Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

12. XALQIMIZIN FORMALAŞMASI PROSESİNİN BAŞA
ÇATMASI
Xalqımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük
çətinliklərlə rastlaşmış, milli mənəviyyatını, dilini yaratmış, saxlamış və bu
gün xoşbəxt günlərə gətirib çıxarmışdır.
— Heydər ƏLİYEV
Dünyanın çoxsaylı xalqları içərisində xalqımızın özünəməxsus yeri var. Türk xalqları sırasında
Azərbaycan xalqının mədəniyyəti, elmi, təhsili xüsusi qiymətləndirilir. Dünyada yaşayan
azərbaycanlıların sayı təqribən 60 milyondan artıqdır. Bizim xalqımız sayca dünyanın ikinci
böyük türk xalqıdır. Hansı ölkədə yaşamalarına baxmayaraq, xalqımızın hər bir nümayəndəsi
doğma dilini, milli adət-ənənələri unutmur.
Səncə, insan toplumuna hansı hallarda xalq demək olar? Bir xalqın yaranması və ya
formalaşması üçün nə qədər zaman lazımdır? Fikirlərinizi müzakirə edin.
Soykökümüz haqqında dərin məlumata malik olmaq hər birimiz üçün çox gərəklidir. Gəlin, bu
mürəkkəb tarixi prosesə nəzər salaq.
Xalqın təşəkkülü,
etnik mənşə,
təkallahlı dinlər,
soykökü, məhəlli-
iqtisadi əlaqələr
Vahid Azərbaycan xalqının formalaşması prosesi. Xalq zəruri şərtlər
yarandıqda formalaşır. Bu şərtlər soykökü, vahid dil, ərazi bütövlüyü,
mədəniyyət birliyi, milli-mənəvi dəyərlərin eyni olması və iqtisadi
əlaqələrdən ibarətdir. Tarixi-siyasi hadisələr bu şərtlərin yaranmasını
ya ləngidir, ya da sürətləndirir. Ona görə də bu şərtlərin yaranması üçün
bəzən əsrlərlə vaxt lazım olur.


Xalqın dilinin təşəkkül tapmasında soykökü və ərazi birliyi başlıca
şərtlərdən biridir. Azərbaycan qədimdən geniş əraziyə malik idi. Bu
ərazi cənubda Həmədan—Qəzvin—Zəncan sərhədlərindən başlayıb
şimalda Dərbəndə qədər uzanırdı. Eyni zamanda yurdumuz Şərqdə
Xəzər dənizi, qərbdə İrəvan şəhəri daxil olmaqla geniş bir ərazini əhatə
edirdi. Tiflis şəhəri ilə birgə Şərqi Gürcüstan da (tarixi Borçalı mahalı)
Oğuz yurduna daxil idi. Azərbaycan ərazisinin ən qədim sakinləri:
lullubilər, kutilər, turukkilər, hürrilər və başqaları tarixi hadisələrdə
yaxından iştirak edirdilər.
Dil qədim tayfaların etnik mənşəyini sübut edən əsas amillərdən biridir.
Xalqımızın və müasir Azərbaycan dilinin formalaşmasında ölkəmizin ən
qədim sakinləri olan çoxsaylı türk tayfalarının yüksək rolu olmuşdur.
Onların içərisində kimmerlər, iskitlər, saklar, hunlar, sabirlər, xəzərlər,
oğuz və qıpçaq soyundan olan digər türk tayfaları və qeyri-türk etnosları
mühüm rol oynamışlar. Ayrı-ayrı tarixi dövrlərdə Əhəmənilər, Sasanilər
və Xilafət tərəfindən ölkəmizə köçürülmüş qeyri-türk əhali də
xalqımızın tərkibinə daxil olmuşdur.
Azərbaycan ərazisində yaşayan çoxsaylı tayfaları bir-birinə bağlayan
bir çox ümumi cəhətlər var idi. Əvvəla, onlar müxtəlif tarixi dövrlərdə
bütpərəstliyi, atəşpərəstliyi, xristianlığı və sonda İsi am dinini qəbul
etmişdilər. Digər tərəfdən Azərbaycan onların ümumi vətəni olduğundan
yadelli işğalçılara qarşı həmişə birlikdə mübarizə aparırdılar.
Sasani və Ərəb xilafəti dövründə Atropatena və Albaniya eyni
imperiyaların tərkibinə daxil olmuşdu. Bu da tayfaların ərazi və dil
etibarilə birləşməsini zəruri edirdi.
Azərbaycan
Respublikasının
ucqar nöqtələrini
tanıyırsanmı?
Tapşırıq
Xalqın yaranması
üçün dilin zəruri
şərtlərdən biri
olduğunu
müəyyənləşdir.


«20 Yanvar»
şəhidləri sırasında
azərbaycanlılarla
yanaşı başqa hansı
qeyri-türk xalqların
və etnosların
nümayəndələri var?
Vətənimizi dini
tolerantlığın tarixi
nümunəsi hesab
etmək olarmı?
Fikrini əsaslandır.
Bildiyimiz kimi, orta əsrlər dövründə də Azərbaycana türk axınları
davam etmişdir. Gələn türki ərlə yerli türklər birgə yaşayırdılar.
Həmçinin hər iki imperiyanın köçürmə siyasəti nəticəsində
Azərbaycanda farslar və ərəblər məskunlaşdırıldı. Yerli əhali ilə
qaynayıb-qarışdıqdan sonra onlar öz dillərini itirirdilər.
Xalqımızın təşəkkülü prosesində İslam dininin rolu. Ərəblərin VII—
VIII əsrlərdə Azəri baycanı işğal etməsi bütpərəstliyi, atəşpərəstliyi
tamamilə aradan qaldırdı. Xristianlıq isə Şimali Azərbaycanın ucqar
dağ və dağətəyi rayonlarında İslamla yanaşı əsas din kimi qalmaqda idi.
İslam dini hakim din oldu. Ərəb işğalının mənfi tərəfləri ilə yanaşı,
müsbət cəhətləri də vardı. Ölkəmizdə tez-tez baş verən yadelli
hücumlarının qarşısı alındı. Siyasi sabitlik meydana gəldi. Təsərrüfatın
canlanmasına və mədəniyyətin inkişafına zəmin yarandı. Yeni din
ölkəmizdəki türk və qeyri-türk tayfalarının birliyini möhkəmləndirdi.
Sasani və ərəb zül i münə, həmçinin Bizansın başçılıq etdiyi xris i tian
blokuna qarşı birgə mübarizə xalqın fori malaşması prosesinə müsbət
təsir göstərdi.
Beləliklə, ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi
başa çatdı. Xilafətin tərkibində olan ölkələrin xalqları ilə iqtisadi və
mədəni əlaqələr möhkəmləndi. Xalqın formalaşması üçün zəruri olan
bütün şərtlər yarandı.
Xalqımızın formalaşmasının başa çatması. Xalqımızın təşəkkülü
prosesi hələ eramızdan çox əvvəl başlanmış, Əhəməni işğalları
dövründə də davam etmişdi. Atropatena və Albaniya dövlətlərinin
yaranması ilə bu proses sürətlənmiş, sasani, ərəb işğalları və İslam
dininin yayılması dövründə isə başa çatmaqda idi.


XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının yaranması
Azərbaycanda tarixi hadisələrin gedişinə ciddi təsir etdi.
Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz
tayfaları səlcuqlarla eyni soykökdən idilər. Cənubi Qafqazın
müsəlman əhalisi Bizans və erməni-gürcü təcavüzünə qarşı
mübarizədə səlcuq türklərinə müttəfiq kimi baxırdılar.
Səlcuq türklərinin ölkəmizə axını xalqımızın formalaşması
prosesini qəti olaraq başa çatdırdı. Oğuz-səlcuq türkləri ilə
Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar.
Xalqımızın dili ümumi ünsiyyət vasitəsinə çevrildi.
Qurani-Kərim 
Cənubi Qafqazın müsəlman
əhalisi niyə səlcuqlara
müttəfiq kimi baxırdılar? İzah
et.
VIII əsrdə tikilmiş Şamaxı Cümə məscidi 


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə