410)
vəziyyəti düzəltməyə çalışsa da, feodallar arasındakı mübarizə
və ölkəyə olan işğalçı yürüşlər ona bu istəyini reallaşdırmağa
imkan vermədi.
İki böyük hökmdarın Azərbaycana qarşı planı. Azərbaycan
Qızıl Ordu və Teymuri imperatorluqlarının mübarizə
meydanına çevrildi. 1385-ci ildə Əmir Teymur qoşunu ilə
Azərbaycana yürüş etsə də, burada çox qala bilməyib geri
qayıtdı. Bağdada qaçan Sultan Əhməd ölkəni idarə edə
bilmirdi. Fürsətdən istifadə edən Qızıl Ordu xanı Toxtamış
Azərbaycana yürüşə başladı. Təbriz və digər əraziləri zəbt
edən Toxtamış çoxlu qənimət ələ keçirərək öz ölkəsinə qayıtdı.
1386-cı ildə Teymur yenidən Azərbaycana hücum edərək
Təbrizi tutdu. «Üçillik yürüş» adını almış bu işğal zamanı
Teymurun qoşunları Naxçıvanadək irəlilədi.
Tapşırıq
Toxtamışın Azərbaycana
yürüşünün məqsədini
aydınlaşdır.
Toxtamış


Əmir Teymur
Azərbaycanın idarəçiliyini oğlu Şiranşaha tapşıran Teymur Səmərqəndə geri döndü. 1392-ci ildə


Teymur yenidən Azərbaycana yürüş edərək Təbrizə daxil oldu. Əlincə qalasına sığınan Cəlairilər
Teymura tabe olmaq istəmirdi. Qalanı almağa çalışan Əmir Teymurun qoşunları dəfələrlə hücum
etsə də, uğur qazana bilmədi. Əlincə qalası 14 il mühasirədə qalandan sonra zəiflədi və 1400-cü
ildə süqut etdi.
Qalanın süqutunun səbəbi müdafiəçilər arasında birliyin olmaması idi. Azərbaycanda sonuncu
istehkamı da fəth edən Teymur bir müddət sonra geri qayıtdı. 1405-ci ildə vəfat edən Əmir
Teymurun ölüm xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlanmasına
səbəb oldu. Haki ı miyyəti yenidən ələ almaq istəyən Cəlairilər və onların müttəfiqi
Qaraqoyunlular Təbrizə doğru irəlilədilər. Teymurilərin hakimiyyətini zəiflədən bu yürüşlər daha
bir yeni dövlətin yaranmasına imkanlar açdı.
1.  Cəlairilər dövlətinin yaranmasına şərait
yaradan səbəb nə idi?
2.  Teymur Əlincə qalası uğrunda nəyə
görə mübarizə aparırdı?
3.  Teymurun ölümü Azərbaycanda necə
qarşılandı?
1.  «Azərbaycan XIV əsrdə» adlı esse yaz.
2.  Cəlairilərin hakimiyyəti dövründə
Azərbaycandakı siyasi vəziyyəti təsvir
et.
3.  Teymurun Azərbaycana ilk yürüşü
dövründə ölkədəki vəziyyəti təsvir et.
4.  Toxtamışın Azərbaycana yürüşlərinin
məqsədini izah et.


18. HÖKMDARIN MÜDRİKLİYİ VƏ YERLİ HAKİMİN İNADLI
MÜBARİZƏSİ
 
Hər bir dövlətin özünün daxili və xarici siyasəti vardır. Daxili siyasət xalqın rifahını, iqtisadi-
sosial vəziyyətini tənzimləməyə xidmət edir. Xarici siyasət isə qonşu dövlətlərlə münasibətləri,
dünya ölkələri ilə əməkdaşlığı, beynəlxalq təşkilatlarda iştirakı və başqa mənafeləri tənzimləyir.
Dövlətimiz çox aktiv xarici siyasət aparır. BMT-yə və bir çox iqtisadi-siyasi, hərbi əməkdaşlıq
təşkilatlarına üzv olan doğma Azərbaycanımız Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi və lider
dövləti kimi şöhrət qazanıb. Prezidentimiz, müasir dünyanın böyük dövlət xadimi İlham Əliyevin
müdrik siyasəti nəticəsində Azərbaycan dünya ölkələri içərisində sayılıb-seçilən dövlətə
çevrilib.
Səncə, düzgün xarici siyasətin dövlətin inkişafında rolu nədən ibarətdir? Müdrik siyasət
dedikdə nəyi başa düşürsən?
Siyasi səriştəyə malik hökmdar. XIII əsrdə monqolların Azərbaycana
yürüşlərindən sonra Şirvanşahlar çətin vəziyyətə düşmüşdü. Xarəzmşah
Cəlaləddinin yürüşü zamanı Şirvanşah III Fəribürz xərac ödəyib,
dövlətin daxili müstəqilliyini qoruya bildi. Bu dövrdə siyasi hadisələrin
dəyişkənliyi Şirvanşahlardan da yan keçmirdi.
XIV əsrin 80-ci illərində Şirvanşahlar dövlətinin daxili vəziyyəti
ağırlaşdı. Şirvanşah Huşəngin zülmü xalqın güzəranını pisləşdirdi.
Nəinki sadə insanlar, hətta imtiyazlı təbəqələrin nümayəndələri də
hökmdardan narazı idilər. Narazılıq artaraq üsyana səbəb oldu. Huşəng
öldürüldü. Şirvan taxtı boş qaldı. Əyanlar məşvərətə yığışdılar. Qərara
gəldilər ki, Huşəngin əmisi oğlu Şeyx İbrahimi hökmdar taxtına
gətirsinlər. Şeyx İbrahim Şəkidəki mülkündə sadə həyat tərzi keçirirdi.
Siyasi səriştə, şeyx,
ittifaq, Şəki
hakimliyi
Müstəqillik və daxili
müstəqillik
anlayışlarını izah et.


I İbrahim 
I İbrahimin siyasi addımını
necə qiymətləndirirsən?
Müzakirə edin.
1382-ci ildə Şeyx I İbrahim Dərbəndi Şirvanşah elan olundu.
Onun babaları bir zamanlar Dərbənd hakimi olduğundan I
İbrahim və davamçıları tarixdə Dərbəndilər kimi
məşhurlaşdılar.
I İbrahimin hakimiyyəti dövründə Şərq ölkələrində siyasi
vəziyyət Əmir Teymurun yürüşləri ilə əlaqədar olaraq
kəskinləşdi. Şirvanşahlar iki təhlükə arasında qaldı: şimaldan
Qızıl Ordunun, cənubdan isə Teymurilərin yürüşləri. I İbrahim
ölkəsini qorumaq üçün iki xarici təhlükədən biri ilə ittifaq
bağlamaq qərarına gəldi. O, haqlı olaraq, düşünürdü ki, Qızıl
Ordu xanı Toxtamış daha yaxın təhlükədir. Əgər o, Şirvanı zəbt
etsə, Şirvanşahların hakimiyyətinə son qoya bilər. Əmir Teymur
isə uzaqdan gəldiyinə görə Şirvanı idarə etmək üçün ona
etibarlı bir adam lazım olacaq. Nəhayət, 1386-cı ildə Əmir
Teymur Qarabağda olarkən I İbrahim xüsusi hədiyyələrlə onun
hüzuruna getdi. Şeyx I İbrahim siyasi səriştəsi nəticəsində Əmir
Teymurla ittifaq bağladı. Əmir Teymur Şeyx I İbrahimi Şirvanın
hakimi kimi tanıdı və şimal sərhədlərinin qorunmasını ona
tapşırdı. Beləliklə, Şeyx I İbrahim Şirvanı yürüşlərdən xilas
etdi və dövləti siyasi və hərbi cəhətdən qüvvətləndirə bildi.
Şirvanşahlar dövlətinin qoşunu Teymurilərin Qızıl Ordu
dövlətinə yürüşlərində yaxından iştirak etdi.
Əmir Teymur öldükdən sonra (1405) Azərbaycan Teymurilərin,
Şirvanşahların, Cəlairilərin və Qaraqoyunluların mübarizə
meydanına çevrilmişdi. Bu zaman Şirvanşah I İbrahim
Teymurilərin zəifləməsindən istifadə edərək Azərbaycanı
birləşdirmək fikrinə düşdü. O, Teymurilərə qarşı xalq
hərəkatından yararlanıb Gəncəni və Qarabağın xeyli hissəsini
tutdu.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə