Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Bəs, görəsən, o dövrdə vergi necə toplanırdı?
Əsas gəlir mənbəyi — vergi. Torpaqdan istifadə müqabilində alınan
vergi üşr (onda bir) adlanırdı. Dini vergi növləri zəkat və xüms idi.
Müsəlman olmayan əhali isə can vergisi — cizyə ödəməli idi. Müstəqil
dövlətlərin yaranması əhalinin vəziyyətini nisbətən yaxşılaşdırmışdı.
Salari hökmdarı Mərzban ibn Məhəmməd vergi sistemini nizama salmaq
üçün xüsusi qanunnamə hazırlatmışdı. Vergilərin toplanması və
özbaşınalığın aradan qaldırılması ölkədə vəziyyəti bir müddət
yaxşılaşdırdı. Lakin vahid dövlətin olmaması, feodal hərc-mərcliyi,
həmçinin bir-birini əvəz edən dövlətlərin arasındakı mübarizə əhaliyə
ciddi ziyan vururdu.
Təbriz.
Azərbaycanda ən çox
tanınmış şəhər. Bu,
çox adam yaşayan,
kərpic və əhəngdən
yaxşı hörülmüş
divarları olan gözəl
şəhərdir. Şəhərdən
çoxlu kiçik çaylar
axır. O, bağlar
içindədir, şəhərdə
meyvə ucuzdur.
Yaqut al-Hamavi 
1.  Azərbaycanın təbii şəraiti, sərvətləri
hansı təsərrüfat sahələrinin inkişafına
şərait yaradırdı?
2.  Salari Məhəmmədin qanun- naməsi nəyə
xidmət edirdi?
3.  Feodal hərc-mərcliyi nəyə səbəb
olurdu?
1.  Orta əsr şəhərləri haqqında məlumat
topla.
2.  Torpaq mülkiyyət formalarına aid sxem
qur.
3.  Feodal-kəndli münasibətlərini təhlil et.
4.  Ərəb səyyahlarının şəhərlərimiz
haqqında yazdıqları fikirləri şərh et.


10. IX—XI ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Aynur ilə Ayxan kəndə — babasıgilə getmişdilər. Novruz bayramı günləri idi. Kənd bayram
günlərini yaşayırdı. Bacıyla qardaş babaları ilə kəndin görməli yerlərini gəzib, fotoşəkillər
çəkirdilər. Birdən Ayxanın diqqətini uzaqdan görünən körpü cəlb etdi. Böyük maraqla
babasından soruşdu: — Baba, o körpü niyə dağılıb? O yolla hara getmək olar?
Baba nəvələrini oradan uzaqlaşdırmağa tələsdi. Çünki körpünün yerləşdiyi ərazi erməni işğalı
altında idi. Evə qayıdandan sonra baba onlara Xudafərin körpüsü haqqında danışdı.
Səncə, bu körpünün Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan torpaqlarının Xilafət tərəfindən işğalı ölkənin talanlara məruz qalmasına səbəb
olmuşdu. Bununla yanaşı, ərəb işğalının müsbət tərəfi də vardı. Bu, İslam dininin yerli əhali
arasında yayılması idi.
Həmin dövrdə elm və təhsilin inkişafı üçün şərait yarandımı?
Dədə Qorqud,
oğuzlar, hərb sənəti,
hərbi məclis,
Xudafərin körpüsü
Ölkəmizdəki böyük
quruculuq, abadlıq
işlərini tərəqqi
adlandırmaq olarmı?
Fikrini bildir.
Azərbaycanın inkişafına yol açılır. Ərəb xilafətinin zəifləməsi,
müstəqil dövlətçiliyin dirçəlişi, ölkədə yaranmış yerli dövlətlərin
müstəqil siyasəti Azərbaycanın dirçəlişinə səbəb oldu. Həyat canlanır,
sənətkarlıq və ticarət inkişaf edir, xaraba qalmış ərazilər
abadlaşdırılırdı. Şəhərlərin bərpası, məscid və kitabxanaların, təhsil
ocaqlarının tikilib istifadəyə verilməsi ölkənin mədəni oyanışı üçün
təkan verirdi. Əsas ünsiyyət dili — rəsmi dil ərəb dili idi. Təhsil
ocaqları bu dilin öyrədilməsi ilə məşğul olurdu. Azərbaycanda çoxlu
məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Xalqın adət-ənənələri və
mədəniyyəti islam dəyərləri ilə birləşərək türkislam mədəniyyətini
formalaşdırdı.


Abadlıq işlərinin aparılması memarlığın yüksəlişinə təkan verdi. İslam
mədəniyyətinə uyğun olaraq məscid və minarələr, saraylar inşa
olunurdu. 920-ci ildə Şamaxının Sündi kəndində tikilmiş günbəzli
məscid dövrün memarlığını özündə əks etdirir. Bu dövrün abidələrindən
biri olan Əlincə qalasında yaşayış yerləri və digər tikililər salınmışdı.
Ticarətin inkişafında mühüm rol oynayan karvansaralar beynəlxalq
ticarət yolları üzərində inşa edilirdi. Möhkəm tikili olan bu abidələr,
həm də tacirlərin təhlükəsizliyini təmin edirdi. Bu dövrün ən məşhur
abidəsi hesab olunan Xudafərin körpüsü Araz çayı üzərində salınmışdı.
Bu körpü Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və mədəni
əlaqələrin inkişafında mühüm rol oynayırdı. 1027-ci ildə Şəddadi
hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən tikdirilən bu körpü
möhkəmliyi ilə yanaşı, memarlıq cəhətdən də göz oxşayırdı.
Zəngin ədəbi nümunəmizin sorağı ilə. Azərbaycanda İslam dininin
yayılması elmin inkişafına təkan verdi.
Əlincə qalasının
yerləşdiyi Əlincə
dağı 
Tapşırıq
Orta əsrlərin
memarlıq
abidələrindən birini
təsvir et.


Xudafərin
körpüsünün
yerləşdiyi Cəbrayıl
rayonu erməni
işğalı altındadır
IX əsrdən başlayaraq təbiət elmlərinə maraq artmağa başladı. Tibb elmi
inkişaf edir, ölkədə yaxşı həkimlər yetişirdi. Astronomiya və göy
cisimlərinə maraq artırdı.
Şifahi xalq ədəbiyyatının inkişafı bu dövrün mədəniyyətinin ən böyük
uğurlarından biri idi. Azərbaycan ədəbiyyatının ən qədim və zəngin
tarixi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanı buna parlaq
nümunədir. Bu dastan VII— IX əsrlərdə şifahi şəkildə el sənətkarlarının
— ozanların dili ilə şimallı-cənublu bütün ölkə ərazisində yayılmışdı.
«Kitabi-Dədə Qorqud» dastanı türk dilində, ərəb əlifbası ilə yazıya
alınmışdır. Bu dastan Azərbaycan dilinin dünyanın ən qədim dillərindən
biri olmasından xəbər verir. Çox sonralar isə Avropa kitabxanalarından
tapılan bu əsər Azərbaycana məxsus bir inci kimi dəyərləndirildi.
Xalqımızın tarixən formalaşmış adət-ənənələri bu əsərdə öz əksini
tapmışdır. Dastanda Dərbənddən Diyarbəkirədək, Xəzərdən
Trabzonadək geniş ərazilərdə baş verən hadisələrdən bəhs edilir.
Qarabağ, Göyçə götü, Naxçıvan, İrəvan elləri və başqa Azərbaycan
torpaqlarının adı da çəkilir.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə