Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Üsyançılar qətiyyətli mübarizə aparsa da, Cəlaləddin onl arı hiylə ilə
dağıda bildi. Üsyan başçısı Bəndər tikə-tikə doğrandı, digər rəhbərlər
isə edam edildi. Cəlaləddin Gəncəni amansızlıqla susdursa da, digər
ərazilərdə baş verən üsyanları yatıra bilmədi.
Marağa şəhəri hansı
dövlətin paytaxtı
olmuşdu?


İşğal etdiyi əraziləri düzgün idarə edə bilməyən Cəlaləddin,
əslində, öz dövlətini zəiflətdi. Yaranmış şərait monqolların
növbəti hücumları üçün əlverişli imkan yaratdı.
Monqollar bu dəfə möhkəmlənməyə gəldilər. Çormağun
noyonun başçılıq etdiyi monqol ordusu 1231-ci ildə
Azərbaycan torpaqlarına hücum etdi. Bu onların ikinci yürüşü
idi. Ağır vəziyyətdən əziyyət çəkən əhali özünü qorumaqda
gücsüz idi. Amma buna baxmayaraq, xalq silaha sarıldı.
Düşmənə ciddi müqavimət göstərən Marağa monqollar
tərəfindən tutuldu. Sonra monqollar Təbrizi mühasirəyə aldılar.
Təbriz yenə də danışıqlara girdi. Şəhərə hiylə ilə daxil olan
monqollar məşhur Təbriz sənətkarlarını əsir götürərək paytaxt
Qaraqoruma göndərdilər.
Monqolların növbəti hücum hədəfi Gəncə şəhəri oldu.
Uzunsürən mübarizə nəticəsində zəifləmiş Gəncə 1235-ci ildə
monqollar tərəfindən ələ keçirildi. Ölkəni talan edən monqol
dəstələri Şəmkir şəhərinin əhalisi ilə üz-üzə gəlməli oldu.
Düşmən qalib gəldi. Əhali qılıncdan keçirildi. Daha sonra
Bakını tutan monqollar 1239-cu ildə Dərbəndi işğal etməklə
bütün Azərbaycana sahib oldular.
İşğalçılıq məqsədilə gələn monqollar Cənubi Qafqazda
möhkəmləndilər. Azərbaycan və Cənubi Qafqaz Monqol
imperiyasının canişinləri tərəfindən idarə edilirdi. Bütün
yararlı torpaqlar köçəri monqol əyanlarının ixtiyarına keçdi.
Yerli feodallar torpaqdan istifadə emək üçün yarlıq adlanan
xüsusi icazə sənədi almalı idilər.
Monqollara aid silahlar. 
Milli Azərbaycan Tarix
Muzeyi. 
Tapşırıq
Usta Bəndər üsyanını
xürəmilər hərəkatı ilə
müqayisə et. Fikrini dəftərinə
çəkdiyin cədvələ yaz.
Tapşırıq
Gəncə şəhərinin bugünkü
inkişafı haqqında müzakirə
aparın.


Monqollar xərac toplayarkən
Monqol canişinləri isə öz aralarında hakimiyyət uğrunda çəkişirdilər. Bu çəkişmələr canişinlərin
hakimiyyətinin sona çatması ilə nəticələndi.
1.  Monqolların Azərbaycana birinci
yürüşünün kəşfiyyat xarakterli olmasını
necə izah edərdin?
2.  Monqolların birinci yürüşünün
Azərbaycan üçün nəticəsi nə oldu?
3.  Monqolların ikinci yürüşü zamanı
Azərbaycanda vəziyyət necə idi?
1.  Monqol işğalı ərəfəsində
Azərbaycandakı vəziyyəti izah et.
2.  Xarəzmşah Cəlaləddinin Azərbaycanda
hökmranlığı dövrünü xarakterizə et.
3.  Monqolların ikinci yürüşü nün
məqsədini müəyyən et.
4.  Monqol işğalından sonra
Azərbaycandakı idarəçilik haqqın da
yaz.


16. MONQOLLARIN ÜÇÜNCÜ YÜRÜŞÜNDƏ YARANMIŞ
DÖVLƏT
Nərminin atası kitab həvəskarı idi. İqtisadçı olmasına baxmayaraq, tarixlə bağlı kitablar oxuyur,
asudə vaxtını mütaliəyə sərf edərək səmərəli keçirirdi. Nərmin də kitablara maraq göstərir,
oxuduqlarını atası ilə müzakirə edirdi. Bir gün Nərmin oxuduğu bir kitabdan onun üçün maraqlı
olan faktı atasına söyləyib, onun da fikrini öyrənmək istədi:
— Ata, kitabda oxudum ki, XIII əsrdə Azərbaycanın ərazisi təqribən 250 min km  olmuşdur.
Məktəbdə isə öyrənmişik ki, ölkəmizin ərazisi 86,6 min km -dir. Bəs...?
Nərminin atası səbirlə onun suallarını cavablandırdı.
Səncə, dövlətlərin ərazisi hansı səbəblərdən kiçilə bilər? Bu, dinc yolla baş verə bilərmi?
Fikrini əsaslandır.
2
2
Bağdad xilafətinin varlığına son qoyan Elxanilər. Monqol
sarayındakı çəkişmələrdən istifadə edən yerli feodalların müstəqillik
meyli güclənirdi. Bununla razılaşmayan monqol xaqanı növbəti yürüş
üçün göstəriş verdi. Hülakü xanın başçılığı ilə monqollar Ön Asiyaya
qoşun yeritdi. İran, Ərəb İraqı, Suriya və digər ölkələrə yürüş təşkil
edən Hülakü xan bir çox yerli hakimləri öz itaəti altına saldı. Tarixdə
monqolların üçüncü yürüşü kimi tanınan bu işğal geniş əraziləri əhatə
etdi. Hülakü xan 1256-cı ildə Azərbaycanı yenidən tabe etdikdən sonra
Bağdada yürüş etdi. 1258-ci ildə Bağdad xilafətinin varlığına son
qoyaraq Hülakülər dövlətini yaratdı. Hökmdarlar «Elxan» titulu
daşıyırdı. Bir əsrədək Azərbaycanda mövcud olmuş Hülakülər dövləti
Elxanilər kimi tanınmağa başladı.
Hülakülər, süqut,
köçəri feodallar,
Cuci ulusu, Qazan
xan
Monqolların ikinci
yürüşündə
Azərbaycan işğal
olunmuşdusa, üçüncü
yürüşə səbəb nə idi?


Səncə, Hülakü xan
hakimiyyətin idarə
olunmasında köçəri
feodallara niyə
arxalanırdı? Fikrini
əsaslandır.
Səncə, Qazan xan
niyə özünü məhz
Qarabağda padşah
elan etdi? Fikrini
əsaslandır.
Dövlətin ərazisi Amudərya çayından Aralıq dənizinə qədər, İran
körfəzindən Dərbəndədək uzanırdı. Azərbaycan bu dövlətin ən inkişaf
etmiş ərazisi idi. Marağam, Təbrizi və Sultaniyyəni, sonra isə yenidən
Təbrizi paytaxt seçən Hülakülər yayda Qarabağı, qışda isə Muğanı
özlərinə iqamətgah edirdilər.
Köçəri feodallara arxalanan Hülakü xan vilayətlərin idarəçiliyini və
hərbi-siyasi işləri əmirlərə həvalə etdi. O, tez bir vaxtda güclü və
mərkəzləşmiş dövlət yaratdı. Lakin Hülakülər dövlətinin mənafeyi Qızıl
Ordu xanları ilə toqquşurdu. Monqol dövlətinin yaradıcısı Çingiz xanın
vəsiyyətinə görə, Azərbaycan torpaqları Cuci ulusuna çatmalı idi.
Hülakülərin Azərbaycanda hökmranlığı ilə barışmayan Qızıl Ordu xanl
arı tez-tez bu ərazilərə hücumlar edirdilər. Hülakü xan və ondan sonra
gələn davamçıları isə bu yürüşləri dəf edirdilər.
Qarabağda özünü şah elan edən hökmdar. Hülakü xanın ölümü
hakimiyyət uğrunda gedən mübarizəni gücləndirdi. Uzunsürən
mübarizədən sonra Elxani taxtına çıxan Qazan xan (1295—1304) bu
münaqişəyə son qoydu. Özünü Qarabağda padşah elan edən Qazan xan
dərhal tədbirlər görməyə başladı. İslam dinini dövl ət dini elan edib
özünə Mahmud adını götürdü. O, ölkədə baş verən qiyamları yatırdı.
İqtisadi vəziyyəti ağır olan Hülakü dövlətini xilas etməkdən ötrü bir sıra
islahatlar keçirdi. Bu işdə ona vəziri Fəzlüllah Rəşidəddin yaxından
kömək edirdi. Torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində
islahatlar keçirməyi planlaşdıran Qazan xan bir sıra addımlar atdı.
Əvvəlcə torpaq islahatı keçirərək orduda xidmət edən şəxslərə iqtalar
verməyə başladı. İqta torpaqları satıla və bağışlana bilməzdi.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə